08.08.2019

Sovet dağılandan sonra azərbaycanlıların bəxti gətirmədi

Məşhur polyak satirik Yeji Lents deyir ki, “Tutalım, başınla vurub divarı deşdin, bəs qonşu kamerada nə edəcəksən?”
Tam bizə uyğun deyimdir. Tutalım, biz canımızı mövcud iqtidardan qurtardıq, qapıda pusquda durmuş siyasi qüvvələr onlardan yaxşı olacaqmı? Ola bilsin korrupsiya və rüşvətxorluq indiki səviyyədə olmasın, ola bilsin məhkəmə, polis sistemi əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdə olsun, amma və lakin... bizi başqa “sürprizlər” gözləyəcək.
İyrənc etnik millətçilik ölkədə tüğyan edə bilər, islamafobiya dərinləşə bilər və s. (Siyahını uzatmaq da olardı).
Turan tv bir video paylaşıb. Videoda Gülay adlı azərbaycanlı qızcığazın gözəl at sürdüyünü görürük. Videoya da belə bir başlıq yazıblar: “Atın üstündəki türk deyilsə, yükdür”. Nə deyəsən?
Partiya sədrinin müavini pozğun bir gədənin statusuna yazır ki, “azanı məhdudlaşdırmaq olar, elə hər cümə günü günorta azanı bir dəfə verilsin, bəsdir”.
Belə çox nümunələr yazmaq olar. Sadəcə çox uzadıb zəhlənizi tökmək istəmirəm.
Sovet dağılandan sonra azərbaycanlıların bəxti gətirmədi. Nə iqtidarından yarıdı, nə də müxalifətindən.
Qeyd: O ayrı mövuzudur ki, ümumiyyətlə, bu iqtidar böyük bəladır.

İlham Ali Soy

Комментариев нет:

Отправить комментарий