10.02.2019

Sovet İttifaqına qarşı vuruşan əsgərlərə Sovet ərazilərində hektarlarla torpaq və mülkədarlıq söz verilmişdi. Müharibə bitəndə hər bir alman döyüşçüsü 50 hektar torpaq və yerli əhalidən 10 qul alacaqdı. Himmlerin 26 oktyabr 1942-ci ildə imzaladığı sirkulyarda isə göstərilirdi ki, alman hərbçilərinə Şərqdə 160 hektar torpaq veriləcək. Ukrayna Almaniyanı ərzaq və xammalla təmin edən bazaya çevrilməliydi. Şərqdə ucuz işçi qüvvəsi Reyxin təminatı üçün çalışacaqdı, qalan “lazımsız” əhali isə məhv ediləcəkdi. Nasist məmuru Erix Kox deyirdi: “Alman əsgəri Ukraynanı burda məskunlaşmaq üçün tutub”. Himmler əmr vermişdi ki, 1942-ci ildə məhsul yığımından sonra Vinnitsa vilayətinə 10 min alman köçürülsün. 1942-ci ilin noyabrında Vinnitsa vilayətinin 7 kəndi boşaldıldı ki, bura “ali irqin” nümayəndələri gətirilsin. Jitomir vilayətinin də 60 kəndinin əhalisini qovub burada almanlar üçün “Xeqelvald” yaşayış məskəni yaratmaq planlaşdırılmışdı. Nasist məmuru Alfred Rozenberq qələbədən sonra işğal olunmuş ərazilərə daniyalıları, norveçliləri, hollandları və ingilisləri köçürməyi təklif edirdi. 

Комментариев нет:

Отправить комментарий