04.05.2011

"HAKİM KOMANDADA CİBİ VƏTƏNDƏN ÇOX SEVİRLƏR"

Gülağa Aslanlı: "Elçibəyə dedilər ki, sənin komandan yaxşı deyildi. O da dedi ki, mən komandamda 20 nəfərin adını ürəklə saya bilərəm. Onlar namusla işləyiblər. Heydər Əliyev öz komandasından birinin adını desin. Birinin adını desin ki, rüşvət almır"



Müsahibimiz Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlıdır.

Gülağa bəy, 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakultəsini bitirib. Fizika elmləri namizədidir. Masallının Boradigah kəndində müəllim, Milli Elmlər Akademiyasının fizika institutunda işləyib. 20-dən artıq əsəri xarici ölkədə çap olunub. 11 ixtiranın həmmüəlliflərindən biridir. 1995-2001-ci illərdə yaradılan "Biyan" İstehsalat Birliyininn baş direktoru olub. Ailəlidir, 3 övladı, 5 nəvəsi var.

- Gülağa müəllim, 2001-ci ildən sonra "Biyan" İstehsalat Birliyinin taleyi necə oldu?
- Heydər Əliyevin sərəncamı ilə "Biyan" İstehsalat Birliyi ləğv edilərək özəlləşdirilməyə verildi. Özəlləşdirilənə qədər onun baş direktoru olmuşam. Biyan Azərbaycanda bitən yabanı bitkidir. Ondan dərman hazırlanır. Ən çox tətbiq edildiyi sahə siqaret istehsalıdır. Onun şirəsində tütün souslaşdırılır. Filip Mores kimi dünyanın ən məşhur tütün istehsalçıları bundan istifadə edirlər. 
- Birlik gəlir verirdi?
- Biz biyanı xaricə valyutaya satırdıq. O vaxt Azərbaycanla Amerika arasında ticarət əlaqələrinin 70 faizi "Biyan" İstehsalat Birliyinin üzərinə düşürdü. İndi 1 milyon dollar o qədər də böyük vəsait deyil. Amma həmin vaxt biz ildə Azərbaycana bir milyon dollar vəsait gətirirdik. Söhbət 1996, 1997, 1998-ci illərdən gedir. Onda neft satılmırdı, Azərbaycanın ticarət dövriyyəsi ildə 400 milyon dollar təşkil edirdi. 
- Siyasətə nə vaxtdan qoşulmusunuz?
- 1988-ci ildən xalq hərəkatına qoşulmuşam. 1992-ci ildən Müsavat Partiyasının üzvüyəm. 
- Siz yeganə müxalifətçisiniz ki, MSK-da təmsil olunmusunuz və saxtakarlığa getməmisiniz?
- Ənvər Əliyev VHP-nın üzvü kimi MSK-da olub. Sona qədər də heç kimə əyilməyib, heç kimə satılmayıb. Mən protokolu imzalamamışam. Seçkinin nəticələrinin əleyhinə səs vermişəm. Konstitusiya Məhkəməsində məsələ müzakirə olunarkən xüsusi çıxış etmişəm. Konstitusiya Məhkəməsindən bu cür saxta seçkiləri tanı-mamağı xahiş etmişəm. Çıxışımda demişəm ki, bu, seçki olmayıb, bu, təyinatla olan bir işdir. Bu seçkinin nəticələrini tanımaqla Azərbaycanın dünya dövlətləri arasında başını aşağı salacağıq. MSK-da Ümid, AXCP, VHP, Müsavat, Demokratik İslahatlar, Ədalət daxil olmaqla 6 müxalifət partiyası təmsil olunurdu. Onlardan 5 nəfəri protokolu imzaladı. 
- Sizə təzyiq olmadı?
- Heç bir təzyiq olmayıb. 
- Sizdən əvvəl Vidadi Mahmudlu niyə saxta seçkilərin nəticələrini təsdiq etdi, qorxdu, yoxsa rüşvət aldı? 
- Bu onun öz işidir. Mən MSK rəhbərliyinə, üzvlərinə çox sağ ol deyirəm. Ona görə ki, onlar məni tanıyırdılar və mənə heç bir təklif etmədilər. 
- Müxalifətdə sizin kimi düzgün adamlar çoxdur?
- Kifayət qədərdir. Məni gördünüz, digərləri ilə söhbət edib Müsavatda mənim kimi adamların olduğuna əmin olarsınız. 
- Nəyə görə müfxalifət problemlərin həllini istəmir, prezidentin istefa tələbini qoyur?
- Bu adamlar 20 ildir hakimiyyətdədirlər. 20 il ərzində ancaq binaların zahiri görkəmini dəyişməklə, pul yeməklə məşğuldurlarsa, hansı inkişafdan danışırlar?
- Kim bunlardan inkişaf tələb edir? Müxalifət də deyir oğurla mənə də ver, ziyalı da deyir oğurla mənə ver. Hamısı yaltaqlanır ki, payı çox olsun. 
- Mən tam səmimi deyirəm. Müsavat Partiyası hakimiyyətlə heç bir danışığa getmir. 
- Nə üçün müsavatçılar saxta yolla təyin olunmuş parlamentdə təmsil olunmağa razı oldular?
- Ümumilikdə seçki saxtalaşdırılmışdı. Amma onların içərisində 5-10 nəfərin haqqı tanınmışdı. Onlar Müsavat Partiyasının qərarı ilə parlamentə getdilər. 
- Hazırda korrupsiyaya qarşı aparılan mübarizəyə münasibətiniz necədir? 
- Əgər korrupsiyaya qarşı mübarizə getsə, ona münasibətim çox yaxşı olardı. Korupsiyaya qarşı mübarizə getmir. 
- Artıq yuxarılar əvvəllər olduğu kimi aşağılardan aylıq haqqı istəmirlər. Sizcə, niyə hökumət bu addımı atır?
- Artıq ondan tələb edənlər var. 
- Kimdir onlar?
- İctimai Palataya daxil olan partiyalar və şəxslər.
- 20 ildə niyə tələb eləmirdilər?
- 2007-ci ildə Müsavat Partiyası qazın, elektrik enerjisinin qiymətinin qalxmasına etiraz əlaməti olaraq Ukrayna meydanında bir neçə mitinq keçirtdi.
- Niyə onda prezident korrupsiyaya qarşı mübarizəyə başlamadı, indi başladı? 
- Çünki onda hesab edirdi ki, hələ güclüdür, xalqı boğa bilər. İndi ayılıblar. Ətrafa baxıb görürlər ki, Misirdə, Livanda bu hadisələr baş verdi.
- İlham Əliyev xalqı sevmir, ancaq qorxusundan korrupsiyaya qarşı mübarizə aparır? 
- İlham Əliyev xalqın yaxşı yaşamasını istəmir, bunu tam səmimi deyirəm. Xalqın yaxşı yaşamasını istəyən prezident ilkin dəyəri 6 milyon manat olan körpünü 42 milyon manata təhvil verməzdi. Respublika sarayının təmirinə 42 milyon manat vəsait sərf etməzdi. 42 milyon manata onu 2 dəfə söküb tikmək olardı. Bunlar kimə lazımdır? Azərbaycan əhalisinin 70 faizi çətinliklə yaşayır, 20 faizi ağır vəziyyətdə yaşayır, 10 faizi milyarderlər səviyyəsində yaşayır. Əbülfəz Əliyevə (Elçibəyə - red.) dedilər ki, sənin komandan yaxşı deyildi. O da dedi ki, mən komandamda 20 nəfərin adını ürəklə saya bilərəm. Onlar namusla işləyiblər. Heydər Əliyev öz komandasından birinin adını desin. Birinin adını desin ki, rüşvət almır. 
- İlham Əliyevin komandasında vətəni sevən məmur var?
- Mən tanımıram. Vətəni sevən ola bilər. Ciblərini vətənlərindən çox sevirlər. 
- Vəzifədə olanda var-dövlət yığa bildiniz?
- 9-cu mikrorayonda gəlinim və nəvələrimlə 3 otaqlı mənzildə yaşayıram. 
- Qohumlarınız yəqin sizi fərasətsizlikdə ittiham edirlər ki, vaxtında oğurluq etməmisiniz, rüşvət almamısınız. Vəzifədə olub kasıb qalan adamı bizdə ələ salırlar.
- Mən heç kimi qınamıram. Hərənin öz düşüncə tərzi var. Bir oğlum var. Onu bu hakimiyyət məndən xəbərsiz Milli Təhlükəsizlik Nazirliyinə işə götürmüşdü. 2005-ci il seçkilərindən sonra onu işdən çıxartdılar. Oğlum indi Ukraynada yaşayır. Mən "Biyan"ın baş direktoru olarkən uşağın anası dedi ki, hər gün onun corabının altı cırılır. Çağırıb soruşdum bu nə məsələdir. Ayaqqabısını gətirib göstərdi, altı deşik idi. Dedim bu dəfə maaş alanda sənə ayaqqabı alacam. Maaşı alanda hesablayıb gördüm ki, ona ayaqqabı ala bilmirəm. Onda mən baş direktor idim. Dedi, ata, axı sən mənə söz vermişdin. Dedim söz vermişdim əməl edə bilmirəm. Gördüm oğlum narazılıq edir ki, payız gəlir, mən bu ayaqqabı ilə necə gəzim. Dedim, Elşad, mənim tabeliyimdə 22 direktor var. Onlar gözləyirlər ki, mənim onlara işim düşə, nə istəsəm gətirərlər. Sonra mən onların üzünə baxa bilməyəcəm. Oğlum heç fikirləşmədən dedi ki, lazım gəlsə 2 ay da bu ayaqqabı ilə dərsə gedər. 
- Oğlunuz indi Ukraynada nə işlə məşğuldur?
- Ukraynada yaşayır, işləyir. Ticarətlə məşğuldur. Ukrayna vətəndaşıdır. Ailəsi mənim yanımadadır. 2-3 aydan bir gəlib ailəsinə baş çəkir. 
- Nə vaxta kimi uşaqlar atalarından ayrı yaşayacaqlar?
- Onun üçün normal dövlət olmalıdır. 2 milyon azərbaycanlı Rusiyada yaşayır, təxminən 500 min azərbaycanlı da Ukraynada. İnsanlar iş tapmadıqları üçün gedirlər.
- Müxalifət haqqında yaradılmış mənfi ictimai rəyi nə üçün dağıda bilmirsiniz?
- Bir məsəl çəkim. Şeytan uşağı ilə dayanmışdı. Bir rəssam onun şəklini çəkirdi. Rəssamdan soruşdular kimin şəklini çəkirsən, dedi ki, şeytanın şəklini çəkirəm. Şeytanın balası anasına baxdı, şəkilə baxdı, gördü bunlar tamam fərqlidir. Dedi ki, ana, rəssam sənin şəklini niyə belə çəkib? Dedi qələm düşmən əlindədir. Azərbaycanda müstəqil televiziya kanalı yoxdur. 2-3 müstəqil qəzet var.
- Korrupsiya olmasa seçki demokratik keçirilər?
- Seçkinin demokratik keçirilməməsi təkcə korrupsiya ilə bağlı deyil, hakimiyyətdəkilərin dinc yolla dəyişiklik istəməməsidir.
- Niyə müxalifət korrupsiyaya qarşı mübarizəni dəstəkləmir?
- Korrupsiyaya qarşı harda mübarizə gedir ki? Korrupsiyanın başında Ramiz Mehdiyev durur. Ziya Məmmədovun oğlunumu saxlayıblar, özünümü saxlayıblar? Yaxud neçə illərdir Azərbaycanın başına oyun açan gömrük sisitemində kimisə həbs eləyiblər?
- Bu cür bədbinliklə sizə yaşamaq çətin deyil? Arzuladığınız normal cəmiyyəti İlham Əliyev yarada bilməz? 
- Azərbaycanda dəyişiklik labüddür.
- Seçki yolu ilə?
- Çevrilişi, silahlı yolu mən qəbul etmirəm. Mənim qəbul etdiyim yol seçki yolu ilə aparılan mübarizədir. Bu hakimiyyət bu parlamenti buraxıb yeni parlament seçkilərinə gedəcək. Seçki komissiyaları dəyişəcək. Paritet əsasında yaradılacaq. Diktatura qurmaq istəyirlərsə, xalq buna imkan verməyəcək.
faktxeber.com       Cəfər Talıb

RUSİYA QƏLƏBƏ GÜNÜNƏ HAZIRLAŞIR

"Smerç", "İsgəndər" və "Topol-M" Kremlin divarları arasından keçib



FaktXeber.com-un RiaNovostiyə istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda Qələbə paradının gecə nümayişləri keçirilib. Parad heyətində iştirak edən əsgərlər 2010-cu ilin payızında ordu sıralarına çağırılıblar.
Əsgər kolonlarının ardıyca tırtıllı T-90 tankları, "Smerç" yaylım atəşi sistemi, "İsgəndər" və "Topol-M" raket kompleksləri keçiblər.

ƏL-ƏZHƏR MÜFTİSİ: "TERRORUN ƏSAS SƏBƏBİ QƏRBDİR"

"Əl-Əzhər" universitetinin şeyxi Əhməd Əl-Tayyib, "Bin Ladenin öldürülməsi İslam dünyası üçün əhəmiyyətli bir hadisədir. Ancaq terrorun həqiqi səbəbi şərq deyil, qərbdir"





FaktXeber.com-un verdiyi məlumata görə, təxminən 30 il aradan sonra Müsəlman Qardaşlar Birliyinin nümayəndəsi Məhəmməd Bədi ilə görüşən "Əl-Əzhər" universitetinin müftisi Əhməd Əl-Tayyib, regionda baş verən hadisələrə, xüsusən də terror mövzusunda maraqlı çıxışlar edib. ABŞ-ın bir nömrəli terrorçu Üsamə bNi Ladeni öldürülməsinə müasibət bildirən Əl-Tayyib, "Bu İslam dünyası üçün əhəmiyyətli bir hadisədir. Ancaq bin LadeniN öldürülməsi Orta Şərq və İslam dünyasında terrorun sona çatması demək deyil. Çünki terrorun həqiqi səbəbləri şərq deyil, elə qərbin özüdür. Bölgədə zalım və təcavüzkar bir İsrailin olması və İsrailin bölgəyə nəzarət etməsi terrorun birinci səbəbidir"-deyə bildirib.

Qeyd edək ki,  "Əl-Əzhər" universitetinin müftisi Əhməd Əl-Tayyib, bin Ladeninin cəsədinin dənizə atılması ilə bağlı vurğulayıb ki: ‘Ölüyə əziyyət vermək qeyri müsləlman və heyvan olsa belə haramdır. Bu, əxlaqdan xaric bir davranışdır və qəbul edilməzdir. Cəsədə hörmət etmək İslam fiqhində diri insana edilən hörmətlə eynidir. Ölü həyatda olan insanın əziyyət çəkdiyi şeylərdən əziyyət çəkər. İslam fiqhi mədəniyyət fiqhidir. İslam sistemi mədəniyyət sistemidir. Ölünü dənizə atmaq və ya buna oxşar işlər görmək cinayət və günahdır".

03.05.2011

11 сентября

А УТРОМ : удивленный бин ладен узнал, что это его рук дело

Дермократия

А ВАМ ОТСЫПАТЬ ДЕМОКРАТИИ? :

Героин в Россию

ДЕМОКРАТИЮ В АФГАНИСТАН : героин в россию

ПОДТВЕРДИЛ

ТЕРРОРИСТ № 1 : В СВОЁМ ВИДЕООБРАЩЕНИИ ЛИЧНО ПОДТВЕРДИЛ СЛУХИ О СВОЕЙ ГИБЕЛИ

Евреи сгубят Россию

Qoqlu çırparkən şeir

                              Çuşka şeirləri- 8

Vitoşun yeni proyekti: Camışların göz yaşı

Dayan, a gedən çaparlı,
Çapeyrsansa, yol çap arlı.
Ayağı-dizi təpərli
Olmayanla yol öc oler.
           Tərəkəmə ədəbiyyatı.

Gecə-gündüz yaşın tökür,
Həsrət gözüm yarə, oy.
Uzanıqlı qalıb əlim
Qasığımda parə, oy!

Qana bilmədi bu qancıq
Xəstəsinin dərmanını.
Belə vəfasız gözəli
Olsun günü qarə, oy!

Bu sevdaya düşən gündən
Eşq oduna qalandım
Damla-damla doldu qəlbim
Ləyən-ləyən sulandım.
Kaş öləydim gül kimi mal
Qismət olsa xarə, oy…

(Yazıq uşaq gileylidi
Gözəllərin xasından.
Səni gördüyüm gündən
Çıxa bilmir yasından.
Gecələrimə haram qatıb
Əl çəkmir vayğasından
Gecə-gündüz haray çəkir
Tapın buna çarə, oy…)

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ RÜŞVƏT İÇİNDƏ...

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ RÜŞVƏT İÇİNDƏ...Rektor Nadir Qəhrəmanov rüşvət pulları ilə özünə bina tikdirir



Sumqayıt Dövlət Universiteti ölkəmizin ən iri ali təhsil müəssisələrindən biridir. 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmış bu ali təhsil ocağında 6 minə yaxın tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır. Hələ 2000-ci ildə burada baş verən özbaşınalıqlar, rüşvətxorluq, maliyyə yeyintiləri, Təhsil Nazirliyini qəti tədbirlərə əl atmağa məcbur etdi. Rektor dəyişdirildi, hətta bir qrup müəllim, əlaqədar digər səlahiyyətlilər müxtəlif sahələrdə qanunsuzluqlara görə təqsirləndirilərək barələrində cinayət işləri açıldı, bir çoxları isə həbs edildi.
 Lakin rektorun dəyişməsin də universitetin normal vəziyyətə düşməsinə, təhsil müəssisəsində baş alıb gedən rüşvət hallarının dayanmasına təsir etmədi. "Gələn gedənə rəhmət oxutdurar" prinsipi Sumqayıt Dövlət Universitetində də keçərli oldu və yeni rektor Nadir Qəhrəmanov keçmiş həmkarını mumla aratdırdı.
Universitetdəki bütün vəzifələri pulla satan rektor təyinatından sonra nəinki keçmiş özbaşınalıqları aradan qaldırdı, hətta daha da xaos yaranmasına şərait yaratdı. Universitetdə dekan vəzifəsindən tutmuş, gözətçi vəzifəsinə qədər hər şeyi pulla satan rektor heç kimi saya salmadan qanunsuz əməllərinə davam edir.
Deyilənə görə, tələbələr arasında "Qəssab" ləqəbi ilə tanınan rektorun ötənilki məzunlara diplomu 700-1000 manat arası qiymətə satdığı bildirilir.
 Universitetdə oxuyan tələbələrdən aldığımız məlumata görə, bu il dövlət imtahanı verən bütün tələbələrdən məcburi qaydada 300 manat pul alınıb. Universitetin pedaqoji fakültələrini bitirərək dövlət tərəfindən azad təyinat alan məzunların yeni işlərinə təyin olunması üçün rektora aşağısı 500 manat xərac verməsi lazımdır.
 Məlumatlı şəxslərin sözlərinə görə, Nadir Qəhrəmanov yığıdığı pulları daşınmaz əmlaka yatırmağı üstün tutur. Belə ki, məlumata görə, rektor rüşvətlə yığıdığı pullara elə, universitetin yanındakı boş ərazidə 12 mərtəbəli bina tikdirir.
Əldə etdiyimiz məlumatlara görə şəhərin yeni icra başçısı Eldar Əzizov bütün bunlardan xəbər tutub və rektora öz işləri ilə məşğul olması xəbərini yollayıb. Bundan əndişələnən N. Qəhrəmanov isə onunla dil tapmaq üçün elçilər yollamağa başlayıb. Daha geniş məqaləni növbəti sayımızda oxuya bilərsiniz.



"Bizim dövr"

"Cinayətin yalnız bəhanəyə ehtiyacı vardır"

                BDU-da nə baş verir?



“Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi, qanunsuz dövlət də məhvə məhkumdur” Demosfen

Amma Platonun fikrinə görə, "kamilliyə can atan insan üçün, elmlərdən ən gərəklisi qanunlar haqqında elmdir." "Qanun tərbiyəyə arxalanmasa, nə qədər ədalətli belə olsa, o uzun ömürlü sayıla bilməz." Bu fikirlər isə, Plutarxa aiddir. Mütəfəkkir Filonsa bir qədər fərqli düşünür: "Ədalətli o şəxs deyildir ki, heç kəsi incitmir, o şəxsdir ki, incidə bilər, ancaq incitmir."
Hüquq və qanunlar haqqında dünya alimlərinin söylədiyi aforizmləri kifayət qədər uzatmaq olar. Ancaq mənim ən çox xoşuma gələn aforizm, Ulu Öndər Heydər Əliyevə məxsusdur: "Dövlət xalq üçündür". Bu üç kəlmə, bütün ali ifadələri kamil şəkildə özündə birləşdirir. Hüquq elmi və onu tədris edənlər, eyni zamanda dövlət və dövlətçilik elmini tədris edirlər. Etiraf edim ki, mən nə qədər istəsəm də, bu elmi dərindən öyrənə bilməmişəm. Sözün açığı, mənə mane olan yeganə amil, iqtisadiyyata olan həvəsim olub, hüquq elminə vaxtım az qalıb. Ancaq, vətənimizdə bu elmə dərindən yiyələnmək istəyən gənclərimiz çoxdur və bunu düşündükcə, mənə ehtiyac qalmadığını görürəm. "Azərbaycanda hüquq elmini tədris edən, ən nüfuzlu təhsil müəssisəsi hansıdır?" deyə soruşsam, yəqin ki, hamınız Bakı Dövlət Universitetinin Hüquq fakültəsi olduğunu söyləyəcəksiniz.
Bəs bu fakültədə təlim-tədris işləri hansı səviyyədə aparılır? Yetərincə keyfiyyətli hüquqşünaslar yetişdirə bilirikmi? Fakültənin kadr heyəti kifayyət qədər yaxşı mütəxəssislərdirmi? Bax bu sualların cavabında bizim dövlətçiliyimizin gələcəyi gizlənmişdir.
Baş verən hadisələr göstərir ki, fakültədə tədris keyfiyyəti təqdirəlayiq deyil. Bu ilin fevral ayında BDU-nin rektoru Abel Məhərrəmovun həyata keçirdiyi "təmizləmə əməliyyatı" bunu bir daha sübut etdi. Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən, professor Firudin Səməndərov vəzifəsindən azad edildi. Təcavüzə məruz qalmış bir hüquqi dövlətdə yaşayıb, bu dövlətin hüquqi dayaqlarını möhkəmləndirmək üçün fitri istedada malik hüquqşünaslara ehtiyacımız var. Bəlkə də, çox hörmətli rektor, bu dövlətin gələcəyini düşündüyü üçün belə kəskin tədbirlərə əl atdı, uzun müddət BDU-da işləmiş, hətta vaxtilə bu təhsil müəssisəsinin rektoru olmuş bir şəxsi vəzifədən uzaqlaşdırdı. Əlbəttə, bu məsələdə mən cənab Məhərrəmova haqq verirəm, əminəm ki, bütün vətənpərvər ziyalılar onun kimi mövqe tutardılar. Belə bir yerdə dahi Heraklitin məşhur bir kəlamını işlətmək yerinə düşərdi: "Xalq qanun yolunda öz yaşadığı qala divarları uğrunda vuruşduğu kimi vuruşmalıdır." Axı dövlətin mənafeyi, fərdlərin mənafeyindən daha üstündür.
Amma təəssüf ki, bunun əksini düşünənlər də var, həm də lap çoxdur.
Hal-hazırda hüquq fakültəsinin dekanı vəzifəsini, professor Elxan Hüseynov icra edir. Yeri gəlmişkən, onun haqqında qısa məlumatı sizə təqdim edirəm. Elxan Hüseynov, 01 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Gəncə şəhəri 18 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1985-ci ildə fəlsəfə elmləri namizədi, 1994-cü ildə dosent elmi dərəcəsi verilmişdir. 2002-ci ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin  Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir ranqı verilmişdir. Əmək fəaliyyəti isə aşağıdakı kimidir: 1995-ci ilədək  Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini, 1995-1999 Bakı Dövlət Universiteti, Beynəlxalq əlaqələr üzrə prorektor,  1999-2002 Bakı Dövlət Universiteti, I prorektor - Tədris işləri üzrə prorektor, 2002-2010  Azərbaycan Respublikasının Türkmənistandakı  Fövqəladə və Səlahiyyətli səfiri, 2010-cu ilin fevral ayından Bakı Dövlət Universiteti, Beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində işləmişdir.
Çox gözəl və möhtəşəm! Əslində, bu bioqrafiyaya nəzər salan adam düşünər ki, Elxan Hüseynovun təyinatından sonra hüquq elmi inkişaf edərək, çiçəklənəcəkdir. Ancaq yuxarıda yazılan bioqrafiyaya yenidən, həm də diqqətlə nəzər salanda görəcəksiniz ki, Elxan Hüseynov, fundamental hüquq elmi ilə heç zaman məşğul olmayıb. Maraqlıdır, görəsən cənab rektor görəsən hansı keyfiyyətlərinə görə bir riyaziyyatçını, dövlətimizin əsaslarını möhkəmlədəcək bir sahənin - hüquq sahəsinin başına gətirib? Respublikaya gözəl ziyalılar bəxş etmiş bu universitetdə əməlli-başlı bir hüquqşünas tapılmırdımı?
Onu da qeyd edək ki, Elxan Hüseynovun adı, BDU-nun ən çox korrupsiyaya qurşanmış professorlarının arasında çəkilir. Hətta deyilənlərə görə katibəsi ilə də "isti münasibətləri" var. Şəxsi hislərinə hakim olmayanların hakimlər yetişdirməsi isə mümkün olan şey deyil. Burada Mark Porsi Katondan bir haşiyə çıxmaq istərdim: "Ən pis hökmdar odur ki, özündə hökm edə bilmir."
Hər halda qərar, cənab rektorun qərarıdır və biz heç nəyi dəyişmək gücündə deyilik. Olsa-olsa ictimai fakir yarada bilərik. Bəli, biz bu işi gözəl bacarırıq. Amma dəqiq bilirəm ki, biz işimizi Elxan Hüseynovdan yaxşı həyata keçirə bilirik. Çünki, gördüyü işin mütəxəssisi deyil, amma biz tribunadan bacarıqla istifadə edən mütəxəssilərik. Riyaziyyat olsaydı, belə iddia irəli sürməzdik, amma söhbət riyaziyyatçı-hüquq münasibətlərindən gedirsə, iş dəyişir.
Bəs müavin nə işlə məşğuldur?
Söhbətimizdən hələ yorulmamısınızsa, fakültədə dekan müavini vəzifəsində çalışan Midhəd Qəfərov haqqında bir qədər danışmaq istərdim. Midhəd Qəfərovun adı sizə dövrü mətbuatdan az da olsa məlumdur. Xatırlatmaq üçün söyləyim ki, Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı qalmaqalda gündəmə gəlmişdi.
Midhəd Qəfərov bir müddət ABU-da hüquq fakültəsinin dekanı vəzifəsində işləyib. O, Bakı Dövlət Universitetində işlədiyi dövrdə, paralel olaraq ABU-da da hüquq fakültəsində işləyirdi. Əvvəl müəllim, sonra dekan müavini, sonda isə dekan vəzifəsinə qədər yüksəlməsi, onun rektor Elşad Abdullayevlə olan şəxsi münasibətlərinə əsaslanırdı. Elşad Abdullayevə tam yaxınlaşmağa, onunla müxtəlif korrupsiya əlaqəsinə girməyə müvəffəq olan Midhəd Qəfərov, buraya qeyri-qanuni yollarla saysız-hesabsız tələbə qəbul etdirməyə nail olmuş və bu yolla külli miqdarda pul yığmağa müvəffəq olmuşdu. O bu pullardan istifadə edərək, öz adına olmasa da, aptek, mağaza və gözəllik salonu açıb, oradan da əlavə gəlir əldə etməyə nail olub.
Korrupsiya ilə qazanılmış pullar həddən artıq şirin ola bilər, buna etiraz etmirik. Ancaq, atalar demişkən, şəkəri su altında gizlətmək mümkün deyil. Elə həqiqətən də, "ədalət seli"  nəticəsində ABU-dakı bütün çirkablar yuyuldu, cinayət əməlləri aşkar olundu. Elşad Abdullayev, ona qarşı irəli sürülən ittihamlara tab gətirməyib, ölkəni tərk etməyə məcbur oldu. Həqiqətən də, igidlik ondursa, doqquzu aradan çıxmaqdır, bizi isə heç gözə görsənməmək. Elşad Abdullayev "aradan çıxsa" da, Azərbaycanla mütəmadi olaraq əlaqə saxlayır, fəaliyyətini bir an da olsa dayandırmır. Keçmiş cahü-cəlalını yenidən qaytarmaq fikrində olan Abdullayev, yaxşı başa düşür ki, Azərbaycanda şəffaflığın gücləndirilməsi, korrupsiya əleyhinə mübarizənin gücləndiyi bir zamanda, bu mümkün olan iş deyil.
Amma arzular, reallıqlardan həmişə bir qədər uzaqda dayanır. O, hələ Bakıda olduğu dövrlərdə belə, onun bir məqsədi vardı. Abdullayev, Bakı Dövlət Universitetinə rektor vəzifəsinə gəlmək istəyirdi. ABU bağlansa da, cinayət işi açılsa da, Elşad Abdullayev bu sevdasından əl çəkmədi. O hələ də bu arzunu ürəyində saxlayır və xəyallarını özü ilə bərabər mühacirətə apardı. O, hər gün Bakıya, ona sadiq olan Midhəd Qəfərova zəng edərək, hal-əhval tutur və vəziyyətlə maraqlanır. Midhəd Qəfərov isə öz növbəsində onu bol-bol informasiya ilə təmin edir. Bu informasiyalar əsasən Abel Məhərrəmovun əleyhinə istifadə olunacaq kompramatdan ibarət olur. Hətta Abdullayev, Midhəd vasitəsi ilə şayiələr yayır ki, guya Abel Məhərrəmovun anası ermənidir. İctimaiyyətə bunun yalan olması gün kimi aydın olsa da, bəzi insanlar cənab rektoru ləkələmək üçün belə ucuz təsir vasitəsinə də əl atırlar.
Yuxarıda qeyd olunduğu kimi, keçmiş rektor Azərbaycanda onun dövlət tərəfindən zərəsizləşdirilməsindən narazıdır və anlayır ki, bu hakimiyyətin dövründə onun arzularının gürçəkləşməsi mümkün olmayacaqdır. Ona görə də, hakimiyyət əleyhinə fəaliyyət göstərməkdən belə çəkinmir. Hətta son dövrlərdə müxalifətin həyata keçirdiyi 2 qanunsuz mitinqin maliyyələşdirməsinə də böyük məbləğdə yardım göstərib. Onun Bakıdakı əsas əlaqələndiricisi isə Midhəd Qəfərovdur.
Midhəd Qəfərov, Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevlə yaxın dostluq münasibətləri qurub. Hətta deyilənlərə görə Mahir heç yerə itkin-zad düşməyib, sadəcə olaraq ölkə xaricinə qaçıb. Bu məsələni hələ dəqiqləşdirirk. Araşdırmalarımız hal-hazırda davam edir. Yaxın günlərdə eyni mövzu ilə, amma daha əhatəli şəkildə görüşünüzə gələcəyik.
Yuxarıda qeyd olunanlara əlavə olaraq bildirmək istəyirəm ki, ədalət gec-tez öz yerini tapacaqdır. Midhəd Qəfərova isə onu məsləhət görürük ki, "gözü çıxmış qardaşından ibrət götürsün." Burada cənab Heraklitin başqa bir hikmətli sözü ilə bu günlük söhbətimizə nöqtə qoymaq istərdim : "Əgər ədalətin özü olmasaydı insanlar ədalətin adını bilməzdi."

"Bizim dövr"

„Ölüm Haqqında Günəş“ Tehranda nəşr olunub

Güney Azərbaycan gənc şairlərindən Səid Muğanlının redaktor olduğu “Yaşmaq” ədəbiyyat dərgisi Quzey Azərbaycan yeni ədəbiyyatının İranda tanıtdırılması sahəsində cox dəyərli işlərə imza atmaqdadır. Dərginin əlavəsi olaraq bu günə qədər 40-a yaxın kitab işıq üzü görmüşdür. Bu günlərdə Azərbaycan yeni nəsil şairlərindən daha bir kitab – Rasim Qaracanın „Ölüm Haqqında Günəş“ adlı şeirlər kitabı ərəb əlifbasında 2000 tirajda „Yaşmaq“ ədəbiyyat dərgisinin kitabları seriyasından Tehranda yayınlanıb.Kitabın üz qabığının dizaynı və grafikası Hadi Ərcüməndə (Atabəy) aiddir. Kitabın içi də özəl tərtibatla işlənib – iç qrafikası Məhyar Əlizadəyə məxsusdur.

Gəncədə PKK yuva salıb?

Gəncədə PKK yuva salıb?"Sərçə" bazarından başlayan yolda "kürd Nəbinin" addım səslər



Gəncə şəhərində vağzalətrafı ərazidə fəaliyyət göstərən, xalq arasında "Sərçə bazarı" adı ilə tanınan, "Kəpəz" bazarı barədə araşdırmalarımız nəticəsində yeni faktlar əldə etdik. Bu bazarın adına vaxtilə ona görə "sərçə" deyirdilər ki, burada ticarətin ömrü cəmi bir-neçə saat olurdu, sonra isə, alıcılar və satıcılar çəkilirdilər. İndi isə, günün istənilən saatı burada "şıdırğı" alver gedir. Bura Gəncəbasarın hər yerindən Goranboydan, Göygöldən, Samuxdan, Şəmkirdən, Gədəbəydən hər cür məhsul gətirilir.
Amma bazarın səliqəsindən, təmizliyindən danışmaq mümkün deyil. Şəhərin mərkəzində bir antisanitariya ocağı olan bu bazar bir neçə dəfə şəhər rəhbərliyinin keçirdiyi iclaslarda tənqid hədəfi olub.
Bir neçə dəfə  İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keçirdikləri monitorinq zamanı insan səhhəti üçün təhlükəli ərzaqlar aşkar edilərək müsadirə olunsa da, bazar rəhbərliyi və himayədarları bazarın fəaliyyətini bərpa etməyə nail olublar. Maraqlıdır ki, qeyd olunan tənqidlər barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi də susur.
Bazarın əsas pay sahibi, Gəncə əsilli, Rusiya Federasiyasının Tümen şəhərində yaşayan Ceyhun adlı şəxsdir. Amma bazarın idarəetməsi başqaları tərəfindən həyata keçirilir. Ticarət mərkəzinin müdiri kimi Siyavuş adlı şəxs tanınsa da, bura qeyri-rəsmi rəhbərliyi Nəbi Quliyev edir. Məhz belə qatmaqarışıq idarəetmənin nəticəsidir ki, bazarda xaos hökm sürür.
Antisanitariyanın hökm sürdüyü bu bazarda heç bir ərzaq təhlükəsizliyindən söhbət gedə bilməz. Bir sözlə, bazarda infeksion xəstəliklərin yayılması və inkişafı üçün münbit şərait var. Amma, insanları real təhlükəyə sürükləyən bazarın fəaliyyətinə "gözün üstə qaşın var" deyən tapılmır ki, tapılmır...
Redaksiyaya daxil olan məlumatlara görə, "Kəpəz" bazarının fəaliyyəti nəticəsində əldə edilən gəlirlər vergilərdən yayındırılır. Xüsusi olaraq vurğulamağı vacib bilirik ki, bazarın fəaliyyəti səyyar vergi yoxlamasına cəlb edilməli, burada xronometraj təhlillər aparıb, vergilərin hesablanmasına yenidən baxılmalıdır.
Yoxlamalara və bazarın fəaliyyətinə dövlət nəzarətini təmin etməyə mane olan qüvvələr mövcuddur. Bu qüvvələrin başında isə, keçmiş prokurorluq işçisi, Nəbi Quliyev dayanır. "Kürd Nəbi" ayaması ilə tanınan Nəbi Quliyev, prokurorluq sıralarında işlədiyi dövrdə sahib olduğu səlahiyyətləri hələ də sürdürməkdə davam edir. Bütün dövlət idarələri ilə "səmərəli" əlaqələr qurmağa nail olan Nəbi Quliyev, sözün həqiqi mənasında bazara "himayədarlıq" edir. Korrupsiya yolu ilə qazanılmış pulların hal-hazırda bazardakı dövriyyəsi ona dvident gətirməklə yanaşı, "hami"lik fəaliyyəti də ona bol pul qazandırır. Əməllərini pərdələmək üçün Nəbi Quliyev, adının bazardakı "göy-göyərti" biznesində hallanmasına icazə verir. Ancaq xalqı heç nə ilə aldatmaq mümkün deyil.
Gəlirləri artdıqca daha çox varlanmaq istəyən Nəbi Quliyev, ətraf rayonlara da kapital qoyuluşu həyata keçirir. Nəbi Quliyeva məxsus üzüm sahələri və Samux rayonunda heyvandarlıq ferması, keç miş məmurun daha çox varlanmaq arzusunu büruzə verən amillərdir.
Keçən saylarımızda Nəbi Quliyev və "Kəpəz" bazarı barədə dərc edilən məqalədə Quliyevlər ailəsinin prokurorluq sistemi ilə əlaqəli həyat tərzinə malik olduqları barədə, hətta vəzifə başında yol verdiyi nöqsanlara görə Nəbi Quliyevin oğlu Şamil Quliyevin işdən kənarlaşdırılması barədə qeyd etmişdik. Nəbi Quliyevin digər oğlu olan Mehman Quliev isə artıq vəfat edib. Daxil olan məlumatlara görə rəhmətlik narkoman imiş. Adını çəkmədiyimiz mənbənin verdiyi məlumata görə, rəhmətliyin narkotikə qurşanmasında da, əsas səbəbkar elə atası olub. Yaranan ailə münaqişəsi zəminində, Mehman Quliyev dərdlərini unutmaq üçün narkotik maddələrin köməyindən istifadə edib və nəticədə orqanizmini ciddi zədələyərək dünyasını dəyişib. Məlumatı bir qədər də dəqiqləşdirdikdən sonra, "ləpirlər" bizi daha maraqlı faktların üzərinə aparıb çıxardı. Deməli, Mehman Quliyev Bakıda yaşayırmış. Atasının maliyyə dəstəyi ilə Bakıda biznes quran Mehman, çox keçmir ki, burada əslən Gəncə şəhərindən olan, amma Bakıda yaşayan Elnurə Əliyeva adlı bir qadınla tanış olur və onunla "isti" münasibətlər qurur. Bir qədər görüşdükdən sonra, onlar nigah bağlamaq fikrinə düşünürlər. Deyilənlərə görə, Elnurə Əliyeva, əvvəllər cinayət tərkibi olan bir neçə fəaliyyətdə olması Nəbi Quliyevə məlum olduğu üçün o, qəti surətdə bu nigahın əleyhinə çıxır. Ancaq atalarımız "könül sevən, göyçək olar", deyiblər. Vəziyyətin gərgin hal aldığını görən gənclər, bu dəfə vətəndaş nigahına girməyi qərara alırlar. Xəbəri Nəbi Quliyev qəzəblə qarşılayır və oğlu ilə əlaqələrini kəsir. Ondan sonra, yuxarıda sadaladığımız faciə baş verir. Mehman Quliyev vəfat etdikdən sonra, onun bütün əmlakını atası ələ keçirir və kürəkənləri Elşən Hüseynov tərəfindən idarə olunur. Elnurə Əliyevaya isə, Mehman Quliyevin ev şəraitində saxladığı bir neçə itdən başqa miras çatmır.
Bəs Nəbi Quliyevin arxasında hansı qüvvə dayanıb? O, qazandığı pulların hamısını cibinəmi qoyur? Bu sualların cavabını tapmaq üçün araşdırmalarımızı davam etdirdik. Bu dəfə Nəbi müəllimin "ayaq izlərini" təqib etmək bizi çox uzağa, Şimali İraqa aparb çıxardı. Hal-hazırda Nəbi Quliyevin kürd terror təşkilatı olan "PKK" ilə əlaqələri araşdırılır. Əldə etdiyimiz məlumatlara görə o, qazancının əhəmiyyətli hissəsini bu təşkilatın nəzarət etdiyi fondlardan birinə köçürür. Azərbaycan xalqına çətin günlərdə arxa-dayaq olmuş qardaş Türkiyəyə qarşı belə bir fəaliyyət, Azərbaycan xalqına qarşı xəyanətdir. Əgər Nəbi Quliyevin bu fəaliyyəti sübut olunarsa, hesab edirik ki, onu xalqın mühakiməsinə vermək, ən ağır cəza ilə cəzalandırmaq lazımdır.
PKK-nı hələlik saxlayaq sonrakı saylarımıza, qayıdaq Gəncə şəhərinə. Elmar Vəliyev kimi islahatçı və mütərəqqi fikirli bir rəhbərin təyinatı, Dövlət Başçısının şəhər əhalisinə ən gözəl töhfəsi oldu. Elmar müəllim Gəncə Şəhər İcra Hikimiyyəti Başçısı vəzifəsinə təyinat aldıqdan sonra, bu şəhərdə fövqəladə canlanma əmələ gəldi. Şəhər əhalisinin  həyat səviyyəsi yüksəlir, şəhərdə abadlıq işləri aparılır, korrupsiya ilə mübarizə gücləndirilir. Çoxdan bəri yığılıb qamış ssosial problemlər bir-birinin ardınca həll edilməyə, iş yerlərinin sayı artırılmağa, iqtisadiyyat güclənməyə başladı.
Ancaq bu inkişafı gözü götürməyənlər, faydalı fəaliyyətə kölgə salanlar da tapıldı. Aşkar edildi ki, şəhər burjuaziyasının Elmar Vəliyevə qarşı qruplaşmasının baında Nəbi Quliyev dayanır. Sən demə, Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevlə Nəbi Quliyevin köhnədən ədavətləri varmış. Tanınmış iş adamı olan Şahmar Vəliyev, bir müddət bundan öncə sahib olduğu pivə zavoduna xammal gətirmək üçün, Nəbi Quliyevə sifariş verir. Nəbi Quliyev tərəfindən Gürcüstandan idxal olunan məhsul aşağı keyfiyyətli olduğu üçün, sifarişçi malı qəbul etmək istəmir. Bununla əlaqədar mübahisə yaranır və məsələ öz həllini tapmır. İndi Nəbi Quliyev, oturub-durduğu hər məclisdə deyir ki, "Elmargil" mənə 80 min dollar atıb. Buna görə də, Nəbi Quliyev imkan düşdükcə İH başçısından Prezident Adminstrasiyasına "kompramat" ötürür.
Fikir verirsinizsə, antisanitariya qalmaqalı ilə başlanan "bazar araşdırması" haralara kimi uzandı. Hal-hazırda bildiklərimiz yazdıqlarımızdan çoxdur, mma araşdırmaları tam başa çatdırdıqdan sonra onları sizinlə ölüşəcəyik.

"Bizim dövr"

ADPU-də özbaşınalıq davam edir

ADPU-də özbaşınalıq davam edirYusif Məmmədov təhsil ocağında restoran açıb



Qəzetimizin ötən saylarında xəbər verdiyimiz kimi redaksiyamıza daxil olmuş məlumatlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədovun tələbələrlə əxlaqsız davranışı iddia olunurdu.
Həmçinin bir müddət əvvəl ADPU-nun tələbəsi olmuş Aylin Məmmədovanın müəmmalı şəkildə özünü asaraq intihar etməsi, bu faciəyə görə universitet rektorunun məsuliyyət daşımalı olduğu, hadisə ilə bağlı Nizami rayon Prokurorluğu tərəfindən AR CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işinə başlanması və sonradan naməlum səbəblərdən istintaqın nəticələri barədə ictimaiyyətə heç bir açıqlamanın verilməməsi faktları da məqalədə öz əksini tapmışdı. Amma Yusif Məmmədovun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmiş ciddi qanun pozuntuları haqda yeni məlumatlar da redaksiyamızın ünvanına daxil olmaqda davam edir.
ADPU-nun coğrafiya fakültəsinin yerləşdiyi 3-cü korpusunun 1-ci mərtəbəsində küçəyə qapısı açılmış yeməkxananın qanunsuz fəaliyyəti barədə dərc etdiyimiz məlumatdan dərhal sonra yeməkxananın qapısında yerləşdirilmiş "XAŞ" və "ÇAY" elanları TƏMİR xəbərdarlığı ilə əvəz olundu. Beləliklə, cənab Yusif Məmmədov  ən azından artıq bir nöqsanı etiraf etmiş oldu. Elə isə, hörmətli rektorun növbəti ittihamlara da münasibət bildirmək üçün bir vasitə tapa biləcəyinə ümid etmək olar. Ittihamlar isə kifayət qədər ciddidir.
Yeni aldığımız məlumatlarda bildirilir ki, bir müddət əvvəl unverisitetin Məktəbəqədər təhsilin metodika və pedaqogikası fakültəsinin tələbələrindən biri ailə qurmuşdur. Bir qədər sonra isə həmin tələbə xanım hamiləlik və analıqla əlaqədar müəyyən müddət ərzində dərslərə gəlməmişdir. Universitetə qayıtdığı zaman bütün tələb olunan tibbi sənəd və arayışların olmasına baxmayaraq Yusif Məmmədov həmin tələbənin dərslərə buraxılmasını qadağan etmiş və təhsilini davam etdirə bilmək üçün ona 1000 manat məbləğində "ödəniş" etməli olduğunu bildirmişdir. Nəticədə isə rüşvət verməkdən imtina edən tələbə xanım universitetdən xaric edilmişdir. Ona tutulan iradlara qarşı isə Yusif Məmmədov tamamilə qeyri-adekvat mövqe nümayiş etdirir. Belə ki, cəmiyyətimizdə hörmət və nüfuzu ilə tanınmış şəxsiyyətlərin adını hallandırmaqdan çəkinməyən Y.Məmmədov özünün Nərgiz xanım Paşayevanın himayəsində olduğunu və bu səbəbdən də ona heç kəsin "bata" bilməyəcəyini iddia edir.
Digər bir məlumatda isə ADPU-da sessiya imtahanlarının test üsuluna keçirilməsi ilə bağlı yaranmış neqativ hallar vurğulanır. Məlumatda bildirilir ki, testlərin cavabları imtahandan bir neçə gün əvvəl universitet daxilində açıq satışa çıxarılır. Cavab "paketlərinin" qiymətləri isə 500-1000 manat hüdudlarında təyin edilir.
Nəhayət daha bir məlumat yenə də cənab Yusif Məmmədovun "kommersiya" fəaliyyəti haqdadır. Belə ki, hörmətli rektor deyəsən universitetin binasının keyfiyyətli tədris prosesi üçün tələb olunduğundan xeyli artıq böyük olduğu qənaətinə gəlib. Elə buna görə də əsas tədris korpusunun bir hissəsini Türkiyəli iş adamlarına icarəyə verib və hal-hazırda orada "Elif" türk restoranı fəaliyyət göstərir. Deyəsən axı biz artıq qeyd etmişdik ki, Yusif müəllim təhsil ocağından daha çox mətbəx ocaqlarına rəhbərlik etməyə meyllidir.
Indi gözləyək, görək cənab Y.Məmmədov bu ittihamlara qarşı necə reaksiya verəcək...



"Bizim dövr"

ÖZ GÜLÜMÜZƏ QƏPİK-QURUŞ, XARİCİ GÜLLƏRƏ MİLYONLAR...

Ölkəmizdə gözəl qoxulu qızılgül, kala, nərgiz becərilir; Bakının simvollarından olan qərənfilin yas çiçəyinə çevrilməsi isə gülçüləri narahat edir



Hər il dünyanın əksər ölkələrində təmtəraqlı “Gül bayramı” keçirilir. O cümlədən Zanbaqlar ölkəsi olan Hollandiya, Yaponiya, İngiltərə, İspaniya, İsraildə və qardaş Türkiyədə “Gül bayramı” olur. Azərbaycanda bu bayram hər il mayın 10-na təsadüf edir. Təəssüf ki, bu bayramda nümayiş etdirilən güllər ayrı-ayrı ölkələrdən baha qiymətə gətirilir. Təkcə bu il Gül Bayramında 1 milyona yaxın gülün nümayiş etdiriləcəyi, onların alınmasına 10 milyon manatdan yuxarı vəsaitin xərcləndiyi söylənir. Təəssüf ki, bu bayramda da öz güllərimizə yer verilməyəcək.
Vaxtilə Azərbaycanda onlarla gülçülük təsərrüfatı olub. Abşeronda Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan gülçülük sovxozları fəaliyyət göstərib. Bu kəndlərin sakinləri nəinki Bakını, ümumən bütün MDB məkanını güllə təmin edib. Ancaq gəlirli sahə olan gülçülük son 10 ildə unudulub. İndi güllər yalnız ayrı-ayrı şəxslərə məxsus istixanalarda yetişdirilir. Bunu dünən Zabrat və Bilgəhdə özümüz də müşahidə etdik.
Zabratlı gülçü Zakir Həsənov uzun müddətdir bu işlə məşğul olur: “Öz gül mağazam var. Əkdiyimiz qərənfil vaxtilə Moskvanı və MDB ölkələrini bəzəyirdi. Adam vardı ki, bir mövsümdə 50-60 min gül satırdı. Minlərlə paket gülü vaqonlara yığıb Moskvaya daşıyırdıq. Amma SSRİ dağılandan sonra Moskvaya gediş-gəliş dayandı. İndi bu təsərrüfatla çox az adam məşğuldur”.
Z.Həsənovun sözlərinə görə, xaricdən baha qiymətə alınan güllər yerli gülləri sıxışdırıb: “Bizim güllər keyfiyyətinə, qoxusuna görə İsrail, İspaniya və Türkiyə güllərindən çox yaxşıdır. Bizim qızılgül tez solsa da xaricdən alınan qızılgüldən qoxusuna görə fərqlənir. Oradan gətirilən güllərin qoxusu olmur. Sadəcə olaraq, onlar gec solur, hətta bir ay təravətli qala bilir. Vaxtilə Azərbaycanda zanbaq yetişdirilərdi. Amma indi onu Hollandiyadan alıb gətirirlər. Adını da ”liliya" qoyublar. Birini 5-6 manata satırlar. Bakı kəndlərindəki istixanalarda qızılgül, xrizantem, kala yetişdirilir. Maraqlıdır ki, bu tipli gülləri Bakı Şəhər İcra Hakimiyyəti baha qiymətə xaricdən alır. Yaxşı olardı ki, bu gülləri bizdən alaydılar. Onda bizim də işimiz olardı. Bunun yerli biznesə də xeyri dəyərdi. Bizdə yetişdirilən nərgizgülü heç yerdə bitmir. Hətta türklər öz ölkələrində yetişdirməyə cəhd edib, ancaq bitməyib. Nərgizgülünün vətəni Azərbaycandır, bizim torpaqdan başqa heç yerdə bitmir. Hətta rəvayətə görə, bir vaxtlar bu gülü peyğəmbərə hədiyyə ediblər. Nərgizgülü yalnız martda açır".
Peşəkar gülçünün sözlərinə görə, gülçülüyə dəyən ən böyük zərbə onda oldu ki, Abşeronda bitən gülü - qərənfili 20 Yanvardan sonra yas gülünə çevirdilər. İndi qərənfili yalnız qəbir üstünə qoymaq üçün alırlar. Bu da ona tələbatı azaldıb. Ona görə də qərənfil əkib-becərməyə maraq azalıb: “Vaxt vardı ki, bu gülü sevgililər bir-birinə hədiyyə edərdi. İndi az da olsa Rusiyaya qərənfil göndərə bilirik. Xarici iş adamları meşə və çöllərdə bitən gülləri yığıb bizim ölkəyə yollayır. Adı ”ineda"dır. Halbuki Qarabağ və digər rayonlarda elə güllər bitir ki, onların tayı-bərabəri yoxdur. Dağlaləsi ancaq Azərbaycanda bitir. Təəssüf ki, bizdə bu sahəyə diqqət azdır".
Gülçülər məhsullarınını ərsəyə gətirənə qədər bir çox problemlərlə üzləşdiklərini də bildirdilər: “Bu işlə məşğul olmaq üçün müəyyən qədər vəsait, istixanalarda gül becərmək üçün su və istilik olmalıdır. Bu olmayanda güllər məhv ola bilər. Bakı kəndlərində qaz problemi var. Bu da insanların bu peşədən könüllü olaraq uzaqlaşmasına səbəb olub”.
Bilgəh gülçülərinin sözlərinə görə, gülçülük sovxozu dağıldığından bu sahəyə diqqət azalıb. Gülçülüklə məşğul olan çox az adam tapmaq olar. Onlar da hökumətin xaricdən milyonlara gül almasını pislədi. Bildirdilər ki, o pulları ölkəmizdəki gülçülərə versələr, ölkəni gülə bürümək, hətta MDB-ni də güllə tam təmin etmək olar.
Bilgəhin işsiz sakini Natiq Məmmədov deyir ki, Gül bayramında nümayiş etdiriləcək çiçəklər əsasən Hollandiya və Ekvadordan gətirilir: “Türkiyə, İran, Macarıstandan gətirilən güllər də var. Əsasən zanbaq, səhləb çiçəyi, tülpan, çobanyastığı, qızılgül çox olur. Onları Azərbaycanda da yetişdirmək mümkündür. Amma elə vəziyyət yaranıb ki, Bakı kəndlərində yalnız qərənfil yetişdirilir, onu da qəbir üstünə gedənlər alır. Yaxşı olar ki, hökumət Bakıda gülçülüyün inkişafına diqqət ayırsın və milyonları yerli gülçülərə xərcləsin”.
Mütəxəssislər isə Azərbaycanda gülçülüyün çökməsinin bir neçə səbəbinin olduğunu deyir: “Kommunal xərclərin, xüsusilə su və qazın qiymətinin qalxması praktiki olaraq gül sənayesinin çökməsinə səbəb olub. Bu da Avropadan, əsasən Hollandiyadan gətirilən güllərin bazarda olmasına münbit şərait yaradıb. Bu həm ucuz, həm də sərfəli olur. Azərbaycan gülünün həmişə həm daxili, həm də xarici bazarı olub. Lakin problem yalnız yerli gülün qiymətinin yüksək olmasıdır. Bu üzdən onlar Avropadan gətirilən güllərlə rəqabət apara bilmir”.
Ekspertlərin fikrincə, gülçülüyün inkişaf etdirilməsi üçün dövlətin maliyyə resurslarının artırılması lazımdır. Sahibkarlara müəyyən güzəştlər verilməlidir.

Elmin BƏDƏLOV, Məhəbbət ORUCOV     musavat.com

“YAP-a KEÇƏN MÜĞƏNNİLƏRİN İNTELLEKTUAL GÜCÜ YOXDUR”

Mehriban Vəzir: “Bu, cəmiyyətin aktivləşməsindən narahatlıq keçirən hakim partiyanın təhrik kampaniyasıdır”



Gənc müğənnilər Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və aktyor Tərlan Fərzəliyev Yeni Azərbaycan Partiyasına (YAP) üzv oldular. Onlara partiya vəsiqəsini YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Məlahət İbrahimqızı təqdim edib.
Qeyd edək ki, bu ilin əvvəlində “Eurovision” müsabiqəsinin azərbaycanlı təmsilçiləri Səfurə Əlizadə və Aysel Teymurzadə də ardıcıl olaraq YAP-a üzv oldular. Prodüsser Tolik, müğənni Xatirə də YAP-çı olmaqları ilə fəxr duyduqlarını dəfələrlə bildiriblər. Xalq artisti İlhamə Quliyeva isə YAP təmsilçisi kimi ictimaiyyətə bəzən “ibrətamiz tövsiyələrini” əsirgəmir.

Kitab köşkümüz

Tərcümə kitabları:

1. Qoderzi Çoxeli, " Küknarlara məktub"- 4 man;
2. "Ən gözəl uçuş" (Folkner, Steynbek, Kamyu, Platonov, Markes və b.- Natiq Səfərovun tərcüməsində)- 3 man;
3. Türk şeir antologiyası - 3 man;
4. "7 məhbusun hekayəsi" (müxtəlif dünya yazıçılarından 16 hekayənin tərcüməsi)- 3 man;
5. Fatimə Mernissi, “Pərdələr arxasında gizlədilən tarix” (İslamda qaıdın azadlığı məsələsinin araşdırması)- 5 man;

Yerli müəlliflər:

1. Həmid Herisçi, İlhamiyyə Rzayeva, "Gecə kanalı"- 5 man;
2. Əli Əkbər, "93- Tanrıların qürubu"(roman) - 5 man;
3. Zahir Əzəmət, "Divar yazıları"- 3 man;
4. Afaq Məsud, "Yazı" (Roman və hekayələr)- 3 man;
5. Mirzə Sakit, "Ey dadi-bidad" (Satirik şeirlər)- 3 man;
6. Vidadi Məmmədov, "Çarpaz bucaqlar altında"- 3 man;
7. Seymur Baycan, “18,6 sm” – roman- 3 man.
8. Mirzə Cəlil – 4 cilddə- bütün əsərlər- 20 man;

Fəlsəfə kitabları:

1. Güstav le Bon, "Kütlələrin psixologiyası"- 10 man;
2. Uill Dürant, "Fəlsəfi hekayətlər"- 10 man ;
3. Daniel Yergin, "Neft fəlsəfəsi"- 12 man;
4. Heydər Hüseynov, "XIX əsr Azərbaycan fəlsəfi-ictimai fikir tarixindən"- 10 man;
5. Niyazi Mehdi, Dilarə Mehdi, "Fəlsəfə tarixində fəlsəfə"- 4 man;
6. Q. Skirbekk, N.Gilye, “Fəlsəfə tarixi” – 14 man;

Bundan əlavə:

- “Qanun” nəşriyyatının hazırladığıhər cür hüquq kitabları, qanun və məcəllələr...
- Rus-Azərbaycan, İngilis-Azərbaycan lüğət kitabları

Əlaqə telefonu: 055-625-09-25 e-mail: zahirazamat@gmail.com

“Bunlar Azərbaycana özəl mülkiyyətləri kimi baxırlar”

Lalə Ramizqızı: “ Heydər Əliyev zamanında nazirlər, məmurlar belə “at” oynada bilməzdilər”

“Bu ədalətsizliyə göz yumanlara  günahsız atamın potensial qatili kimi baxıram”

“Ölkə müxalifəti atamın fədakarlığını düzgün qiymətləndirə bilmədi. Onu MTN-lə mübarizədə tək buraxdılar”

“Ölkədə ən azı üç-dörd Prezident Administrasiyası funksiyasını yerinə yetirmək iddiasında olan “obyektlər” peyda olub ki, onlar R.Mehdiyevdən çox-çox səlahiyyətli görünürlər”

“Korrupsiyaya qarşı hansı mübarizə gedir ki,  R.Tağıyevi rüşvət vermək maddəsi ilə şərləyib həbs ediblər, rüşvət aldıqlarını səmimi “etiraf” edənlər isə  vəzifə başındadırlar”

CANP-nin sədri Ramiz Tağıyevin həbsindən sonra nəhayət ki, təşkilat məclisi toplantısını keçirə bildi. Səbəb isə R.Tağıyevin məhkəmə prosesləri, müdafiə işləri ilə daha çox bağlı idi. 41 məclis üzvündən 33-nün iştirakı ilə keçirilən məclisin qərarı ilə partiyaya sədrlik müvəqqəti olaraq “Millətim”in baş redaktoru Lalə Ramizqızına həvalə edildi.


Misir müəllimin “qara ləkə”si

İlkin Ağalı               “Millətim” qəzeti


     Və yaxud analoqu olmayan inkişafın analoqsuz problemləri 

Necə də inanmışdım bunların şirin dilinə. Səbirsizliklə gözləyirdim ki, analoqsuz inkişafın bir gün yolu bizim məhəlləyə düşəcək. “Analoq” müəllim eynən “lazım” dayı kimi gopçu imiş. Gəlib çıxmadı ki, çıxmadı.
İndi mənə aydın olur, demə “Analoq” müəllim heç viza ala bilməyib, nəinki ölkəmizə yaxın düşüb. Bunu mən demədim, iqtidardakı əmilər ömürlərində bir dəfə səmimi etirafda bulunmaq cəsarəti nümayiş etdirdilər.
Məsələn, Misir müəllim açıq-aşkar bəyan etdi ki, üstlərində qara ləkə var. Ləkə deyəndə Qorbaçovu mütləq xatırlamalı oluram. Düz təpəsinin ortasında xalı var idi ki, xəritədəki Afrikaya bənzəyirdi. Kəndlərimizdə Qorbaçovun xalına bənzəyən xalı olan inəklərə “qaşqa” inək də deyirdilər.
Misir müəllim güzgüsündən çox nigaran qalmışam, görən o boyda kişini kişini niyə “xallı” göstərib. Bu “xalı”da təhsilimizin lideri ürəyinə salıb. Özü də “xalı” həyəcanla qara ləkə adlandırıb. Təhsil hara, qara ləkə hara? Bə, demirdiniz ki, təhsilimiz o “balon”du nədi, ona girib. (indi mənə aydın olur ki, balon deyilmiş, girdiyimiz Bolonya təhsil sistemi imiş. Allah köməyimiz olsun). Balon sözündən bərk qorxmuşdum. Ağlıma gəlmişdi ki, birdən təhsilimiz qaz balonuna girər, Allah eləməsin, onun partdaması yaman olur eyy! Lap elə olsun şüşə balon, girdin içinə, ağzını “zakat” etdilər, vəssəlam!
İndi bütün pedaqoji kollektivlər bərk narahatlıq keçirir. Narahatlığın bir səbəbi də var, görəsən qara ləkə təhsilmizin harasına düşüb?. Suratına və yaxud Qorbaçov kimi təpəsinə düşsəydi, hamı görərdi, heç bu qədər narahatlıq filan olmazdı. İndi, baxın görün nə həngamələr qopacaq. İclaslar, müşavirələr, pedaqoji şuralar keçiriləcək, qızğın müharibələr (mübarizələr yazmaq istəyirdim, xətaya görə şəxsən Misir müəllimdən üzr istəyirəm) gedəcək. Hələ alim Əlövsət Osmanlını demirəm... İndi o kişi deyəcək “ay bədbəxt, mən deyəndə ki, təhsilimizin üzüqaradır, səs-səsə verib (hələ məhkəməyə vermələrini xatırlatmayacaq. Çünki Əlövsət müəllim onların səviyyəsinə enməz) hücum çəkmişdiniz üstümə. (Eynən Əli Kərimlinin evinə təşkil edilən hücum kimi). Mən hörmət xatirinə üzüqara demişdim, indi özünüz etiraf etdiniz ki, təhsilimizdə qara ləkə var”.
Di gəlin, verin görüm, Əlövsət müəllimin cavabını. Bir az qəliz məsələ olsa da, məndə Misir müəllimin hansı ləkədən söhbət açdığına aydınlıq gətirməyə çalışdım. Çox güman ki, Misir müəllim xal əvəzinə çaşıb qara ləkə deyib. (tək Misir müəllim deyil, iqtidar nümayəndələrinin bir çoxu son zamanlar nədənsə çaş-baş vurur).
El arasında bir deyim var: “ürəyimə xal düşüb”. Ola bilsin ki, Misir müəllimin də ürəyinə (Allah eləməsin) nə isə “xal” düşüb. Bəlkə, iqtidar təhsilimizdə yenidən analoqu olmayan “islahat” aparmaq fikrinə düşüb.
Bizə nə var axı, hamı Hacıbala müəllimin “səmərəli”, davamlı iş prinsipindən nümunə götürüb. Əvvəl asfalt çəkirik, sonra qazırıq. İndi də, təhsilimizdə yenidən islahata başlayacağıq. Bu dəfə ola bilər ki, “başdan” başlasın. Yəni, hörmətli Misir müəllimə desinlər ki, “özün etiraf etdin, təhsildə qara ləkə var”. Yazıq müəllimlər nə tapa bilirlər ki, hələ bir üstlərində qara ləkə də tapsınlar. Deməli, qara ləkəni mütləq Misir müəllim üstündə aramaq lazım gələcək. O da elmli insandır, öz işini əvvəldən bilməmiş deyil. Niyə imkan versin ki, ləkəni başqaları axtarsın. Ayıbdır axı! Hələ bir korrupsiyaçılar da işə qarşısın.
Nə isə... Qoyaq Misir müəllim qara ləkəni axtarmağında olsun. Bəlkə tapdı. Atalar yaxşı deyib “axtaran tapar”. Ancaq tapılsa da, gərək həmən kəsib atmasınlar. Allah eləməsin, bədxassəli nə isə olar, metastaz verər, evimiz yıxılar.
Qara ləkə axtarmaq son zamanlara bərk dəbə minib. Demə, hər sahədə qara ləkələr üz qaraltmaqdaymış. Ünvanlı sosial yardım elə getdi, gənclərin problemi başdan aşdı, təqaüdlər azlıq etdi, kənd-qəsəbələrdə qaz, su, kanalizasiya problemləri “dil” açdı. Bir sözlə, o qədər problem varmış ki, gəl həll et görüm, necə edəcəksən. Özü də ölkədə hamı dayanıb gözləyir, yalnız bir adam işləyir. (Burada rus “brat”larımızın bir məsəlini xatırlamalı oluram: “odin pole ne voin”)
Hey düşünürəm, cavab tapmaq da zülm çəkirəm. Niyə də çəkməyim? Uzun illərdir inanmışdım ki, analoqu olmayan inkişafdayıq. İndi aşkar olur ki, problemlər başdan aşır, hətta üstümüzdə qara ləkə var imiş. Günahın ən böyüyü də mətbuat nümayəndələrinin üzərindədir. Bu qədər qara ləkəni neçə görməmək olar axı? (görsək də yazmağa cəsarət gərək, Mətbuat Şurası həmən yazanları qaralayacaq).
Bir çıxış yolu görürəm. Başqa əlacımız yoxdur. Yoxsa, bütün dünyada rüsvay olmaqdan xilas ola bilməyəcəyik. Dəbdə olan üzəduranlıqdan istifadə etməkdən başqa yol görmürəm. İndi elliklə Avropa Şurasının, beynəlxalq təşkilatların üzünə durmalıyıq ki, (bu sahədə Binəqədi Qəsəbə İcra nümayəndəsi, spikerimiz Oqtay Əsədovun sevimli yeznəsi Salam Əskərəlizadənin və onun müavini, “əvəzedilməz” deputat Madər Musayevin bacıoğlusu Kənan Mustafazadənin üzəduranlıq təcrübəsindən yararlanmağa dəyər) suç onlarda, Analoq müəllimə viza verməyiblər, o da ölkəmizə mübarək qədəmini basa bilməyib. Bax belə, problemin həlli yolunu belə taparlar eyy!
Lazım gəlsə “Lazım əmi” probleminə də əncam çəkərəm. Təki, Misir müəllimi birtəhər qara ləkədən xias edə bilək.  

P.S. Deyilənə görə bir zamanlar qara ləkəyə, qarayara da deyirlərmiş. Qədim zamanlarda bunu sadəcə kəsib atırmışlar.