05.02.2019

 “Barbarossa” planının müəlliflərindən biri feldmarşal Fridrix Paulsun tərcüməçisi Koqan yəhudi idi. Partizan hərəkatına qarşı kəskin mübarizəsi ilə ad çıxarmış SS generalı Erix fon dem Bax-Zelevski və yəhudilərin qanuna susamış Vyananın qaulayteri general-leytenant Odilo Qloboçnik özləri də yəhudi qanının daşıyıcıları idilər. Abverin podpolkovniki Ernst Bloxun atası yəhudi idi, amma Hitlerin ona verdiyi sənəddə deyilirdi: “Mən, Adolf Hitler, alman millətinin füreri həqiqətən təsdiqləyirəm ki, Ernst Blox xüsusi alman qanının daşıyıcısıdır”. Blox ABŞ dövlətinin xahişi ilə məşhur yəhudi ravvini Şneersonun işğal altında olan Polşadan çıxarılıb Amerikaya yola salınması əməliyyatına rəhbərlik etmişdi.
 Başında parıldayan dəmir kaska olan göygöz əsgərin şəkli faşist mətbuatının bəzəyinə çevrilmişdi. Qəzetlər bu şəklin altında “ideal alman əsgəri” yazıb, onu “təmiz ali irqin etalonu” kimi təqdim edirdilər. Lakin bu şəkildəki əsgər yəhudi Verner Qoldberq idi. Qoldberq mavi olduğuna görə ordudan qovulmuşdu, 1959-cu ildə isə Qərbi Berlin Palatasına deputat seçilmişdi.

Комментариев нет:

Отправить комментарий