Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin:
—Ermənistan ümumiyyətlə 44 günlük müharibədə məğlub olandan sonra çox riskli vəziyyətə düşüb. Erməni dövlətçiliyi mahiyyətcə yox olma ərəfəsindədir. Bunun səbəbi isə onun tutduğu ikimənalı geopolitik mövqedir. Ermənistan qəti qərara gəlməlidir: Rusiyanın yanındadır, ya Qərbin? Nə qədər ki bunu özü üçün müəyyənləşdirməyib, Ermənistanı sadəcə parçalayarlar, tikə-tikə edərlər. Əgər müəyyənləşdirsə, həmin tərəfə aydın addımlar atacaq. Rusiyanın 1990-cı illərdə, anabiozda, qarışıqlıq və geopolitik qərarsızlıq vəziyyətində olduğu vaxtlarda ikimənalılıq müəyyən qədər keçərli idi. Amma indi Rusiya həmin geopolitik yuxudan ayılıb, güclər nisbətini aydınlaşdırıb, dispozisiyanı müəyyənləşdirib. Geopolitik məntiq qayıdıb; o isə belədir ki, Avrasiyanın hartlendi olan Rusiya var, bir də ona qarşı olan atlantik Qərb var. Hamı bunlara münasibətdə öz seçimini ortalığa qoymalıdır. Əgər Ermənistan doğrudan da dövlət kimi qalmaq istəyirsə, Qərb ilə oynamağa son qoymalıdır. Qərb Ermənistana məsrəf materialı kimi, onun sakinlərinə isə –sivilizasion Qərbin hüdudlarından kənardakı planetin digər sakinlərinə baxdığı kimi–
vəhşi və varvar kimi baxır.
vəhşi və varvar kimi baxır.
Комментариев нет:
Отправить комментарий