Bəli, problem ondadır ki, Azərbaycanda özünü "siyasətçi", "politoloq", "hərbi ekspert" kimi cəmiyyətə sırıyanların çoxu savadsız, ölkələrin strategiyalarından xəbərsiz, kitab üzü açmayan şəxslərdir. Xəritədə Suriyanı göstərə bilməyən adamlar "hərbi ekspert", "politoloq", "aparıcı" statusunda beynəlxalq mövzuları şərh etdiyindən, çıxışları da bataqlıq qurbağalarının quruldamasından fərqli effekt yaratmır - eyni tezis, eyni yanaşma, eyni ahəngdə və tempdə təkrarçılıq, bir də söyüş...
Sözü olmayanların, hadisələrə real izah verə bilməyənlərin efir vaxtlarını irişə-irişə boş, mənasız cümlə yığınıyla, bir-birini təkzib edən fikirlərlə, söyüşlə keçirmələri də bununla bağlıdır...
Oxumaq inkişafdır, qaranlıqları yaran aydınlıqdır, yolu azmamaqdır, doğru düşünmək və yanlışın təsiri altına düşməməkdir.
Təəssüf ki, oxuyanlarımız hədsiz azdır və bu səbəbdən əksəriyyəti çox asanca təsir altına sala və yönləndirə bilirlər...
Комментариев нет:
Отправить комментарий