22.04.2019

Tanınmış vəkil B.Bayramov gömrükdə üzləşdiyi problemlə əlaqədar "Azadlıq Radiosu"na açıqlama verib. Vəkil külli miqdarda pul istənildiyi üçün Gürcüstandan gətirdiyi avtomobildən imtina etdiyini bildirmişdir. O qeyd etmişdir ki, Gömrük Komitəsində ondan rüşvət tələb edilir, hətta vəkil kimi hüquqlarını qoruya bilmədiyindən ölkəyə gətirdiyi maşını komitənin sədrinə peşkəş etmək qərarına gəlib: "Mən avtomobili Güncüstandan 15 min dollara almışam. 2009-cu ilin maşınıdı, bir az əzilib. Motorun gücü 3500 kubsantimetrdir. Gömrük tarifləri kalkulyatoru ilə hesabladım, 7326 manat edir. Amma məndən 10 min manat istəyirlər. Deyirəm sənəd verin, mən məhkəməyə müraciət edim, vermirlər. Mənim də imkanım yoxdur o pulu verməyə. Dövlət Gömrük Komitəsinin sədrinə teleqram vurdum ki, mənə şəxsiyyət vəsiqəniz barədə məlumatları göndərin, istənilən pulu ödəyə bilmədiyim üçün avtomobili sizin adınıza keçirməklə bağışlayım. Maşını Gömrük Komitəsinin sədrinə bağışlayacam. Biz əgər vəkil kimi öz hüquqlarımızı müdafiə edə bilmiriksə adi vətəndaşlar nə etməlidir mən bilmirəm".

Комментариев нет:

Отправить комментарий