23.11.2020

Özüm özümdən

Gülbala Dadaş

Mənə təb ver, İlahi, ki çıxım özüm-özündən,
Doğula fikir canımdan, yarana sözüm özümdən.

Dözürəm mən hər cəfaya, edirəm şükür Xudaya,
Bilirəm deyildi çünki bu qədər dözüm özümdən.

Ölərəm hacansa mən də, elə iş görüm ki indi
Gələcək nəsillər üçün, qala bir izim özümdən.

Səni mən unutdum, amma ki qalıb gözümdə əksin,
Demə ehtibarli imiş, gözəlim, gözüm özümdən.

Dadaşın yamandı halı, qapılıb özündə qalmış,
Mənə təb ver, ey İllahi, ki çıxım özüm özümdən...

Комментариев нет:

Отправить комментарий