08.08.2019

BÜDCƏDƏN ALDIQLARI ÖDƏDİKLƏRİNDƏN ÇOXDUR - Milyonluq fərqlər

Azərbaycanda iri vergi ödəyicilərinin 2018-ci ildə dövlət büdcəsinə ödədikləri və büdcədən aldıqları vəsaitlərin həcmi bəlli olub.
Hesablama Palatasının məlumatlarına əsasən bəlli olub ki, il ərzində büdcəyə ən çox vəsait SOCAR tərəfindən daxil olub. Amma maraqlı burasındadır ki, SOCAR-ın büdcədən aldığı vəsait ödədiyindən artıqdır.
Dövlət şirkətlərinin büdcədən aldırları və büdcəyə ödədikləri pulları rəqəmlərlə təqdim edirik.
SOCAR: 1 milyard 425 milyon manat ödəyib, 1 milyard 486 milyon manat alıb.
Azərenerji: 86 milyon ödəyib, 240 milyon manat alıb.
Azərbaycan Dəmir Yolları: 15 milyon ödəyib, 607 milyon manat alıb.
Xəzər Dəniz Gəmiçiliyi: 30 miyon ödəyib, 20 milyon manat alıb.
Azərbaycan Hava Yolları: 32 milyon ödəyib, 10 milyon manat alıb.
Azərsu: 27 milyon ödəyib, 431 milyon manat alıb.

Комментариев нет:

Отправить комментарий