01.07.2023

Serj Sarkisyanın gedişi – amerikan şəbəkələrinin qələbəsi kimi


Valeri Korovin

Media.az saytı üçün müsahibə, 23.04.2018

—Serj Sarkisyanın istefasını necə qiymətləndirirsiniz?
—Ermənistanın Rusiyadan qoparılması və amerikan strateji nəzarəti altına keçirilməsi üçün uzun illər inadla və ardıcıl şəkildə çalışan amerikan şəbəkələrinin qələbəsi kimi. Ermənistanda 2500 amerikan, necə deyərlər, “diplomatı” var. Bu rəqəm üzərində fikirləşin. Hər 1200 Ermənistan sakininə biri düşür. Onlar burda Vaşinqtondan gen-bol maliyyələşən yüzlərlə QHT-dən ibarət güclü, şaxələnmiş amerikanyönlü şəbəkə yaradıblar.
Ermənistanın müstəqilliyinin əlindən alınması üçün çalışan bütün bu maşına qarşı heç kəs müqavimət göstərmədi. Rusiya həmişəki kimi bığlarını tərpədərək bildirdi ki, bəs “Moskva niyə qarışmalıdır”, “bu Ermənistanın daxili işidir”. Yəqin nəzərə alırlar ki, Moskva adi silahlarla, raket-bomba zərbələrindən və tank kolonlarından istifadə etməklə, böyük miqdarda insan itkilərinin müşayiəti ilə vuruşmağa adətkardır, nəinki şəbəkə texnologiyalarından istifadə etməklə. Halbuki ikincinin köməyilə amerikan şəbəkə aqressiyasına qarşı müqavimət göstərmək olardı, Vaşinqtona postsovet məkanını metodik və ardıcıl şəkildə öz strateji nəzarəti altına almağa imkan verilməzdi.
Belə görünür məsələ “bu Ermənistanın daxili işidir” söhbətində deyil, necə ki Gürcüstan, Ukrayna, Moldova və digər yerlərlə bağlı deyildi. İş ondadır ki, buna indiki Rusiya elitalarının sadəcə ağlı çatmır. Şəbəkə strategiyaları, hansının ki köməyilə Qərb bir-birinin ardınca dövlətləri ələ keçirir – bu sadəcə onların başı üçün deyil. Sarkisyan Rusiyadan kömək almadı və Qərb strateqlərinin və polittexnoloqlarının güclü hücumu qarşısında təslim olmağa məcbur qaldı. Yəqin xaricdəki şəxsi bank hesablarının da ağır dərdi təsirsiz ötüşmədi, hansını ki itirməyə adam həmişə heyfslənir...

—Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə necə reaksiya verəcək?
—Görünür hakimiyyətin dəyişilməsi prosesinə necə reaksiya verdisə, elə o cür: bığlarını tərpədəcək, ilk növbədə özünü tilsimə salacaq ki, “axı Moskva niyə qarışmalıdır, bu Ermənistanın daxili işidir”, bəs daxili işidir, qarışmaq olmaz, bircə qarışmaq olmaz...
İndi Ermənistanı Avrasiya inteqrasiyası proyektləri çərçivəsində yalnız möcüzə saxlaya bilər. Möcüzəyə isə Vaşinqtonda inanmırlar, ancaq Moskvada inanırlar. Nikol Paşinyan “qanlı rejimin” dörd divarı arasında ona görə “can qoyub əzab-əziyyətə qatlaşmamışdı” ki, möcüzəyə inam gətirsin. Bu Rusiya hakimiyyətindəki autistlərin növbəti məğlubiyyətidir. Heç başa düşmək olmur Putin hara baxır, niyə imkan verdi...

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий