"27 yaşlı gənc dönər aparatı istəmir, sosial yardım axtarır" -"Bir qadın cavan oğlu ilə qəbula gəlmişdi ki, bizə kömək edin, sosial yardım alaq. Oğlana sual etdim ki, niyə işləmirsən? Bildirdi ki, iş yeri yoxdur. Soruşduq 27 yaşına qədər heç bir işlə məşğul olmamısan? Deyir Bakıda dönər satmışam. Dedim burada dönər sata bilərsən? Cavab verdi ki, edə bilərəm".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
"Tapşırıq verdik ki, cavan oğlan bütün hər şeylə təmin olunsun. Sonra məktub yazdı ki, yox dönər aparatı, heç nə istəmirəm, sosial yardım ayrılsın. Bu da bizim 27 yaşında gəncimiz, sağlam adamdır. Problemimiz budur. Dövlətin büdcəsindən 5 manat pul alım, amma dəyər yaratmayım. Statistikaya görə, dünayda cəmi 5 % insanda sahibkarlıq ruhu var. Amma bizdə bu da yoxdur. İnsanlar bu mənada passivləşib”, - deyə nazir müavini vurğulayıb.
Комментариев нет:
Отправить комментарий