Macarıstan sionistlərinin rəhbərlərindən olan Rudolf Kastner SS zabiti formasında konslagerləri gəzir, alman zabitləri ilə yeyib içir, kart oynayır və konslagerlərdə yaradılmış bordellərin xidmətin istifadə edirdi. Varlı Macarıstan yəhudilərinin köçülülməsi işindən o alman məmurları ilə birgə milyonlar qazanmışdı. Çexoslovakiya sionistlərinin rəhbərlərindən olan Robert Mandler də Gestapo agenti idi və varlı yəhudilərin Fələstinə göndərilməsindən pul qazanmaqla məşğul idi. Faşistlərlə əməkdaşlıq edən yəhudi qız Stella Qoldşlaq köçmək istəməyərək gizlənən 3 minə yəhudinin yerini satmışdı, buna görə 1945-ci ilin oktyabrında Sovet kəşfiyyatı tərəfindən həbs olunaraq 10 il iş almışdı. Varşavada yəhudi aktrisası Veronika Qrinberq nasistlərlə yaxından əməkdaşlıq eləmişdi. Müharibədən sonra polyaklar onu “Gestaponun fahişəsi” adlandırırdılar. Tanınmış rəqqasə Vera Şalburq alman kəşfiyyatının yüksək rütbəli zabiti Dirks Xilmarın məşuqəsi idi və müharibədən sonra ağalarını dəyişərək ingilis kəşfiyyatı ilə əməkdaşlıq etməyə başlamışdı. Yəhudi baron Voldemar Oppenqeym alman kəşfiyyatının A.2408 nömrəli agenti idi. Gestapo əməkdaşı, yəhudilərlə dəyişdirilməsi müqabilində Reyxi lazım olan mallarla təmin etmiş Macarıstan yəhudisi Endrü Corci müharibədən sonra bir neçə il həbsxanada yatsa da, adını dəyişdirdi, bizneslə məşğul olaraq milyonerə çevrildi. 26 oktyabr 1949-cu ildə Sovet kəşfiyyatı nasistlərlə əməkdaşlıq etmiş yəhudi Şmil Qutqarini həbs etdi. Müharibəyə göndərilən Qutqari komsomol biletini cıraraq almanlar tərəfə keçmiş, özünün Sovet almanı olduğunu bildirərək xidmətə götürülmüşdü. Travnik şəhərindəki SS təlim düşərgəsində məşq keçmiş bu adam dinc sakinlərin öldürülməsində və əsirlərə işgəncələr verilməsində xüsusi fəallıq göstərmişdi. Müharibədən sonra isə Sovet soydaşları onu Moskvanın “Oqonyok” jurnalına fotomüxbir kimi işə götürmüşdülər.

Комментариев нет:
Отправить комментарий