16.01.2020

Şәhid Qasim Süleymaninin ömrünün son günü

Mәşriq agentliyinin verdiyi xәbәrә görә, Fatemiyyun qruplaşmasının üzvlәrindәn biri Şәhid Qasim Süleymani terror olmamışdan qabaq son gündә baş verәnlәri öz sәhifәsindә paylaşıb. İnstagramda paylaşılan bu xәbәr islamın rәşadәtli әsgәri Şәhid General Qasim Süleymaninin son saatları ilә bağlı çox maraqlı mәqamları özündә әks etdirir. Şәhid Süleymaninin ömrünün son gününün әksәr hissәsini onunla bir yerdә keçirdәn döyüşçü yazır.

Sonuncu gün...
03.01.2020.
Sübh saat 7, Dәmәşq. Arxamca gәlәn maşınla iclasa yola düşdüm. Hava buludludur vә sәrin meh әsir...
Saat 07:45.
Yığıncaq olacaq yerә çatdım. Hәmişәki kimi Suriyada olan bütün müqavimәt hәrәkatlarının mәsulları iclasda hazırdırlar.
Saat 08:00.
Hamı bir-biri ilә söhbәt edir. Bu vaxt qapı açılır vә müqavimәt hәrәkatının baş komandanı içәri daxil olur. Hәmişәki tәbәssümlә hamıdan kef-әhval soruşur. Bir neçә dәqiqә dilxoşluqdan sonra Hacı Qasim rәsmәn iclasın açılışını elan edir. Çıxışının әvvәlindә deyir: "Hamı yazsın, nә deyirәmsә, hamısını yazın!" Hәmişә bәzi mühüm qeydlәr edәrdik, amma bu dәfә Hacı deyәcәklәrinin hamısını yazmağı tәkidlә israr etdi. Danışdı, hey danışdı... Gәlәcәk 5 illik plandan, tәk-tәk müqavimәt qruplarının hәr birinin növbәti 5 ildә görәcәklәri işlәrdәn, müqavimәt qruplarının qarşılıqlı әlaqәlәrindәn... vәrәqlәr bir-birinin ardınca doldu, amma o hey danışırdı. Әvvәllәr heç belә bir şey olmamışdı. Onlar ki Hacı ilә işlәyiblәr, bilirlәr ki, iclas zamanı çox ciddi olur vә heç vaxt sözünü kәsmәyә icazә vermir. Amma hәmin gün belә deyildi... Dәfәlәrlә sözü kәsildi, o isә aramla dedi: "Tәlәsmәyin, icazә verin sözümü sona yetirim".
Günorta saat 11:40.
Zöhr azanının vaxtı yetişdi. Hacının tapşırığı ilә qısa zamanda namaz qılındı vә nahar edildi. Dәrhal iclas yenidәn davam etdi..
Günortadan sonra saat 3.
Tәqribәn 7 saatdır iclas davam edir. Hacının ürәyindә nә var idisә, dedi vә biz yazdıq.
İclasın sonu...
Hәmişәki kimi әtrafına toplaşdıq vә danışa-danışa çıxış qapısına qәdәr müşaiyәt etdik. Çöldә bir maşın Hacını gözlәyirdi. Beyruta yola düşdü, Seyyid Nәsrullahla görüşmәk üçün.
Axşam saat 9 radәlәri.
Hacı Beyrutdan Dәmәşqә qayıtdı. Onu müşaiyәt edәn yoldaşı söylәdi ki, Seyyidlә yalnız bir saat bir yerdә oldular vә sağollaşıb ayrıldı. Hacı bu gecә Bağdada gedәcәyini bildirdi vә tapşırdı ki, hazırlıq görsünlәr. Araya sükut çökdü. Bir nәfәr sükutu pozdu: "Hacı İraqda vәziyyәtә yaxşı deyil, hәlәlik getmәyin!" Hacı gülә-gülә dedi: "Qorxursuz ki, şәhid olum!" Söhbәt açıldı, hәrә bir söz dedi: "Şәhadәt iftixardır, amma sizin getmәyiniz bizim üçün faciәdir". "Hacı, bizim sizinlә işimiz hәlә çoxdur". "..." Hacı üzünü bizә tutdu, araya yenә sükut çökdü. Çox sakit vә sözlәrini ölçә-ölçә dedi: "Meyvә yetişdisә, bağban gәrәk onu yığsın. Әgәr yığmasa, ağacda çürüyәcәk vә özü düşәcәk". Sonra gözünü orda toplaşanların içәrisindә gәzdirәrәk, әli ilә bir neçә nәfәri göstәrdi: "Bu yetişib, bu da yetişib, bu da..."
Gecә saat 12.
Tәyyarә göyә qalxdı.
Gecә saat 2.
Hacının şәhadәt xәbәri yetişdi.
Dәmәşdә hәmişә istirahәt etdiyi evә getdik. Bir kağaz tikәsi yazmışdı vә güzgünün qarşısında qoymuşdu...
Kağızda yazılmışdı: "Әlhәmdu lillahi Rәbbil Alәmin. İlahi, mәni pak qәbul et..."

Комментариев нет:

Отправить комментарий