10.02.2019

“Ostland” reyxskomissariatının sənədlərindən aydın olur ki, Belorusiyanın qərb və cənub hissələrini büsbütün yerli əhalidən təmizləyib bura alman kolonistlərini yerləşdirmək nəzərdə tutulmuşdu. Himmler 1942-ci ildə SS-çilərin “Das Şvarçe Korps” qəzetində açıq-aşkar yazırdı: “Bizim məqsədimiz odur ki, Şərqdə yalnız alman qanının daşıyıcıları yaşasınlar”. Hitler deyirdi: “Biz Krımı sırf almanların yaşadığı koloniyaya çevirəcəyik. Yerli əhalini qovmaq çətin olmayacaq”. Direktivlərdən birində göstərilirdi: “Yüz ildən sonra burda milyonlarla alman kəndlisi yaşayacaq”. Hitler öz əlaltılarına bildirirdi ki, yaxın 20 il ərzində Ukraynaya 20 milyon alman köçürüləcək. Sənədlərdən aydın olur ki, yerli əhalinin çox hissəsini qırmaq və qovmaq, yerdə qalan hissəsini isə qul kimi işlətmək nəzərdə tutulmuşdu. Gerinqin “Yaşıl qovluğunda” göstərilirdi: “SSRİ ərazisində milyonlarla insan artıqdır. Onlar ölməlidirlər, ya da Sibirə köçməlidirlər”. Qərbi Ukraynadan 65 faiz, Belorusiyadan isə 75 faiz yerli əhalini qovulub çıxarılacaqdı. Ukraynanın reyxskomissarı Erix Kox deyirdi: “Mənə lazımdır ki, polyak qabağına çıxan ukraini öldürsün və əksinə, ukrain polyakı öldürsün. Bizə nə ruslar, nə ukrainlər, nə də polyaklar lazım deyil. Bizə münbit torpaqlar lazımdır”.

Комментариев нет:

Отправить комментарий