Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin:
—Rusiya tərəfinin gözləntiləri Zaqafqazyedə sabit sülhün bərqərar olmasıdır. Qərb isə sülhdə maraqlı deyil. Planetin bütün regionlarında Qərb, xüsusən də amerikan hegemonluğu müharibələr yolu ilə qurulur. Müharibə – ABŞ-ın hərbi müdaxiləsi üçün əsas səbəbdir. Amerikan polittexnoloqlarının müharibə törətmək cəhdləri, Qərb siyasətçilərinin onların iştirakı olmadan sülh yaradılmasından narazılıqları da bununla əlaqədardır. Baxın, Qarabağla bağlı imzalanmış üçtərəfli razılaşma Qərbi və regiondakı amerikan şəbəkələrini qane etmir. Onlar həmişə olduğu kimi hər iki tərəfdən eyni vaxtda hərəkət etməklə aranı qarışdırmaq istəyirlər. Nəticədə həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə tərəfdə antirus təbliğatı sel kimi axır. Və əgər rəsmi KİV-lər müəyyən korrekt mövqe gözləyirlərsə də, bloqosfera nifrətlə aşıb daşır. Əsas təsir obyekti Rusiya sülhməramlılarıdır ki, regionda real sülhün yeganə qarantıdılar. Bu isə dediyimiz kimi Qərbi və amerikan polittexnoloqlarını qane etmir. Onların məqsədi həm erməni, həm də azərbaycanlı tərəfini rusofob ritorika ilə qızışdırmaqdır ki, sülhməramlılar hər iki tərəfdən yağan nifrətin məngənəsi arasında qalsınlar, regionda sülh pozulsun. Hər bir tərəf üçün ayrıca səbəblər seçilib. Ermənilərə yeridirlər ki, Rusiya onlara lazımi dəstəyi vermədi, azərbaycanlılara yeridirlər ki, ruslar ancaq ermənilərə kömək edir. Həm bu tərəf, həm də o tərəf revanşist çağırışlarla qızışdırılır. Bu işdə əsas xeyirgötürən isə ABŞ-dır. Axı heç kəs o fikirdə deyil ki, müharibənin onun ölkəsi üçün hansısa xeyri ola bilər!
Комментариев нет:
Отправить комментарий