02.05.2011

BİN LADENİN ÖLÜM GÖRÜNTÜLƏRİ

Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı və müsəlman ölkələri işğal etmək üçün istifadə olunan Üsamə bin Ladenin Paksitanda öldürüldüyü bildirilir



FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama son günlər keçirilən əməliyyatlar zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı və müsəlman ölkələri işğal etmək üçün istifadə olunan Üsamə bin Ladenin öldürüldüyünü açıqlayıb. Artıq "Əl-Qaidə" terror təşkilatının ölümü ilə bağlı video-rolik çıxıb. Görüntülərdə bir nömrəli terrorçunun ölü və ya diri olması dəqiq bilinməsə də, bin Ladenin ölməsini bununla əlaqələndirilər.




http://faktxeber.com/32832_b304n-laden304n-214l220m-g214r220nt220l399r304-.html

İSLAM BANKÇILIĞI BARƏDƏ NƏ BİLİRİK?

Samir Əliyev: "Azərbaycanda bu bank sisteminin inkişafına və tətbiqinə böyük ehtiyac var"



Beynəlxalq təcrübədə özünü kifayət qədər doğruldan İslam bankçılığının tətbiqi nəhayət ki, Azərbaycanda da reallaşa bilər. Artıq Beynəlxalq Bank İslam bankçılığı üzrə ixtisaslaşan yeni struktur yaratmaq niyyətindədir. Ekspertlər bildirirlər ki, Allah-Təala Qurani-Kərimdə sələmçiliyi - faiz almaq və verməyi haram buyurduğu üçün bu prinsiplərə sadiq bank sistemi müsəlmanlar üçün daha cazibəli görünür. 

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) mütəxəssisləri "İslam bankçılığı necə geniş yayılmağa başladı" adlı raportlarında İslam maliyyə vəsaitlərinin həcminin 1 trilyon dollara çatdığını və 2015-ci ildən etibarən dünya müsəlmanlarının öz əmanətlərinin yarısını İslam banklarında yerləşdirəcəklərini qeyd edirlər. BVF-nin raportunda İslam bankçılığının böhrandan tsirlənməməsi onun digər banklardakı kimi "zərərli amillərlə çirklənməməsi" ilə izah edilir. Xatırladaq ki, qlobal maliyyə böhranı zamanı kommersiya banklarından fərqli olaraq İslam bankları fəaliyyətlərini çox az ziyanla başa vurdular. Hətta onlardan bəzilərinin müəyyən mənfəət əldə etməsi Qərb bankirlərinin, maliyyə mütəxəssislərinin böyük təəccübünə səbəb oldu. İqtisadçı-ekspert Samir Əliyevlə söhbətimiz də şəriət prinsipləri ilə işləyən bankların spesifik xüsusiyyətləri, Azərbaycanda İslam bankçılığına keçidin səbəbləri, əhəmiyyəti və digər məsələlərlə barədədir.
Dünyada İslam bankçılığının yayılmasını təqdirəlayiq hesab edən iqtisadçının nəzərincə, Azərbaycanda da bu bank sisteminin inkişafına və tətbiqinə ehtiyac var. S.Əliyev müsəlman, həmçinin qeyri-müsəlman ölkələrində İslami qaydalar əsasında fəaliyyət göstərən bankların getdikcə inkişaf etdiyini dedi. Onun sözlərinə görə, dünya miqyasında vəsaitləri 1 trilyon dollara qədər yüksələn İslam bankçılığının 2015-ci ildə 1.2-1.6 trilyon dollara çatacağı proqnozlaşdırılır: “İqtisadi böhrandan sonra İslam bank sisteminə maraq daha da artdı. Böhran zamanı ənənəvi bankların çoxu sıradan çıxsa da, İslam banklarında analoji hadisə baş vermədi. Yəni bu ağır durumdan çox az itki ilə çıxdılar. İslam bankçılığında risk elementləri azlıq təşkil edir. Ənənəvi banklar isə daha çox pul qazanmaq üçün  riskli sahələrə meyl göstərirlər. Bu halda onların gəlir götürmək imkanları çoxalsa da, gəlir itirmək riskləri də artır. Məhz bu və digər səbəblərdən klassik banklar iqtisadi böhran zamanı iflic oldular. İslam bankçılığının ən əsas fərqli cəhəti kommersiya fəaliyyətində faizdən istifadə etməməsidir. Məlumdur ki, İslam maliyyəsində faiz qadağandır. İslam bankçılığı fəaliyyət göstərmək baxımından hər bir müsəlmana bank sisteminə qoşulmaq imkanı yaradır”.
Ekspert Azərbaycanda kredit faizlərinin insanlar üçün əlçatmaz olduğunu, bundan əlavə bankların daha çox gəlir qazanmaq məqsədi ilə spekulyasiyadan istifadə etdiklərini söylədi: “Ölkəmizdə kredit faizləri çox yüksəkdir. Bunu sübut etməyə ehtiyac yoxdur. Dəfələrlə ekspertlər və hətta Mərkəzi Bankın rəhbərləri də qeyd ediblər ki, Azərbaycanda kredit faizləri hədsiz yuxarıdır. Xarici ölkələrlə müqayisə etdikdə, bizdə faizlər 3-4 dəfə çoxdur.
İslami əsaslarla çalışan banklardan kredit göturmək isə daha asandır. İslam bankçılığında insanlar indiki kimi yüksək faizlərlə kredit əldə etmirlər. Odur ki, indiki vaxtda ölkəmizdə İslam bankçılığının inkişafı zəruridir. Belə bank sistemlərinin fəaliyyəti digər kredit faizlərinə də təsir göstərəcək. Onlar məcbur qalıb, faizləri aşağı sala bilərlər”.
İslam bankçılığının daha bir spesifik xüsusiyyətini diqqətə çatdıran iqtisadçı onun sosial baxımdan çox faydalı olduğunu vurğuladı: “İslam dininin yanaşmalarından biri də insanların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. İslam bankçılığında din amili olduğu üçün istənilən halda insanların yaşayış səviyyəsi əsas götürülür. Azərbaycanda İslam bankçılığını inkişaf etdirməklə insanların kredit alma məsələsi asanlaşacaq. İkincisi, diqqətdən kənarda qalan sahələrə,  xüsusilə də kənd təsərrüfatına, digər sosial sektorlara investisiya yönəlməsi artacaq. Həmçinin dini baxımdan insanlar halallıqla işləyib qazanc əldə edəcəklər. Eyni zamanda artıq adi insanlar deyil, dindarlar da ölkənin iqtisadi həyatında əhəmiyyətli rol oynamaq imkanı qazanacaqlar”.
Bununla belə, S.Əliyev İslam bankçılığında məsuliyyətlərin bərabər şəkildə bölündüyünü xatırlatdı: “Məsələn, bu işə girən insanlar hər hansı bir proyekt həyata keçirirlər və bundan əldə etdikləri gəliri paya uyğun şəkildə aralarında bölürlər. İslam banklarında verilən kreditin risqi krediti alanın real iqtisadi varlıqları və qabiliyyəti ilə sıx bağlı olduğundan müştərilərin maliyyə vəziyyəti analiz edilir. İstehlak krediti alan şəxsin maddi vəziyyəti araşdırılır. Kredit alan şirkətlərin təklif etdiyi biznes-plan və ya layihələr yaxından nəzərdən keçirilir. Sevindirici haldır ki, artıq Azərbaycanda Beynəlxalq Bank və Turan Bank İslam bankçılığının tətbiqinə təşəbbüs göstərir. Təbii ki, bu bank sisteminin inkişafı üçün qanunvericilikdə bəzi dəyişikliklər aparılmalıdır. Müəyyən məhdudiyyətlər var ki, İslam bankçılığının inkişafına imkan vermir. Amma bütün hallarda ümid etmək olar ki, Azərbaycanda bu bankçılığın inkişafı davam etdiriləcək. Bunun üçün müəyyən zəmin də var”.

Cəvahir, faktxeber.com

01.05.2011

“Diaspora tənliyi-2″


Almaniyadan…
Fəxrəddin Hacibəyli
Əvəz bəy, xoş gördük!
Ünvanınızı mənə Murad Köhnəqala verdi. Bu yazını sizə yollayıram. Bu, ötən il “Azadlıq” qəzetində getmiş və mənə qarşı zorakılığa səbəb olmuş yazının davamıdır. Belə deyək ki, həmin kontekstdən ikinci yazıdır. Sağ olsun, “Azadlıq” və onun şef redaktoru, Diaspora Komitəsi və Nazim İbrahimovla münasibətindən keçə bilmədi. Nə isə…
Davamlı olaraq yazmaq istərdim, əgər bir yazı proyekti eləyə bilsək və buna marağınız olsa, davamlı “Almaniyadan” adlı silsilə şəklində yazardım. Buradakı azərbaycanlılar, diaspora, həmyerlilərimiz barədə, igidlərimizin Avropa sərgüzəştləri barədə… Eləcə də alman cəmiyyətinin özəllikləri, örnek ola biləcək qaydaları, bizimlə fərqli və oxşar cəhətləri və s. barədə maraqlı bir layihə edərdik.
Yazı onsuz da gecikib, tamam ölsün də istəmirəm…
Sayğılarımla…
Azərbaycan hakimiyətinin yürütdüyü diaspora siyasəti ölkə xaricində yaşayan azərbaycanlıları birləşdırmək deyil, məhz birləşməsinə mane olmaq üçündür…
Yığışıb gediblər Ermənistan səfirliyinin önünə…
“Yığışıb getdik” yaza bilmirəm, çünki o “yığıncaqlarda” bizim kimi “hətərən-pətərən” yazıb-danışanların, “ipə-sapa yatmayan”ların yeri yoxdur. Ölkə daxilində olduğu kimi, ölkənin xaricində də hər şey monopoliyadadır. Bir də onu anladım ki, bizlər, “diaskom”un qara siyahısına salınmış “biçarələr” o qədər təhlükəli və qorxunc düşmənlərik ki, bizimlə hətta ortaq məsələlərimizlə bağlı təmas belə az qala milli maraqlara, dövlətçiliyə xəyanət etmək kimi qorxuluymuş. Xülya da olsa bir misalla, Avropada formalaşdırılmış “diasporçular”ın düşüncə tərzini obrazlı şəkildə ifadə edək; Təsəvvür edin, sabah (lazım gəlsə) müharibə başlasa və mən əlimdə bir bayraq Şuşaya ilk qədər qoysam (iqtidarımızın qulaqlarından uzaq), həmin əməliyyatı yarıda kəsib, ordunu geri çəkərlər və o mövqeyi yenidən düşmənə verməyə razı olarlar. Təki, arzuolunmaz persona hansısa bir uğura imza atmasın, yaxud əldə edilmiş uğurun altındakı imza onlardan olmayana məxsus olmasın. Buna tam əminəm və konkret situasiyadan misal da çəkib şübhə edənləri inandıra bilərəm.
Ötən il qoyduğum və hələ də cavabını tapa bilmədiyim sualı təəssüf hissiylə yenidən səsləndirirəm;
Bu diaspora qurumu, buna xərclənən milyonlarla paralar nəyə gərəkdır və bundan Azərbaycan adlı ölkənin mənfəəti, qazancı nədır?
Sualı bir az fərqli də qoymaq olar;
Bu diaspor oyunundan qazananların, mənfəət götürənlərin Azərbaycana nəfi, xeyri nədır? Bunların varlığı nəyə xidmət edir, bunlar hansı “yırtığa yamaqdırlar”?
Ölkədə sərmayə sərf ediləcək yüzlərlə əyri-eksik varkən, bu qədər pulu 21-ci əsrdə Avopanın göbəyində 16-cı əsr Orta Asiya təfəkkürüylə yaşayan tüfeylilərin cibinə axıtmaqdan məmləkət, millət, xalq hansı mənfəəti götürür? Məsələn, diaspor şoularından yararlanıb ancaq “cibişdanı-şərif”ini güdən, hər “işğal”, “soyqırım” günlərini nə qədər pul yağmalayacağının hesabını aparan, “soyqırım ticarəti” ilə məşğul olan alverçi təfəkkürlü “əmilər”in son model avtomobillərdə gəzməsi, bölgələrdə uçuq-sökük məktəblərdə dərs oxumağa məcbur olan balaca cocuqların qışın soyuğunda tir-tir əsən canlarını qızdırırmı?
Nəyin nəsidır bu Moşu demiş, “zırpı” adlı, dəmdəstgahlı “Diaspora siyasəti”? Ölkə xaricində yaşayan soydaşları birləşdirmək, koordinasiya etmək, bir məqsədə yönəlik fəaliyyətə təşviq etmək, çəkiçi bir zindana vurmaları üçünmü? Ortada olan fakt bunu göstərmir, bəlkə əksini sübut edir. Azərbaycan hakimiyətinin yürütdüyü diaspora siyasəti ölkə xaricində yaşayan azərbaycanlıları birləşdırmək deyil, məhz birləşməsinə mane olmaq üçündür. Bəli, əzizlərim, sizə inandırıcı görsənməyə bilər, amma bu, elə əslində bu cürdür. Səbəb?!
Ölkə xaricində yaşayan, inzibati aparatın nəzarətindən kənarda olan insanların təşkilatlanmasına, ölkədaxili vəziyyətə müdaxilə edə bilmələrinə mane olmaq, onları xırda qruplara ayırıb ögey-doğma, arzuolunan-arzuolunmaz kimi sortlaşdırıb bir-birilərinə qarşı qoymaq, “kim daha sadiqlik nümayiş etdirsə, padşahdan ənam alacaq” prinsipiylə Bakıdan asılı, ələbaxımlı duruma salmaq və beləliklə də, “əlçatmayan yerdə olanlar”ı itaətdə saxlamaqla qulağıdinclik eldə etmək. Sadə və bəsit! Budur Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komissiyasının funksiyası və dövlətin “Diaspora fəaliyyəti” adı altında xərclədiyi milyonlarla paraların məqsədi.
25-30 ildir Avropada yaşayan azərbaycanlılar bu fikrdədirlər. “Öncələr bütün tədbirlər, bayramlarda insanlar bir yerə yığışmağa meylli idilər. Hər kəs can atırdı ki, Bakıdan deyil, elə buradakı yerli təşkilatların verdiyi qərarla həyata keçirilən tədbirlərdə iştrak etsin, ümumi ortamdan kənarda qalmasın. Elə ki Azərbaycan dövlət səviyyəsində, rəsmi olaraq diaspora işinə əl qoydu, ilbəil meydana çıxanların sayı azaldı, yaradılmış təşkilatlarda parçalanma, qarşıdurma yarandı, hər kəs bir tərəfə dağıldı. Indi bir tədbirə 25-30 nəfərdən çox adam yığmaq olmur. İnciklik, küskünlük, bir-birindən yan qaçmalar…”
Bu da Azərbaycan dövlətinin yürütdüyü diaspora siyasəti və haqqında böyük hay-küylə, şişirtmə epitetlərlə danışılan diasporanın faktiki durumu. İndi bu duruma baxıldıqda iddia etmək olarmı ki, Azərbaycan hakimiyyəti ölkə xaricindəki azərbaycanlıların təşkilatlanmasında maraqlıdır? Qətiyyən!
Belə bir sual yaranır: sayı yüzminlərlə ölçülən qürbətçilərin içərisində Azərbaycan dövlətine lobbiçilik edəcək heçmi Azərbaycan tarixini və mədəniyyətini mənimsəmiş, heç olmasa gəldiyi və bulunduğu ölkənin dilində normal danışmağı bacaran, hətta yazıb-oxuması olan kadrlar yoxdur? Ölkəsini təmsil edən şəxs ən azından ibtidai şəkildə də olsa ölkəsinin tarixindən, mədəniyyətindən bilgili olması yaxşı olmazdımı? Keçmiş hərbçi, tikinti idarəsində prorab, qaz idarəsində mühasib işləmişlərin, danışanda üç sözündən ikisi jargon və söyüşdən ibarət olan, Azərbaycanın hansı coğrafi ərazidə yerləşdiyindən belə bixəbər olan alverçi təfəkkürlü, fikri-zikri cibini, mənfəətini güdmək olan psixologiyası anormal şəxslərin təmsilçiliyi ümidinə qalan ölkənin gələcəyi qaranlıqdır. Gözəlim vətənim indi bu durumdadır: onu almana, fransıza, ingilisə haqqında ibtidai təhsil səviyyəsində belə məlumatı olmayanlar “tanıtmalıdırlar”. Ona görə də “bizi tanımırlar, haqqımızda məlumatsızdırlar, bizə qarşı ikili standartlar mövcuddur” deyib kimisə yamanlamamalıyıq, bunun günahını özümüzdə axtarmalıyıq. Rəsmən fəaliyyət göstərən, faktiki isə sədri və onun qovluğundan ibarət təşkilatların “fəaliyyəti”nə, onların kağız üzərində, Bakı üçün nəzərdə tutulmuş “tədbirləri”nin maliyyələşməsinə ayrılan pullarla daha səmərəli işlər görmək olardı. Məsələn, Almaniyanın kitabxanalarında Azərbaycan haqqında bir səhifə belə yazılı ədəbiyyat tapmaq müşkül məsələdir. Əvəzində ermənilərin planlı şəkildə aparılan işinin real nəticəsi gözə girir – Ermənistan mətbəxindən, musiqisindən tutmuş saxta tarixlərinədək hər mövzuda cild-cild kitablar, çap materialları. Halbuki Ermənistanın adı düşmən bağrı çatladan “Diaskom”u yoxdur və dövlət ölkə xaricində yaşayan erməniləri koordinasiya etmək üçün büdcədən milyonlarla para sərf etmir. Demək, məsələ dövlətin müdaxiləsində və buna ətək-ətək para xərcləməsində deyilmiş. Məsələ çox sadə bir nüansa baglıdır; vətəndaş olmaq və vicdanlı olmaq. Səndən tələb ediləni, yaxud etməli olduğunu etmək.
Ötən il 31 mart soyqırımı ilə bağlı Ermənistanın Berlindəki səfirliyi qarşısına 4 təşkilat adından vur-tut 28 adam toplana bilmişdi. Onlar da təşkilat rəhbərlərinin yaxınları, ailə üzvləri, qohum-əqrəbaları. Cəsarətlə deyə bilərik ki, bizim üçün “hər il bir-birindən gözəl gəlir”. Göz dəyməsin! Ötənilki tənqiddən nəticə çıxaran “diasporaçılar” öz işlərinə yenidən baxıb və əhəmiyyətli dərəcədə dəyişikliklərə, islahatlara başlamışlar. Müəlliflik hüququndan hökmdarın xeyrinə imtina etməklə şuar təklif edirəm:
Diaspora siyasətimiz intensiv inkişaf yoluna qədəm qoymuşdur!
Diasporası güclü olan ölkənin gələcəyi parlaqdır!
Güclü diaspora güclü dövlətçilik deməkdir!
Uğurlu diaspora siyasəti uğurlu daxili siyasətin davamıdır!
Biz öz diaspora siyasətimizlə Avropa məkanına inteqrasiya yoluyla gedirik və s…
Heç şübhəsiz ki, dağıdıcı müxalifətin Avropadakı uzantısı olan “hətərən-pətərən” yazarları, uğurlu daxili və xarici siyasətimizə kölgə salmaqda maraqlı olan qüvvələr bunun əksini iddia edəcəklər. Amma mən onlara görülən işlərə, gündən-günə çiçəklənən uğurlarımıza baxıb susmağı məsləhət görərdim. Artıq aparılan iş öz bəhrəsini verməkdədır. Budur, bir il keçməmiş ürəkaçan nəticə ilə tanış olduq; bu il eyni adlı tədbirə 30 adam qatılıb. Bəyəm azdır? Bir ilə 2 nəfər artım böyük uğurdur, qutlanmalıdır. Beləliklə, inşallah, hər ilə iki nəfər artımla yaxın 50 ilə soyqırım və işğal günlərimizdə yüzlüyü vurarıq.
Sağlıq olsun, necə ki, Brejnev demişdi, “şiroko şaqayet Azerbaydjan”. Addımlarımızı iki-iki atırıq, yaxud “adamlarımızı iki-iki artırırıq”.
Diasporamızdan söz düşmüşkən, bu yaxınlarda elektron poçt unvanıma çox ilginc bir məktub daxil olmuşdur. Diasporamızın uğurlu inkişafının tərənnümçüsü olduğumu və bu yaxınlarda xidmətlərim müqabilində cənab Nazim İbrahimov və diasporamızın inkişafinda əvəzsiz xidmətləriylə canlı korifeyə çevrilmiş sayın Əbülfəs Qarayev, eləcə də sair qurumlarımız tərəfindən “iki qabırğa sınması” və “bir beyin silkələnməsi” ödülləriylə təltif olunmağımı eşidən soydaşlarımdan biri bu təltifdən sonra nəşəsindən zövq aldığım cənnət həzzinin təsirini bir az da artırmaq üçün həmin başıbəlalı elektron məktubu poçtuma ünvanlayıb.
Zəruri qeyd:
“Diaskom” yetkililəri nahaq təlaşa düşməsinlər, and olsun ki, mənim e-mail adresim sizin elektron məktublaşma sisteminizdə yoxdur, əbəs yerə axtarmayın, məktubu mənə sadə və sadəcə yönləndiriblər.
Xatırlayarsınız yəqin, söhbət 30 min manatlıq (hələ üzə cıxanı, bir xırda kirayə üçün mənimsəniləni budur) manatlıq maxinasiyadan gedır. Siz bilərsiniz, bunu bilməyənlər üçün yazıram.
Deməli, məsələ belədir. Məktub Fransanın Strasburg şəhərində fəaliyyət göstərən və çox güman ki, ofis kirayə haqqını ödəməkdə çətinlik çəkən bir təşkilat sədrinə, konkret olaraq Mustafa Alıncalıya ünvanlanıb. Ünvanlanıb, amma ünvan səhv düşüb, şəxsi elektron poçtuna göndərilməli olan başıbəlalı elektron məktub səhvən “Diaskom”un məktublaşma qrupuna göndərilib, həmən də minlərlə ünvana çatıb və məlum olub ki…
Yaxşısı budur, məktubun mətnini olduğu kimi verək. ŞƏRHSİZ-filansız:
“Salam, Mustafa bəy! Necəsiniz? Yaxın vaxtda büdcə açılır və Azərbaycan Evi üçün 10 min manat pul ayrılacaq. Bu məsələ çox uzandı, bilirəm, amma mümkünsə bir də məktub göndərin:
1. Qısaca Strasburgda Az. Evinin fəaliyyəti və
2. “2011-ci ilde Azərb. Evinin kirayəsini maddi cəhətdən ödəməyə çətinlik çəkdiyimiz üçün yardım göstərməyinizi xahiş edirik”.
3. “Məktubda 30 min məbləgini qeyd edin və
4. Miqavilənin kopyasını göndərməyinizi xahiş edirik.”
P.S. Özü də nə az nə çox, ümumi məbləğin 60 faizi. Yəni üçdən ikisi…
Redaksiyadan:
Fəxrəddin bəyin məktubuna cavab yazmadan səhifəyə yerləşdirdik və yazdıqlarının hamısı ilə birə-bir razıyıq. Xatırladaq ki, baş redaktorumuz Əvəz Zeynallı da uzun müddət ölkə xaricində fəaliyyət göstərdiyi və oxuduğu üçün xaricdəki səfirliklərimizin və təşkilatlarımızın nə qədər bərbad gündə olduğunu yaxından bilir. Ona görə də məmnuniyyətlə Fəxrəddin Hacıbəylinin yazılarının davamını gözləyirik…
“Xural” qəzeti

RETRO AVTOMOBİLLƏR



1937 BMW-328, Mille-Miglia

1950 Ferrari 166MM Barchetta

1937 Bugatti Type 57S Atalante

Marcos Mantis XP

1964 Porsche 911

http://www.thecoolist.com/wp-content/uploads/2011/04/1948-Buick-Streamliner-by-Norman-E.-Timbs-2.jpg
http://www.thecoolist.com/wp-content/uploads/2011/04/1948-Buick-Streamliner-by-Norman-E.-Timbs-6.jpg
http://www.thecoolist.com/wp-content/uploads/2011/04/1948-Buick-Streamliner-by-Norman-E.-Timbs-8.jpg
http://www.thecoolist.com/wp-content/uploads/2011/04/1948-Buick-Streamliner-by-Norman-E.-Timbs-3.jpg
1948 Buick Streamliner by Norman E. Timbs

http://www.thecoolist.com/wp-content/uploads/2011/04/1934-bmw_r7_3.jpg
1934 BMW R7 Motorcycle

http://www.thecoolist.com/wp-content/uploads/2011/04/1955-Bentley-R-Type-Continental-Fastback-2.jpg
http://www.thecoolist.com/wp-content/uploads/2011/04/1955-Bentley-R-Type-Continental-Fastback-4.jpg
1955 Bentley R-Type Continental Fastback

http://www.thecoolist.com/wp-content/uploads/2011/04/1967-Jaguar-XKE-Roadster-3.jpg
1967 Jaguar XKE Roadster


http://www.thecoolist.com/wp-content/uploads/2011/04/Lamborghini-Miura-Roadster-Barn-Find-6.jpg
Lamborghini Miura Roadster

Ralph Lauren Car Collection Exhibit

  •  
  • 29





Ralph Lauren

AZƏRBAYCAN VƏ RUS VƏTƏNDAŞLARI ARASINDA KÜTLƏVİ DAVA

Hadisə nəticəsində xəsarət alanlar var



Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskva şəhərinin Şoloxova küçəsində 19 yaşlı gəncin idarə etdiyi «Mazda» markalı maşın 21 yaşlı qızın idarə etdiyi BMW ilə toqquşub. FaktXeber.com-un verdiyi məlumata görə, qızı beyin silkələnməsi, sınıqlar və  barmağının qopması ilə hospitala aparıblar.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, dava iki qrup arasında -  yol-nəqliyyat hadisəsinin iştirakçıları olan onlarla rus və 5 azərbaycanlı vətəndaşın arasında baş verib. Kofnlikti hüquq-mühafizə orqanları dayandırıb. Davada 37 yaşlı kişi yaralanıb, o, kəllə-beyin travması ilə xəstəxanada yatır.
Daha sonra polis yenidən qızışan davaya müdaxilə etməli olub. Bu dəfə artıq hər iki tərəfdən 60 nəfər iştirak edirdi.

TALİBLƏR KÜTLƏVİ HÜCUMA HAZIRLAŞIRLAR

                                           Əməliyyat sabaha planlaşdırılıb



Əfqanıstan talibləri sabah – 1 may tarixində Əfqanıstan və koalisiya hərbçilərinin mövqelərinə genişmiqyaslı hücuma hazırlaşırlar.
FaktXeber.com-un verdiyi məlumata görə, üsyançılar tərəfindən yayılan bəyantda deyilir ki, «Bədər» əməliyyatında onlar Aamerika təcavüzçülərinə, onların xarici müttəfiqlərinə və ABŞ-ın əfqan tərəfdaşlarını vurmaq istəyirlər.
Taliblər xəbərdarlıq edirlər ki, ölkə üzrə əsasən hərbi bazaları, aerodromları, silah anbarlarını bombalamaq istəyirlər. Onlar həmçinin xarici hərbçilər və yüksək çinli əfqan  rəsmilərini prioritet nişagahlar sayılır.

QORXAQLIQ

Ayxan, esse     

        İnsanın müxtəlif duyğularlı var. Məhz bu duyğular şüurla birgə insanı heyvandan fərqləndirir. Psixoloqlar hesablamışlar ki, hər şey insana yaradan tərəfindən bərabər paylanmışdır. Bunların biri insanda azlıq təşkil edərsə psixoloji tarazlıq pozular və nəticədə müxtəlif xəstəliklər əmələ gələr. İnsan təbiəti etibarı ilə həzz duyğusuna meyillidir. Psixoloq Vladimr Levi “Fikir ardınca” kitabında siçovulların üzərində aparılan təcrübədən bəhs edərək göstərir ki, biri mənfi, digəri müsbət olan naqillər vasitəsi ilə heyvanlara müxtəlif duyğular aşılayan təcrübə aparılmış və burada şərti reflekslərə yiyələnmiş siçovullar sonradan onlarda həzz duyğusu oyadan naqillərə üstünlük vermiş, neqativ duyğular aşılayan naqillərdən kənar qaçmışlar. İnsan da eynən belədir.  Lakin həyatın özü bu proporsiyanın pozulmasının qarşısını alır və hər şeyi bərabər paylaşdırır. Xeyr-şər, sevinc-kədər, məhəbbət-nifrət kimi duyğular ikili olub öz varlıqlarını sürdürürlər. Cəsarət və qorxu da belədir. İlk baxışda həyatda qorxaq görünən bir şəxs ekstrimal vəziyyətdə elə cəsarət nümunəsi göstərə bilər ki, adi vaxtda bunu etməyi ağlına belə gətirə bilməz. Ancaq biz bu gün yalnız qorxaqlıqdan söhbət açacağıq.
        Təbii ki, ilk qorxu hissini insan anadan doğulanda keçirir. Yeni doğulmuş körpə tanımadığı bir mühitə düşdüyündən qorxub ağlayır. Bundan da göründüyü kimi qorxunun mənbəyi məlumatsızlıqdan qaynaqlanır. İnsan ona məlum olmayan yad mühitdən həmişə çəkinir və ehtiyat edir. Əslində bu onun normal reyaksiyasıdır.
        Dünya binnət olandan insanda həmişə allah xofu və sevgisi mövcud olmuşdur. Bu dünyəvi və dini kitablarda da öz əksini tapmışdır.  “Bibliya”, “Quran” digər müqəddəs kitablarda bu barədə onlarca hadisələr və əhvalatlar təsvir edilmişdir. Qədim dövrü qanlı müharibələr tarixi kimi təqdim etmək olar. İnsanlar maddi nemətlər uğrunda vuruşur, eynən təbiətdəki kimi yaşamaq uğrunda mübarizə gedir, daha güclülər qalib gəlirdi. Məhz ona görə də insan cəmiyyətində qayda-qanun yaratmaq üçün peyğəmbərlər peyda oldular. Onların verdiyi bilgilər əsasında dövlətlər qanunlar yaratdılar. Həmin qanunlar tam mükəmməl olmasalar da insan cəmiyyətində haq-ədaləti bərpa etmək və qorumaq baxımdan çox böyük işlər görmüş oldu. Burda igidin və qorxaqın da hüquqları bərabər şəkildə tənzimlənirdi.
        Təbii ki, sonrakı ədəbi məhsullarda qorxaqlıq pislənmiş və cəmiyyət tərəfindən təqdir edilməmiş, hətta qınaq obyekti olmuşdur. Qorxaqlığı doğuran amillər araşdırılmamış, bu halı doğuran ictimai hallar öyrənilməmişdir. Cəmiyyətin sonrakı inkişafında müxtəlif zorakı dövlətlərin yaranması, inkivizisiya, şəriət məhkəmələri insan düşüncəsinin inkişafının qarşısını almağa cəhd etsə də sonda bu alınmamışdır. Faşist Almaniyası, eləcə də kominist Rusiya formaca müxtəlif, məzmunca eyni mahiyyətdə olub insanları qorxu altında yaşamağa məcbur edib, onun irticaçı mahiyyətini başa düşən insanları konslagerlərdə, həbsxanalarda çürütmüşlər. Həmin düşərgələrdə yüz cür əzaba düçar olmuş insanların qorxunun fövqünə qalxaraq insalıq adına şərəf gətirəсək qəhrəmanlıqlar etdikləri barədə yüzlərcə əhvalatlar mövcuddur. Həmin şəxslərin çoxu fiziki cəhətdən zəif ziyalılar idi. Lakin tarix qarşısında cavabdehlik daşıdıqlarını dərk edərək ruhən qorxmamazlıqlarını sübut etmiş oldular.
        Məhşur rus yazıçısı Tatyana Talstıx deyir ki, hər hansı adamın yaxşı və pis olması haqqında düşünmək artıq faşistlik əlamətidir. Həqiqətən də insan düşdüyü mühütə  və qarşılaşdığı sitiuasiyaya görə  hərəkət edir. Məhz onun əməllərinə onun özünün psixoloji durumuna görə qiymət vermək gərəkdir. Biz istəsək də istəməsək də digərinin hərəkətlərinə subyektiv mülahizələrimizə görə qiymət veririk. Halbuki insan iki qütblü, gah müsbətə gah mənfiyə əyilən və onların məcmusunda özünü təcəssüm etdirən məxluqdur. Bu mənada mən mütləq qorxaq və mütləq cəsur adamın mövcudluğuna inanmıram. İnsan həddində qorxaq, həddində cəsur olmalıdır. Bu normaldır. Bundan kənarda olanlar isə anormallığa aparıb çıxarır.Biz cəmiyyətdə yaşayırıq. Ona görə də fərdi hiss və duyğuyularımıza hörmətlə yanaşdığımız kimi digərlərinin də hiss və duyğularına sayğı ilə yanaşmalı, ən azından onu başa düşməyə cəhd etməliyik.
        İlk qorxu hisslərim uşaqlığımla bağlıdır. Onda adi şeylərdən qorxar və ağlayardım. İndi arxada qalan o günlərə gülməyim gəlir. Etiraf edirəm indi də bəzi şeylərdən qorxur və çəkinirəm. Ancaq heç vaxt özümü qorxaq hesab etmirəm. Sadəcə mən qorxu hissimə hörmətlə yanaşmağa çalışıram və düşünürəm ki, hər bir normal adamda bu hiss vardır. Gəlin hiss və duyğularmıza hörmət edək.       

O, ANALOQU OLMAYAN ÖLKƏNİN VƏTƏNDAŞIDIR

Yasamal rayonunda yaşayan bu xanımı yəqin ki, heç bir dövlət məmuru görmür







Kriminal qiraət üçün

Ülvi Məmmədli    Azad Yazarlar Ocağı

 Tək bircə günün kriminal xəbərlərindən seçdiyim başlıqları təqdim edirəm: "Ata oğlunun toyunda öldü", "Özünü atasının qəbrinin üstündə asdı", "Oğul atasını döyərək qətlə yetirdi", "Ər arvadını amansızcasına öldürdü", "Qardaşını öldürən 8 il iş aldı", "Oğlunun başını kəsən ata həbs edildi"... Nə olub nə haydı? Nə baş verir? Sovetlər dağılandan sonra əcəb günlərə qaldıq. Doğmalar bir-birinə düşmən kəsilib. Heç kimin tükü də tərpənmir. Hamı pul qazanmağında, analoqsuz işlər görmək sevdasındadır. Bundan da analoqsuz dəhşət olarmı? Bu boyda dəhşətlərə belə soyuqqanlı, heç nə olmayıbmış kimi reaksiyasız baxılmaları anlaya bilmirəm ki, bilmirəm.
 Son zamanlar vaxtaşırı olaraq əxlaqsızlıq yuvaları adlandırılan yerlərə və əxlaqsızlığı özünə peşə edənlərə qarşı polis reydlərinin keçirilməsi
, onların televiziyalarda, qəzetlərdə göstərilməsi, yazılması az qala siyasi və iqtisadi xəbərlərin sayından çox olub. Adamda elə təəssürat yaranır ki, məmləkət elə başdan-başa əxlaqsızlıq yuvaları, fahişələr və bıçaqlaşanlarla doludur. Sonuncular lap o qədər çoxdur ki, kimsə balta ilə, dəryaz ilə başqasını vurdu xəbəri eşidiləndə adam təzə söz eşitdiyi üçün qulaqlarını şəkləyir. Bıçaqqayırma sənayemiz yüksəlişdədir. Beləliklə, bıçaqaterapiya, ya da bıçağofobiya. Üzr istəyirəm, tualetdə unitazın ipini də dartanda kimsə kimisə bıçaqladı xəbəri gəlir. Toyda bıçaqlayırlar, yeməkxanada bıçaqlayırlar, taksidə bıçaqlayırlar, elə-belə, məzə üçün bıçaqlayırlar. Xəstəxanalarda ayrıca bıçaqlanma şöbələri açıblar. Neynəyək, bıçaq istehsalını və idxalını saxlamağı təklif eləyək? Nə isə, allah axırımızı xeyir eləsin. Müstəqillik qazanandan sonra hər bəlalar başımıza gəldi.
 Hə, fahişələri tuturlar, televizorda göstərirlər, 40 manat cərimələyirlər, yəqin ki qeyri-rəsmi görüm-baxım, natura ilə ödəmə və sair də olur, sonra qarabağlılar demiş, boşdayırlar bayıra. Buraxılan qadınlar da ya elə həmin gün, uzaqbaşı səhəri gün qayıdır "post"una və başlayır köhnə "peşə"sinə. Qanunvericiliyimizdə bu "iş"in cəzası elə bu qədərdir və əlavə cəza nəzərdə tutulmayıb. İndi bəzi təşkilatlar məsələ qaldırırlar ki, fahişəliyə görə cəzaları... yox, əvvəl daha mühüm bir məqamı ortaya qoyaq, sonra qayıdarıq cəzalandırmaq məsələsinə.
 Sovet hökumətinin vaxtında müəyyən ərazidə bir-iki "bu yolun yolçusu" olardı ki, onları da ərazidə hamı tanıyardı. Çoxları öz uşaqlarına, qadınlarına belələri ilə hətta salamlaşmağı da qadağan eləyərdi. Fahişələr də "başlarını aşağı salıb işlərini görür", öz taleləri ilə barışıb yaşayırdılar. Bilmirəm bizim mənəviyyatımızı nə korladı, iş haradan qaysaqlandı ki, indi fahişələr ən hörmətli zatlara çevriliblər. Masonların ardıcıl siyasəti nəticəsində onlar "peşə"ləri ilə fəxr eləyir, təmizləri bəyənmir, cəmiyyətdən özlərinə xüsusi diqqət və imtiyaz tələb eləyir və... alırlar. Dəhşət orasıdır ki, belələri istədiyi vaxt ərə də gedə bilir, ailələri dağıdır, məclislərin ən yuxarı başına çəkilirlər. Hətta bəzilərinə 3 otaqlı mənzil də bağışlayırlar yüksək səviyyədə. Fahişəni yüksəltmək namusluları alçaltmaq, fahişəliyə haqq qazandırmaq deməkdir.
 Bütün bəlalar yuxardan gəlir. Daxili İşlər Nazirliyi polis orqanlarında xidmət eləmək üçün vakant yerlərə işə qəbul elanı verib. Şərtlər sadalanır: Müsabiqəyə dövlət təhsil müəssisələrində ali hüquq təhsili almış... Şəxsən mən çox gözəl başa düşürəm və anlayıram - Daxili İşlər Nazirliyi müəyyən həqiqi savadı olan işçilərə malik olmaq istəyir. Və bunları da dövlət təhsil müəssisələrini bitirmişlər arasında axtarır. Baxmayaraq ki, onların da savadı və ixtisaslarını nə dərəcədə bildikləri şübhəlidir, amma gör özəllər nə gündədir ki, onları dövlət qulluğuna qəbul eləmək istəmirlər. Bəs onda niyə möhürünə universitet yazdıran rektor ilk olaraq hüquq fakültələri açır? Az qala kolleclər, litseylər də hüquqşünas buraxır və dünyada ünvanımıza səslənən qınaqlardan birincisi bizim hüquqlarımızı bilməməyimizdir. Kimdən öyrənək, özəl məktəbi bitirən "hüquqşünas"lardan? Ay balam, bir halda ki, onları polisə götürmürlər, prokurorluğa götürmürlər, məhkəməyə götürmürlər, heç adi notarius da götürmürlər, bəs onda bunlar bir ətək pulu niyə verirlər?..

Ana yurdum Türkmənistan

Mirmehdi Ağaoğlu        Azad Yazarlar Ocağı

Türkməni yalnız türkmən türkmən edə bilər!
                                        “Ruhnamə” 2-ci fəsil 36 –cı ayə

Bu yazını rəhmətlik Türkmənbaşı Saparmurat Niyazovun vəfatının ildönümü münasibətilə də yazmaq olardı. Amma biz “şesterna”dan qabaq fırlanmaq qərarına gəldik.
Saparmurad Niyazov 1985- ci ildən 2006- cı ilə kimi Türkmənistanın başı olub. Və bu müddət ərzində bir çox işlər görüb. Onun şah əsəri “Ruhnamə” idi. Elə rəhmətlik özü də şah olmaq istəyirdi. Arzusu burnunda qaldı.
Türkmənbaşı özünün ağlasığmaz proyektləri ilə türkmən xalında öz şəxsiyyəti haqqında fövqəlbəşəri bir rəy formalaşdırırdı. Məsəl üçün 2000-ci illərdən başlayaraq qəflətən Türkmənbaşının saçları qaralmağa başlayır. Mərhumun mənfur düşmənləri bunu onun saçlarını rəngləməsi ilə əlaqələndirsələr də rəsmi Türkmənistan açıqlama verir ki, Türkmənbaşı cavanlaşır və saçları yenidən qaralmağa başlayır. Təbii ki, türkmən xalqı rəsmilərin sözünə  inanır.
Türkmənbaşı şərq nağıllarından ötrü sinov gedirmiş. Hətta özünü şərq nağıllarının personajlarına da bənzədirmiş. O da Şah Abbas kimi arada təğyiri – libas olub çıxırmış Aşqabadı gəzməyə görsün ki, onun qoyduğu qanunlara əməl olunurmu.
Görəsən Türkmənistanda qızıl dişli adam qalmayıb ki ?
Cavan oğlanlar qara kostyum ağ köynək, qalstuk, başlarında araqçın, qadınlarsa uzun hörükdə, milli geyimdə gəzirlərmi?
Cavanlar internetdən istifadə etmirlər ki?
Maşınlarda radio – maqnitofona qulaq asmırlar ki?
Aşxabadlılar bir dənədən artıq ev heyvanı saxlamırlar ki?
Hamilə qadınlar yalnız quzu əti yeyirlərmi?
Televiziya diktorları qrimdən istifadə edirlərmi?
Videooyunlara meylli olanlar  varmı?
Cavanlar bığ, saqqal saxlamırlar ki?
Sürücülük vəsiqəsi alarkən “Ruhnamə”dən imtahan verilirmi?
Onun sağlığında Türkmənistanda ağ mərmərdən çoxlu saraylar, fontanlar tikilmişdi. Şəhərlərin meydanlarını onun heykəlləri bəzəyirdi. Qazdan gələn gəlirlər möhtəşəm tikinti layihələrinə sovrulurdu. Türkmənbaşının şəxsi varidatı isə 3 milyard dollar idi.
Onun vəfatından sonra heykəllərin bəziləri söküldü. Ayların və həftənin günlərinin əvvəlki adları özlərinə qaytarıldı. Amma dəyişikliklər çox cüzi oldu.
İnternetə qadağa götürülsə də internet-klublara yalnız pasportu təqdim etməklə daxil olmaq mümkündür, əvvəlcədən istifadə edəcəyin saytın adını və məqsədini bildirməlisən. Ümumiyyətlə sanal aləmdə olduğun müddətdə nəzarət altında olursan.
Jurnalistika fakültəsi də bərpa olundu. Hazırda orada cəmi 15 tələbə təhsil alır. Onlar da ya  məmur uşaqları ya da seçilmişlərdir.
İş – gücdən yorulanda türkmən kanallarına baxıb dincəlirəm. Beş kanalın hər birində  demək olar ki, eyni verilişlər verilir. Tv-də görünən qadın və kişilərin hamısı eyni formada geyiniblər. Kimə mikrofon uzadılırsa hazırkı prezidenti tərifləyir.
Milli bayramlarda mərkəzi meydanda atəşfəşanlıq təşkil olunur. Konsertlərdə səhnədən Qurbanqulu Berdməhəmmədovun şəkli asılıb.  Başında araqçın kostyum geymiş müğənnilər də “ANA YURDUM, TÜRKMƏNİSTAN” oxuyurlar.
Baxdıqca adama elə gəlir ki, hər şey superdir. Nağıllar aləmində səyahətdəsən. Və “Ruhnamə”də söylənildiyi kimi türkmən xalqı öz ALTIN ƏSRini yaşayır.

Tərtərdə məcburi köçkünlərlə yerli sakinlər arasında toqquşma


alt
PKK sindromu

25 nəfərin iştirak etdiyi davada 5 qat ölkə çempionunun çiyni sındırılıb. 

Tərtər rayonunda baş verən kütləvi davada qan su yerinə axıb. Rayon Polis Şöbəsindən Yeni-Nesil.Az xəbər portallına verilən məlumata görə, təxminən 25 nəfərin iştirak etdiyi dava Kəlbəcərdən olan məcburi köçkünlərlə Tərtər sakinləri arasnda olub.

Dava zamanı ümimulikdə 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiiliblər.

Hadisə şahidləri Yeni-Nesil.Az xəbər portalına bildirdilər ki, dava ilk olaraq Kəlbəcər rayonundan məcburi köçkün olan və rayonda sələm pul verməklə məşğul olan Sevdiman adlı şəxslə, kikboksinq üzrə 5 qat Azərbaycan çempionu Əhməd İsmayılov arasında baş verib.

Belə ki, Sevdimanın şəhər mərkəzinə gələrəlk “Tərtərlilərin bir ağsaqqalı yoxdur” deməsinə Ə.İsmayılovun xoşuna gəlməyib. Ona görə də, Sevdimandan belə söz işlətməsinin səbəbini soruşub. Bu zaman Sevdiman maşına minərək ərazidən uzaqlaşıb və az sonra gedərək bir qrup adamla gəlib

Onlar Ə.İsmayılovu vurmağa başlayıblar. Davaya Ə. İsmayılovun qardaşı Əmrah və idmançı tələbələri qoşulub. Kürək və balta ilə silahlanmış kəlbəcərlilər davada Ə.İsmayılovun çiynini sındırıblar. Bundan başqa hər iki tərəfdən xeyli sayda adam yaralanıb. Hətta yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Hazırda polis araşdırma aparır.

Həbsdən yenicə azad olunan "Alik" ləqəbli Böyükağa Məlikov yenə gömrük məntəqələrində at oynadır

Həbsdən yenicə azad olunan "Alik" ləqəbli Böyükağa Məlikov yenə gömrük məntəqələrində at oynadırMonopoliyaya qarşı mübarizənin Əbülfəz Məlikova dəxli yoxdur?..
Bu gün dünyanı bürüyən, Şərq, Qərb dövlətlərini silkələyən yüz minlik etiraz aksiyalarının əsas səbəbi rüşvətxorluq, korrupsiya, məmur özbaşınalığı və monopoliya kimi çox ciddi problemlərdir. Əslində monopoliyanın olduğu yerdə azad bazardan, sahibkarlıq fəaliyyətindən danışmaq boş hovuzda üzmək oyrənmək kimi gülünc bir şeydir.
Azərbaycana gələndə isə monopoliya ölkəni hörümçək toru kimi çulğalayıb. Monopolistlərin kim olduğu isə gün kimi aydındır. Nə təqaüdlə güclə dolanan Fatmanisə xaladan, nə də siqaret almağa pul tapmayan Məmmədhəsən əmidən monopolist olmaz. Məhz
bunu nəzərə alaraq ölkənin baş prokuroru Zakir Qaralov cənabları bu günlərdə "Korrupsiyaya qarşı mübarizəni özümüzdən başlamalıyıq" deyə açıqlama verib. Doğrudan da, korrupsiyaya, monopoliyaya qarşı mübarizə məmurlardan başlamalıdır.
Biz də "Yeni Nəsil" qəzeti olaraq nəşrə başladığımız ilk gündən ölkənin ən ciddi problemi olan inhisarçılıq-monopoliya problemini gündəmə gətirdik. Monopoliya problemi həqiqətən də ölkə iqtisadiyyatını iflic vəziyyətinə salıb. Ölkə başçısı İlham Əliyev cənabları hakimiyyətə gəldiyi ilk gündən Nazirlər Kabinetinin müşavirələrində ən çox monopoliya probleminin aradan qaldırılmasının vacib olduğunu dəfələrlə vurğulayaraq bunu məmurlardan tələb etmişdi. Amma bütün bunlara baxmayaraq monopoliyaya qarşı ciddi mübarizə aparılmadı, daha doğrusu, ölkədə əsas monopolist olan iri çaplı məmurlar buna imkan vermədilər. Görülən tədbirlər isə görüntü-dekorasiya xarakteri daşıyırdı. Problemin dəhşətli həddə çatdığını dəfələrlə Milli Məclisdə qaldıran millət vəkili Vahid Əhmədov iclasların birində açıq şəkildə bəyan etdi ki, monopolistlərin kim olduğu ölkədə hamıya məlumdur, ancaq tədbir görülmür. Millət vəkili onu da bildirdi ki, əgər monopoliya məsələsi aradan qalxsa, ölkədə tüğyan edən qiymətlər bir günün içərisində 3-4 dəfə aşağı düşər. Bunu hansısa müxalifət qəzetinin yazarı deyil, millət vəkili bəyan edirdi. Ancaq buna baxmayaraq bu günədək Azərbaycan cəmiyyəti monopoliyaya qarşı ciddi mübarizənin şahidi olmayıb. Təsəvvür edirsiniz, əhalinin böyük əksəriyyəti hər gün artan qiymətlərin altında rəzil vəziyyətinə düşür, monopolistlər isə ciblərini doldurur, hətta prezidentin tapşırıqlarını da qulaq ardına vururlar. Bu isə ölkədə ciddi narazılıq yaradır, əhalini iqtidardan uzaq salırdı. Dünyada gedən maliyyə böhranı isə vəziyyəti daha da mürəkkəbləşdirirdi. Sözün düzü, bu barədə heç kim düşünmək istəmirdi, daha doğrusu, heç kim açıq şəkildə öz mövqeyini ortaya qoymaq istəmirdi. Məhz belə bir məqamda yenicə nəşrə başlayan "Yeni Nəsil" qəzeti öz kəskin və qəti mövqeyini ortaya qoyaraq sahibkarların müraciəti əsasında ölkə iqtisadiyyatının "qara yarası" olan monopoliyaya qarşı ciddi mübarizəyə başladı. İlkin olaraq qəzetimiz sərhəddə yerləşən gömrük-keçid məntəqələrindən ciddi araşdırma yazıları hazırladı. Və məlum oldu ki, ölkənin bütün gömrük-keçid məntəqələri "BROKER" MMC ( rəisi Əbülfəz Məlikov) adlı şəbəkə tərəfindən inhisara alınıb. Hətta göydə uçan quşlar da Azərbaycana keçmək üçün Əbülfəzə "haqq" ödəyir. Belə olan halda yazıq sahibkarların başına gələn müsibətləri təsəvvür etmək çətin deyil. Bircə faktı qeyd etsək vəziyyətin hansı həddə çatdığı aydın olar. Deməli, Gürcüstandan Azərbaycana idxal olunan hər qoyun üçün 40 dollar, bir maşın mal-qara üçün sahibkarlar Əbülfəzə 6500-7000 dollar rüşvət verməlidir. Biz hələ digər məhsulların "tariflərini" demirik. Beləliklə, hazırladığımız materiallar əsasında ötən ilin sonunda Gürcüstanın "Media Qrup"una müraciət etdik. Qonşu ölkədəki həmkarlarımız isə Gürcüstanın hüquq-mühafizə orqanlarına, maliyyə polisinə müraciət edərək vəziyyətin aydınlaşdırılmasını tələb ediblər. Gürcüstan maliyyə polisinin apardığı əməliyyat nəticəsində Əbülfəz Məlikovun sağ əli sayılan "Alik" ləqəbli Böyükağa Mikayılov və Şakir Musayev sahibkardan 6000 dollar rüşvət alarkən həbs edildilər. Beləliklə də apardığımız mübarizə özünün ilkin nəticəsini verdi. Monopolistlərə ilk ciddi zərbə dəydi. Yəni 2 ay ərzində apardığımız mübarizədə bizə çoxları Don Kixot kimi baxırdı. Ancaq biz apardığımız işin ciddiliyinə inanırdıq. Bu gün isə bütün ölkə rəhbərliyi bizim qaldırdığımız problemlərin nə qədər önəmli olduğunu son günlər səsləndirir. Son bir neçə gündə ölkə prezidenti İlham Əliyev cənabları monopoliya ilə bağlı son çıxışında bu problemin təcili şəkildə aradan qaldırılmasını bildirdi. Deyəsən, vəziyyət kritik həddə çatıb, geriyə yol yoxdur. Ölkə başçısının çıxışından sonra yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev icra orqanlarının neqativ fəaliyyətindən danışaraq bildirdi ki, dövlət qurumlarına çoxsaylı müraciətlər olub. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri diqqəti ölkə başçısının Nazirlər Kabinetinin 14 yanvar iclasındakı söylədiyi fikirlərə yönəldib. Ölkə başçısı həmin iclasda "iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanlarının apardığı əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarından" tələb edib.
Administrasiya rəhbəri dövlət başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub. İclasda baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov neqativ halları aradan qaldırmaqla bağlı müvafiq təkliflərlə çıxış ediblər. Aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Bütün bunlar "Yeni Nəsil" qəzetinin 2 ay öncə başladığı işin ölkə həyatı üçün nə qədər önəmli və aktual olduğunu bir daha sübut edir.
Aldığımız son məlumatlara görə, Ramiz Mehdiyevin son çıxışından sonra daxili işlər naziri cənab Ramil Usubovun göstərişi ilə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ölkə rəhbərliyinin çıxışına adekvat olaraq antimonopoliya əməliyyat tədbirlərinə başlayıb.
Digər nazirliklər, dövlət qurumları da prezidentin tapşırıqlarından irəli gələn tədbirlər görürlər. Son günlər bir çox məmurların işdən çıxarılması, vəzifəsindən azad edilməsi, cəzalandırılması, hətta bəzi məmurların həbs olunması göstərir ki, bu proses ciddi şəkildə aparılır. Ancaq...
Bəli biz də görülən tədbirlərə inanmaq istəyirik. Ancaq bu il yanvarın 12-də Gürcüstanın maliyyə polisi tərəfindən həbs olunan "BROKER" MMC-nin (rəhbəri Əbülfəz Məlikov) "vuran qolu" Alik ləqəbli Böyükağa Mikayılovun həbsdən azad olunaraq dövlətimizin gömrük-keçid məntəqələrində yenidən at oynatmasını, hər gün 50-60 maşın (hər maşın üçün 6000-7000 dollar alaraq) qanunsuz mal-qara keçirməsi xəbərini eşidəndə istər-istəməz düşünməli oluruq: Kimə inanaq? Doğrudanmı, ölkə rəhbərliyinin, qanunların Əbülfəz Məlikova gücü çatmır?
Həqiqətənmi, monopolistlər dövlətdən güclüdür? Bu ölkəni kimlər idarə edir?
Əbülfəz Məlikov, Alik ləqəbli Böyükağa, Şakir, yoxsa...? 


Kamran                   "Yeni nəsil" qəzeti