16.04.2019

Onlar Sovet hökumətinə o cümlədən Azərbaycan xalqını ortaçağ cəhalət quyusundan dartıb çıxardığını bağışlamadılar

Ekososialist

İrticaçı faşist Fazil Mustafa dinmək bilmir. Əvvəlcə onun haqda xəbərdən sitat: "“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa sosial şəbəkədə bildirib. O, Minval.az saytında Yana Madatova imzası ilə dərc olunan yazını paylaşaraq bildirib ki, müəllif yazının sonunda sual qoyub ki, Fazil Mustafa bizi "stada idiotov", yəni "axmaqlar sürüsü" kimi düşünür? Suala F. Mustafa konkret cavab verib: “Bəli, Yana Madatova, sizi də, sizin kimi düşünənləri də birbaşa axmaqlar sürüsü kimi düşünürəm. O axmaqlar ki, mənim fikrimi təhrif edərək elə başlıq çıxarırlar ki, mətnin məzmununa dəxli olmur. Bəli, sizlərin sürü instinktinizə qarşı yenə də o düşüncədəyəm ki, intihar hadisəsinə görə direktoru dərhal işdən uzaqlaşdırmaq doğru deyil”"
1-si, Fazil bəy özü dediyini təhrif edir. Bütün xəbərlərdə onun ifadəsi "direktoru işdən uzaqlaşdırmaq doğru deyil" kimi keçmişdi. Yəni, "dərhal" sözü yox idi. Bu sözü faşist Fazil bəy təzə əlavə edib, burcudur. "Axmaq" dediyi Yana Madatova nə yazıbsa, həmin xəbərlərdən oxuyaraq yazıb.
2-si, nəyin "dərhalı"? Fazil bəy "direktoru işdən çıxarmaq doğru deyil" fikrini Elinanın ölümündən ən azı iki gün sonra deyib. Direktoru da elə həmin gün işdən sadəcə kənarlaşdırmışdılar. Yəni, müvəqqəti, araşdırma prosesi çərçivəsində. Fazil bəy direktorun işdən çıxarılmasını ümumiyyətlə istəmirdi, onda günah görmürdü, "direktor 2 min şagirdə nəzarət edə bilməz" demişdi. Və direktorun işdən çıxarılması "dərhal" olmadı. Təhsil nazirliyi bir neçə gün ərzində araşdırma apardı, sonra direktoru, müavinin və psixoloqu işdən çıxarmaq qərarı verdi. "Dərhal" heç nə olmadı. Fazil bəy direktoru müdafiə edəndə həmin direktor ölmüş qız uşağına qarşı qəhbəcə qaralama kampaniyası aparırdı. Fazil bəy isə direktorun alçaq əməllərinə baxmayaraq onun müdafiəsinə qalxdı. Özü uşağını faciəvi şəkildə itirmiş atadır, hamıdan yaxşı dərk etməli idi hadisənin mahiyyətini, Elinanın anasının acısını. Dərk etmədi, çünki qəlbi qara və daş faşistdir.
3-sü, direktorun işdən çıxarılmasını tələb edənlərin hamısına "axmaq" deyir. Başqa sözlə, onun fikri, mövqeyi ilə razı olmayan hər kəsə "axmaq" deyir. Budur Əbülfəz Əliyevin antisovetçi şinelindən çıxanların demokratiya anlayışı. Fazil bəy kimiləri unutqan olur. 1988-dən başlayan prosesləri unudub. Onda hər "qanlı sovet imperiyası ölsün" anqıran parabeyinlər idi Fazil Mustafa kimilərinə siyasi karyera yolu açan... Heç onda o "axmaq sürüdən" şikayətçi deyildi. Fazil bəyin faşizmini bəyənənlər axmaq deyilmiş, axmaq - direktorun işdən çıxarılmasını tələb edənlər imiş.
İndi keçək Elinanın rəfiqəsi Zülfiyyə Şirinovanın dediklərinə: “Məktəbdə Elinaya qarşı çox güclü təzyiq var idi. Biz də, anası da məktəb rəhbərliyinə bununla bağlı şikayətlər etmişdik. Ancaq bizə əhəmiyyət vermədilər. Nəyəsə görə bu gün hər kəs onun ölümündən sonra reaksiya verir. Anası direktorun yanına şikayətə gələndə direktor sənədləri anasının üzünə atdı. Elina intihar edəndən sonra mən məktəbdə baş verənlər barədə “Facebook”da yazdım. Direktor müavini mənə zəng edib hədələdi ki, əgər bunu silməsən, sənin böyük problemin olacaq. Və məlum olur ki, onlar təkcə məni hədələməyiblər. İstəmirlər ki, bütün bu məlumatlar yayılsın. Elina intihar edəndən sonra məktəbdə asfaltın üstündəki qanı yudular və direktor dedi ki, qoy evə kimi sürünsün. Bu gün 2-3 nəfər sinif yoldaşı anım mərasimində iştirak etmək istədi. Ancaq icazə vermədilər. Bura elə məktəbdir ki, mentalitet başlıca rol oynayır. Məsələn, saçını rənglədi və ya rəngli corab geyindinsə, ona pis baxırlar. Mən bilmirəm onlar niyə belə edirlər”".
Elinanın rəfiqəsinin dedikləri həm Fazil bəyin, həm direktorun, həm direktor müavinin irticaçı faşist olduğunu çox gözəl izah edir. Dərk edənə.
Fazil bəy və onun kimi irticaçılardır saçını rəngləyən qadınlara az qala "fahişə" deyən. Budur onların zehniyyəti. Mağara adamlarıdır. Həmin mağara adamlarına sovet sosializmində yaşamaq zülm idi. Kaftar kişilər saqqalına həna qoya bilər, kişi müğənniləri saçlarını boyaya bilər, amma qıza, qadına bu olmaz. Sanki insana, uşağa qiymət vermək üçün belə şeylərin əhəmiyyəti var.
Fazil bəy "kazbekə şey basıb zırlanım" mahnısına rəqs edən qızlara, gəlinlərə baxsın. Görsün, onların arasında neçəsi saçını rəngləyib. Mənim gözümə dəymədi. Hamısının saçı təbii qara idi... Saç rəngləməklə mənəviyyat dəyişmir - nə mənfiyə, nə də müsbətə doğru.
Kapitalist Azərbaycanda məktəblilər, yeniyetmələr heç kimi maraqlandırmır, onlar üçün özlərini ifadə etməyə heç bir şərait yaradılmır. Təlim-tərbiyə ilə məşğul olan yox, məktəblinin telekanallardan gördüyü "uğurlu insan" modeli mənəviyyatsız, kəmsavad meşşanlardır... Uşağa özünü ifadə etmək, nəyəsə etiraz etmək üçün nə qalır? Əlbətdə, saçını boyayacaq, orası-burası cırıq şalvar geyinəcək.
Bakı məktəbində belə çuşka səviyyəsində müəllimlər, şagirdlər varsa, əyalətin hansı irtica quyusunda batdığını təsəvvür edin.
Fazil bəy xoşbəxt adamdı. Sovet sosializmini dağıdanda onlar belə irticaçı cəmiyyəti xəyal edirdilər. Onlar sovet hökumətinə o cümlədən Azərbaycan xalqını ortaçağ cəhalət quyusundan dartıb çıxardığını bağışlamadılar.
Özü də Fazil bəy parlamentin ən savadlılarındandır. Görün o birilər nə gündədi!
Hər bir antisovetçinin içində faşizm, fırıldqçılıq, alverçilik var. Bu və ya digər miqdarda, amma mütləq var.

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/posts/1418225328315201?__tn__=K-R

Комментариев нет:

Отправить комментарий