17.01.2020

İraqda İŞİD şeyxi yaxalandı

eastnews.org-un verdiyi xəbərə görə, ötən gün İraq ordusunun xüsusi təyinatlıları Neynəva vilayətində yerləşən Mosul şəhərində İŞİD terrorçularının Şifu Naim adlı müftisini yaxalayıblar.
Məlumata əsasən, İŞİD-in şəriət hakimi və müftisi olan Şifa ən-Nima, Əbu Əbd əl-Bari adı ilə məşhur olan terrorçu yerli sakinlərin dəstəyi ilə yaxalanıb.
Yaxalanan terrorçu Mosul məscidlərində təkfirçi idealların yayılmasında və İŞİD-in fitvalar idarəsində fəaliyyət göstərərək, müsəlman alimlərin qətlə yetirilməsinə fitva verib. Onun fitvası ilə Yunus peyğəmbərin Mosulda yerləşən ziyarətgahı 2014-cü ildə partladılıb. Bundan əlavə o öz xütbələrində İraq güc strukturlarının məhv edilməsinə çağırışlarla tanınıb.

Комментариев нет:

Отправить комментарий