28.06.2023

Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmalıdır

Elşad Məmmədov

Son aylar Azərbaycanla Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığın mümkün möhkəmləndirilməsi ilə bağlı tədbirlərin sayının kəskin şəkildə artması ilə yadda qaldı.
Qeyd etməyə bilmərəm ki, bir qrup həmfikirlərlə birlikdə Azərbaycanın Aİİ-da iştirakı ideyasının kökündə dayanan bu sətirlərin müəllifi üçün çox xoşdur ki, bizim ideyalar qəbul olunur və praktiki müstəvidə tətbiq edilir.
Azərbaycanın Aİİ-na daxil olması lehinə arqumentlərimi təqdim edirəm:
1. Xarici iqtisadi prioritetlər. Rusiya ilə - quruda, Qazaxısatanla - dənizdə qonşuluğumuz. İqtisadi əlaqələrimiz kifayət qədər dayanıqlıdır. Rusiya idxal üzrə əsas tərəfdaşlarımızdandır (18%). İxracatda - Rusiya 3-cü yerdədir, lakin qeyri-neft sektoru üzrə RF əsas ixrac bazarımızdır. 2022-ci ildə Qazaxıstanla ticarət dövriyyəmiz 4,5 dəfə, Rusiya ilə 24 % artmışdır.
2. Ötən il ölkəyə xaricdən köçürülən 3,6 milyard ABŞ dolları həcmində vəsaitin 80 %-dən artığı (təqribən 3 milyard dollar) Ruisiyanın payına düşür. Bu isə 2022-ci il dõvlət büdcəsində nəzərdə tutulmuş gəlirlərin təxminən 20 %-inə bərabərdir. Eyni zamanda nəzərə alaq ki, əmək haqqı və bir sıra digər mənbələrdən fərqli olaraq, pul köçürmələri vergi və başqa yığım təzyiqlərinə məruz qalmır.
3. Fikrimcə, Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin digər dövlətlərdən respublikamıza göndərilən pul köçürmələrini 5 dəfə üstələməsi və bu göstəricinin ölkəmizin bütöv qeyri-neft ixracatının həcminə təqribən bərabər olması bizi məhz hansı ölkənin əsas xarici iqtisadi tərəfdaşımız olması barədə düşündürməyə bilməz.
4. Azərbaycanın Aİİ-na daxil olması nəticəsində Azərbaycan şirkətləri müxtəlif məhsullara tətbiq edilən idxal rüsumlarından azad olunaraq mənfəətlərini xeyli dərəcədə artıra bilərlər. Bu o cümlədən, metal, agac, taxıl məhsullarına aid edilə bilər. Taxıllla bağlı məsələnin sosial-iqtisadi amil olaraq xüsusi həssaslığınî nəzərə alaraq, onu, zənnimcə, xüsusi ilə qeyd etmək lazımdır. Belə ki ölkəmizin Aİİ-na üzv olması respublikamızda taxıl qiymətləri və Azərbaycan bazarının taxîl təminatı problemlərinin kökündən həllinə şərait yarada bilər.
Bu Azərbaycanın Avrasiya İqtisadi İnteqrasiya prosesində iştirakının lehinə olan tutarlı arqumentlərin yalnız bir hissəsidir.
Bununla yanaşı, zənnimcə, bu məsələnin qoyuluşunun aktuallığı tədricən yalnız artacaq!

Комментариев нет:

Отправить комментарий