08.01.2020

Pələngi boğan canavar

Hikmət Babayev

Şimali Afrika Kampaniyası (1940-1943) zamanı İtalyanların biabırçı məğlubiyyətlərindən sonra, 1941-ci ilin əvvəlində Afrikaya çıxarılan Almaniyanın “Afrika korpusu”nun komandanı Ervin Rommel öz qeyri-adi bacarığı və taktiki gedişləri ilə özündən güclü Britaniya qoşunlarını pərən-pərən salır və tez bir zamanda düşmənləri tərəfindən “Səhra tülküsü” ləqəbi qazanır. Rommel tez bir zamanda nəinki öz əsgərləri, həmçinin Britaniya ordusu əsgərləri arasında böyük hörmət, simpatiya qazanır. Hətta U.Çörçil çıxışlarının birində Rommeli şücaətli və təcrübəli rəqib, böyük sərkərdə adlandırmışdı. Rommelin əsgərlər arasında artan nüfuzu və ona qarşı yaranan qorxu hissi ingilis komandanlığını narahat etməyə başlayır və 1941-ci il Britaniya Orta Şərq Qüvvələrinin başçısı, general Klod Okinlek analoqu olmayan əmrə imza atır; əmrə görə Britaniya qoşunlarında bundan sonra Rommelin adı qətiyyən çəkilməməli, əvəzinə “almanlar”,”düşmənlər” sözləri işlənməliydi.
Bax oxşar şey artıq günlərdir Azərbaycanda da baş verir. Nəinki İranda, bütün Orta Şəqrdə hörmət qazanmış mərhum general Qasim Süleymaniyə qarşı rəsmən bu ölkədə antitəbliğat gedir. Özü də həm də iqtidar, həm də özünə müxalifət deyən əksər qüvvələr tərəfdən; trollardan geninə-boluna istifadə olunmaqla- özü də hər üsulla və hər formada. Və sanki hər trola, “patriota” prikaz verilib ki, nəsə əks fikir paylaşsın, yazsın. Bircə qalıb bu barədə rəsmi prikaz verilsin.
A.Şaiqin “Köç” hekayəsində bir səhnə uşaqlıqdan heç yadımdan çıxmır. Canavar qorxduğu və yaltaqlandığı pələngin ona əhəmiyyət verməyib mürgüləməyindən istifadə edib qəflətən onun boğazından yapışır və onu ölənəcən buraxmır. Qıraqdan bunu görən ovçu qurdun ölü pələngi buraxmadığını görüb tüfənglə yaxınlaşır və görür ki, pələngi boğan canavar qorxudan elə özü də mundar olub.
İndi də Azərbaycanda... Süleymani heç nə idisə, niyə bunlar əl-ayağa düşüb, ölüsündən belə qorxurlar!?
Kişi bu dünyada yoxdu artıq, nə təşvişə düşmüsüz?

Комментариев нет:

Отправить комментарий