12.11.2020

Torpaqlarımızı əsgərlərimizin canı bahasına almışıq, heç kimin minnətinə ehtiyacımız yoxdur

Müşfiq Heybətov

Dünəndən bir çox məhşur facebook səhifələrindəki şərhlərə baxıram, əksəriyyət özünə elə əl qatıb ki, elə bil rus sülhməramlıları Azərbaycan xalqını güllələməyə zada gəlib.
Hələ "Türkiyə bizi sahibsiz qoyma" ,"Türkiyə gəl qardaşlarına sahib çıx" tipli şərhlər adamın lap ətini tökür vallah!
Özü də bu tip şərhləri yazan xanımdırsa (ki, çoxusu xanımlardır) o saat həmin şərhə cavab yazan 10-15 Okan, Mehmet, Arda, Faruk peyda olub başlayırlar bu xanımlara sizinleyiz, sizi yalnız koyarmıyız, hanım beni çok duygulandırdınız fason cümlələlər yazıb "dəstək" olmağa.
Amma di gəl ki, xətirlərinə dəyən yüngülcə bir söz yazan kimi həmin bu Okanlar, Mehmetlər, Ardalar başlayırlar "Biz olmazsak ermeni Bakü'nü işğal ederdi lan", " Karabağı alma cesaretin varsa Türkiyeye borclusun" kimi sözlər yazaraq minnət qoymağa.
Ən acınacaqlısı da budur ki, bu minnət qoyma şərhlərinə bizimkilər ürək zad atır!
30 ilə yaxındır ermənilərin atmacaları ilə yaşayırdıq- bu tip atmacalara adətən "Rus olmasaydı siz bizdən torpağ ala bilməzdiniz" cavabları verib vəziyyətdən çıxmağa çalışırdıq.
Görünən odur ki, yaxın 30 ili də ermənilərin "Azərbaycanlılar qorxaq millətdir, Türkiyə olmasaydı bizimlə vuruşa bilməzdilər" sayıqlaması, türk qardaşlarımızın isə minnəti ilə yaşayarıq.
Sağ olsun bəzi həmvətənlərimiz də var gücü ilə bu cür söhbətlərin geniş şəkildə vüsət alması üçün əllərindən gələnin ən yaxşısını edirlər(
Dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk, amma torpaqlarımızı şəhidlərimizin qanı, əsgərlərimizin canı bahasına almışıq.
Heç kimin minnətinə ehtiyacımız yoxdur.

Комментариев нет:

Отправить комментарий