Şikayətçilər sırasında 10-a yaxın YAP üzvü var idi. Onlarla birgə “Azərbaycan” qəzetinə də müraciət etdik. Xatırladaq ki, əvvəllər də həmin redaksiyaya müraciət etmişdik, lakin qəbul etməmişdilər. Bu dəfə dəstənin çoxluğunu görüb redaksiyanın 2 əməkdaşı binanın qarşısında bizimlə görüşdü. Yarım saata yaxın çəkən görüşdə problemləri bir daha diqqətə çatdırdıq. Dedilər, hökumət qəzetidir, biz belə şeyləri çap edə bilmərik. Bəxtiyar adlı əməkdaş dedi ki, 21 ildir belə işləyirik.
- Xatırladım ki, Masallıdakı özbaşınalıqlarla bağlı konkret siyahı da hazırlamışıq. Bu siyahı ölkə mətbuatında çap olunub. Onu da deyim ki, televiziyaya baxanda eşidirik ki, ölkə başçısı bizi korrupsiyaya və saxtakarlığa qarşı mübarizəyə səsləyir. Amma həmin binaya gedəndə başqa mənzərə görürük. Əgər islahat gedirsə, elə öncə o binada olmalıdır. Televiziyada deyirlər, dərdinizi deyin. Ölkə başçısı rayona gəlir, görüşə bilmirik. Bakıya gedirik, bizə heç şöbə müdiri ilə görüşməyə imkan vermirlər.
- Hazırda şikayətlərimizi həll etmək əvəzinə, rayon rəhbərliyi şikayətçilərlə “iş” aparır. Kimini izləyir, kimini hədələyir, kimini şərləyəcəkləri ilə qorxudurlar.
Biz bu sahədə mübarizəmizi davam etdirəcək, tələb edəcəyik ki, rayona komissiya gəlsin, dediklərimizi yoxlasın.
"Cənub xəbərləri"
Комментариев нет:
Отправить комментарий