10.02.2019

Sumı şəhərindən çıxarkən almanlar yerli əhaliyə əmr verdilər ki, onlar da şəhəri tərk edib getsinlər. SS-çilər ev-ev gəzib qalan adamları döyürdülər və güllələyirdilər. Poltava şəhərində də “evakuasiyadan” imtina edən adamları öldürdülər, evləri yandırdılar. Bu taktika hər yerdə həyata keçirildi. 1943-cü ilin sentyabrında Artyomovsk şəhərində jandarmeriya 3 min qadın, uşaq və qocanı öldürdü. Velikie Lipnyaqi kəndində SS-çilər 371 adamı öldürdülər və yandırdılar ki, onlardan 120-si uşaq idi. Rubyovka kəndində, Lukişşina və Ejakovka xutorlarında 400-ə yaxın sakini taxta binalara doldurdular və benzinləyib yandırdılar. Bu vəhşi divantutmadan yalnız 2 nəfər sağ çıxa bildi. Faşist cəlladları geri çəkilərkən Melitopol şəhərində 250 qadını uşaqları ilə birlikdə həbsxanaya doldurub yandırdılar. Berdyansk şəhərindən də çıxarkən bir neçə min dinc sakini güllələdilər.

Комментариев нет:

Отправить комментарий