10.02.2019

Alman əsgərlərinin törətdikləri vəhşiliklər onların evə yazdıqları məktublardan da aydın görünür. Yefreytor Menq həyat yoldaşına yazırdı: “Sən elə bilirsən mən Fransadayam, amma mən Şərq cəbhəsinə göndərilmişəm. Biz rusların əlindən aldığımız kartof və digər ərzaqlarla qidalanırıq. Cücə daha yoxdur, hamısını yeyib qurtarmışıq. Burda yaşından və cinsindən asılı olmayaraq bütün ruslar bizim düşmənimizdir- istər 10, istər 20, istər 80 yaşı olsun. Onların hamısını öldürüb qurtarandan sonra sakitlik və rahatlıq yaranacaq. Rus əhalisi ancaq məhvə layiqdir. Ən axırıncı adamına kimi hamısını qırmaq lazımdır”. Efreytor Çimmax yazırdı: “Bu gün donuz kəsdik. Doyunca yedim. Donuzun başını tam yedim. Qulağını belorus kişisinə atdım. Onu da rotamızın iti Neptun qapıb yedi”.

Комментариев нет:

Отправить комментарий