03.05.2011

Ölən işıq


Samir Sədaqətoğlu, hekayə

Onun arvadı həmin gün öldü. Arvadı keçinəndən təqribən bir-iki saat sonra qonum-qonşusu, dost-tanış tam surətdə onlarda toplaşdı və dəfnə hazırlaşmağa başladılar. O, özü də məəttəl qalmışdı: yığışanlar bu tezliklə hadisədən necə xəbər tutmuşdular. Elə bil ki, onlar nə vaxtdan bərisə arvadının ölüm xəbərini gözləyirmişlər. Qadınlar ağı deyirdi; kişilər isə dəfnlə bağlı müxtəlif məsələlərlə məşğul idi. o isə hər şeyə biganəydi, gözlərinin dibinə qədər işləmiş etinasızlıqla, küt nəzərlərlə ətrafında baş verənləri seyr edirdi. Beyni uğuldayırdı, bayaqdan bəri xeyli keçməsinə baxmayaraq hələ də nə baş verdiyini əməlli- başlı dərk edə bilmirdi. Yalnız bircə məsələ gün kimi aydın idi: onun arvadı ölüb. Əslinə qalsa o, buna sevinməliydi. Daha onun canı bu arvaddan qurtarmışdı. Daha bu arvad onu boğaza yığmayacaqdı, gününü göy əskiyə bükməyəcəkdi, səhər- axşam deyinə- deyinə, tikanlı sözləriylə onu sancmayacaq, ürəyinin rahatlığını, həyatının dincliyini əlindən almayacaqdı.
Arvadı sağ olan vaxtlar o, ürəyindəonu “İblis” deyə çağırırdı. Şübhəsiz, bu sözü arvadının sifətinə çırpmaq heç vəchlə mümkün deyildi, əks təqdirdə arvad elə söz deyər, ağlasığmayan elə bir hərəkət edərdi ki, o, tərəddüdsüz olaraq əsl iblisə rəhmət oxumaq məcburiyyətində qalacaqdı. Hər halda o, öz arvadını yaxşı tanıyırdı: dabbaqda gönünə bələd idi.
Bu qadın onun həyatını puç eləmişdi. O, heç rəisindən də öz arvadından qorxduğu qədər qorxmurdu. Bu cür arvad hələm- hələm tapılmaz: lap gündüz çıraqla axtarsan belə. Allah belə qadınları bəlkə də min ildən bir bəşəriyyətə töhvə edir. Bəlkə də allah düşünür ki, yeni, təzə- tər iblislər yaratmaqdansa bu cür arvadlar xəlq etmək dahaməqsədəmüvafiqdi. Sözsüz, allahın işlərindən baş açılası deyil, çünki allahın işləri çox qəlizdi. Və bircə arvadın əlində çar- naçar qalan kişi allahın işinə qarışmasa yaxşıdı. Daha əvvəllər olduğu kimi yenə də bu gündən Allah onun üçün təkdi.
Amma nə sirr idisə o, gününü qara eləyən bu iblisə əməlli- başlı bağlanmışdı. Sağlığında indi bu ölü olan iblis bəzən beş- altı günlüyə harasa getməli olurdu: ya qohum- əqrabasından kimsə ölən hüzürə, ya rayona- zada, toya- filana, yaxd ona da, evinə də, həmçinin öz həyatına da tüpürüb boşanmaq adı ilə dədəsinin xarabasına. Belə vaxtlarda bir neçə gün kişi çox sevinirdi, özünü rahat, gümrah hiss edir, bu fani oğlu fani dünyada bir- iki gün adam kimi yaşamağından məmnun olurdu. Həyat doğrudan da gözəl imiş, İlahi! Bəs onda, sən bu iblis xislətli qadınları niyə yaratdın? Adəm də bu qadın tayfasının hesabına gül kimi cənnətdən qovulmadımı?
Amma bu cür fəlsəfi düşüncələrin ömrü çox az oldu. Üç- dörd gündən sonra o, dəhşətli dərəcədə arvadı üçün darıxmağa başladı. Bu necə olur ki, insan həyatını zəhərləmiş bir adamı xəffətini çəkməyə başlayır?
Vallah, çox gülməli və qəribə işdi.
Bu ayrılıq günləri uzandıqca onun da səbri tükənməyə başlayırdı. Ürəyi sıxılırdı, gözləri yol çəkirdi, heç cür bir yerdə qərar tuta bilmirdi. Axı o, neyləsin? Neyləsin axı? Və belə vaxtlarda yalnız bir çıxış yolu qalırdı; o, özü- özünə etiraf etməyə məcbur olurdu: bəli o, öz arvadını, bu iblisi dəhşətli dərəcədə sevir. Bəli sevir! Bunu əsl kişi kimi etiraf etmək lazımdır. Sən demə iblisi də sevmək olarmış, onsuz darıxmaq olarmış. İblis də Allahın mələyidir. Lənətlənmiş, sevimli mələk!
Və belə sakit, səssiz- səmirsiz, üzücü günlərin birində qəflətən evin divarları diksinirdi. Hər şey məlumdur: İblis qayıdıb. O, bilərəkdən televizorun səsini son nöqtəyədək qaldırdı. Şübhəsiz texnika acizdir. Onun ekranda quruya atılmış balıq kimi ağzını açıb yuman müğənniyə nədənsə yazığı gəlirdi. Arvadı eyni vaxtda danışır, ağlayır, çığırır, qiyyə çəkirdi. Onun bu çılğın hərəkətlərində, emosional danışığında opera elementləri o dəqiqə nəzərə çarpırdı. Bu da Allahın vokal musiqisi ifa edən mələyi. Döz indi, döz!
Daha darıxmağa vaxt olmaz.
O, son vaxtlar yuxusuzluq xəstəliyinə mübtəla olmuşdu. Heç vəchlə yata bilmirdi. Yuxusu bəlkə də arvadının səsindən hürkdüyü üçün gözlərindən qaçıb düşmüşdü. Gözlərini yummurdu, saatlarla belə uzanıb qalırdı, fəqət yata bilmirdi. Bəzən belə vaxtlarda ürəyi elə istəyirdi ki, arvadının sözünü kəsib bu haqda ona danışsın. Ancaq tez də fikrindən vaz keçirdi: həm arvadına mane olmaq, həm də ona təzə mövzu vermək istəmirdi. Taleyini lənətləyə- lənətləyə içində, ürəyinin lap ucqar küncündə çarəsiz- çarəsiz, xəfif- xəfif ağlayırdı.
Həmin işığı da belə gecələrin birində gördü. Yenə arvadı öz işində idi və o da gözlərini nə qədər möhkəm yumsada yuxulaya bilmirdi. Birdən sanki yuxulamaqdan yorulmuş göz qapaqları ağrıdı və o, qəfildən nəbzi kimi vuran, gizildəyən gözlərini açdı: ilk dəfə həmin işığı gördü. Əvvəl qorxdu, sonra yanında uzanmış arvadının hardasa çox- çox uzaqlarda gələn səsini eşidib toxdadı. Axı o, bu işığı əvvəllər harda görmüşdü? Nəsə çox tanış, doğma, əziz gəlirdi ona bu işıq. Kimə oxşayırdı bu işıq, ay ana? Bəlkə sənsən, sənsən gəlmisən, hə? Öz yazıq, tək, tənha balana kömək etmək istəyirsən?
Qəfildən onun ürəyinin bütün ərazisində ilan dili nazikliyində bir ağrı dolaşdı. Axı o, bu işığı üzünü bircə dəfə də görmədiyi anasına necə oxşada bilər: o, dobulan gün anası vəfat etmişdi. Öz ömrünü oğlunun bu mənasız, məşəqqətli, acı, üzücü, gərəksiz həyatına dəyişmişdi.
Bəs onda bu işığı harda görüb o? Nədən ötrü bu işıq bu qədər doğma gəlir ona?
Beləcə, hər dəfə bu cür qaranlıq qədər intəhasız gecələrdə arvadının iynəli sözlərindən loxması boğazından keçməyən sərhədlərdə, zəhmətinin dəyərləndirilmədiyi iş günlərində o, həmin işıqla lap dinməz, ürəyində, gözləriylə, baxışlarıyla danışmağa başladı. Sən məni niyə belə yaratdın, ilahi? Nə üçün hamıda olan sifətləri məndən əsirgəmədin? Axı mən nədən ötrü, arvadımın gözləri doysun, ürəyi soyusun deyə qaz vurub, qazan doldura bilmirəm? Mənim nə günahım var ki, arvadımın gül kimi ömrü beş otaqlı deyil, bir otaqlı mənzildə çürüyüb gedir? Niyə bu adamlar sənə qovuşmaq istəmirlər, saflığa, təmizliyə can atmırlar? Neyçün insanlar məni anlamaq istəmirlər, neyçün?
İşıq isə susurdu. Qəribə bir təbəssümlə, sirlə, parıldaya- parıldaya təmkinlə onu dinləyirdi. Bir dəfə isə kişi o işığa cavab verməyə, dillənməyə, heç olmasa bircə kəlmə danışmağa məcbur elədi:
“Siz hamınız mənə qovuşacaqsınız.”
İşıq gülümsəyə- gülümsəyə yalnız bu sözləri dedi.
Bəlkə də həmin işıq olmasaydı o, arvadından əvvəl öləcəkdi. İndi isə hər şey tərsinədi.
Birdən kimsə onun qolundan dartdı:
- Deyirəm daha vaxtdı, gərək mərhuməni dəfn edək.
Arvadının qardaşıydı. O, key, süst nəzərlə qaynına baxırdı.
- Gəl, birinci sən yapış, gir tabutun altına.
Deyilənə əməl elədi. Sonra uzun müddət yenə özünə qapıldı. Birdə qəbiristanlıqda, arvadının qəbirini torpaqlayanda özünə gəldi. İblisi dəfn edirdilər. Demək bitdi, sona çatdı hər şey. Deməli, innən belə bir də heç vaxt o bu qadını görməyəcək, səsini eşitmyəcək nəfəsini duymayacaq. Bu imiş insanın ömrü. Mənasız, gərəksiz... Onda heç bu dünyada yaşamağa dəyməzmiş. Bəs bundan sonra o bu qadınsız neyləyəcək, necə yaşayacaq?
Bircə anın içərisində ürəyi elə sıxıldı ki, az qaldı köksündən qopararaq ağzından çıxa, yerə, hələ tam torpaqlanmamış arvadının qəbirinə düşə. O, birdən dəhşətli dərəcədə arvadı üçün darıxdığını hiss etdi. Görünür həqiqətən də o bu qadını- bu iblisi, Allahın lənətlənmiş, sevimli mələyini sevirmiş.
Beləcə rabitəsiz xatirələr, əlaqəsiz düşüncələr onu öz qoynuna aldı. Yenidən reallığa qayıdarkən özünü mənzillərinin qapısı qarşısında gördü. Gecə idi, adamlar baş sağlığı verir, sağollaşıb dağılışırdılar. O, tez- tez tələsik, dilucu vidlaşmağa başladı. Bircə bunlar tez çıxıb getsəydilər. Darıxırdı: həmin işıq üçün darıxırdı. Hamı dağılışandan sonra otağa keçib onunla danışmağa başlayacaq, dərdini yüngülləşdirəcəkdi. Bax, daha lap az adam qalıb. Cəmi üç- dörd nəfər.
- Sabah tezdən gələcəyik. Narahat olma, heç nəyin də fikrini çəkmə.
Qaynı idi. ən axırda bu sözləri dedi və çıxıb getdi.
O, mənzilin qapısını açdı. İçəri keçdi. Birdən dili- dodağı qurudu, gözləri qaranlıq gətirdi. Bəbəklərindən kürə kimi oynayan gözləri ilə bircə anın içərisində arvadının nəfəsi duyulmayan, səsi eşidilməyən otağı ələk- vələk etdi: həmin işıq yox idi.
Qəfildən hiss etdi ki, nəfəsi çatışmır. Ləng hərəkətlərlə yaxasının düyməlrini açmağa başladı. Ürəyindəki giziltinin səsini açıq- aşkar eşitdi. Kürəyilə qapıya söykəndi. Sağ əliylə sinəsini ovuşdurdu. Uzun bir müddət keçdi. Sonra, lap sonra ağır- ağır, asta- asta yerə kökməyə başladı.
Daha heç bir şübhə ola bilməzdi: həmin işıq ölmüşdü.

O

Aliyə

səni sevmək qəribəymiş bilsən
daim əlimi sıxan əl kimisən
daha boğulmaq qorxulu deyil
sən məni aparan selsənsə əgər
bəzən qucaqlamaqçün səni
axına qarşı getmək hədər
sənin bir adın qəzadır,
bir adın qədər…

DÜNYANIN SİRLİ TƏŞKİLATI- MASONLUQ

Ən yeni tarix

İbrahim Sel        Professional Oxucu Liqası                      


I yazı: Sionizmlə eyni məqsəd güdüldüyünü anlatmamaq üçün yardım təşkilatları kimi maskalanaraq xoşməramlı görüntüsü altında fəaliyyət göstərirlər   

 Masonluğun sirr pərdəsini nə qədər açmaq olur? Çox yaxın keçmişə qədər bu sualın cavabını sıradan bir insanın bilmək şansı yox idi. Çünki “masonluq” anlayışı bir çoxları kimi bizim üçün də dünyanın təhlükəsizlik orqanlarının işi qədər məxfi və qapalı idi. Günümüzdə bunlar artıq tarixə çevrilib. Çünki masonluqla bağlı tam olmasa da yetərincə bilgi əldə etmək mümkündür. Ən başlıcası, bu “sirr pərdəsinin” müəyyən qatlarını masonların özləri qaldırmağa qərar verib. Hazırda İnternet səhifələrində dünyanın bir çox dillərində masonluq, onun təməl prinsipləri, fəaliyyəti, idarə olunması, strukturları barədə ümumi məlumatlar yayılır ki, bu da masonların təşəbbüsü ilə həyata keçirilir. Görünür masonluğun dönəmlə ayaqlaşaraq həyata keçirdiyi son böyük fəaliyyətlərdən biri özlərini toplumlara tanıtmaqdır. Təbii ki masonlar özlərini müsbət yönlərdən tanıtmağa çalışır. Ancaq tanıtımlarını incələdikcə adamın ağlına ən böyük sual indi gəlir: “Bu qədər bəsit bir şeysə, niyə əsrlərcə məxfiliyini bu qədər ciddiyyətlə qoruyurdu?”
 Hər halda hələlik öz yorumlarımızdan qaçmağa çalışaraq, rus və türkcə mənbələrə əsaslanıb çoxluq təşkil edən sualları cavablandıraq. Masonluq nədir və nəyə xidmət edir? Ad sahiblərinə görə, masonluq bütün insanlara barış və xoşbəxtlik arzulayır və bunun üçün inkişafı vacib sayır. Masonluq inkişaf üçün araşdırma və çalışmanın önəmli olduğunu, buna bir insan ömrünün yetməyəcəyini də vurğulayır. Mason olmağa çalışan insanın ömrü yetməsə də, insan olma və bütün insanlara sevgi bəsləmənin qüruru ilə bu idealı ürəyində və beynində səylə bəsləyərək mükəmməl insan olmağa çalışır. Özlərini bu tərəfdən tanıdan masonların dediklərinə rəğmən, hələ də informasiya ortamında masonların dünyanın terror təşkilatlarını bir mərkəzdən idarə etməsi kimi fikirlər də yer alır.
 “Mason” sözü fransızcadan tərcümədə “azad bənna” deməkdir. “Azad Bənnaların Qardaşlığı” mənasındadır. Yəhudilər tərəfindən dəyişdirilmiş Tövratda yəhudilərin dünya millətlərinə qarşı əmr edilən vəhşət və qətliam formaları, diqqət çəkməyəcək gizli üsullar, müfəssəl şəkildə anladılmış çeşidli yollar göstərilir. Hansı ki bu üsullar tətbiq ediləndə millətlər daxildən çökdürüləcək; nə hədəfdə olan millətlər bunu fərq edəcək, nə də olayların arxasında bir yəhudi adı keçməyəcək. Yalnız öz rituallarında yəhudiliklə bağlantıları anlaşılan masonluq Tövratın təlqinlərini olduğu kimi mənimsəyən yəhudiliyin gizli qollarından biridir. Masonlar yəhudilərlə əlaqələrini gizli tutmağı lazım bilir. Çünki onlara görə, sionizmlə eyni məqsəd güdüldüyünü anladaraq fəaliyyət göstərmək əvəzinə yardım təşkilatları kimi maskalanaraq xoşməramlı görüntüsü altında məqsədlərinə xidmət etmək daha məhsuldar nəticələrə gətirib çıxarır. Masonluq yəhudiliklə birbaşa əlaqəli olduğu üçün mason cəmiyyətlərində tətbiq olunan ritual və tədbirlər, eyni zamanda mason düşüncələri Tövratdan alınmış olacaq. XX əsrin II yarısında Türkiyədə masonların təbliğatçısı kimi tanınaraq çap olunan “Mimar Sinan” jurnalı 1983-cü ildə yazırdı: “Rituallarımızda Tövratdan saysız nümunələr var”.
 Təhrifə uğramış Tövrata görə, tanrıları Yahova tərəfindən oğullarına miras olaraq verilmiş yer üzünə sahib olmaq, dövlət qurmaq və azadlıq sahibi olmaq yalnız yəhudi olanların haqqıdır. Yəhudi olmayan üçün bu haqlardan bəhs etməyə dəyməz və bu fəlsəfəyə görə, Adəm oğulları Yahova oğullarının mülkü olan torpaqları işğal ediblər və ondan istifadə edirlər. Yəni bu görüşə görə, yəhudilərdən başqa qalan bütün millətlər anadangəlmə günahkardır. Yahovanın oğulları tərəfindən Sionda (Qüds yaxınlığında dağ) qurulacaq “Dünya krallığı” yer üzünün yəhudilərin əlinə keçməsi və gizli savaşın sonunda bu millətin “Yer üzünün Allahı” elan edilmələri din anlayışlarının təməlini təşkil edir.
 Masonluğun yaranma tarixi XVIII əsrə dayanır. Bu dini-mənəvi hərəkat XVIII əsrin əvvəllərində Böyük Britaniyada yaranıb. Masonların ilk lojası olan Böyük Loja da 1717-ci ildə Londonda yaradılıb. Masonların Böyük Fransa inqilabına hazırlıqda böyük rolu olub. Katolikliyin yayğın olduğu ölkələrdə masonlar təqiblərə məruz qalıb. İtaliya, İspaniya və katolikliyin mövcud olduğu digər ölkələrdə liberal partiyaları “mason partiyaları” adlandırıblar. Mason metafizikası və simvolikası mədəniyyət və incəsənətə böyük təsir göstərib. Motsartın “Sehrli fleyta” əsəri, Londondakı Müqəddəs Pavel kilsəsi, Moskvadakı bir çox kilsələr, ABŞ dollarının dizaynı və s. kimi misallar göstərmək olar. Ancaq masonlar da dünyanın tanınmış fəlsəfi cərəyanlarından çox yararlanmışlar. Rus qaynaqlarına görə, masonlar dünyagörüşlərində Pifaqor, Konfutsi, Zərdüşt və bir çox başqa mütəfəkkirlərin fikirlərini mənimsəyiblər.
 Masonluq bir sistemdir? Masonlara görə, onların konkret bir təqdimatını tətbiq etmək mümkün deyil. Bunun səbəbini onda görürlər ki, masonluğa hansı niyyətlə baxarsansa, o tərəfdən tanına bilinir. Məsələn, masonluğun başqa xüsusiyyətləri bir tərəfə buraxılıb yalnız məqsədləri göz önünə gətirilərsə, bunu demək mümkündür: masonluq bütün insan və toplumların barış və rifahı naminə fərdlərin bu yolda irəliləməsinə yardım edən bir sistemdir. Onlar bu təqdimatın yanlış olmasa da, nöqsanlı olduğunu hesab edirlər. Çünki masonluğun məqsədlərinin hamısını tanıtmaq mümkün deyil. Masonluq məqsədləri ilə yanaşı prinsipləri, tarixçəsi, struktur özəllikləri, iş mexanizmi, dünyagörüşü (və ya fəlsəfəsi) və hər biri mason olaraq anılan üzvlərinin fərdi keyfiyyətlərinin hamısı bir arada olmaqla bir sistemdir. Masonluğu dərk etmək üçün onu ayrıntılı bir şəkildə incələmək gərəkdir. Onlara görə, hətta masonluğun nə olduğunu anlamaq üçün masonların özlərinin belə illərcə çalışması gərəkdir.
 Masonluq- sadəcə mafiyadır. Hələ prezident Ruzvelt bütün zamanlarda, xüsusilə də onun dövründə heç zaman olmadığı kimi dünyanı gizli cəmiyyətlərin idarə etdiyini deyirdi. Rus tədqiqatçısı Vladimir İstarkov masonluğun mafiyadan başqa bir şey olmadığını yazır. Yazara görə, masonluğun üç əsas məqsədi var: birincisi, bütün xristian ölkələrində şovinist xarakterli idarəetməni gizlətmək, kölələrin idarə olunmasının alt strukturuna başqa insanları cəlb etmək və tək istiqamətin gizli qalmasını təmin etmək. V.İstarkova görə, təbii ki heç bir xalq başında açıq-aşkar yəhudilərin durmasını qəbul etməzdi. Hər şeyə rəğmən mason təşkilatlanmasının bir piramida təşkil etdiyini söyləyən yazar hesab edir ki, əslində 99 dərəcəli olan bu piramidanın 1-33-cü dərəcələrini beynəlxalq mafiya, 1-66-cı dərəcələrini yəhudi mafiyası, 1-99-cu dərəcələrini isə dini mafiya idarə edir. Yazar sonuncu pillədə hətta satanistlərin olduğunu iddia edir və mason ritualları içində insan qanı içilməsinin də olduğunu iddia edərək bunun hannibalizm oluğunu vurğulayır.
 Bu, masonluğu kənardan yetərincə kəskin xarakterizə edən bir yazarın fikridir. Masonlar isə özlərini qismən tanıtmaqla yanaşı, sirr pərdəsinin çoxunu əslində qaldırmırlar. Mason necə bir insandır? Hər bir mason cəmiyyətimizin içindəki sıravi insanlardan biridir. Bizlərdən heç nə ilə fərqlənmir. Nə mükəmməl deyilə biləcək qədər çox üstün xüsusiyyətləri olan, nə də pis birisi deyil. Hər bir masonun da başqaları kimi doğruları və yanlışları var. Müsbət tərəfləri ilə bərabər nöqsanları da var. Bir mason bu hərəkatın məqsəd və prinsiplərini mənimsəmək, digər masonların bilik və bacarıqlarını əxz etməklə özünü inkişaf etdirə bilər. Hər hansı bir mason və ya hətta hər hansı bir mason təşkilatı təkbaşına bütünlükdə masonluğu təmsil edə bilməz. Onlar hesab edir ki, barələrində söylənən mənfi və tənqidi fikirlər boşboğazlıqdan başqa bir şey deyil. Və illərcə masonlara qarşı olan ittiham xarakterli fikirlərə reaksiya verməmələrini də bununla əlaqələndirirlər.
 MASONLUQ NƏDİR? Masonluq özünə xas bir quruluş və təşkilatlanma şəkli olan sosialyönlü dərnəkdir. Formalaşmaq və təkmilləşmək yolunda irəliləmək istəyənlər üçün zehni və ənənəvi, humanist xüsusiyyətli bir qurumdur. Masonluq əsasən ağılla və elmi üsullarla gerçəkləşən araşdırma metodu və sənətidir. Masonluq məqsədlərinin gerçəkləşməsinə könül vermiş, prinsiplərini daxildən mənimsəmiş “mason” deyilən insanların topluluğudur. Masonluq azad fikirlərin istehsal edildiyi, bunların azad paylaşılıb müzakirə olunduğu bir mühitdir. Masonluq yaxşı, gözəl, doğru olanı mənimsəməyə üstünlük verən bir həyat tərzidir. Ancaq bunlarla bərabər masonluq təkbaşına bunlardan heç biri deyil. Masonluq bunların hamısıdır və hətta bunlardan daha artığıdır. Masonlar etiraf edir ki, tam ən pislik, dinsizlik, şeytanlıq, tanrıtanımazlıq, mənafelərini güdən və bunlara bənzər bir çox mənfi xarakterlərlə səciyyələndirilmişlər.
 Masonluğu bəzi doktrinaları özününküləşdirən, masonları bəlli olan bir ölkənin peykləri kimi göstərməyə çalışanlar da olub. Masonlar hesab edir ki, bütün bunlar masonluğun nə olub-olmadığının toplumlarda anlaşılmasından qorxanların taktikası idi. Nədənsə masonlar da uzun illər bütün bunlara dözümlülük nümayiş etdirib susmuşlar və yalnız son dövrlərdə masonluğun nə olub-olmadığını anlatmağa, üstündəki duman pərdəsini qaldırmağa qərar veriblər.
 Masonluq gizli təşkilat və gizli təşkilatlanma deyil. Masonlara görə, özləri və üzvü olduqları təşkilatlar barədə ictimaiyyətə açıqlama vermədikləri haqdakı fikirlər doğru deyil. Sadəcə, bunları açıqlamaqda bir az çəkingən davrandıqlarını bildirirlər. Guya ictimaiyyət də masonların anlatdıqlarına çox da inanmaq istəməyib və onlara qarşı olanlara daha çox önəm veribmiş. Guya masonların uzun müddət içlərinə qapanmasının və özlərini anlatmaqdan vaz keçmələrinin də səbəbi bu olub ki, sonda ətraflarında sonu olmayan halqa yaranıb. Ətraflarında yaranmış halqanı qırıb özləri barədə fikirləri paylaşmağa qərar verən masonlar özlərinin təşkilatlanma sistemini aşağıdakı kimi izah edirlər.

II yazı: Masonlar qapalılıqlarını belə izah edirlər ki, sıradan insanlar da evinin qapısını hər kəs üçün açmır və hər kəsi ailəsinin içinə buraxmır

 LOJA- masonluqdakı çalışmaları ilə bir-birinə birbaşa bağlı olmayan müstəqil qurumlardır. Ancaq masonluqda “loja” kəlməsi həm də toplantıların keçirildiyi məkana deyilir. Struktur Böyük Loja- lojaların öz aralarında birləşərək yaratdığı federativ xarakterli təşkilatdır. Lojanın qurulması üçün onu idarə edə biləcək xüsusiyyətdə və yetərli sayda masonun bir araya gəlməsi gərəkdir. Lojanın müstəqilliyinə gəlincə isə o, müstəqil çalışacaqsa, yaranan hər hansı bir yeni lojanın heç bir mason təşkilatından izin almasına gərək yoxdur. Ancaq əgər bəlli bir böyük lojaya bağlanacaqsa, sonuncunun qəbul etdiyi qaydalara riayət etməsi gərəkdir. Hər lojanın 10-15 üzvü ola bilir. Bu üzvlər loja üzvləri tərəfindən adətən bir il müddətinə seçilir. Onlar loja toplantılarında bəlli bir məsuliyyət daşıyır. Lojanın idarəçiliyinə gəlincə, qurum rəhbərinə “hörmətli ustad” kimi ifadələrlə müraciət olunur. Onun yardımçılarına isə “birinci nazir” və “ikinci nazir” titulları verilir. Bundan başqa, lojada “katib”, “ritual ustadı” olur. Lojadakı vəzifələrlə bağlı bütün titullar yalnız seçildiyi müddət ərzində keçərlidir və sonra qüvvəsini itirir. Ən azı üç müstəqil loja birləşərsə, Böyük Loja qura bilər. Dünyadakı mason təşkilatlarından bəzilərinə görə, yeni bir Böyük Loja qurmaq üçün heç bir mason təşkilatı ilə bağlantı yaratmaq vacib deyil. Bəziləri isə hesab edir ki, yeni Böyük Loja yalnız başqa düzənli böyük lojalar tərəfindən “düzənli” kimi qəbul edildiyi halda mason təşkilatı sayıla bilər. Masonluqda böyük bir loja tərəfindən ona bağlı olan lojaya “patent” kimi anılan “Quruluş arayışı” verilir.
 Yeni qurulmuş böyük bir lojanı da tanıyan Böyük lojalar hər biri ona “tanıma arayışı” verir ki, bu da “patent” kimi tanınır. Çox zaman bu “patent” amili yanlış anlaşılaraq bir izn, təsdiqləmə arayışı kimi qəbul edilir və bütün mason təşkilatlarının mərkəzdən yönəldilməsini əsaslandırmaq üçün vasitə kimi göstərilir. Masonlara görə, patent heç də bunu deməyə əsas verəcək sənəd deyil, sadəcə patent verilmiş lojanın “düzənli” olaraq tanındığını göstərən sənəddir. Məntiqlə isə yenə də mason təşkilatlarının dünyada bir-biri ilə sıx bağlı olduğunu deməyə əsas verən bir məsələdir. Masonlar isə iddia edir ki, dünya miqyasında mason təşkilatları arasında bəzi uyğunsuzluqlar var ki, bu da masonluğun tək bir mərkəzdən idarə olunmadığını deməyə əsas verir. Ölkələr daxilindəki qanunlara görə şəkil alan mason təşkilatları mövcud olduqları ölkələrə görə formalaşsa da, hərəkatın təməl prinsiplərindən kənara çıxmır. Masonluğun məqsəd və prinsiplərinə əməl edərək fəaliyyət göstərən hər bir Böyük Loja düzənli bir mason təşkilatıdır. Bir Böyük Lojaya bağlı olan lojaların düzənli sayılması üçün isə onun birincinin qərarlarına uyğun fəaliyyət göstərməsi lazımdır. Əks halda, loja düzənsiz sayılır. Tərkibində düzənsiz bir loja olan Böyük Loja da düzənliliyini itirmiş sayılır.
 Hər böyük loja mövcud olduğu ölkənin qanunlarına uyğun olaraq qurulmuş hər hansı bir dərnək, ictimai təşkilat kimi fəaliyyət göstərir. Hər loja aid olduğu böyük lojada onu təmsil edəcək nümayəndələr seçir. Nümayəndələr bir araya gələrək böyük lojanın idarə heyətini təşkil edir. Böyük lojanın üzvləri bu heyətə demokratik üsullarla seçilir. Böyük lojaların üzvləri lojalardan fərqli olaraq bir illik deyil, iki illik müddətə seçilir. Masonluqda yalnız lojaların deyil, bütün üzvlərin də düzənli olması vacibdir. Bir masonun düzənli intizamını qoruması onun masonik öhdəlikləri yerinə yetirməsilə bağlıdır. Masonik öhdəliklər ölkənin qanun və cəmiyyətin ənənələrinə uyğun olmaq, masonluğun amac və prinsiplərini mənimsəmək, üzvü olduğu mason təşkilatının qərarlarına əməl etmək, təşkilatın toplantılarında müntəzəm iştirak etmək, üzvlük haqlarını zamanında vermək, tapşırıqları vaxtında yerinə yetirmək, masonluqda verdiyi sözə sadiq qalmaq və bir masona yaraşan şəkildə yaşamaq. Masonlara görə, masonluğa girdiyi kimi masonluqdan çıxmaq da mümkündür. İstefaya getmiş mason sadəcə “yatmış masondur”. Ancaq masonların bu barədə açıqladıqları fikirlərdə ziddiyyət var. Bir tərəfdən, masonluqdan çıxmanın mümkün olduğunu söyləsələr də, başqa bir tərəfdən də masonluqdan çıxmış birisinin sadəcə “yatmış mason” olduğunu bildirirlər. Öz arzusu ilə masonluqdan çıxmış bir mason üçün dönüş qapısı açıq tutulur və bu səbəbdən də o, çıxandan sonra da üzvlüyünü davam etdirmiş sayılır. İntizam qaydalarına əməl etməyən bir masonun masonluqdan çıxarılması da baş verə bilər. Belə halda buna “intizamsız elan edilmiş” deyilir. O da öz istəyi ilə masonluqdan ayrılıb “yuxuya getmiş” mason kimi bir gün “oyana” bilir. Masonluqda “yatmış” kəlməsi simvolik məna daşıyır. Bu ifadə hətta qapanmış bir loja üçün də istifadə olunur. Yatmış mason və ya lojanın təkrar hərəkətə gəlməsi üçün onun bu barədə istəyinin müsbət qarşılanması şərtdir.
 OBEDİYANS- “Böyük loja” ilə eyni məna daşıyan bu kəlmə əslində masonluqda bir termin kimi istifadə olunur. Böyük lojalara bağlı olaraq fəaliyyət göstərən lojaların böyüyün nizamnaməsinə tabe olduğunu vurğulayan bir sözdür. Böyük lojalar bəzən mövcud olduğu ölkənin sərhədlərindən kənarda olan lojaları da obediyansına qatmış ola bilir. Ölkə daxilində böyük lojanın yurisdiksiyası ölkə sərhədləri içində olduğu halda ölkə xaricindən olan lojaları obediyansına qatdıqda yurisdiksiyası mövcud olduğu ölkə sərhədlərini aşmış olur. “Yeni Şəfəq” qəzetinin yazdıqlarına əsaslansaq, Türkiyədəki Böyük Mason Lojası ölkə sərhədlərini aşmağa qərar vermiş və Azərbaycanda loja qurulması üçün hərəkətə gəlib. Qəzetin yazdığına görə, Böyük Mason Lojası 2003-cü il iyunun 14-də keçirdiyi toplantıda bu barədə qarar almış, iş aparılması üçün komissiya təşkil etmiş, başına da bir azərbaycanlı gətirmişdi. Diqqət etsək, masonların bura qədər özlərini anlatdıqlarında yeni bir lojanın (həm də ölkə sərhədlərindən kənarda) qurulması haqda başqa lojaların qərar verməsinin gərək olduğunu söyləmir. Böyük lojanın qurulması üçün ən azı üç lojanın olması gərək idi ki, bunun da Azərbaycanda hələ ki biri də yox idi.
 Masonluğun yüksək dərəcədə təşkilatlanma sistemi böyük lojaların təşkilatlanma sistemindn bir az fərqlidir. “Yüksək dərəcələr” olaraq izah edilən bölümlərdəki fəaliyyət ümumi üzvlük baxımından böyük loja və lojaların fəaliyyətindən çox da fərqli deyil. Masonlara görə, onların əsl fəaliyyətləri lojalarda davam etdirilir. Lojaların toplantılarının çox öncədən saatı, yeri və gündəliyi müəyyənləşdirilmiş olur. Loja toplantılarının gündəliyində yer ala biləcək məsələlərlər ümumilikdə üçə ayrılır. Birincisi, idari məsələlər (masonluğa namizədləri, üzvlərlə bağlı, dərəcələri yüksəldiləcək masonlarla və yeniii üzvlərlə və s.), ikincisi- zehni məsələlər (sosial, elmi, mədəni, fəlsəfi və gündəlik həyatla bağlı açıq müzakirələr), üçüncüsü- rituallar (yeni üzv qəbul edilməsi, dərəcələrə keçirilmə, yeni üzvlərin işə başlaması ilə bağlı və s). Lojanın daxili işləri ilə bağlı toplantılara yalnız üzvlər qatılır ki, bu da “ailə toplantısı” adlanır. Başqa toplantılara isə başqa lojaların da üzvləri qatıla bilir və onlarla loja üzvləri arasında hər hansı ayrı-seçkilik olmur.
 “Mason olmayanlar girməz”- masonlar toplantıları keçirilən qapıların üstünə bunu yazmasalar da, başqa tərəfdən bunu vurğulayırlar. Lojaların toplantılarına bəzən mason olmayanların da qatıla bildiyini söyləyən masonlar başqa bir tərəfdən də, bunu yalnız üzv masonların qan qohumlarının qatılması ilə məhdudlaşdırırlar. Yəni, ümumilikdə digər ictimai qurumlar kimi mason təşkilatlarının toplantıları cəmiyyətin hamısı üçün açıq deyil. Masonların qan qohumları isə ən azı ildə bir dəfə keçirilən “açıq toplantı”lara qatıla bilir.
 Toplantılar protokollaşdırılır və protokollar lojanın arxivində saxlanır. Lojanın bağlı olduğu böyük loja varsa, bir surəti də ora göndərilir. Masonlara görə, protokol və digər sənədlərlə lojanın mövcud olduğu ölkənin yetkili orqanları maraqlana və onlarla tanış ola bilər. Masonlar qapalılıqlarını belə izah edirlər ki, sıradan insanlar da evinin qapısını hər kəs üçün açmır və hər kəsi ailəsinin içinə buraxmır. Hətta bu yerdə dünyanın bir çox yerlərində kommersiya strukturları kimi tanına biləcək klubların qapısına “üzv olmayan girməz” yazıldığını da xatırladırlar. Bir tərəfdən, topluma açıq olduqlarını deyən və öz haqlarında informasiya ortamında xeyli məlumat ötürən masonlar əslində yenə də çox qapalı və sirli olmaqda davam etməkdədirlər.
 Masonluq toplantılarının hamısı bəlli bir ritualın təkrarlanması kimi başlayırr, davam edir və bitir. Bu rituallar çap olunub və onların nümunələri aidiyyatı dövlət orqanlarında var. Bu rituallar dünyanın hər yerində eyni deyil və lojaların özü tərəfindən hazırlanır. Masonluqdakı fəaliyyət üç dərəcəlidir. Hər mason öncə “usta yanında şagird”, sonra “usta köməkçisi” və sonda “ustad” olur. Bu üç dərəcə simvolik sayılır. Bundan sonra isə yüksək dərəcələr sayılan fəlsəfi dərəcələr gəlir. Simvolik dərəcələrdə masonluğun əsasları və təlimləri öyrənilir, yüksək dərəcələrdə isə bunun fəlsəfəsi yaradılır. Türkiyədə Şotland Riti Türkiyədə yüksək dərəcə mason fəaliyyəti qəbul edilmiş köhnə Şotland Ritinə uyğun aparılır. Bu dərəcələrdə fəaliyyəti “Suprem Kosey” adını daşıyan bir mason təşkilatı tənzimləyir. Masonluğun yüksək dərəcələri üzərində açıqlamalarda bulunmaq yalnız bu konseyin yetkisindədir.
 “Rit” masonluğun anlatmalarına bir dərəcələr silsiləsi içində toplayaraq bəlli bir üsulla verilməsinə yardım edən kimi tanınan anlayışdır. Türkiyədə tanınmış Rit də masonluğun ən çox yayılmış ritlərindəndir. Şotlandiya ilə hər hansı bir əlaqəsi yoxdur. Sadəcə təməli XVIII yüzilin ortalarında Fransada yaşayan şotland əsilli masonlar tərəfindən qoyulub. Bundan başqa çox yayılmış “İngilis Masonluğu Sistemi”, “York Riti”, “Modern Fransız Riti”, “İnsan Haqları Karma Riti” kimilərini də saymaq olar.
 EZOTERİK SİSTEM. Masonluğun bu sistemə uyğun etiraf edən masonlar başqa bir tərəfdən yenə də qapalı olmadıqlarını iddia edirlər. “Ezoterik” tərcümədə çölə qapalı, öz içinə dönük və ya açıq olmayan anlamını verir. Sistemin özəlliyi isə bundadır ki, masonlara bilgilər zamanla və dərəcələrinə uyğun olaraq verilir, üzvlərin öyrəndiklərini sirr kimi saxlamaları lazım bilinir, öyrədilən şeylər tam açıq olaraq deyil, simvollar, alleqorik təriflərlə verilir.
 Masonluq ənənələrə bağlı bir təşkilatdır və masonluğu yalnız yaşayaraq öyrənmək mümkündür.

Только для евреев!


USAMƏ BİN LADEN ƏSLİNDƏ KİM OLUB?

"Əl-Qaidə" təşkilatını Üsamə bin Laden Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi əsasında yaradıb və Sovet İmperiyasının Əfqanıstandan çıxdıqdan sonra, ABŞ-ın müsəlman ölkərə qarşı istifadə etdiyi alətə çevirib



FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın Üsamə Ben Ladenin öldürülməsi ilə bağlı verdiyi xəbər, dünya ölkələrində böyük rezonans yaradıb. Bir nömrəli terrorçunun ölümü ilə bağlı məlumatlar, Kütləvi İnformasiya Vasitələrinin əsl bayram xəbərinə çevrilib. Hətta "Əl-Qadiə" terror təşkilatının liderinin ölüm xəbəri İngiltərə, Rusiya, İspaniya kimi ölkələr və NATO, Avropa Birliyi kimi qurumlar tərəfindən də böyük sevinclə qarşılanıb.


Qeyd edək ki, Bin Laden 1957-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində, tikinti maqnatı Məhəmməd Bin Ladenin ailəsində doğulub. Kral Əbdül Əziz Universitetini tikinti mühəndisi ixtisası ilə bitirib. 1979-cu ildə Əfqanıstana - sovet qoşunlarına qarşı vuruşmağa yollanıb. 1989-cu ildə “Əl-Qaidə” təşkilatını yaradıb. "Əl-Qaidə" təşkilatını Üsamə bin Laden Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi əsasında yaradıb və Sovet İmperiyasının Əfqanıstandan çıxdıqdan sonra, ABŞ-ın müsəlman ölkərə qarşı istifadə etdiyi alətə çevirib.


Nəzərinizə çatdıraq ki, Kubanın əfsanəvi lideri Fidel Kastro da, "Əl-Qaidə" qruplaşmasının lideri Üsamə bin Ladenin əslində Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) agenti olduğunu və Amerikanın bu addan işğalçı siyasət yürütmək üçün istifadə etdiyini söyləyib. "Corc Buş hər dəfə insanaları qorxutmaq istəyəndə Üsamə bin Laden dərhal peyda olur. Bu insan Mərkəzi Kəşfiyyat İdarəsinin işçisidir və oradan ona maaş da verilir"-deyə fikirlər  məhz Fidel Kastroya məxsusdur. "Üsamə bin Laden artıq “Əl-Qaida" terror təşkilatının əməliyyatlarına rəhbərlik etmir". Bu sözləri isə hələ 2010-cu il ABŞ Silahlı Qüvvələrinin Mərkəz Komandanlıq İdarəsinin rəhbəri general Devid Petraus ifadə edib. O, Üsamə bin Ladenin artıq əməliyyatlara rəhbərlik etmədiyini söyləmişdi.


Göründüyü kimi ölüm xəbəri yayılan və öldürüldüyü iddia olunan bir nömrəli terrorçu kimi təqdim olunan bin Laden, əslində CİA agenti kimi fəaliyyətini çoxdan dayandırmış və Amerikanın terrorçu lideri funksiyasına ara vermişdi. Bu üzdən o, öldürülmüş olsa da, onun sağ qalması heç nəyi dəyişmirdi. 

ATA HƏSRƏTİNDƏN DÜNYASINI DƏYİŞDİ

                                      Fələstinli qızcığaz ata dərdindən həyatını itirdi



FaktXeber.com-un "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, azyaşlı fələstinli qızcığaz Əbir İskafi atasını görmədiyinə görə, xəstələnərək sonda həyatını itirib. Bu ürəkağrıdıcı hadisə Fələstində baş verib. 2 il öncə, İsrail əsgərləri tərəfindən həbs edilərək ömürlük həbs cəzası alan atasını görəməyə gedən bu kiçik yaşlı qıza, görüşmək üçün icazə verilmir. O, bu hadisədən ağır sarsıntı keçirir. Getdikcə bu sarsıntı əsəb xəstəliyinə çevrilir.  Ata həsrəti çəkən bu zavallı uşaq sonda nakam dünyadan köçür. 
Qeyd edək ki, ərəb mediasında geniş bəhs olunan bu hadisə, İsrailin yürütdüyü işğalçı siyasət və anti-insani rəftar nəticəsində baş verib. Minlərlə ataları övladlarından ayıran İsrail rejiminə, bu gün dünya birliyi tərəfindən heç bir təzyiq edilmir. Maraqlısı isə budur ki, İsrailin törətdiyi bütün cinayətlə,r elə məhz demokratiya və insan haqqları müdafiəçisi olan ölkələrin seyr etməsi ilə qarşılanır.

Xoşbəxtliyə yol YAP-dan keçir?

Bu yaxınlarda redaksiyaya maraqlı bir şikayətçi gəlmişdi. Hişkədərə kənd sakini, ali təhsilli, Əliyev Bəhruz Bəxtiyar oğlu. Neft və qaz Akademiyasını bitirəndən sonra onu Masallı Qaz İstismarı İdarəsinə fəhlə kimi, amma “dədə-baba” qaydası ilə işə qəbul edirlər. Özünün dediyinə görə ali təhsilli bu gənc fəhləliyə qəbul üçün 300 manat “tərləməli” olub. Bir qədər sonra ona bildirirlər ki, YAP-ın üzvü olmasan, burada sənin üçün problemlər yaranar. 10 manat şirinlik alıb, onu iqtidar partiyasına qəbul edirlər. Hələ ondan bir ay üçün üzvlük haqqı da alıblar. Cəmi 3 aydan sonra isə onu ixtisara salıblar. İndi rayonda bu sahə ilə bağlı 4-5 ali təhsilli mütəxəssisdən biri olan gənc işsizdir. O bilmir ki, işsizliyin fikrini çəksin, ya fəhləliyə qəbul uçun verdiyi, lakin bəhrəsini görmədiyi 300 manat şirinliyin. Hazırda isə 10 manata aldığı YAP vəsiqəsinə qəmli-qəmli baxmaqdan özgə təsəllisi yoxdur. 


"Cənub xəbərləri"

"İLHAM ƏLİYEV İNQİLAB ETSƏ YAXŞIDIR"

Fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, "Beynəlxalq Alternativ Energetika və Ekologiya" jurnalının baş redaktorunun müavini, "Beynəlxalq Kosmonavtika" jurnalının Redaksiya Kollegiyasının üzvü, Azərbaycan Respublikası Prezidentliyinə keçmiş namizəd Qüdrət İsaqovla dünyada baş verən dəyişikliklərin Azərbaycana mümkün təsirləri mövzusunda müsahibə



- Qüdrət müəllim, deyəsən dünyanın siması dəyişir. Daha doğrusu desək, dəyişdirirlər. Sizcə, bu dəyişikliklər dünyaya nə gətirəcək?
- Bəli dəyişir! Barak Hüseyn Obama ABŞ prezidentliyinə namizədliyini irəli sürəndə demişdim ki, bu şəxs Amerika Birləşmiş Ştatlarının dünyanın gələcək inkişafını proqnozlaşdıran və planlaşdıran dövlət institutlarının yeni projesidir. Televiziyanın və kütləvi informasiya vasitələrinin verdiyi imkanlar daxilində Obamanın seçkiqabağı təşviqat zamanı əsas çıxışlarını diqqətlə izlədim. Obamanın Hüseyn adı daha çox diqqətimi cəlb etdi. Düşündüm ki, Hüseyn adlı qaradərili və müsəlman mənşəli, böyük natiq və yüksək intellekt sahibi olan Barak Obamanın hakimiyyətə gətirilməsi İslam dünyasında və qaradərili Afrikada ABŞ-ın Corc Buş zamanında itirilmish nüfuzunun bərpa olunmasına yönəlib. Onun Hüseyn adının mənası isə budur ki, biz Səddamın və Səddam kimilərin düşməniyik, Hüseynlərin və bütün islam aləminin müqəddəs şəxsiyyəti olan Hüseynin və islamın dostuyuq.
Barak Obamanın birinci səfərini Türkiyəyə, daha sonralar da ərəb ölkələrinə etməsi, bu ölkələrdə məscidləri ziyarət eləməsi, hətta ABŞ-ın Dövlət Katibi Hillari Klintonun da Obamanı müşayiət edərək, məscidlərə baş örtüsü ilə daxil olması ciddi dövlət siyasəti idi. Yadınızdadırsa, Obama İslam dünyasının demokratik ölkəsi olan Türkiyənin İstanbul şəhərindəki məcsiddə və İslam dünyasının böyük, lakin diktatura rejiminin hökm sürdüyü Qahirədə mərkəzi məscidi ziyarətindən sonra islam dünyasına səsləndi və önəmli bəyanatlar verdi.
Digər mühüm bir məsələ olaraq, mən Obamanın iki il bundan öncə, heç bir iş görmədən, avans olaraq Nobel mükafatı almasını misal kimi göstərə bilərəm. Tarxdə belə şey olamayıb ki, kiməsə Nobel mükafatı yalnız çıxışlarına görə verilsin. Yəni Nobel sülh mükafatı alan dövllət xadimlərinin hamısı həmin mükafatı, iki və ya daha çox ölkə arasınad sülhün bərqərar olmasına görə alıblar. O zaman verilən Nobel sülh mükafatı Barak Obamanın dünyada nüfuzunun yüksəldilməsinə xidmət edib.
Yəni Barak Hüseyin Obamanın hakimiyyət başına gətirilməsi, onun qaradərili olması, adının Hüseyn olması, Obamanın İslam dünyasına və diktatura rejimlərinə dəfələrlə mesajlar verməsi, Obamanın Nobel sülh mükafatı alması, ərəb dünyasındakı bugünkü inqilablar dünyanın planlı şəkildə dəyişdirilməsi prosesindən xəbər verir.
Dünyanın planlı şəkildə dəyişdirilməsinin dünyaya nə gətirədcəyi isə ilk növbədə dəyişilməyə məruz qalan və ya məruz qalacaq ölkələrin mövcud hakimiyyətlərindən daha çox asılıdır. Yəni dəyişilməyə məruz qaldıgını bilən  ölkələrin dövlət başçıları bu dəyişikliyin qarşısı alınmaz proses olduğunu bilərək, bu proseslərdən böyük müdrikliklə və daha az itgilərlə çıxa bilərlər.
Ərəb ölkələrinin təcrübəsi göstərir ki, Tunisin prezidenti Bin Əli və Misirin prezidentləri Hüsnü Mübarək Liviya prezidenti Müəmmər Kaddafiyə nisbətən müəyyən dərəcədə ağılla hərəkət etdilər. Kaddafi isə həm öz xalqı ilə, həm də NATO, ABŞ, Böyük Britaniya, Fransa və s. ölkələrlə qanlı savaşlar aparir. Suriya prezidenti Bəşər Əsəd də öz xalqının qanını axıtmaqla məşğıldur. Yəni bu qarşısıalınmaz dəyişiklikdən nisbətən yaxşı çıxa bilən ölkələr Misir və Tunisdir. Liviyanın və Suriyanın isə aqibəti pis olacaq.
Bilirsiniz 30-40 il ərzində bir diktatorun hökmranlığı altında yaşamaq ən böyük dəhşətdir. Bu ölkədə olan hər bir insanın hakimiyyətə gəlmək, dövlətin idarəçiliyində iştirak etmək arzularına əbədi sədd çəkir. Parlament üzvlərinin hamısının bir nəfər kimi təyin olunması ölkənin bütün insanlarının qanunverici hakimiyyətin üzvü olmaq arzularını məhv edir. Nəyə görə kimsə fikirləşməməlidir ki, o nazir ola bilər. Niyə görə kimsə fikirləşməməlidir ki, o elmlər akademiyasının prezidenti ola bilər, rektor ola bilər və s. Bütün bunlar insanların hüquq və azadlıqlarına qarşı yönəlib. Hüquq hər şeydən üstündür. Hüquq olan ölkədə ölkənin sərvətləri insana xidmət edir. Yalnız belə ölkələrdə iqtisadi amil, neft amili insan kapitalına çevrilə bilər.
Ona görə də qəti şəkildə deyirəm ki, bütün bu dyişikliklər dünyanın xeyrinədir. Bu gün bu proseslərdən daha agrılı bir şəkildə keçən Liviyanın da.
Azərbaycan da bu proseslərdən ağrısız şəkildə keçməlidir. Mən deyərdim ki, Azərbaycanın bu qarşısıalınmaz proseslərdən udmaq şansları, uduzmaq şanslarşndan daha çoxdur. Mən burada daha mütərəqqi yol kimi dövlət başçısının yuxarıdan inqilab etməsini arzu edirəm.      
- Bu dəyişikliklərin fonunda Qarabağ münaqişəsinin həllini görürsünüzmü?
- Qarabağ məsələsinin həllinə münasibətdə xarici siyasətimizi qənaətbəxş hesab etmirəm. Yəni biz bu günə kimi Rusiyaya sübut edə bilməmişik ki, ona daşdan başqa heç nəyi olmayan Ermənistan, yox biz lazımıq. ABŞ-la münasibətlərimiz də qaydasında deyil. Yadınızda varsa BMT-nin Baş Assambleysaında Minsk Qrupunun həmsədrlərinin heç biri-yəni ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi.
Mənim fikrimcə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov öz potensial imkanlarına görə tutduğu vəzifənin tələblərinə cavab vermir. Xarici ölkələr üçün xarici işlər naziri dövlətin ikinci şəxsi sayılır. Danışanda ağzından dürr tökülməlidir. Təəssüflər olsun ki, biz heç vaxt xarici işlər nazirimizin çıxışlarına maraqla baxa bilməmişik. Mən indiyədık onun yadda qalan bir cümləsini də eşitməmişəm.
Qarabağ münaqişəsinin həlli bütün milli məsələlərdə Azərbaycan hökumətinin öz xalqı ilə bütünləşməsindən keçir. Mən hökumət deyəndə yalnız Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi nəzərdə tuturam. Hesab edirəm ki, Prezident İlham Əliyev öz yaxın ətrafındakı və hökumətin içərisindəki çoxsaylı fiqurları bayaq adını çəkdiyim qarşısıalınmaz dəyişikliklərə qurban verməlidir. İri korrupsionerlərin hamısı işdən azad edilməlidirlər. Böyük korrupsionerlərə bircə yol qoyulmalıdır. Onların Azərbaycandakı və xarici ölkələrdəki bütün pulları öz xoşlarıyla Azərbaycanın Mərkəzi Bankına qoylmalıdır. Bu halda onalara ömürlük yüksək təqaüd də verilə bilər. Əks halda isə...
Korrupsiyaya gedən pullar istənilən dəyişikliklərdə Qarabağ münaqişəsini həll etməyə, Azərbayan iqtisadiyyatını, elmimizi və mədəniyyətimizi yüksəltməyə qadirdir. Gürcüstan bizim ən yaxın qonşumuzdur. Analoji proseslərin hamısı Gürcüstanda baş verib.
Bütün milli məsələlərdə öz xalqı ilə harmonik mühasibətlərdə olan, qanunların aliliyini qoruyan, demokratik təsisatlar yaratmış ölkəyə heç kəs təcavüz etməyəcək və edə də bilməz.
Mənim fikrimcə Azərbaycan hökuməti Türkiyədə demokratiyanı yaradan və hakimiyyətinin ilk illərində bir diktator kimi hərəkət etməyə məcbur olan Atatürkdən, diktator kimi hakimiyyəti ələ alaraq Çilini dünyanın inkişaf etmiş demokratik ölkəsinə çevirən Pinoçetdən çox şey öyrnməlidir.
Bir məsələni də dəqiq bilmək lazımdır ki, dünya, ölkələr, xalqlar daima dəyişiblər və daima da dəyişəcəklər. Dəyşikliklərdən qorxmaq lazım deyil. Dünyəvi və regional dəyişikliklərin hamısından daha ağrısız, daha qalib, regionun digər dövlətlərindən daha güclü çıxmağa çalışmaq lazımdır.
   
- Hazırda geosiyasi proseslər fonunda milli birliyi qoruyub saxlamaq çətinləşir. Siz, bu, fikirlə razılaşırsınızmı?
- Milli birlik deklorativ və gəlişi gözəl söz deyil. Milli birliyi qanunların aliliyi, yəni hamının qanun qarşısında bərabərliyi, qanuni və ədalətli pay bölgüsü yarada bilər. Sizin dediyiniz mənada mən bu gün Azərbaycanda olduqca zəif və kövrək bir birlik görürəm. Dediklərimin əyani sübutu olaraq Azərbaycan Respublikası prezidentinin bir neçə gün bundan öncə Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqqlarının artırılması haqqında Fərmanını göstərə bilərəm. Fikrimcə bu Fərmanı tərtib edib yazanlar AMEA işçilərini məyus etdilər. Yəni bu Fərmana görə akademiklərin rütbə maaşları da, vəzifə maashları da 20% artırıldı. Elmlər doktorunun da vəzifə maaşı 20% artırıldı. İndi akademiklər 1600 manat, elmlər doktorları isə 250-300 manat əməkhaqqı alırlar. Mən başa düşə bilmirəm ki, niyə elmi işləri məndən sayına və sambalına görə çox aşağıda olan, orta səviyyəli doktordan yüksək olmayan AMEA prezidenti Mahmud Kərimov 3000 manatdan çox əməkhaqqı alir. Mən isə 250 manata yaxın əməkhaqqı alıram. Mənim hökumətim Mahmud Kərimovdur. Mənimlə Respublika prezidenti arasında Mahmud Kərimov dayanıb. Prezidentin verdiyi Fərmanı da yazanlar Mahmud Kərimovlar və Prezident Administrasiyasının uygun strukturudur. Nə qədər ki, Hacıbala Abutalıbovlar var, Mahmud Kərimovlar var, digər üzdəniraq məmurlarımız var, milli birliyimiz gəlişi gözəl sözdən başqa bir şey olmayacaq. Bir də ki, dövlətə qarşı narazılıq, hakimiyyətə isə nifrət yaradan məmurları vəzəfədə saxlamağın heç bir mənası yoxdur.
Fikrimcə geosiyasi proseslərdən dərs almalıyıq. Bu günə qədər milli birliyimizin mənasını şüarçılıqda görmüşüksə bunlar öz əhəmiyyətini itirməkdədir. Geosiyasi proseslər bizə diqtə edir ki, qanunların aliliyinə hörmət edilən, qanuni və ədalətli pay bölgüsü olan dövlət yaradaq. O zaman milli birliyimiz haqqında səsləndirdiyimiz şüarlara ehtiyac qalmayacaq. Milli birlik dövlətin mahiyyətindən yaranacaq. Belə milli birliyimiz Qarabağı azad edəcək. Həqiqi milli birliyimiz iqtisadiyyatımızı yüksəldəcək. Vətənpərvərlik sözü deklorativ xarakter daşımayacaq.
Bir məsələdə isə sizinlə razıyam ki, qanunların aliliyinə və pay bölğüsünün ədalətsiz mahiyyət daşıdığı indiki indiki situasiyadakı milli birliyin qorunması bu günkü geosiyasi proseslərin fonunda həqiqətən də çətinləşməkdədir.
Mən başa düşə bilmirəm ki, bizim bəzi korrupsioner məmurlarımız xarici banklardakı pullarını kimə yığırlar. Günlərin bir günü onların həmin banklardakı pullarını mənimsəmək üçün deklorasiyalar tələb olunacaq. O zaman məlum olacaq ki, xarici banklarda milyonları olan məmurlar öz vəzifəsində min il də işləmiş olsalar bu pulları yığa bilməzlər. Pullara həbs və embarqo qoyulacaq. Pullar həmin məmurların da, onun övladlarının da əllərindən çıxacaq. Azərbaycan da varlı, çiçəklənən bir ölkə olmaqdansa kasıb, səviyyəsiz bir ölkə olacaq. Biz bu məmurlarla necə milli birlik yaradaq. Geosiyasi proseslərin sürətlə dəyişməsi isə onsuz da kövrək olan milli birliyimizin tamamilə yeni, həqiqi birlik halına gəlməsini diqtə edir. Özümüz-özümüzü aldatmamalıyıq. Bizə həqiqi milli birlik lazımdır!

faktxeber.com

Yardımlı-Cəlilabad yolunun bəxti açılır

İcra başçısının müavini Asif müəllimin bildirdiyinə görə 74 kəndi əhatə edəcək bu yol gələn il istifadəyə veriləcək

Xəbər verdiyimiz kimi 2 il öncə Yardımlı rayonundan Cəlilabad rayonuna birbaşa yolun çəkilişinə başlanmışdı. Məqsəd o idi ki, bu rayonun sakinləri Masallı rayonuna girmədən bir-biri ilə daha sıx əlaqə saxlasınlar. Ən başlıcası isə bu yolun çəkilişi nəticəsində Yardımlının və Cəlilabadın 74 kəndini birləşdirən yol əsaslı təmir olunacaq. Nəticədə Yardımlının bir sıra ucqar kəndlərinin sakinlərinin Biləsuvara, Bakıya və digər rayonlara gedərkən ən azı 50 kilometr məsafəyə qənaət etməli olacaqları bu yolun
2 il öncə təxminin Cəlilabaddan keçən 10 kilometrlik məsafəsi inşa edilsə də, iqtisadi böhran nəticəsində tikinti yarımçıq saxlanılmışdı. Hansı ki, indi həmin təmir olunmuş kiçik məsafə də bərbad vəziyyətdədir .
Cəlilabad Rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Asif müəllimin əməkdaşımıza verdiyi məlumata görə 72 kilometr məsafəni əhatə edəcək həmin yolun inşasına bu il başlanacaq və yolun inşası gələn ilin sonuna kimi başa çatacaq. Bu yolun əsaslı təmir olunması üçün Respublikanın Prezidenti İlham Əliyev cənabları şəxsən göstəriş verib və qısa müddətdə inşa ediləcək bu yol minlərlə insanın nəqliyyat problemini həll edəcək.
Cəlilabad İcra Hakimiyyəti Başçısının bu ilki hesabatında o da bildirilir ki, Cəlilabad şəhərinin içməli suya tələbatını ödəmək üçün xarici və yerli mütəxəssislərin birgə iştirakı ilə xüsusi layihə hazırlanır. Layihəyə görə Viləş çayının mənbəyindən Cəlilabada birbaşa su xətləri çəkiləcək. Bununla da Cəlilabadın içməli suya tələbatı tam ödəniləcək. Layihənin dəyəri haqqında hələlik məlumat verilməyib.

Ülvi Məmmədli
             "Cənub xəbərləri"

02.05.2011

sexo-hub


















Oralarda kimlər var: BÖYÜKXAN BAĞIRLI-3

Ədəbiyyatımızın və sənətimizin böyük bir qolunu təşkil edən Bakıdan, yəni mərkəzdən uzaqlarda yaşayan yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ YARADICILAR adı verilmiş. Təbii ki, mərkəzdən uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin indiki məqamında böyük bir qüvvədilər və buna görə də bu Birliyin filialları deyə bir termin də var və onlar bu filiallarda birləşirlər. İndiki kommunikasiya dövründə artıq bu termin öz əhəmiyyətini itirmiş kimidir və internet dünyası o filialların yaradıcılarını və günlük qəzet yazarlarını daha yaxına çəkib gətirmişdir. İnternet-sorğu deyilən bir termin yaranıb ki, bu uzaqlığı çox yaxınlaşdırıb. Həmin sıradan bu günkü qonağımız yazar Böyükxan Bağırlıdır. Bəyəfəndiylə söhbətimiz Özü və Ədəbiyyat haqqındadır. 

“İNTELLEKTUALLIQ YAZARA HARACAN LAZIMDI” 
sualınıza gəldikdə isə, onu deyə bilərəm ki, bu barədə xalqın gözəl bir ifadəsi var: buynuz qoça ağırlıq eləməz. Nə olar, qoy yazıçının intellektual səviyyəsi şkalanı vurub keçsin. Lakin Puşkinin, Qoqolun, Tolstoyun, Çexovun, Folknerin, Hemenqueyin, Mirzə Cəlilin, Sabirin, İlyas Əfəndiyevin, Anarın, Elçinin, Əkrəm Əylislinin, Yusif Səmədoğlunun ədəbi irsinə nəzər yetirərkən, şəxsən bir oxucu kimi mən özlüyümdə bu qənaətə gəlirəm ki, yazıçılıq üçün əsas şərt Allah vergisi və istedaddır. Əgər belə olmasaydı, onda ədəbiyyat nəzəriyyəsini, ədəbi qayda-qanunların həçə-püçəsini hamıdan yaxşı bildiklərinə görə ədəbiyyat üzrə professorlar, akademiklər bu əziyyətli və şöhrətli peşədən ikiəlli yapışardılar. Yaxud yüksək intellektə malik olan M.Şahtaxtinski kimi alimnüma bir naşir “Şərqi-rus” qəzetində kömbəni Mirzə Cəlilin deyil, elə öz qabağına çəkərdi. Neyniyəsən ki, Allahtala istedadı hər adama vermir. İntellekt gücünə yazılan bədii əsərlərə gəldikdə isə, onlar istiliyi, hərarəti olmayan ay işığına bənzəyirlər. Məncə intellektuallıq yazıçının içindən gəlməlidir. İntellektuallıq naminə intellektuallığı, vallah, şeytana papış tikən qazdan ayıq müasir oxucu həzm eləmir, intellekt ilə yüklənmiş soyuq, bumbuz, qəliz mətnləri bir tərəfə atıb: “Pah atonnan... yox əşşi...” deyir. Bu gün də aktuallığını itirməyən, sevilə- sevilə oxunan Mirzə Cəlil nəsrinin həmişəyaşarlılığının , müasirliyinin sirri onun bədii məziyyətləriylə yanaşı sadəliyində, dilinin şirinliyində, aydınlığındadır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq sahəsində də sadəliyi, elmi rəvanlığı, təhkiyə duruluğunu ədabaz akademizm əvəzləyəndə, “Mən Tarixi-Nadiri yarıya qədər oxumuşam...” deyən Məşədi İbadın məşhur qınağı yada düşür. Məsələn, mən bir oxucu kimi xalq yazıçısı Elçinin sadə dildə yazdığı nəsr əsərləri ilə bərabər,onun ədəbi-tənqidi məqalələrini, elmi araşdırmalarını da həvəslə oxuyuram və bundan böyük zövq alıram. –Yeri gəlmişkən, altmışıncı illərdən bizim ortaq tanışımız, dostumuz bir yazar vardı sizin tərəflərdən QASİD NAĞI OĞLU.İndi nə ilə məşğuldur.Şair Abasağanı xatırlayırmı sizin o gözəl məmləkətdə, yəni heç olmasa yaş mərasimlərində o yada düşürmü? –“...bir yazar vardı...”dediyiniz istedadlı jurnalist Qasid Nağıoğlu mənim yaxın dostum idi. Təsəvvür edin ki,mən sizin suallara cavab verdiyim zaman ( yəni mart ayında) o sağ və salamat idi. İndi isə yoxdu.Onun qəfil itkisi bütün qələm dostlarını şoka saldı. Vaxtı ilə “Qobustan” toplusuyla əməkdaşlıq etdiyi, sizinlə ünsiyyətdə olduğu illəri dərin ehtiramla xatırlayırdı. Şair Abbasağaya gəldikdə isə, onun əziz xatirəsi həmişə məclislərimizdə böyük ehtiramla yad edilir. Unudulmaz şairimizin doğulub boya-başa çatdığı küçə indi Cəlilabad şəhərində onun adını daşıyır. –Sizi tərəflərdən baxanda Azərbaycan nəsri necə görünür və Siz dünya ədəbiyyatı ilə ayaqlaşa bilirsinizmi, öyrənmək baxımından. –Zəmanədən gələn müəyyən çətinliklərə, qadağalara, ideoloji basqılara baxmayaraq Azərbaycan nəsri son yüz əlli ildə böyük inkişaf yolu keçib və bu barədə çox yazılıb, çox deyilib. Çağdaş nəsrimizin üfüqləri getdikcə genişlənir və bu bir oxucu kimi məni sevindirir. Anarın “Ağ qoç, qara qoç”, “Otel otağı”, Əkrəm Əylislinin “Ətirşahmasan”, Elçinin “Ölüm hökümü”, Sabir Rüstəmxanlının “Ölüm zirvəsi”, Elçin Hüseyinbəylinin “Balıq adam”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, İlqar Fəhminin “ Aktrisa”, Nəriman Əbdülrəhmanlının “Yalqız”, Seyran Səxavətin “Yahudi əlifbası” romanları, məncə, çağdaş nəsrimizin uğurlarındandır. Ürəkaçan cəhəd odur ki, son illər nəsrimizə Pərviz, Nərmin Kamal, Aslan Quluyev, Aqşin Yenisey kimi istedadlı nasirlər gəlmişlər. Onların simasında nəsrimizin irəli gedəcəyinə ümidim çoxdur. O ki, qaldı dünya ədəbiyyatı ilə ayaqlaşmağa, bu çətin məsələdi. Avropa dillərindən müəyyən qədər İngilis dilinə bələdçiliyim var, gec də olsa bu dili həvəslə öyrənirəm. Nə yaxşı ki, bu sahədə Azərbaycan Tərcümə Mərkəzi və onun “XƏZƏR” dünya ədəbiyyatı jurnalı dadımıza çatır. Bu jurnal-xəzinə əlimizdən tutub bizi dünyanın nəhəng söz ustaları və onların ədəbi inciləri ilə tanış edir. Son illər bu jurnalda Afaq Məsud,Tehran Vəliyev, , Saday Budaqlı,Rövşən Ramizoğlu, İlqar Əlifoğlu, Nəriman Əbdülrəhmanlı, Natiq Səfərov, Cavanşir Yusifli,Orxan Budaqlı kimi istedadlı tərcüməçilərin çevirmələrində Folknerin, Borxesin, Jorj Amadunun, V.Nabokovun, Kenzi Maruyamanın, Otar Çıladzinin, Tomas Vulfun, Moris Meterlinkin və dünya şöhrətli digər yazıçıların şedevrlərindən seçmələrlə tanış olmuşam. Lap elə bu günlərdə 2009-cu ilin Nobel mükafatı laureatı, alman yazıçısı Herta Müllerin “Nəfəs yelləncəyi”romanını oxudum (Zaur Səttarlı və Qurban Dağlının çevirməsində) oxudum, yetərincə zövq aldım, təsirləndim. Günlərin bir günündə “XƏZƏR” jurnalını səhifələyərkən gözüm bir sərlövhəni tutdu: F.M.Dostayevski. “Karamazov qardaşları” (romandan parça). Görkəmli yazıçımız Afaq Məsudun çevirməsində bu parçanı oxumadım, su kimi içdim, yenə doymadım. Bir də içdim və Azərbaycan dilinin zənginliyinə, var-dövlətinə, öz qapısını dahi rus yazıçısının üzünə necə səxavətlə açıb, qonaqpərvərcəsinə zər-zibasını göstərməsinə heyran oldum... –Bir tərəfdən baxanda vallah,səni xoşbəxt yazar və insan kimi görürəm.Elinə,obana yaxın və bağlı bir ziyalı kimi yaşamağa davam edirsən.Darıxmırsan oralarda.Axı Cənubun qürub çağı çox ağır olur.Bəlkə mən yanlış düşünürəm.Necə olmasa da mənim də oralarla bir bağlılığım var.Ata dədəm çox-çox illər öncə Ərdəbildən sizin tərəflərə gəlib, sonra köçərilik başlayıb.Dərbədərlik başlayıb. –Böyük mütəfəkkir, unudulmaz həmyerlimiz Əlibəy Hüseynzadənin dediyi kimi bizim Muğan torpağında güclü enerji var. Adam ayağını yerə qoyanda sanki qoluna yeni bir qüvvət gəlir. Odur ki, öz el-obamın içində özümü rahat hiss edirəm. Vaqif Səmədoğlu demişkən, “mühit içində təpədən dırnağa ümid içindəyəm”. Bu yerlərə bələd olan bir yazar kimi özün yaxşı bilirsən ki, bizim Cənub bölgəsi qoynunda xəzinələr saxlayan sirli-soraqlı bir aləmdi. Özünəməxsus bağlı boxçadı. Düz deyirsən, bu yerlərdə qürub çağı çox ağır olur. Biz tərəflərdə günəşin tülusu bir tamaşadırsa, qürubu isə, sizin sözün qüvvəti, son dərəcə kədərli, qəm-qüssəli vidalaşma anlarıdır... Muğanda günəş qürub edərkən nə uca dağların, nə də qalın meşələrin arxasına çəkilir, o, uzaq ənginliklərdə, haradasa yerlə göyün qovuşduğu qanqırmızı bir məkanda anbaan əriyir, sanki can verir, son nəfəsində enib gəldiyi, dövran sürdüyü səltənətə acı-acı nəzər yetirib əbədiyyata qovuşur... Yetərincə kədərli, təsirli, ibrət götürüləsi bir səhnə. Ona görə də qocalar deyirlər ki, batan çağı günə çox baxmayın, canbəsər olar. Adama, ev-eşiyə sədəməsi dəyər. Özünnən yeyilər dar niyaz vaxtı, yəni axşam qürubunda qapınıza pis niyyətlə gələrlər. Bu xalq inancı bu gün də bizim Cənub bölgəsində gəzib-dolaşmaqdadır.Bizim Cənub bölgəsində, Muğan düzlərinin dəriniklərində yaz ağzı heç yerdə tayı, bərabəri olmayan, ətriylə insanı məst eləyən çiçəklər açır. Amma nə yazıqlar ki, gözdən-könüldən iraq olan, öpülüb göz üstünə qoyulmayan, pərqu ləçəklərinə nəvazişkar bir əl toxunmayan bu dərdli-kədərli çöl gözəlləri boyunlarını buraraq qarıyıb qalır, xəzələ dönüb torpağa gömülürlər. Halbuki, bu bəxtsiz çöl çiçəklərinin də göz önündəki dibçək gülləri kimi sevilmək, nəvaziş görmək ixtiyarı vardır...Tofiq, nədənsə o gənclik illərində Bakı-Astara qatarıyla sizin Qırmızıkəndin yanından keçəndə mən həmişə duyğulanar, gözdən-könüldən iraq yerlərdə bitən və insan üçün darıxan o, çöl çiçəklərinin acı taleyi barədə düşünərdim. Və bu məqamlarda hardasa yadıma Vaqif Nəsibin “Durna gülü” şeri və bu şeirlə bağlı xalq şairi Rəsul Rzanın “Mənim fikrimcə” kitabında dərc olunmuş qeydləri düşərdi. Özlüyümdə deyərdim ki, nə olaydı, gecələrin birində Qırmızıkəndi bizim Cənub qatarına qoşaydılar, üstünə də yazaydılar: növcavan vaxtı Tofiq Məhərrəmoğlunu bax bu elləri gəzib, dolaşan kənddə İlham pərisi oxlayıb....Tələbəlik illərindən fərqli olaraq, indi daha mənim və eləcə də, bir çoxlarının yolu Qırmızıkənd stansiyasından keçmir. İndi Bakıya yüngül, sürətli və sərfəli maşınlarla gedib-gəlirik. Ancaq o, çöl çiçəkləri ilə və onların oxşarı hesab etdiyim Qırmızıkəndlə bağlı nisgilli duyğular hələ də içimdədi və yəqin ki, onlar məni heç vaxt tərk etməyəcək. Bizim Cənub qatarımız Qırmızıkənd stansiyasından adətən sübhün alatoranında, təbiətin yuxulu çağında keçirdi və bu dəmlər vaqonların pəncərələrindən maraqla ətrafa boylansaq da, təəssüf ki, sis-dumana bürünən kəndin boy-buxununu, qədd-qamətini, Muğanın bu tərəfinin özünəməxsus təbii gözəlliyini görə bilmirdik və həmişə buna çox heyifslənirdim. Bu yaxınlarda xalq yazıçısı Anarın “525-ci qəzet”də, vaxtilə sizin kənddəki evinizdə qonaq olarkən ailə üzvlərinizlə birlikdə çəkdirdiyi şəkli görəndə, qəlbimdə həmin o çöl çiçəkləri ilə bağlı xoş bir duyğu baş qaldırdı. Düşündüm ki, vaxtilə ömrünün gur, axar-baxarlı, saçının qara çağında bizim Cənub bölgəsinə gələrkən, ayaq saxlayıb, Muğan mənzərələrini seyr edən yazıçımızın Qırmızıkəndə səfəri, əgər yaz fəslinə təsadüf edibsə, demək o Muğanın dərinliklərindəki bənzərsiz çöl çiçəklərini, səmada oynaşan ağ buludları, üfüqdən göy qübbəsinəcən uzanan Fatma nənənin hanasını, çiçəkdən-çiçəyə qonan bal arılarını, bu yerlərin özünəməxsus boyalarını...görüb. Bəlkə də, heç belə deyil. Amma hər-halda nikbin olmağa əsas var. İndi Cənub bölgəsinə gediş-gəliş azaddır. Daha Qırmızıkənd stansiyasına çataçatda qatarda sərhədçi “sarıqulaqlar” tərəfindən keçirilən, pasport yoxlanışı deyilən əcaib tamaşadan əsər-əlamət yoxdur və ola da bilməz. Artıq Qırmızıkənd stansiyasına çatanda, yuxunun şirin yerində əli avtomatlı sərhədçi sarıqulaqların “Qalxın, pasportlarınızı göstərin” deyə bağıraraq vaqonlardakı soydaşlarımızın əsəb sarsıntılarına, nevrozuna rəvac verdiyi əcaib anlar tarixin zibilliyinə gömülüb.



 Tofiq ABDİN, atofig@hotmail.com tofigabdin.com

Masonların yeni planı

Komitet 300-ün daha bir planı həyata keçirildi: Avropada otlardan hazırlanmış dərmanlar qadağan edildi


FaktXeber.com-un verdiyi məlumata görə, bütün Avropa ərazisində dərman otları və herbal səhiyyəni qadağan edən qanun qüvvəyə minib.
Bundan sonra son 30 ildə Avropada istifadə edilən, ancaq xüsusi apteklərdə və ekspert rəyindən keçmiş otlar və onların komponentləri satılacaq.
Qadağalar Avropa Komissiyasının direktivləri ilə həyata keçiriləcək. Yeni normanın tələblərinə görə, dərman otları satan apteklər xüsusi lisenziya almalıdırlar. Bu lisenziyanın qiyməti isə 200.000 dollardır.
Bundan əlavə ərman otlarının toplanması, onların saxlanması və preparatların pərakəndə satışına da ciddi nəzarət olunacaq.
Qeyd edək ki, Avropaya bu tip dərmanların və otların gətirilməsində üstünlük Aisya ölkələri, xüsusilə Çin və Hindistana aiddir.

KİNO HƏQİQƏT OLDU




FaktXeber.com-un verdiyi məlumata görə, dünyanın yeni və sürətli avtomobillərindən olan "Mazda MX" avtomobilinin sürücüsü  "The Fast and the Furious" filmində çəkilən kadrı real həyatda göstərib. Florida ştatında yolla gedən 18 təkərli yük maşınının altına girən "Mazda MX-52 avtomobilinin görüntülər,i Men Ellis tərəfindən lentə alınıb. Ellis, yük maşının təxminən saatda 65km/saat sürətlə gedərkən, "Mazda"nın yük maşının altına girdiyini söyləyib.








Qeyd edək ki, bu səhnəni ilk dəfə məşhur ralli iştirakçısı Vin Diesel, 2001-ci ildə "The Fast and the Furious" filmində çəkilərkən nümayiş etdirib. 

VƏKİL PREZİDENTDƏN TƏLƏB ETDİ

Gəncə şəhərində həbs edilmiş dindarlar Fəxri İlyasov, Azər Cəbiyev və İlqar Musayevin işində aparılan qanunsuzluqlarla bağlı, ittiham olunanların vəkili Elçin Namazov, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib



FaktXeber.com-un verdiyi məlumata görə, Gəncə şəhərində həbs edilmiş dindarlar Fəxri İlyasov, Azər Cəbiyev və İlqar Musayevin işində aparılan qanunsuzluqlarla bağlı, ittiham olunanların vəkili Elçin Namazov, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Hüquqlarını qorduğu şəxslərin qanuni əsaslarla əslində azadlıqda olmalı olduğunu iddia edən vəkil, ölkə başçısındandindarlara qarşı edilən özbaşınalıqlara, hakimlərə sifarişvermə, əsassız ittihametmə hərəkətlərinə son qoyulmasını tələb edib.
Azərbaycan Respublikasının Prezidentinə
Gəncə şəhərində həbs edilmiş dindarlar Fəxri İlyasov, Azər Cəbiyev və İlqar Musayevin müdafiəçisi Elçin Namazov tərəfindən (Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Füzuli Rayon Məhkəməsinin binası, tel:050-302-70-27)


MÜRACİƏT

Cəbiyev Azər Arif oğlu  08 fevral 1980-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsillidir, ailəlidir, 3 azyaşlı uşağı vardır.
İlyasov Fəxri Həsən oğlu -  01 sentyabr 1977-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsillidir, ailəlidir, 3 azyaşlı uşağı vardır.
Saxlanması barədə: 16 yanvar 2011-ci ildə A.Cəbiyevlə F.İlyasovla Gürcüstan Respublikasına gedərkən,  Qazax rayonu ərazisində yerləşən Sınıq Körpü Sərhəd Keçid Məntəqəsində saxlanmışdır. Həmin vaxt sənəndləri yoxlanarkən, onlara axtarışda olduqları deyilmiş və qandallanaraq, Qazax Rayon Polis Şöbəsinə, oradan isə Gəncə şəhəri Nizami Rayon Polis Şöbəsinə gətirilmişdir. Orada polis rəisi Ağahüseyn Məmmədov A.Cəbiyevin, E.Məsimov isə F.İlyasovun  gözü qarşısında otaqda olan avadanlıqlar yerə dağıtmış, bu barədə sənədləşdirmə apararaq, onları həbs etmişlər.  Hər ikisi AR CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, işi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir (hakim Abdulla İsgəndərov, Gündüz Şirinov).
Musayev İlqar Sabir oğlu da eyni formada  08 yanvar 2011-ci ildə Nizami Rayon Polis Şöbəsində avadanlıqları sındırmaqla xuliqanlıq etməkdə ittiham olunmuş və həbs edilmişdir.
İttiham aktında yazılır ki, güya A.Cəbiyev, F.İlyasov, İ.Musayev təqsirləndirilir ondan ötrü ki, Polis Şöbəsində heç bir səbəb olmadan səs-küy salaraq, iş stolunun üstündə olan kompyuter monitorunu, klavyaturanı, telefon aparatını əli ilə dartıb yerə salmış, stulu götürüb silah qismində tətbiq edərək, atmaq istəmiş, səs-küyə rəisin otağına daxil olmuş digər polislərə qarşı o öz qərəzli hərəkətlərini davam etdirmişlər. İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə  edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə, özgəsinin əmlakının məhv edilməsi və silah qismində istifadə olunan əşyaları tətbiq etməklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər...                                                                                                                       
Həbsin motivləri və məhkəmədə yol verilən qanunsuzluqlar:  Həbsin səbəblərinə gəlincə müdafiə tərəfi bunun dini fəaliyyətlə və hicab qadağasına edilən açıq etirazlarla bağlı olduğunu düşünür. Beləki, iş üzrə toplanmış sənədlərdə Cəbiyevin, İlyasovun və Musayevin hicab qadağasına etdiyi etirazlara görə profilaktik söhbətə çağırıldığı və məhz buna görə ölkədən çıxmasına qadağa qoyulduğu bildirilir. Ruhanilərin əsassız olaraq, sifarişlə həbs edildiyini təsdiqləyən kifayət qədər sübutlar vardır. Buna sübut kimi onların heç bir əsas və qərar olmadan Sərhəd-Keçid Məntəqəsində saxlanmasını (həmin məntəqə başqa inzibati ərazi vahidnin və polis olmayan digər icra sturukturunun tərkibinə daxildir), saxta ittihamlarla  polisi üzünə qoymaqla həbs olunmasını, rəsmi sənəndlərdə qeyd olunmasa da polis məmurları tərəfindən aşkar surətdə başqa dövlətin agenti olmaqda günahlandırılmasını,  barəsində davamlı olaraq, qanunsuz addımlar atılmasını və s. göstərmək olar. Həmçinin müdafiəçi kimi məni öz otağına dəvət edən Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev mənə demişdir ki, ruhanilər Azərbaycan hakimiyyətinə qarşıdır və onları müdafiə etməklə heç nəyə nail ola bilməyəcəm. Bundan başqa həbsin siyasi məqsədlərlə, sifarişlə həyata keçirildiyini müdafiə tərəfinə yaradılan ciddi problemlər də təsdiq edir. Beləki,  Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev məni həbs etməklə hədələmişdir. Müdafiəçi bu barədə Azərbaycan Respublikasının Baş Prokuroruna, Daxili İşlər Nazirliyinə və İnsan Haqları üzrə Müvəkkilinə (ombudsmana) müraciət etsə də həmin qurumlardan heç biri rəsmi cavab verməmiş, ombudsman isə şikayətə baxmaqdan imtina etmişdir. Qanunsuzluqlar məhkəmə prosesində də davam edir. Tərəfimizdən verilən vəsatətlərin heç biri təmin edilmir. Məhkəmə iclasının audio yazısını aparmağımıza imkan verilmir. Zərərçəkmişlər onlara qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini deyir, vəsatət verir ki bu halda onlar zərərçəkmiş hesab oluna bilməz, ancaq məhkəmə vəsatətimizi qanunsuz olaraq, təmin etmir. Hər üç şəxsin həbsdən buraxılması barədə etdiyim xahişlər rədd olunur və s.
Hakimlər bildirir ki, ruhanilər əsassız yerə ittiham edilirlər, lakin onlar verilən vəsatətləri təmin edə bilməzlər. Onlar bunu işin xarakterinə görə qərar qəbul etməkdən ehtiyatlanmaları, həmçinin MTN-nin təqsirləndirilən şəxslərə cəza verilməsini qeyri-rəsmi tələb etmələri ilə izah edirlər.
Bildirirəm ki, qeyd olunan qanunsuzluqlara görə, ruhanilər 26 aprel 2011-ci il tarixdən başlayaraq, aclıq aksiyası keçirirlər. Onların vəziyyəti hazırda olduqca ağırdır.  Və onlara qarşı qanunsuzluqlara son qoyulmayanadək aksiyanı davam etdirəcəklər.
Qeyd etməyi vacib sayıram ki, ruhanilərin aclıq aksiyası keçirməsi nəticəsində səhhətlərində hər hansı problem yaranarsa, bunun məsuliyyətini hakimiyyət daşıyacaq!  Onlar ölüm aclığı elan ediblər! Tələbləri ədalətli məhkəmədir. Tələbləri hakimlərin sifarişlə hərəkət etməsinə son qoyulmasıdır! Tələbləri işlərinə qanuni baxılmasıdır!
Sizdən tələb edirəm: Onlara qarşı edilən özbaşınalıqlara, hakimlərə sifarişvermə, əsassız ittihametmə hərəkətlərinə son qoyulsun!

QƏZZAFİNİN KÖKÜ KƏSİLMƏK ÜZRƏDİR

NATO təyyarələri diktator Qəzzafi ordusunun mövqelərinə zərbə endirərkən, onun yaxınlarının öldürülməsinə əhəmiyyət vermir


İngiltərənin baş naziri Devid Kameron, diktator Müəmmar Qəzzafinin oğlu və 3 nəvəsinin NATO təyyarələrinin bombardımanı zamanı öldürülməsinə münasibət bildirərkən, koalisiya qüvvələrinin sivil vətəndaşlara qarşı heç bir xəsarət yetirmək niyyətində olmadığını açıqlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, baş nazir Kameron "BBC" televiziyasına verdiyi müsahibədə bildirib ki: ''NATO-nun Liviyada yürütdüyü siyasət hamıya məlumdur. Qurumun bu siyasəti BMT-nin 1973 saylı qətnaməsinə uyğundur və Qəzzavinin müasir silahlardan istifadə edərək əhalini öldürməsinin qarşısını alır. Bu o deməkdir ki, Qəzzafi tanklar, silahlar və roket kompleksindən istifadə edə bilməz".

Qeyd edək ki, NATO təyyarələri diktator Qəzzafi ordusunun mövqelərinə zərbə endirərkən, onun yaxınlarının öldürülməsinə əhəmiyyət vermir. Belə görünür ki, NATO Qəzzafinin əksər qohumlarının, o cümlədən nəvələrinin və oğullarının da ölməsində maraqlıdır. Koalisiya qüvvələrinin təşkil etdiyi avia zərbələrdən sonra, Müəmmar Qəzzafinin buna cavab verib-verməyəcəyi hamıya maraqlıdır.