05.02.2019

 Sovet məhkəməsinin cəza kəsdiyi gestapoçu Piter Krauze bildirmişdi ki, yəhudilərə qarşı fəaliyyətimizdə bizə əsas köməyi sionistlər edirdi. Yəhudi polisi əsasən sionist hərbi və gənclər təşkilatlarının üzvlərindən təşkil olunmuşdu. Varşavada sağçı sionistlərin rəhbəri Abram Qançvayx nasistlərə işləyirdi və onlara yardımçı dəstələr yaratmışdı. Qançvayx yəhudilərə təbliğ edirdi ki, almanların yaratdığı gettolar yəhudilərin xeyrinədir və yəhudilərin “mədəni avtonomiyası” üçün şərait yaradır. İlk əvvəl Qançvayx yüksək avtoritet qazansa da, yəhudilər onun Gestapo agenti olduğunu başa düşdülər və ehtiyatla yanaşmağa başladılar. Qançvayxın donosları sayəsində nasistlər bir çox yəhudi müqavimətçilərini və narazılarını həbs etdilər və güllələdilər. Vilnyusda solçu sionistlərindən olan Yakub Qens faşistlərlə əməkdaşlıq edirdi və gettonun polis rəisi təyin olunmuşdu. Qensin dəstəsi 1942-ci ildə Oşmyanıdan gətirilmiş 406 xəstə və qoca yəhudinin güllələnməsində iştirak etmişdi. O gettoda gizli iş aparanların çoxunu həbs edərək almanlara təhvil vermişdi. Lvov Yudenratına Qərbi Ukraynanın sionist təşkilatlarının rəhbəri Adolf Rotfeld başçılıq edirdi. O Londonda yaradılmış “Karen Qaesod” fondunun katiblik üzvü idi və uzun illər Fələstinin kolonizasiyası işinin maliyyəşdirilməsi istiqamətində çalışmışdı. 

Комментариев нет:

Отправить комментарий