Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
22.04.2019
Dövlət Gömrük Komitəsi bəyanat verir ki, biz inhisarçılıqla yox, daxili bazarı qorumaqla məşğuluq. Əgər həqiqətən də belədirsə, o zaman nədən yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsi idxal etmək xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlir? Ekspertlərin açıqlamalarından da aydın olur ki, avtomobil istehsal edən ölkələrdə belə bu qədər böyük rüsumlar tətbiq olunmur. Bundan başqa, xaricdən Azərbaycana avtomobil gətirən şəxslər də bildirirlər ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı onlardan dövlət rüsumundan artıq pul tələb olunur. Bu isə öz növbəsində, Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydalarına, o cümlədən Vergilər Məcəlləsinə ziddir.
Комментариев нет:
Отправить комментарий