10.02.2019


Faşistlərin planına görə SSRİ-nin Avropa hissəsində 20-30 ildən sonra cəmi 15 milyon adam qalmalıydı. Bu məqsədlə ruslar arasında doğuşun qarşısını almaq nəzərdə tutulurdu. Himmler deyirdi: “Bu vilayətlərdə əhalinin sayının azaldılması üçün biz təbliğat yoluna əl atmalıyıq- radio, kino, vərəqələr, qısa broşüralar, məruzələr və s. vasitəsilə əhaliyə yeritməliyik ki, çox uşağı olmaq ziyandır. Göstərməliyik ki, uşaqların tərbiyəsinə xərclədiyiniz böyük pullara çoxlu şeylər ala bilərsiniz. Deməliyik ki, uşaq doğmaqla qadın sağlamlığını təhlükəyə atır. Hamiləliyin qarşısını alan dərmanların geniş istehsalını, yayımını və təbliğatını qurmalıyıq. Abortların artmasını təşkil etməliyik. Abort edən akuşer və feldşerlər hazırlamalıyıq. Könüllü sterilizasiyanı təbliğ etməliyik. Uşaq ölümlərinə qarşı mübarizə aparmamalıyıq. Analara uşağa qulluq etməyi və xəstəliklərin qarşısını almağı öyrətməməliyik. Rus həkimlərinin hazırlanmasını minimuma endirməliyik. Uşaq bağçalarına heç bir kömək etməməliyik. Boşanmalara mane olmamalıyıq. Çoxuşaqlı ailələrə heç bir imtiyaz, pul dəstəyi verməməliyik”.

Комментариев нет:

Отправить комментарий