Valeri Korovin
PRAVDA.RU SAYTI ÜÇÜN MÜSAHİBƏ, 18.11.2020
Rusiya Federasiyası prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan tanınmamış Dağlıq Qarabağ Respublikası ərazisində silahlı konflikt zonasında atəşin dayandırılması barədə bəyanat imzalayıblar. Buna 2000 Rusiya sülhməramlısı nəzarət edəcəkdir.
Qarabağda 44 günlük müharibənin aralıq nəticələri necədir? Bundan hansı nəticələr hasil olur? Hadisələrin necə davam etməsi mümkündür? Bütün bu məsələlər və bir çox digər hadisələr barədə pravda.ru internet nəşrinin baş redaktoru İnna Novikovaya Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin danışıb.
—Valeri Mixayloviç, Dağlıq Qarabağdakı situasiyadan başlayaq. Bu hərbi konflikt zonasında atəşkəs barədə birgə bəyanat imzalanıb. Azərbaycan prezidenti qələbə çaldıqlarını elan etdi. Azərbaycan üçün doğrudan da bu qələbədir və böyük sevincdir. Ermənistan üçün isə məğlubiyyətdir və böyük məyusluqdur. 30 il bu torpaq de-fakto erməni torpağı olmuşdur. İndi Dağlıq Qarabağda yaşayan ermənilər öz evlərini yandırırlar, çünki burda qalmaq fikrində deyillər. Siz vəziyyəti necə qiymətləndirirsiz? Düz gəlməyən məsələlər çoxlu saydadır. Ermənistan bildirir ki, hələ heç də hər şey bitməyib. Siz necə hesab edirsiz, ardınca nə baş verəcək, hadisələr necə inkişaf edəcək?
—Fikrimcə bu məntiqli sonluqdur. Ermənistanda hakimiyyətə Sorosun adamı gələndə hadisələrin belə şəkil alacağı gözlənilən idi. Bu adam əvvəldən ideoloji cəhətdən Qərbə yönəlmişdi, qlobalist elitalara orientasiya olunmuşdu, özünün Rusiya ilə soyuq münasibətlərini vurğulayırdı və özünü həddən artıq təkəbbürlü aparırdı.
Məhz onun Qərbin agenti kimi, Sorosun agenti kimi mövqeləndirilməsi hadisələrin belə şəkil almasına gətirib çıxardı. İlk növbədə ona görə ki Əliyevə regionda Rusiyanın təsirini pozmadan və Rusiyanın maraqlarını heç cür sıxışdırmadan əməliyyata başlamağa mənəvi hüquq verdi.
Axı Rusiya özü erməni maydanı nəticəsində zərərçəkmiş tərəf vəziyyətində qalmışdı və əllərini yanına salaraq durmuşdu. İlham Əliyev də məhz bundan istifadə etdi ki, türk hərbi instruktorlarının və türk hərbi texnikasının köməyi ilə Qarabağa hərbi sıçrayış həyata keçirdi və əsaslı uğura nail oldu. Bu uğurun ağır yükü Azərbaycan gələcəkdə təsirini göstərəcək, amma indi bu şübhəsiz ki qələbədir.
Qarabağdakı uğurun bədəlini Azərbaycan Türkiyədən asılı vəziyyətə düşməklə ödəməli oldu, necə ki əvvəllər Qərbdən asılı vəziyyətdə düşmüşdü və bu asılılıqdan ağrısız qurtulmaq praktiki olaraq mümkün deyildi. Axı geopolitik çoxvektorluluqla belə oyunlar, Rusiyadan ötüb Qərbə adlamaqla geopolitik orientasiya dəyişmələr həmişə postsovet və Şərqi Avropa ölkələrini qanunauyğun finala – dağıntıya, daxili çürüməyə, dövlətçiliyin çökməsinə, ciddi fəsadlara və kataklizmlərə gətirib çıxarır.
Digər tərəfdən ərazi Azərbaycana məxsusdur deməklə Qarabağ məsələsinə mexaniki yanaşmaq da müəyyən şərtiliyi nəzərdə tutur. Çünki Azərbaycan milli dövlətdir. İndiki Ermənistan da milli dövlətdir. Milli dövlətin isə əsas xüsusiyyətlərindən biri sərt administrativ sərhədlərdir. Bir milli dövlət digərinə ərazi iddiaları edir. Əliyev həmişə deyir ki, Qarabağ Azərbaycan ərazisidir. Lakin nəzərə çatdırmaq lazımdır ki, axı bu hansısa abstrakt ərazi, daşlardan və qumdan ibarət torpaq parçası deyil, burda xalq yaşayır. Və bu xalq – ermənilərdir. Bəs biz bu regionu götürüb bu dövlətin tərkibinə birləşdiririk, sonra o biri dövlətin tərkibinə birləşdiririk – belə mexaniki yanaşmalar mümkün olan şey deyil.
—Azərbaycanın geri qaytardığı torpaqları özünə birləşdirməsinin hansı nəticələri olacaq? Axı 30 il ərzində qarşılıqlı nifrət, düşmənçilik şiddətlənməkdəydi, ekzalyasiyanın tam çılğınlaşmasına gedib çıxan dözümsüzlük artımı baş verirdi. Belə qarşılıqlı şiddət zəminində Azərbaycan silahlı qüvvələrinin ermənilər yaşayan ərazilərə daxil olmasını siz necə təsəvvür edirsiz? Həmin dinc erməni əhalisi indi necə olacaq?
—Əlbəttə, Azərbaycan sivil dövlət kimi əmin edəcək ki, erməni əhalisinin maraqları qorunacaq, heç kəsə toxunulmayacaq, hər şey qanun və demokratik prosedurlar çərçivəsində olacaq. Lakin biz bilirik ki, icraçıların normativdən kənara çıxmaları həmişə olur.
Hərbçilər bu müharibədə öz yoldaşlarını itiriblər, onları dəfn ediblər. Buna kimi isə onlar 30 il nifrət hissi ilə yaşayıblar. Gənclərdə bu hiss az olub, amma onlar da belə atmosferdə böyüyüb və tərbiyə alıblar. Necə fikirləşirsiz, onlar özlərini necə aparacaqlar? Onlar özlərini əldə saxlaya biləcəklərmi? Qanun və demokratik prosedurlar çərçivəsində hərəkət edə biləcəklərmi? Bunlar böyük sual altındadır.
Azərbaycanın nəzarəti altına keçən ərazilərdə öz evlərini yandıran, bağlarını məhv edən və çıxıb gedən ermənilər azərbaycanlıların territorial hüquqlarına daxil olmalarının özləri üçün xeyirli ssenarisinə aydın şəkildə inanmırlar.
Azərbaycan tərəfi əlbəttə ki 30 illik dövrün epizodlarına istinad edir, nə vaxt ki Qarabağa girən ermənilər azərbaycanlıları qovdular. Ermənilər ona əsaslanırlar ki, azərbaycanlılar Sumqayıt qırğını başlatdılar, erməniləri Bakıdan qovdular. Yəni qarşılıqlı ittihamlar növbələşməsi yenidən başlanır. Belə anda aydındır ki, ermənilər Azərbaycan nəzarətinə keçən ərazilərdə özlərini komfort hiss edə bilməzlər, hətta Rusiya sülhməramlıları burda olsa belə, çünki sülhməramlılar hər kəsə diqqət ayırmaq üçün kifayət etmir.
—Yeri gəlmişkən, sülhməramlılar haqqında. Onların situasiyanı saxlamaq üçün real rolu nədir? Rusiyanı həm bu birilərinin, həm də o birilərinin günahlandırığı bir vəziyyətdə onlar odla su arasında qalmayacaqlarmı?
—Özünün bütün tarixi boyunca Rusiya özgə müharibələri dayandırıb.
Bu müharibə regiona Rusiya qoşunlarının daxil olmasına səbəb oldu. Əgər gərginlik başlamasaydı, ora Rusiya sülhməramlıları da gəlməyəcəkdi. Rusiya həmişə müharibələri dayandırır, bunu artıq neçə əsrlərdir ki edir. Elə bu dəfə də hər şey həmişəki kimi oldu.
Aydındır ki, Rusiyanın müdaxiləsi olmadan, Rusiyanın iştirakı olmadan indiki müharibənin fəsadlarını aradan götürmək, konflikti dayandırmaq mümkün deyil. Rusiya gəldi ki, konflikt dayansın, tərəfləri barışdırdı, onları sülhə məcbur etdi. Və ardınca situasiyanın yoluna qoyulmasının, hansısa hüquqi və siyasi həllinin tapılmasının qarantı kimi çıxış edəcək.
Aydındır ki, Rusiyanın iştirakı olmasaydı bütün bunlar katastrofik fəsadlarla nəticələnəcəkdi. Sülhün yaranmasında maraqlı olmayan qüvvələr var. Bu Qərbdir, onun kənardan idarə etdiyi şəbəkələrdir. Məhz onlar hər iki tərəfi Rusiya sülhməramlılarını günahlandırmağa yönəltməklə kofliktin yenidən qızışmasına çalışacaqlar. Belə baxanda Qərbyönlü şəbəkələri məhz bu cür asanca üzə çıxarmaq olur: Əgər kimsə Rusiya sülhməramlı qüvvələrinə qarşı çıxış edirsə, ümumiyyətlə Rusiyaya qarşı hədyanlar səsləndirirsə, elə o Qərb agenturasıdır – istər bu və ya digər dövlətin rəhbərliyi olsun, istər adi QHT-çi olsun, istərsə də ayrı-ayrı blogerlər olsun.
Söhbətləşdi: İnna Novikova
Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından
Комментариев нет:
Отправить комментарий