24.04.2019

Sosializm üçün vuruşan azərbaycanlılar

Böyük Vətən müharibəsi, 1942-ci il. Qızıl ordunun, Kalinin cəbhəsinin döyüşçüləri evlərinə məktub yazırlar.
Asiya türkləridir hər halda, qazaxlara oxşayırlar.
İndi qazax millətçiləri, faşistləri gopdan basırlar ki, ata-babaları vətənləri üçün deyil - "ruslar üçün vuruşublar"...
Rusiya çarı üçün tatarlar, başqırlar, kalmıklar, digər türkdilli xalqların övladları çox vuruşub... Heç onu deməzlər. Azərbaycanın da bəyləri, bəy övladları Rusiya çarı üçün, çar Rusiyası üçün çox vuruşublar- heç bunu da deyən yoxdur. Amma SSRİ-nin bütün xalqları Sovet sosializmi üçün, işçi sinifinin maraqları üçün, övladlarının gələcəyi üçün vuruşanda olur "ruslar üçün vuruşublar"!..
Yeri düşmüşkən, Napoleonun ordusu türkdilli xalqların atlı dəstələrindən it kimi qorxurdular.
Rusiya çarı üçün, bəy üçün, xan üçün canını vermək əladır, amma işçi sinifinin, kasıbın maraqları üçün- pis. Millətçilərin, faşistlərin məntiqi, boş qafası bu cür işləyir.
İki gündür Bəşir Əlizadə adında müsavatçı vətən xaininin müsahibəsini analiz edirdim. Təəssüf ki çox az adam oxuyub. Halbuki oxumağa dəyərdi. O müsahibə həqiqi tarixi anladır, müsavatçıların uydurduğu tarixi, əfsanələri məhv edir. Həmin müsahibənin sonu qalıb, onu da yazacam. Beş-on adam oxusa belə. Səhifədə qalacaq, nə vaxtsa kimlərsə, böyüyən nəsil oxuyar, musavatçı tarixçilərin və ziyalıların onları necə aldatdığını anlayar.

Ekososialist

Комментариев нет:

Отправить комментарий