29.08.2019

Azərbaycan sionizmin regionun müsəlman ölkələri əleyhinə əməliyyatlar üçün bazasına çevrilib

Azərbaycan İsraildən dronlar alanda da və İsrail Bakıda dron zavodu tikəndə də İran öz narahatlığını bildirib Azərbaycana xəbərdarlıq etdi. Azərbaycan rəsmiləri də eyni zamanda cavab olaraq bu dronların İran əleyhinə istifadə olmayacağına və hansısa ölkənin Azərbaycanın ərazisindən İran əleyhinə istifadə etməyə qoymayacağına söz verdi.
Lakin bir müddət sonra Lənkərandan qalxan və İranın nüvə sənayesi zavoduna tərəf hərəkət edən İsrail dronu İsfahan yolunda vuruldu. O vaxt İran bu məsələni çox da ağartmayıb, sadəcə xəbərdarlıq edərək üstündən keçdi. Daha sonra Naxçıvan ərazisindən İranın hava sərhəddini pozan İsrail dronu İranın Sepahı tərəfindən vuruldu. Bir ara da xüsusi təlim görmüş quşlara kamera bağlayaraq Bilasüvar sərhəddindən İrana buraxırdılar.
İndi isə görürük ki, İraqda Həşdi-Şəbinin bazası Azərbaycandan (böyük ehtimalla Nasosnudan yük təyyarəsi ilə aparılıb) Amerikanın İraqdakı bazasına aparılan 2 ədəd sionist rejimə aid dronlar vasitəsi ilə vurulub.
Deməli, Azərbaycanın ərazisi sionizmin regionun müsəlman ölkələri əleyhinə əməliyyatlar üçün bazasına çevrilib. Azərbaycan xalqının cibindən milyonlarla pulları silinir və xalqın mənafeyinin tam ziddinə istifadə olunur. Yoxsa elə düşünürsünüz ki, qaniçən İsrailin bizə canı yanır? Milyonlarla müsəlmanın qanına xirtdəyəcən batan sionistlər bizim qara gözümüzə aşiq olub? Onlar üçün xalqımızın zərrə qədər dəyəri yoxdur. Dronları isə İsrail özü istədiyi yerə işlədir. Kimə qarşı? Müqavimət qüvvələrinə qarşı! Kimə qarşı? Qonşu ölkələrə qarşı! Azərbaycan iqtidarı deyəsən nə böyük qələt etdiyindən xəbəri belə yoxdur!
Bu bədbəxlər bilmirlər ki, müqavimət qüvvələrinin heç bir dövlət qrumu ilə bağlılığı yoxdur ki, onu diplomatiya ilə həll edəsən. Nə cür Yəmən Səudiyyənin strateji obyektlərini hədəfə alaraq cəhənnəmi onlara yaşadır, eynilə elə bir vəziyyətə sən düşə bilərsən! Onlar heç bir dövlət diplomatiyası "priznavat" eləməyən inqlabçı ruhiyəli mücahidlərdir və belə xəyanətləri də asan yaddan çıxarmırlar.
İsrailin Buzovna kəndinin Albalı adlı ərazisində tikdiyi dron zavodu, Türkan gəmirqayırma zavodunda yahudi mütəxəssislərinin İsrail üçün hazırladığı gəmilər və oraya İsraildən gələn son model "Hernes 900" dronları, İsraillilərin Bakıdakı tank təmiri zavodu və bəzi Salyan kimi İrana yaxın bölgələrdə xüsusi təyinatlılara paylanan, amma idarəsi yahudilərin əlində olan dron bazaları, MN-in kəşfiyyatının İran bölməsində olan radiokəşfiyyat işlərinin İsrailin əlində olması və.s tamamilə müqavimət güclərinin nəzarindədir.
Bir sözlə İsrail rejimi bu xəyanəti ilə ölkəni məhvə doğru sürükləyir. Bundan zərər görən isə qara camaat olacaq. Əgər hakimiyyət rəsmi olaraq İsrailə qarşı öz etirazını bildirməsə və ciddi addımlar atılmasa bu çox pis nəticə verə bilər.
İranın səfirliyinin qarşısında çaqqal kimi ulaşan parabeyinlər niyə İsrailə etiraz bildirmirlər? Vətənpərvərlik maskası altında gizlənən ikiüzlülər niyə susur?
Biz, xalq olaraq həm sərvətlərimizin başqa ölkələrin əleyhinə xaincəsinə sui-istifadə olunmasına, həm də bu addımların xalqın və ərazi bütövlüyümüzün təhlükəyə atmasına susuruq! O zaman bu xəyanətlərə haqlı cavablar verilərsə, səsimizi çıxartmağa hüquqi və mənəvi haqqımız yoxdur!

Canpolad Canıyev

https://www.facebook.com/Canpulad/posts/367178220872691

Комментариев нет:

Отправить комментарий