12.07.2023

ERMƏNİSTAN ÜÇÜN İKİ SSENARİ VƏ ABŞ-IN TƏSİRİ


Valeri Korovin
RADİO-KP ÜÇÜN MÜSAHİBƏ, 11.11.2020

—Qarabağda müharibənin isti fazası bitmişdir. Azərbaycan və Ermənistan Dağlıq Qarabağda atəşkəsə riayət edirlər. Bizim hərbçilər bildirirlər ki, Qarabağda sülhməramlı tapşırıqlarının yerinə yetirilməsi üçün ordu aviasiyasından və xüsusi komplekslərdən də istifadə olunacaq. Bu gün Rusiya sülhməramlıları ilə dolu daha üç təyyarə Ulyanovskdan Dağlıq Qarabağa uçmuşdur. Eyni zamanda Ermənistanın mərkəzi Yerevanda 17 müxalifət partiyasının Dağlıq Qarabağda silahlı konfliktin dayandırılması haqqında üçtərəfli bəyanatın imzalanması ilə bağlı nəhəng mitinqi keçirilir. Yerevanda Azadlıq Meydanına polis, o cümlədən xüsusi təyinatlı qüvvələr yeridilir. İlk həbs olunanlar barədə məlumatlar var. Yerevanda razılaşmanın imzalanmasından narazı qalanların olması yeni xəbər deyil. Sual odur ki, bu nəyə gətirib çıxaracaq? Kimisi deyir hakimiyyətin dəyişməsinə, kimisi deyir hakimiyyət dəyişsə Ermənistan üçtərəfli razılaşmadan çıxa bilər. Digərləri də müxtəlif mümkün proqnozlar verirlər. Yaranmış vəziyyətə sizin baxışınız necədir?

—Burda iki ssenari var. Birinci ssenari Ermənistanın amerikan tranformasiyalarının davam etməsidir, hansına ki axırıncı erməni maydanı vaxtından start verilib. Onda Sorosun nümayəndəsi hakimiyyətə gəldi və işlərin indiki halına gətirib çıxaran proseslərə başladı. Əgər Paşinyanın hakimiyyətə gəlməsindən indiyədək son illərdə baş verən hadisələri geopolitik qiymətləndirsək, bunlar amerikan atlantist geopolitik məntiqinə uyğun gəlir: üzə çıxır ki Ermənistan heç vaxt həll olunmamış ərazi konflikti varkən, yəni qonşusu və ya digər dövlətlə müəyyən konfliktli vəziyyətdəykən NATO-ya girə bilməz. Prinsipcə Ermənistan həmin problemin aradan qaldırılmasına heç vaxt bu qədər yaxın olmayıb – yəni Qarabağı praktiki olaraq itirmişdir. Birinci ssenari – bax bu əməliyyatın başa çatmasıdır. Əvvəlcə minlərlə QHT yaradılır, ardınca “rəngli inqilab” baş verir, sonra Sorosun adamı hakimiyyətə gəlir, sonra müharibə baş verir, razılaşma imzalanır, Qarabağ itirilir və ardınca gələn etapda isə Ermənistan NATO-ya qəbul edilir.

İkinci ssenari – avrasiyaçı ssenaridir ki, geopolitik cəhətdən Rusiyanın iştirakı ilə həyata keçirilir. Rusiya Ermənistanın amerikan təsiri sferasına qovulub salınmasını dayandırır, prosesi əks tərəfə – özünə sarı yönəldir. Bu başqa məsələ ki, çoxlu vaxt ötürülmüşdür. Bizim indiki start pozisiyalarımız çox zəifdir və biz on qat artıq güc sərf etməliyik ki, Ermənistanı öz geopilitik təsir sferamıza qaytaraq. Amma proseslərin əvvəlində – 2018-ci il maydan olaylarına hazırlıq mərhələsində qarışsaydıq, bu bizimçün daha asan olardı. Yəni indi biz daha pis şəraitdəyik ki, situasiyanı geriyə yönləndirməyə çalışırıq. Bir daha bildirirəm ki, indi qat-qat çətin olacaq, çünki prosesin bütün mərhələləri buraxılıb – Sorosun Qərbyönümlü QHT-lərinin yaradılması mərhələsindən tutmuş Qarabağın faktiki itirilməsi mərhələsinə kimi.

—Heç də korrekt sual olmasa da soruşum: Əvvəl-axır kim qələbənin tamını çıxartdı, burda kim qalibdir?

—Böyük hesabla amerikan qlobalistləri uduşdadırlar ki, Trampa qarşı durmaqla seçkiləri kəskin şəkildə saxtalaşdırdılar və demokratiyanı yerli-dibli qulaqardına vurdular. Bu işdə daha bir bonus toplayan isə özünün neoosmanlı siyasəti və Qarabağ avantürası hesabına Zaqafqazyeyə leqal giriş qazanması ilə Türkiyə oldu. İki əsas xeyirgötürənlər bunlar, əsas ziyançəkən isə Rusiyadır.

—Mən, əlbəttə, Rəcəb Ərdoğanın yeni əsrin yeni Atatürkü olmaq cəhdini başa düşürəm. Onda bu nə qədər real alınır? Baxmayaraq ki, bir neçə il qabaq biz efirdə Ərdoğanı necə yıxmağa, devirməyə çalışdıqlarından danışırdıq. Düzdü, alınmadı. Sizin fikrinizcə o bu vəziyyətdən nə dərəcədə ləyaqətlə çıxdı? Və ambisiyalarına bir baxın! Aleksandr Vasilyeviç Suvorovun Napoleon barədə dediyi sözlər yada düşür: “Oğlan iri addımlarla irəliləyir, şalvarını cırmasa yaxşıdı”.

—İndiki anda bu tam dəqiq və aktual iraddır. Ərdoğanın neoosman siyasətinin uğuru iki faktordan asılıdır: iradə və ağıl. Əgər Türkiyə rəhbərliyi kifayət qədər iradə gücünü ortalığa qoysa və ağılla hərəkət etsə, bu yolda doğrudan da müəyyən uğurlar əldə edə bilər. O başqa məsələ ki belə vəziyyətdə həmin neoosman proyektində Türkiyənin əsas düşməni ortalığa çıxacaq – ABŞ, hansının ki regionda siyasəti böyük geopolitik blokların və nəhəng geopolitik subyektlərin yaranmasına, formalaşmasına və inkişafına imkan verməməyə yönəlib. Və Türkiyə nə qədər böyüyəcəksə, onun regiondakı nüfuzu nə qədər güclənəcəksə, regiondakı amerikan hegemonluğu üçün bir o qədər böyük təhlükə kəsb edəcək. Odur ki bu məsələdə türklər ABŞ-ın maneəsi ilə qarşılaşırlar, necə ki özünü 2016-cı ildə dövlət çevrilişinə cəhddə göstərdi; həmin vaxt Ərdoğanı məhv etmək üçün İncirlikdəki bazadan təyyarələr havaya qaldırılmışdı. Odur ki bu Ərdoğan üçün hər iki tərəfdən təhlükəli oyundur. Bir tərəfdən o ABŞ-ın regiondakı ağalığına təhdid yaradır, bir tərəfdən bizim strateji maraqlarımız zonasına girərək Rusiyanın Zaqafqazyedəki təsirinə qarşı gedir. Bu onunçün ikiqat təhlükəlidir, onu odla su arasında qoyur. Və əgər Rusiya indi özünün Zaqafqazyedəki geopolitik missiyasına işə başlasa, ayılıb hərəkətə keçsə, bu həm Ərdoğan, həm də Türkiyə üçün, yüngül desək, heç də komfort olmayacaq.

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий