Valeri Korovin
(01.07.2018-Cİ İLDƏ QARABAĞIN COCUQ MƏRCANLI KƏNDİNDƏ KEÇİRİLƏN “MOSKVA-BAKI OXU” KONFRANSINDAN SONRA AZƏRBAYCAN KİV-LƏRİNDƏN BİRİNƏ VERİLMİŞ MÜSAHİBƏNİN MƏNBƏYİNİ TAPMAQ MÜMKÜN OLMADI)
—Ermənistanda artıq hamıya məlum olan işlək ssenari ilə amerikanyönlü maydan baş verdi – kütlələr narazılığa təşviq edildi, daxili neqativ enerji iqtidarda olan qanuni hakimiyyətin dəyişdirilməsinə yönləndirildi, nəticədə izdihamın təzyiqi altında hökumət dəyişdi. Lakin müxalifət iddia edir ki, “bu başqa şeydir”, məsələn, Ukraynadakı kimi deyil. Doğrudanmı Ermənistandakı hadisələr digər belə ssenarilərdən fərqlənir və fərq nədədir?
—Bu ssenari yeni deyil, biz bunu həmişə müşahidə edirik. Sovet İttifaqının dağılmasından keçən 25 il ərzində bunu amerikan strateqləri, amerikan polittexnoloqları eyni metodlarla həyata keçirirlər, bu ard-arda baş verməkdədir. Belə baxanda da amerikanlar prakmatikdirlər, onlar “it works” prinsipi ilə yanaşırlar: işləyirsə demək yenə və yenə istifadə etmək lazımdır.
Erməni protestinin liderləri bizi nə qədər inandırsalar da ki, bəs bu rəngli inqilab deyil, bu maydan deyil, Ermənistan da istisna olmadı. Paşinyan hökuməti nümayəndələrinin siyahısına baxanda görürük ki, tam qərbyönümlü, amerikanyönümlü çevriliş baş vermişdir. Əlbəttə bu həm Rusiyada həyəcana səbəb olur, həm də uzun illərdir xeyirli və pozitiv olan Rusiya-Ermənistan münasibətlərində gərginlik yaradır.
—Bu gün hamı səbirsizliklə gözləyir ki, Paşinyan nə edəcək, çünki o hələ ki heç bir iş görməyib. Biz Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazırlıq barədə deklarasiyalar eşidirik, amma eyni zamanda Paşinyanın NATO ilə, Qərb liderləri ilə dialoq cəhdlərini, ora səfərlərini görürük. Hələ ki heç nə edilməmişdir, heç nəyə qol çəkilməmişdir və qərar qəbul olunmamışdır. Lakin tendensiya necədir və bu Rusiya ilə münasibətlərdə problemə çevrilməyəcək ki?
—Vladimir Putin xarici siyasətdə realistdir, liberal deyil. O yalnız faktlara, qərarlara baxır, yalnız qəbul olunmuş, möhür və imza ilə sənədləşdirilmiş, fiziki cəhətdən fiksasiya edilmiş tarixi əməllərə diqqət yetirir. Bu səbəbdən nə qədər ki Paşinyan Qərb ilə, NATO ilə müqaviləyə, razılaşmaya qol çəkməyib, hansısa sövdələşmə bağlamayıb, münasibətlərin tamamilə pozulmasından, Rusiya ilə Ermənistan arasında qarşılıqlı müttəfiqlik əlaqələrinin mümkünsüzlüyündən danışmaq olmaz.
Bir tərəfdən də biz əksinə, məhz Rusiya və Azərbaycan strateji yaxınlaşmasının artmasını müşahidə edirik ki, daha çox Azərbaycanda, o cümlədən digər yerlərdə Qərbin, Qərblə bütün səviyyələrdə əməkdaşlığın hansı təhlülkələr törətdiyini anlamalarının nəticəsidir.
Sivilizasion səviyyədə Qərb insan mentallığını, identikliyini, ənənəçiliyini dağıdır, qeyri-insani yolla aparır ki, biz bunu Avropada müşahidə etməkdəyik. Bu əlbəttə ki ruslar, azərbaycanlılar, ermənilər, ümumiyyətlə Avrasiyanın bütün ənənəçi xalqları üçün dəhşətli təhlükədir.
Biz görürük ki, Amerika və Qərb öz strateji maraqlarını həyata keçirmək üçün istənilən vasitələri işə salır, dövlətləri bir-birinin ardınca müstəqillikdən məhrum edirlər.
Misir, Qəddafi vaxtı Liviya kimi ölkələr Amerikanın müttəfiqi idilər ki, Qərb liderləri onların əlini sıxırdılar. Suriya ilə sakit şəkildə ticarət edirdilər və qarşılıqlı əlaqədəydilər. Qərb onları elə asanlıqla müstəqillikdən məhrum etdi, dövlətlərini dağıtdı, xaosa qərq etdi ki! Bundan heç kəs sığortalanmayıb, xüsusən də postsovet məkanında. Azərbaycan da elə vəziyyətdə qaldı ki, həmin maydan çevrilişlərinin sırasında növbəti dövlət ola bilər, müstəqilliyini itirər və xaosa qərq olmaqla dövləti dağılar.
O cümlədən biz başa düşürük ki, Qərbin bu gün daha bir dəhşətli aləti var – beynəlxalq terrorizm. Beynəlxalq terrorizmi Qərbin yaratdığı, şəkilləndirdiyi və layihələndirdiyinə, amerikan geopolitik maraqları yolunda dünyanın bütün nöqtələrində oturuşmuş sosial və geopolitik modelləri dağıtmaq üçün, bu və ya digər regiona amerikan hərbi maşınının yeridilməsinə səbəb kimi ortaya atdığına artıq heç kəsin şübhəsi yoxdur.
Həmin dəhşətli fəlakətin qabağında əlbəttə indiki suveren dövlətlərin heç biri tab gətirməz. Bu gün beynəlxalq terrorizmə sinə gərən və onunla effektiv mübarizə aparan yeganə güc Rusiyadır ki, Suriya ilə bağlı vəziyyətdə də görürük. Odur ki Rusiya ilə ittifaq amerikanın texnoloji cəhətdən yüksək səviyyədə hazırladığı beynəlxalq terrorizmin fəsadlarından qarantiyadır, müəyyən panaseyadır.
Əgər bu gün hansısa dövlət bu və ya digər hərbi-strateji bloka girməsə, onu dağılmaqdan heç kəs xilas etməyəcək. Bu mənada əlbəttə regional siyasətdə çoxvektorluğa riayət etmək olar, İran, Türkiyə və Rusiya ilə, hətta Ermənistanla qarşılıqlı əlaqələr qurmaq olar, lakin geopolitoloji seçim birmənalı olmalıdır: ya atlantik siyasət, ya avrasiyaçı siyasət – üçüncü yol yoxdur.
—Yəni iki stulda oturmaq mümkün deyil?
—Heç cür mümkün olmayacaq. Və Azərbaycan və Rusiya münasibətlərində baş verənlər Azərbaycanın açıq-aydın və birmənalı şəkildə avrasiyaçı geopolitoloji seçiminin sübutudur.
—Türkiyə və Azərbaycan arasında münasibətlər bərpa oldu. Azərbaycan üçün bu olduqca müsbət haldır. Çünki bizimlə bağlı halda Türkiyə çox yaxın ölkədir. Lakin o Rusiya ilə də minlərlə cürbəcür tellərlə bağlıdır. Moskva-Bakı-Ankara oxu üzrə iqtisadi və siyasi əməkdaşlıqdan daha tez-tez danışırlar. Ümumi maraqlar da var, parlaq layihələr də var ki, bir yerdə həyata keçirmək olar. Bunu necə inkişaf etdirmək olar?
—Bundan başqa Azərbaycan əhəmiyyətli dərəcədə fərqlənən dövlətlər olan Türkiyə və Rusiya arasında qarşılıqlı münasibətlərin formalaşması üçün təbii və çox uğurlu interfeysdir.
Azərbaycan uzun əsrlərdir vahid sivilizasion məkanımızda olmaqla həm Türkiyə ilə, həm siyasi millət kimi türklərlə, həm də Rusiya ilə qarşılıqlı əlaqələrdən müəyyən gəlirlər və artımlar əldə edir. Azərbaycanlılar o adamlardır ki, həm türkləri, həm də rusları eyni cür yaxşı başa düşürlər.
Eyni zamanda Rusiyanın Türkiyə tərəfi ilə aydın dialoqu bəzən baş tutmur. Görürsən ki, bir çox məsələlər, məsələn, qaz kəmərinin çəkilməsi, ya rus silahının alınması Türkiyə lideri üçün tam qəbulediləndir, amma bir da baxırsan ki, Krımın Ukraynaya qaytarılmasının vacibliyini bildirdi, ya Poroşenko ilə qucaqlaşdı. Rusiya tərəfinə bu ən aşağısı qəribə görünür. Elə o cür yanaşma Türkiyə tərəfdə də var – türklərə də Rusiyanın özündə çox şey anlaşılan deyil.
Azərbaycanlılar bir-birindən əhəmiyyətlə dərəcədə fərqlənən bu iki ölkə arasında effektiv kommunikasiya qura bilərlər və aralarında gediş-gəliş yaradarlar. Bu mənada Rusiya-Türkiyə əlaqələrinin yaradılması üçün Bakı açar rolunu oynayır.
Eyni şeyi Rusiya-İran əlaqələri barədə də demək olar, çünki İran və Rusiya mədəniyyətləri də fərqlidirlər, özünəxsusdurlar. Burda tərcümə problemi də, zənnimcə, həlledilməz vəziyyətdədir. Mən Tehranda olmuşam, konfranslarda iştirak etmişəm, anlayıram ki hətta fars dilindən və ona tərcümə belə çətin bir problemdir. Dillərin strukturu, cümlələrin quruluşu başqadır, bütün qrammatik konstruksiya əks istiqamətə düzənlənir. Bütün bunlar tərcümədə təzadlar yaradır, cümlənin bir hissəsi ixtiyari kəsilib götürülür, əks istiqamətə tərcümə olunur, sonra yenə həmin ixtiyari nöqtədən tərcümə davam etdirilir. Bir sözlə tərcümə məsələsi tamamilə qeyri-mümkün məsələdir.
Eyni şey mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı təmasında da baş verir. Yəni İran əlbəttə bizim vacib, əsas, strateji partnyorumuzdu, amma Azərbaycansız onunla tammənalı dialoq, eləcə də geopolitoloji yanaşma olduqca çətindir.
—Yaxşı ki Moskvada bütün bu variantlara baxırlar.
—Bakı Moskva-Ankara, Moskva-Tehran oxlarının qurulmasının təminatçısıdır. Qurulmaqda olan bu oxları nəzərə alsaq, həm də regional təhlükəsizliyin və stabilliyin müəyyən ayrılmaz elementidir.
Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından
Комментариев нет:
Отправить комментарий