17.11.2020

Şuşada cümə namazını qıldıran Qurbanəli Əliyev

Şuşada cümə namazını qıldıran əsgər Qurbanəli Eldar oğlu Əliyev olub.
Qurbanəli əslən Lerik rayonundandır.
O Əl-Mustafa Beynəlxalq Universitetinin İlahiyyət fakültəsinin tələbəsidir. Pandemiya ilə əlaqədar dərslər dayandırıldığı üçün Lerikə geri qayıdıb. Elə həmin vaxt Ordumuzun əks-həmlə əməliyyatına başlaması ilə o da adını yazdırır və könüllü olaraq döyüşlərə gedir.
Qurbanəli Əliyev deyir ki, döyüşə gedəndə işğaldan azad edilən bütün rayonlarda namaz qılacağı və azan oxuyacağı barədə anasına söz verib:
"Mən bura gələrkən "İnnə lilləhi və innə ileyhi raciun" (“Allahdan gəlmişik və Allaha gedəcəyik”) deyib gəlmişəm. Anama söz vermişəm ki, Şuşada, Kəlbəcərdə, Laçında azan verəcəm və namaz qılacam. Bunu reklam üçün yox, bizim vacibimiz olduğu üçün edirik. Səngərdə olsun, döyüşdə olsun hara gediriksə namazlarımızı orada qılırıq. Həmd olsun Allaha bu günə kimi namazdan qalmamışıq. Burada ilk cümə namazı qıldırmaq da, ilk azan vermək də bizə qismət oldu".
Qurbanəli Şuşada 28 il sonra qılınan ilk namazın verdiyi hissi sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyir:
"Şuşada qıldığımız namaz bizə fəxarət hissi verdi. Şuşa xarıbülbülün vətənidir. 30 ildir azan səsinə həsrət torpaqlardır. Rayonda namaz qılırıq, amma hərbi formada şəhadət formasında, şəhadət yerində qılınan namazın fərqini sözlə çatdırmaq mümkün deyil”. /yeniavaz/

Комментариев нет:

Отправить комментарий