15.08.2019

Qurban Məmmədovun milyonlarla dəyərindəki əmlakı

Sizi Məmmədov Qurban Cəlal oğlunun mənzilləri və obyektləri barədə arayışla tanış edim. Qurban bayramıdı. Təbrik edək Qurbanımızı.
Həsənoğlu küçəsi 12 ünvanda (5 saylı xəstəxananaın qarşısı) 2 mərtəbəli binalar sökülərkən orada Qurban Məmmədova məxsus mənzillər və ofis binasının əvəzində ona verilmiş mənzillər və obyektlərin siyahısı belədir:
Musa Nağıyev küçəsi 1927-ci məhəllə, bina 2 a ünvanda hər biri 109 kv.m olmaqla 3 mənzil: 51, 52 və 53 saylı mənzillər). Yeri gəlmişkən 51 və 52-ci mənzilləri başqa şəxslərə satıb, hazırda sahəsi 109 kv.m olan 53-cü mənzil Qurbana məxsusdur.
Həmin binanın 1 və 2-ci mərtəbəsində hər birinin sahəsi 240 kv.m olmaqla obyektlər.
Eyni binanın 3-cü mərtəbəsində qızı Günel Məmmədovaya məxsus 240 kv.m-lik 76-cı mənzil.
Elə bu binanın 4-cü mərtəbəsində qızı Haqverdiyeva Turana məxsus 240 kv.m-lik 77-ci mənzil.
Eyni binanın 5-ci mərtəbəsində Məmmədov Qurban Cəlaloğluna məxsus sahəsi 240 kv.m-lik 78-ci mənzil.
Və daha bir qeyd. 1927-ci məhəllə ünvanındakı əsas bina 15 mərtəbəli olmaqla binanın sağ və sol tərəfində ayrıca giriş-çıxışı və lifti olan 5 mərtəbəli binalar mövcuddur. Həmin binalardan biri (5 mərtəbəli, parka baxan tərəf) Qurban Məmmədova verilib (1-ci və 2-ci mərtəbələrdə obyektlər, 3-cü, 4-cü və 5-ci mərtəbələrdə isə mənzillər).
Bu da Qurban Məmmədovun maddi irsi. Daha doğrusu hələlik məlum olan irsi.
Məncə, bu qədər mala-mülkə sahib olan adamın acından ölürük, yedilər taladılar, biz gərək dövlət çevrilişi edək, kasıblar, ayağa qalxın!- kimi şüarlar söyləməyə haqqı yoxdur!

Aslan Aslanov

https://www.facebook.com/KGBUSSR765/posts/363631927906352

Комментариев нет:

Отправить комментарий