Valeri Korovin
LifeNews telekanalına müsahibə, 25.06.2015
—Dövlət Duması Ermənistan hakimiyyətinə məsləhət verib ki, amerikan səfirini ölkədən qovsunlar. Parlamentariyalar əmindinlər ki, Riçard Mills Yerevanda indiki protestlər fonunda qızışdırıcılıqla məşğuldur. ABŞ-a daha bir rəngli inqilab lazımdırmı? Lazımdırsa, niyə? Bu və ya digər ölkənin daxilində qeyri-stabilliyə həmişə kimsə maraqlıdır, üçüncü şəxslər olmasa, necə deyərlər, iş ötmür. Ermənistanla bağlı məsələdə əvvəl-axır kimə Yerevanda keçirilən, böyük hesabla bu gün bitəcək 6 günlük mitinq sərfəlidir?
—Amerika Birləşmiş Ştatları vəziyyəti qızışdırır, dialoqa imkan vermir ki, emosional şiddət geridönməz xarakter alsın. Və 6 günlük etirazın nəticəsində yetişən bu şiddət emosiyalarının köməyilə hakim rejimi əvvəllər işə salınmış həmin alqoritm əsasında devirsinlər.
Bu eyni metodiçkalardır, eyni rekomendasiyalardır, mahiyyətcə eyni də adamlar elə həmin ssenarini həyata keçirirlər. Odur ki fikirləşməyin Ermənistanda xüsusi məsələdir, bəs burda doğrudan da sosial protestdir, başqa yerlərdə isə başqa məsələ idi – belə düşünmək sadəlöhvlükdür. Bu texnologiyadır və həmin texnologiya həmişə sosial protestdən başlanır. İstənilən dövlətdə problemlər var. Və istənilən dövlətdə yapışmaq üçün səbəb var ki vəziyəti qızışdırasan. Odur ki Ermənistan da istisna deyil, burda da elə həmin alqoritm işə salınıb, eyni inqilablar zəncirinin davamıdır.
—Yəni indiki halda konflikt süni yaradılmayıb və şişirdilməyib, doğrudan da Ermənistanın daxilində problemlər mövcuddur və ABŞ sadəcə bundan daxili işlərə qarışmaq üçün istifadə edir?
—Problemlər hər yerdə var. Olmasa da düzüb qoşmaq olar. Əsas odur ki bu və ya digər hadisələrin gedişatını düzgün interpretasiya edəsən. Amerikanlar məhz mahiyyətlərlə işləyirlər. Bununla elə səfirlik özü məşğul olur. İmperiya mitropoliyasının nümayəndəliyi kimi məşğul olur. Bu yolla mahiyyətləri elə şəkildə yönləndirir ki, reallığın başa düşülməsi neqativ alınsın. Amerikanlar beləcə istənilən cəmiyyəti yönləndirirlər. Orda öz şəbəkələrini yaradırlar, illərlə bu işlə məşğul olurlar. Onlar fon, məna konteksti yaradırlar, müəyyən sensorlar yaradırlar ki, bunun köməyilə lazım olan anda cəmiyyəti silkələyən prosesləri işə salsınlar. Bununçün hansısa problemi ortalığa atırlar ki, belə problemlər hər yerdə, istənilən dövlətdə var. Belə problem lazımi katalizator kimi ortalığa atılır. Əgər ABŞ-ın özünü götürsək, biz də orda vəziyyəti asanlıqla destabilizasiya edə bilərik. Lakin amerikanlar özlərində belə etirazların qarşısını qəddarlıqla alırlar. Di gəl ki ABŞ hüdudlarından kənarda istənilən halda gücün işə salınmasını qınayırlar.
—Yəni ABŞ-ın Ermənistandakı səfirliyi bu hadisədə iştiraksız qala bilməzdi?
—ABŞ səfirliyi prinsipcə rəngli inqilabların və qeyri-stabilliyin yayıcısıdır. Suveren dövlətlərin zamanı ötdü. Tək hipergüc dövlət yaranandan sonra o təbii ki praqmatik olaraq öz statusundan, gücündən, qüdrətindən yararlanmağa başladı. Hal-hazırda yeni-yeni məkanlar zəbt etməkdədir. Bu strateji nəzarətdir ki, ABŞ nəhəng ərazilər və dövlətlər üzərində qurur. Səfirlik burda müəyyən şəbəkə mərkəzi, şəbəkə proseslərinin modulu, koordinatoru rolunu oynayır ki, bunların köməyilə adi silahları işə salmadan əraziləri qoparıb ələ keçirirlər.
—Fikrinizcə, əgər Ermənistan Amerika səfirini ölkəsindən qovsa, Vaşinqton ardınca necə hərəkət edə bilər?
—Birinci bu protesti başsız qoyacaq, vəziyyəti çaş-başlığa salacaq və alqoritmin gedişini pozub dayandıracaq. İkincisi, Ermənistan hakimiyyətinə taym-aut verəcək ki, güclərini toparlamaq üçün imkanları olacaq. Lakin amerikanlar əlbəttə barışmalı olacaqlar, çünki səfiri qovmaq suveren ölkənin hüququdur. O vaxta kimi ki yeni səfir hazırlanaraq və yönləndirilərək göndəriləcək, təlimatlar alacaq, situasiya boğulub dayana bilər. Və bu taktiki effektiv gedişatdır ki, situasiyanın şiddətlənməsini durdura bilər, orientasiya olmağa və hansısa cavab tədbirləri görməyə imkan verər. Lakin əlbəttə bu problemi sistemli şəkildə həll etmir. Amerikanlar mahiyyətlərlə işləyirlər, kütlələr isə mahiyyətlər yaratmırlar, onu elitalardan qəbul edib götürürlər. Əgər öz milli elitaların mahiyyət mənzərəsi vermirlərsə, müəyyən paradiqmal matrisa təqdim etmirlərsə, hansına ki uyğun olaraq kütlə öz yaşamını əsaslandıra bilər, öz varlığının mahiyyətini başa düşə bilər – onda kütlə bunu xaricdən əxz edir. Bax amerikanlar belə mahiyyətləri formalaşdırırlar, özlərinə lazım olan şəkildə kodlaşdıraraq bu və ya digər cəmiyyətlərə tullayırlar. Və cəmiyyət hansısa momentdə artıq öz elitalarına mənsub olmur, öz dövlətinin hüdudlarından kənardakı elitalara mənsub olur. Belə mahiyyətlərə müvafiq olaraq ABŞ milli administrasiyaların başı üzərindən bu və ya digər dövlətləri idarə edir. Bu elə şəbəkə proseslərinin, şəbəkə müharibələrinin mahiyyətidir ki, konseptlərin, ideologiyaların formalaşdırılması hesabına ABŞ dünyanı idarə edir.
—Bəs hansısa münbit zəminə hazırlıq getdiyindən danışmaq olarmı? Axı keçən ilin axırında səfirlərin dəyişdirilməsi baş verdi: bu postda Coni Xeferen idi, indi Riçard Millsdir. Yeri gəlmişkən, xatlırlatmaq lazımdır ki, o rus dilini yaxşı bilir. Sonra ilin əvvəlində dövlət katibinin müavini Viktoriya Nulandın səfəri oldu. Bunu zəminə hazırlıq saymaq olarmı?
—Şübhəsiz. Amerikanlar kontekst formalaşdırırlar. Onunçün ki kütlə bu və ya digər ideyadan yapışsın, əlində mahiyyət əsaslandırması olsun. Kütlə məsələlərə Qərbin Allah vergisi, Qərb dəyərləri sisteminin isə ən yaxşı dəyərlər sistemi olması nəzərindən yanaşmalıdır. Başqa yolu yoxdur. Axı öz elitaların alternativ təklif etmirlər, Qərb isə bütün suallara konkret tammənalı cavablar ortalığa qoyur: Qərb tərəfə yönəlmə elə həll və çıxış yoludur. Başqa həll yolu isə yoxdur, belə həll yolu əsaslandırılmayıb.
Yəni cəmiyyəti idarə etmək üçün əvvəlcə onu lazımi şəkildə yönləndirmək lazımdır. Bununla amerikan səfirləri məşğul olurlar, hansılar ki şübhəsiz məhz bununçün rus dilini yaxşı bilirlər. Çünki onlar ciddi şəkildə postsovet məkanının müstəqillikdən məhrum edilməsi ilə məşğul olurlar. Bu isə sistemli yanaşmadır ki, onilliklərlə həyata keçirilir. Amerikan sovetoloqları Sovet dövlətini dağıtdılar, indi isə postsovet məkanını dağıdırlar. Onlar bunu məqsədyönlü və strateji cəhətdən ölçülü-biçili şəkildə edirlər, geopolitik maraqlardan çıxış edirlər. Biz tərəfdən isə belə yanaşma heç yoxdur. Biz sistemli şəkildə yox, situasiyaya uyğun hərəkət edirik, yəni konkret çağırışa reaksiya veririk. Qığılcım olmasa hərəkət keçmirik. Lakin onlar səviyyəcə irəlidədirlər, qığılcım onlarlıq deyil. Onlar Qərbin mahiyyət paradiqmalarını formalaşdırırlar ki, get-gedə daha çox xalqların, daha çox postsovet məkanı dövlətləri sakinlərinin təfəkkürlərini fəth edir.
—Valeri Mixayloviç, Ermənistanın coğrafi mövqeyini götürəndə ABŞ üçün bunun hansı üstünlükləri var? Axı o quru ilə əhatə olunmuşdur, faydalı qazıntıları demək olar yoxdur, qiymətli metalları yoxdur. Bəs səbəb nədir? Strateji mövqeyi var?
—Tam geopolitik özülə malik strateji mövqeyi. Bu məkanın resurslarının az olmasına, yerləşməsi, münbitliyi və faydalı qazıntıları cəhətdən qeyri-cəlbediciliyinə baxmayaraq hər halda Ermənistan Qafqaz keçidinin daxilində yerləşir ki, Rusiyanın İran ilə strateji yaxınlaşma yolunun üstündədir və bununla Rusiyanın Hind okeanına çıxış imkanını bağlaya bilər. Qlobal Qərbin nümayəndələri də məhz buna imkan vermək istəmirlər – keçmiş etaplarda Britaniya imperiyası, indiki etapda isə amerikan imperiyası. Rusiyanı blokirovka etmək, onu kontinentin içərilərinə doğru sıxışdırmaq Qərbin strateji, geopolitoloji məqsədidir, geopolitoloji imperatividir. Ermənistan isə burda cənub sanitar kordonunun açar elementidir.
Qafqaz keçidinin üç fraqmenti – Gürcüstan, Azərbaycan və Ermənistan Rusiyanın strateji genişiliyə çıxışını bağlaya bilirlər. Gürcüstanla artıq işləyib bitirdilər, Azərbaycan tərəddüd edir, Ermənistan isə Rusiyanın müttəfiqidir. Ermənistan əllərindən çıxıb. Bu zəif bənddir. Hələ bu azmış kimi Ermənistan Avrasiya Birliyinə daxil olacağını bildirdi. Özü-özlüyündə bu da çağırışdır, amerikan maraqlarına zərbədir. Çünki Ermənistanın Avrasiya Birliyinə daxil olmasının nəticələri presedent yaradacaq, nümunə verəcək ki, staqnasiyadan başqa heç nə verməyən ABŞ-a yox, Rusiyaya orientasiya olmaqla necə inkişaf etmək olar. Və bu Azərbaycan üçün, Gürcüstan üçün yoluxucu nümunə olacaq, nəticədə ABŞ bütün Zaqafqazyeni itirə bilər, bu isə yolverilməz nəticədir. Və ABŞ Ermənistanı blokirovka edəcək.
Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından
Комментариев нет:
Отправить комментарий