26.06.2023

MEDİADA ELEKTRON İDARƏETMƏ MODELİ ÖZÜNÜ DOĞRULTMADI: KÜTLƏVİ JURNALİSTİKA KABUSU DAĞIDICIDIR, ELİTASIZ MƏDƏNİYYƏT BOŞBOĞAZLIQDIR

Həmid Herisçi

Müharibənin taleyini həmişə çiyni paqonlu yüksək vəzifə sahibləri yox… bir də yox… kiçik zabit heyəti, sıravilər həll edir.
Jurnalistikada, ədəbiyyatda da belədir.
Ancaq orduda, hərbi sahədə özünü tam doğruldan bu nyuans, mədəniyyətdə özünü doğrultmur.
Antidəyərə çevrilir.
Azərbaycanlılar nədənsə həmişə tənqid hədəfi kimi yüksək vəzifəliləri, yəni beş ulduzlu berendləri seçsələr də, mən bu qədim adətimizi pozmaq istəyirəm. Tənqid hədəfimiz müasir Zati Aliləri yox… adi piyadalarımız, kiçik zabit heyətimiz olmalıdır.
Məhz bax bu adi, istedadsız, boz kütlə ölkədəki böhranın səbəbidir.
Adi, sıravi insanlar ətraf təbii mühitə çəyirtkə kimi yayılıb ən vacib strateji sahələri, xüsusən jurnalistikanı, ədəbiyyatı məhv ediblər. Sarsıdıblar.
Elita yoxdu artıq Azərbaycandakı bütün sahələrdə. Hamı…hamı bu gün jurnalistdi, yazıçıdı, siyasətçidi.
Buna sosialogiyada KÜTLƏVİ ƏDƏBİYYAT, MƏDƏNİYYƏT DÖVRÜ deyirlər.
Elita ölüb. Yerini ötürüb əli qaləmli həvəskarlara. Boz kütləyə.
Başlayaq bax bu” kütləvi jurnalistikamızın” tənqidindən.
Kütləvi juranalistikasının peşəkarlıq şkalası, mübahisəli mövzu, Anadolu türkləri demiş ziddiyyətli konudu.
İndiki jurnalistika beynəlxalq sularda sərbəst üzgüçülük məharəti tələb edir. Ancaq Azərbaycan mediası, beynəlxalq yox, sırf məhəlli məzmunludur.
Elitar deyil, adidi.
Media kapitanları uzaq məsafəli səfərlərə tam hazırlıqsızdırlar.
Azərbaycan jurnalistikası istedadsızların yığnağıdır, nəinki istedadlıların.
Çağdaş jurnalistika smart texnologoyalarla yüklüdürsə, Azərbaycan mediası, bahar şumuna hələ də kotanla, kətmənlə çıxır.
Araşdırma janrı yoxdu bu həvəskar topluda. Peşəkarlar, peşə qanunları, standartları bütün sahələrdə, xüsusən jurnalistikada arzuolunmazdı.
Rəsmi Bakının son 3 il ərzində bütün uğurları ancaq güc nazirliklərində - hərbi sahədə, kəşfiyyatda, ordu quruculuğunda və digər bəzi sahələrdə özünü aydın göstərsə də, razılaşın, butün bu nailiyyətlərimizi məhz zay jurnalistikamız sıfırlayır.
Bu piyadaların zabit rütbəsi alması çox vaxt apardı. Bəzi qurumlarda jurnalist heyətinin tam kütləvi təxrisi, qaçınılmazdı. İxtisarlar labüddü.
Jurnalistikamızın azarı keyfiyyətsiz kadrlardı. İstedlısı, savadsız, savadlısı isə istedadsızdı bu jurnalist tayfamızın.
Ələbaxımlıdır. İdealist şkala yoxdu qətiyyən beyinlərində.
Məişət qayğılarına daha çox aşiqdirlər, nəinki öz peşələrinə.
Təsadüfü adamlar faizi 50, 60 faiz olsaydı nə dərdimiz vardı ki! Yox... bu statistika bizdə 99 faiz həcmindədir.
3 D çaplı jurnalist heç yoxdu biz jurnalist məhəllələrində... bolluca avara var.
Futuristik, yəni gələcəyə yönlü baxış sıfırdı burda. Nə varsa, inildiyən nostalji mövzularda, keçmişdədir.
Guya ki keçmişlərdə nəsə yaxşı, indikindən müsbət olub...
Yalansa!...
Sadəcə siz jurnalistlərdə müasir, modern, fururistik təfəkkür işartıları çatışmır. Bu səbəbdən nostaljiyə qapılırsız.
Azərbaycan jurnalistlərinin səsi, ucdantutma cırdı. Yetişməmiş kal səslər efiri zəbt edərək dinləyicinin qulaqlarını cırmaqlasa da, nə xeyri?
TV, radio "kapitanları" sükanı, lövbəri, yelkənləri, mikrafonları hələ də bu həvəskar tayfasına etibar edirlər.
Teleaparıcılar, adətən əksər samit, sait səsləri sanki unudurlar. Tələlffüz etmirlər. Cingiltili, kar samitlər bölgüsü, sıfırdı radio, tele efirlərində.
Montajçılar, öz diktaturasını qurublar efirdə. Verilişləri, kadrları eyni baxış bucağından, eyni kasıb üsullarla, sanki adi yapışqanla (!) bir-birinə çalayırlar.
İşıq standartları da sıfırdı efirdə.
Səsin keyfiyyəti də.
Qısası, Azərbaycan jurnalisrikasının "Elektron idarəetmə" modeli, mühərriki, çat verib. İşləmir. Təcili yeni standartlara keçib, elektron göstəriciləri redəktə etmək lazımdır.
Media elektron üsullarla, mexanik idarə edilə bilməz.
Acı nəticələr göz önündədir.
Elektron dövlət, idarəetmə bəlkə də bələdiyyə, İcra səviyyəsində yaxşıdır. Ancaq jurnalistikada faciəli nəticələrlə yadda qalıb.
Azərbaycan dövlətinin, ordusunun qələbələri məhz jurnalistikamız sıfırlayır.
Bu orduda yeni hərbi çağırışa ciddi ehtiyac yaranıb.
Sözdə "kapitanların" rütbəsi geri çağırılmalı, paqonları çiyinlərindən sökülməlidir.
Kütləvi mədəniyyət, o cümlədən kütləvi jurnalistika, məncə antidəyərdi.
Əslində mədəniyyətsizlik modelidir.

Комментариев нет:

Отправить комментарий