03.01.2020

BUNU BİR QARDAŞ YAZIB FACEBOOK-DA PAYLAŞIB. OXUSANIZ YAXŞIDIR.
"Bu screeni hardan etdiyimi soruşmayın, postu da ancaq dostlar üçün paylaşıram. Dostluğumda olanlar da əksəri illərdir burdan, ya həyatdan tanıdığım insanlardır. Bugün bütün günü hirsli başla olmuşam. Axşam başım bir az sakitləşəndə gördüyüm rəyləri bir bir-beynimdə analiz elədim. Gördüyüm rəylər içində bir-ikisini sizə deyim, "Qarabağda Qasim Süleymani erməni ordusuna təlim keçib", sonra "2000-ci ildə Xəzər dənizində bizim neft tankerimizə hücumu o planlaşdırıb" və s.- Qısası, avam millətin sarı siminə toxunan rəylər... və nə baş verir, eyni tipli "pokazuxa vətənpərvər" yüzdən yuxarı fake profil bütün paylaşımların altına bu yazıları copy-paste edir. Bu gördüklərimdən gəldiyim qənaət budur ki, konkret bizim ölkədə bir qruppa var. Xüsusən şəbəkələrdə çox aktivdilər. İşləri də budur. Sırf belə hadisələr vaxtında ortaya çıxıb bu işləri görürlər, adi vaxtlarda da Turan-Bozqurd nağılları ilə milləti manipulyasiya edirlər. Onların səhifəsinə qəti rəy yazmayın. Bacarırsız öz səhifənizi yaradın, bacarmırsızsa, öz profilinizə normal ağlı başında insanları yığın və siz də haqq olanı təbliğ edin. Onsuz da qardaşlara baxıram, bütün günü o səhifələrdə rəylər yazıb manqurtlarla dilləşirlər. Ona sərf elədiyiniz enerjini bu işə sərf edin. Əmin olun ki, əlimizdə imkan olduğu halda haqqı çatdırmadığımıza görə Allaha cavab verəcəyik qiyamətdə".

Комментариев нет:

Отправить комментарий