16.08.2019

"Ailəsinə sahib çıxa bilməyən, İŞİD-ə neft daşıyan...." — Eynulla Fətullayev Mübariz Mənsimovu "dələduz" ADLANDIRDI

Hacı Zeynəlabdin Tağıyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var... Bu xidmətləri sadalamaqla günlər, aylar, illər bitməz. Fəqət, mesenatlığın əsasını qoymuş bu düha heç zaman nə Bakı seminariyasının məzunlarından, nə də xaricə təhsil üçün göndərdiyi gənclərdən siyasi məqsəd üçün istifadə etməyib. Hacı Azərbaycanın qızıl fondunu yaradıb, və bu xeyriyyəçinin pulu ilə təhsil almış minlərlə gənc xalqına xidmət edib.
Dünənə qədər bütün Bakı Hacının çəkdirdiyi su borularından, inşa etdiyi arxitektur binalardan, infrastrukturdan bəhrələnirdi. Digərlərindən fəqrli olaraq Tağıyev 1 manat pulunu ölkədən çıxarmadı, bütün sərvətini xalqına həsr etdi...
Amma Türkiyədə dələduzluq içində boğulan- nə elmi, nə də helmi olan abdal bisavad aşpaz Mübariz, daha doğrusu Məşədi özünü böyük şəxsiyyətlərlə bir sıraya qoymaqdan belə utanmır.
İŞİD-ə neft daşıyan, həmyerlimiz Vahid Ələkbərova milyonlarla pul atan, SOCAR-ın və Azərbaycan dövlətinin yüz milyonlarını talayan, pul üstündə qardaşı Maarif Mənsimovla belə məhkəmə çəkişməsindən utanmayan, ailəsinə belə sahib çıxa bilməyən dələduz-fırıldaqçı mesenat adına iddia edə bilərmi? Nəhayət, Azərbaycan xalqı bu avantyuristin, dəllalın, fırıldaqçının əsl simasını tanımalıdır!

Eynulla Fətullayev                  demokrat.az

Комментариев нет:

Отправить комментарий