30.11.2020

Xüsusi təyinatlılarımız tarix yazdı

Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçünün döyüş xatirələrindən (YerevanToday kanalı)

“Onlar ən çox gecələr, dumanlı və çiskinli havalarda gəlirdilər. Əsgərlər səngərlərin qarşısına kartof çipsisi tökürdülər ki, onlar gələndə xışıltıdan bilsinlər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi. 3-4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20-30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları.
Bir az real çıxmasa da bəzən düşünürdük ki, onlar ümumiyyətlə insan deyillər. Bəlkə də ya zombi, ya da robotuydular. Üstümüzə gələndə pulemyotla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi. Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydın ölümün mütləqiydi. Yenə deyirəm, onlar insan deyildilər. Nəsə ölümsüz bir şeydilər. Öldürmək olmurdu, vurduqca yıxılıb, yenidən qalxırdılar. Döyüşlərdən sağ çıxan dostlarımdan soruşun, onlar da sizə deyəcək.Yaxın məsafədə gedən döyüşlərdə Azərbaycan Xüsüsi Təyinatlılarını pulemyotla çiynindən vururduq terminator kimi irəliləməyə davam edirdilər. Onlar insan deyildilər. Belə mübarizə olmaz.
Şuşa döyüşləri daha dəhşətliydi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi. Erməni əsgərlərini dişləriylə parçalayırdılar. Xankəndinə gətirilən meyitlərin əksəriyyətinin boyunlarındakı şah damarları dişlə qoparılmışdı. İnsan bunu edə bilərmi? Əlbəttə ki yox. Bunu ancaq zombilər edə bilər.
Deyirlər ki, Arçaxı azad etmək üçün yenidən müharibə edəcəyik. Bu zombiləri görən əsgər, ya zabit bir daha Arçaxda döyüşmək istəməz”.

Tərcümə: Nemət Mətin

Qeyd: Ermənilər Yaşma kəşfiyyatçılarını adamyeyən olduğu iddiasıyla Beynəlxalq qurumlara şikayət ediblər.

Комментариев нет:

Отправить комментарий