03.09.2011

Fatmanisə təfəkkürlülər


Ancaq bizdə oxuyun!

Sofiya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!

Günayı geri qaytaracaqmışlar...

Aman Rəbbim, bu nə işdir başımıza gəlib? Heç bilirsiz nolub? Az qala Günay Musayevanı toyxananın kandarından geri qaytaracaqmışlar. Əşi, ürəyinizə gələn deyil. Eh, bu yengə-mengə hesabatından daha dəhşətli imiş. İndi deyim, siz də dinləyin. Deməli, Azərbaycanı bütün dünyada biknisi ilə təmsil edən və Türkiyədə yaşayan modelimiz Günay Musayeva türkiyənin məşhur aktyorlarından olan Tolqa Korellə ailə qurub. Xoşbəxt olsunlar, lap yaxşı. Amma bu yaxşının pis tərəfi də olub axı. Sən demə, türkiyəli yeznəmiz, elə türk qardaşlarımızın dilindən desək, damədimiz yaman qısqanc imiş. İndi nolsun ki, hazırda halal-hümmət arvadı olan Günay xanım bikni, yəni alt tumanı müsabiqələrində iştirak edir, üst paltarını soyunur, alt paltarını da bir az aşağı çəkib şəkillər çəkdirir. Bütün bunlar sənətdir, sənətkarlıqdır, yeni dünya düzənində. Odur ki, damədimiz bu tip hallara “əhsən” deyir. Amma Günayın manıs Elnurla çəkilmiş toy fotoları dünyanı qarışdırıb. Mahnılarından çox “Hammer”i ilə məşhurlaşan, gözünün birini qıyıb, birini geniş açan Elnur bəy paıtarında, Günay da gəlinlik donunda xeyli poza vermişdi axı. Yəqin xatırlayırsız, yerli jurnallardan biri də bu şəkillərdən ibarət fotosesiyanı ölkədə yaymışdı. Vəssalam. Türkiyədə Günay Musayevanın müğənni Elnurla evli olduğunu düşünüblər.
Azərbaycanlı model isə bunun yalnız bir fotosessiya olduğunu sübut etmək üçün Azərbaycan konsulluğundan subay olması barədə arayış almalı olub. Bax indi di get, ağlın yerinə gəlsin Günay! Bundan sonra harda gəldi, kiminlə gəldi dombalıb şəkil çəkdirəndə bir az da gələcəyini düşün.

Anar qadınlarımızı bəzəyəcək

Deyir qadın kişi gözü, kişi zövqü ilə paltar seçəndə daha maraqlı görünür. Amma KİŞİNİN. İndi Azərbaycan telekanallarında bir adət formalaşıb. Deməli, cinsi bilinməyən canlılar qadınlarımızı geyindirirlər, stlistlik edirlər. Amma ha baxırsan bu stlistin qadın ya kişi olduğunu ayırd edə bilmirsən. Stlist adlandırılan və daim telekanllardakı şou verilişlərindən boylanıb qadınlarımıza geyimlə bağlı məsləhət verən Anar Ağakişiyev, Samir Əliyev, Balaş da elə o qadınlar kimi nazik alınmış qaşlarda, boyanmış yanaqlarda, uzun, ukladkalı saçlarda görüntülənirsə o zaman onların cinsini necə ayırd etmək olar. Bəlkə siz kömək edəsiniz!
İndi Anar qadınlarımızı payıza “hazırlayır”. Guya bu deməsə camaat day bilmir ki, əyninə nə geyəcək.
Verdiyi sonuncu müsahibəsində Anar deyib ki, bu mövsümün əsas rəngi çəhrayı olacaq (Nə yaxşı ki, mavi olmayıb). İndi görün, bunu sayt necə təqdim edir: “Stilist bildirib ki, iri daşlardan düzəldilmiş aksesuarlarla yanaşı, qızıl və gümüş zinət əşyaları da dəbə minəcək”. Gülməlidir, guya Anar deməsə, bizim Fatmanisələr elə qızıldan, gümüşdən əl çəkəcəkdilər. Axı qızıl, gümüş nə vaxt dəbdən düşüb ki?
Offf… Yaxşı ki, hələ müğənni Samir Bağırovun yaxın dostu və adaşı Samir Əliyevdən dəblə bağlı açıqlama almayıblar. Yoxsa, Syomiçka (Samir Əliyev) bizim qadınları da Samir Bağırovun gününə qoyar. Amma məncə, qadınlarımız daha çox qadın kimi görünər. Hərəkətlərini də oxşada bilsələr, bəh, bəh əsl qadın obrazı yaranar. Qaldı Samir Bağırovun iri dodaqlarına və iri döşlərinə, buna da əlac var. İndi hər tində silikon qoyan həkimlər peyda olub. Buyurun!  

Faiqi də sevmək olarmış…

Sən demə, müğənni Faiq Ağayev bərk gedirmiş. Yəni toya 14 minə təşrif buyururmuş. İndi Faiq qaragünlü məmləkətimizdə ən baha toy manısıdır. Brilyant Dadaşova ondan sonradır. Təsəvvür edin də, onsuzda Faiqdən zəhləsi gedən Brliyant indi yanıb tkülür. Çünki manıslıq yarışmasında Faiq onu ötüb. Brliyantın qiyməti 10 minə düşüb. AST Telmanın nəvəsinin ad günündə Şakira üçün oxuyan Abbas Bağırovun da atının alnına gün doğub e, nənəm demiş. İndi Abbas da 10 000-ə gedir.
Makiyajı, əndrəbadi mimikası ilə eyniylə hind filimlərindəki gənc hind oğlanlarını xatırladan Nazpəri Dostəliyeva özünü nə kökə salır salsın, xeyri yoxdur, qiyməti düşüb. Indi o, 8 minə gedir.
Dağıl a dünya, sən demə, hələ də Nüşabə Ələsgərli adlı manısı toyuna gətirib oxutmaq üçün 5 minindən keçənlər var imiş. Hələ Rəqsanəni demirəm. Rəqsanəyə 4500 verənlər var imiş.
Deyirəm də, bu millətin dərdi məni öldürəcək. Bu ölkədə heç vaxt şorla yağın fərqini bilməyiblər. Gülüstan Əliyevanı toya 3500-ə aparırlar. Guya Gülüstan Rəqsanə qədər də deyil. Yəqin Rəqsanə oxumaqdan əlavə hələ stripitiz də göstərir. Amma məncə, bunun üçün toy yiyəsi və toya gələnlər Rəqsanəyə deyil, Rəqsanə onlara qonarar ödəməlidir. Toy siyahısını təqdim edənlər deyir ki, guya bu ölkədə hələ də  Röyanın yarım saat toyda oxumasına 4500-5 000 manat verənlər var. Dağıl a dünya, indi gedib bu axmağa desən ki, 100 manat ver Məmməd gedib Fransada oxuyub gəlsin canı çıxar e verməz.

Roza Zərgərli Rusiyadan əl çəkdi

Qollarını və tumanının ətəyini çirmayıb Rusiya estradasını fəth etməyə hazırlaşan manısımız Roza Zərgərli nə eşidib, nə görübsə, ağlını yığıb başına, gəlib oturub evində. Evində oturan Roza indi də doğmaq eşqinə düşüb. Bax buna deyərəm ağıllı ideya. Ay Roza sən bilirsən ki, bacarığın nədir, qabliyyətin nəyə çatır, onun da arxasınca qaç da. Yoxsa, Rusiya estradası, nə bilim nə.
Roza deyir ki, bir qızım var, indi də istəyirəm bir oğlum olsun. Bax ha, əsl Fatmanisə təfəkkürüdür e. O, dünyaya gətirmək istədiyi övladına ad da seçib: “Əgər oğlum olsa, adını Məhəmməd Əli, qızım dünyaya gələrsə, Laura qoyacağam. Laura çox gözəl addır - anam mənə belə ad qoymaq istəyirdi. Amma atamın istəyi ilə mənə Roza adı verdilər”. Hiss olunur ki, Roza Zərgərli dəhşət serial həvəskarıdır. Laura ağlına ordan gəlib. Məhəmmədə gəlincə, bu da bir dəb düşüb. Tumanlarının ətəyini başlarına qaldırıb poza verib, şouxanada məşhurlaşanların çoxu sonda övladına dini adlar qoyurlar, Röya, Xuraman da dini adları seçdilər.

Namiq Qaraçuxurlu kişiləndi

Şouxanamızın igidi, Aygün Kazımovanın göz açıban gördüyü, könül verib sevdiyi, meyxanamızın simvolu Namiq Qaraçuxurlu quracağı üçüncü ailə həyatı haqqında xeyli məlumatlar verib. O, deyib ki, heç zaman gələcək xanımının hesabına özünü reklam etməyəcək. Aaa, heç yeridir, ay Namiq, sən onsuzda arxada qoyduğun xanımın Aygün Kazımovanın hesabına özünü xeyli reklam etmisən də.
Onu da deyim ki, bu Namiq çox haqbilməz adam imiş. O gün görün, nə deyir e, “Elə yorulmuşam, o qədər qeyri-səmimi insanlarla qarşılaşmışam ki”.
Aygünə heç vaxt mahnı bəstələmədiyinə and içən manıs-meyxanaçı “mahnı bəstələyəndə çalışıram ki, sözləri kimsəyə həsr olunmasın. Buna görə də yazır və silirəm. İndi də yazdığım və bəstələdiyim mahnılar Aygün Kazımovaya aid deyil. Bu səbəbdən də yeni mahnının adını dəyişərək “Əlvida dərdim, əlvida” qoydum” deyib. A.Kazımova da sağ olsun yaxşıca verib Namiqin payını və deyib ki, Namiq Qaraçuxurlu başqasının hesabına yaşayır. Guya bu söz də Namiqi hirsləndirib və o, Aygünü hədələyib: “Bununla bağlı ümumi dostlarımıza zəng vurdum və onlar dedilər ki, həmin sözlər zarafatdır. Amma bunu Aygün xanım ciddi deyibsə, daha mənim sözüm yoxdur. Hələlik hər şeyə dözürəm. Amma ona demək istərdim ki, adamların sonradan gülməməsi üçün hər şeyi efirdə belə təqdim etmək olmaz. Belə ucuz reklama ehtiyacım yoxdur. Amma son vaxtlar evlənməklə bağlı tez-tez fikirləşirəm. Seçdiym var və o da bunu bilir. Yalnız onu deyə bilərəm ki, əvvəl istədiyim qızlarla müqayisədə indi ona daha bərk vurulmuşam”. Deyirəm e, beləsi haqqında deyiblər də, dəvə başını kola soxdu elə bildi ki, onu heç kim görmür.

Sofya Sadıqlı

Səlim Babullaoğlu: “Mən idiot deyiləm”


            Səlim Babullaoğlu “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Səlim Babullaoğlu.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Adımla və “siz” deyə.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Allah bəndəsi, adam…

- Dost…
- Varımdır.

- İlk sevginiz?
- Olub.

- Əsas ixtisasınız?
- Ədəbiyyat…

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Ayaqlarım.

- Sevdiyiniz maşın markası?
- Bəlkə “BMW”…

- Sevdiyiniz brend?
- Kitab.

- Sevdiyiniz saç düzümü?
- Bu haqda düşünmürəm.

- Sevdiyiniz rəng?
- Spektr.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Olmadığım şəhərlər.

- Sevdiyiniz yemək?
- Göbələk.

- Ən çox istifadə etdiyiniz söz?
- Maraqlıdır…

- Leksikologiyanıza yad olan söz?
- Super…

- Sizi nə həyacanlandıra bilər?
- Çox şey.

- Ən çox sevdiyiniz kitab?
- …

- Ən çox sevdiyiniz yazar?
- …

- Ən çox bəyəndiyiniz ifaçı?
- …

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- …

- Özünüzdə qeyri- adi istedad hiss edirsizmi?
- Yox.

- Mənfi xüsusiyyətiniz?
- Əsəbiyəm.

- İdeal insan necə olmalıdır?
- Bilirəm ki. Bunu heç kim bilmir.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Mən “idiot” deyiləm.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Yersiz olan hər şey.

- Həyat fəlsəfənizi ifadə edin?
- Niyyət, söz, əməl.

- Siz xoşbəxtsinizmi?
- Xeyr, mən insanam.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Bilmirəm.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Hər şeyin əvvəlinə sonu üçün olan münasibətim kimi.

- Ölüm niyə ölmür?
- Nöqtələrini götürün, bacarmasanız gözləyin…

- Dinlərə münasibətiniz?
- Normal.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Öz zəifliklərimdən.

- Falçıya inanırsızmı?
-Yox.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Sualın birinci hissəsi mənə aid deyil, ikinci hissəsi isə əgər heykəlləşməyi nəzərdə tutursunuzsa çox pis.

- Sevinciniz nə qədərdir?
- Kədərim qədər.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Çoxdur belə keyfiyyətlər.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Saymamışam.

Tural Balabeyli- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Hər ikisi.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Güldürərək gülümsəməyi.

- Mənə sualınız.
- Necəsiniz Tural?

- Yaxşı.

Tural Türk                    merkez.az

Cənubi Qafqazda Təhlükəsizlik məsələləri


Mayis Güləliyev

Son günlər Azərbaycanın ictimai-siyasi həyatında Türkiyə ilə  Ermənistan arasındakı sərhədlərin açılması ilə bağlı geniş müzakirələr aparıldı. Təəssüf ki, digər məsələlərin müzakirəsində olduğu kimi bu məsələdə də fərqli düşüncələrə yer verilmədi. İki qonşu ölkə arasında sərhədlərin açılması regional təhlükəsizlik baxımından mühüm hadisə olduğundan fərqli nöqteyi-nəzərlərin müzakirəsi mühüm əhəmiyyət kəsb edə bilərdi. Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin eyni platformaya malik olan bir qrup siyasilərlə və ya yanaşma tərzləri eyni olan politoloqlarla müzakirəsi ictimai şüuru  ideoloji seçim imkanından məhrum edir.  Ciddi ictimai-siyasi əhəmiyyəti olan məsələlərin, o cümlədən regional təhlükəsizliklə bağlı olan məsələlərin müzakirəsi də bir qrup “ulduz politoloqların” müzakirəsindən çıxmalı və daha geniş ictimai müzakirəyə verilməlidir.

Son 15 ildə regional təhlükəsizliklə bağlı olan bütün tədqiqatlar Azərbaycanın region ölkələri ilə münasibətləri kontekstində aparılmışdır. Belə tədqiqat metodu qlobal miqyasda baş verən hadisələrin təsirini nəzərə almadığı üçün metodoloji cəhətdən xeyli qüsurlu, siyasi cəhətdən ziyanlıdır. Belə ki, regionda mövcud olan problemlərin əsas mahiyyətini açmadığı üçün  belə tədqiqatlar ictimai şüuru çaşdırır və siyasi mübarizə obyektini dəyişir. Odur ki, son 15 ildə ənənəvi  Azərbaycan müxalifəti siyasi motivasiya qıtlığı hiss edir.  Bu gün Gürcüstan müxalifəti də eyni problemlərlə üz-üzədir. 
         Regionda və ya hər hansı ayrıca götürülmüş ölkədə təhlükəsizlik deyəndə hər şeydən əvvəl real təhlükələr identifikasiya olunmalıdır. Başqa sözlə desək, “təhlükəsizlik” və “təhlükə” hadisələri qoşa tədqiq edilməlidir. Təhlükələr mövcud və ya gözlənilən problemlərlə bağlı ola bilər. Ayrıca götürülmüş ölkə üçün təhlükələr isə yerli, regional və qlobal kimi üç qrupa bölünə bilər. Adətən bir çox yerli problemlər  regional və qlobal problemlərin  yerlərdə və ya regionda inikasıdır. Lakin ictimaiyyətin geniş təbəqəsi qlobal problemləri yox, yerli və regional problemləri daha tez və asan hiss edir.
         Nəzərə almaq lazımdır ki, son yüzilliklərdə dünya ölkələrinin qlobal səviyyədə əlaqələrinin genişlənməsi və siyasi mənada Yer Kürəsinin “kiçilməsi”  həm qlobal problemləri doğurmuş, həm də yerli və regional problemləri ondan asılı etmişdir. XXI əsrdə 1)enerji çatışmazlığı, 2) ərzaq qıtlığı, 3)ekoloji balansın pozulması və 3)əhali artımı ilə bağlı problemləri qlobal səviyyədə ciddi təhlükələrin yaranmasına səbəb ola bilər. Bu təhlükələr istisnasız olaraq bütün ölkələrə, o cümlədən Cənubi Qafqaz ölkələrinə  ciddi təhlükələr vəd edir. Deməli, Azərbaycan cəmiyyəti üçün də eyni təhlükələr gözlənilir. Başqa sözlə desək, Cənubi Qafqazda təhlükəsizlik məsələləri qlobal miqyasda mövcud olan bu problemlərlə birbaşa bağlıdır. Odur ki, Azərbaycanın geniş mənada təhlükəsizliyi bu problemlərin həllindən və qlobal təhlükələrin qarşısının alınmasından keçir.
         Bəs qlobal təhlükələrin qarşısının alınması üçün hansı yolları seçmək olar? Son 150 ildə dünyada baş verən hadisələrin təhlili bunu deməyə əsas verir ki, qlobal təhlükələrin qarşısının alınması üçün beynəlxalq həmrəylikdən başqa alternativ yoxdur. Son 150 ildə Yeni Dünya Düzəni siyasətini həyata keçirmək ümidində olan böyük dövlətlər  bu iddiadan nə qədər tez əl çəksələr həm özləri üçün, həm də “qalan dünya” üçün yaxşıdır. Əməkdaşlıq, yoxsa Yeni Dünya Düzəni adı altında konfrontasiya?  Bu yollar bir-birini təkzib edən yollardır. Odur ki, dünya iki mümkün variantdan birini seçmək məcburiyyətindədir. Beynəlxalq həmrəylik beynəlxalq səviyyədə əməkdaşlığı tələb edir. Bu isə regional əməkdaşlığın möhkəmlənməsi və lokal  özünəməxsusluğun qorunması deməkdir. Adətən, Dünya Yaşılları beynəlxalq əməkdaşlığı təbliğ edərək, “qlobal düşün, lokal hərəkət et”  deyirlər. Regional və beynəlxalq səviyyədə əməkdaşlıq regional və beynəlxalq təhlükəsizlik üçün mühüm zəmin yaradır.
Son 20 ildə Azərbaycan ictimai-siyasi həyatında da “region ölkələri ilə əməkdaşlığa,  yoxsa  konfrontasiyaya üstünlük vermək” sualı mühüm yer tutur. Əlbəttə, bu sualı aydın tələffüz etməsələr də həm siyasilərin, həm də politoloqların əksəriyyəti bu sualın cavabı ətrafında mülahizə yeridirlər. Təəssüf ki, “əməkdaşlıq, yoxsa konfrontasiya” müzakirəsi   Azərbaycan mətbuatında, xüsusilə elektron KİV-lərdə, əksər hallarda, konfrontasiya meyllərinin ictimai şüura yeridilməsi ilə nəticələnir. Görəsən  Azərbaycan mediasında region ölkələri ilə konfrontasiya xarakterli proqramların geniş şəkildə nümayiş etdirilməsi və ictimai-siyasi həyatda konfrontasiya xarakterli fəaliyyətin daha geniş aparılması hansı səbəblərdən irəli gəlir? Axı Azərbaycan prezidenti region ölkələri ilə yaxşı münasibətlərin yaradılmasını dəfələrlə öz çıxışlarında bəyan edib. Azərbaycan prezidentinin rəsmi çıxışlarının heç birində heç bir ölkə haqqında, hətta Azərbaycan torpaqlarını  işğal altında saxlayan Ermənistan haqqında, qeyri-etik, qeyri-humanist bəyanatlar eşitmək mümkün deyil. Belə olan halda, nə üçün Azərbaycan mətbuatı, o cümlədən hakimiyyət yönlü   KİV-lər və teleproqramlar  region ölkələri ilə konfrontasiya təbliğ edirlər? Bu təsadüfdürmü?
 Bu əsasən üç səbəbdən ola bilər. Birinci, region ölkələri ilə konfrontasiya təbliğatı cəmiyyətin gərginlik altında saxlanmasına xidmət edir. Belə ictimai vəziyyət cəmiyyətin digər problemlərini prioritet kimi qabartmağa mane olur və hakimiyyətin “pis idarəçiliyi” ört-basdır edilir. İkincisi, region ölkələri ilə konfrontasiya regionda inteqrasiya imkanlarını kəskin azaldır. Bu isə ABŞ-ın “parçala hökm sür” siyasətinə xidmət edir. Üçüncüsü, cəmiyyətin konfrontasiyaya köklənməsi ölkə rəhbərliyinə beynəlxalq təşkilatlar qarşısında bəzi hallarda manevr etmək imkanı yaradır. Guya “Konfrontasiyaya meyllənən” cəmiyyət və “əməkdaşlığa köklənən”  prezident ölkədə siyasi balansın yaranmasını təmin edir. Lakin nəticədə nə real əməkdaşlıq həyata keçirilir,  nə də real konfrontasiya! Bu vəziyyət həm hökumətin, həm də Azərbaycanda iqtisadi marağı olan ABŞ-ın siyasətinə tam uyğundur və “Azərbaycan sayağı sabitlik” də adlandırıla bilər.
Bir qrup ölkə üçün qlobal təhlükələrin qarşısının alınmasına xidmət edən ikinci yolun, yəni Yeni Dünya Düzəninin mahiyyətində enerji resurslarının nəzarətə alınması, ekoloji problemləri üçüncü Dünya ölkələrinin üzərinə qoyulması və Dünyanın  bir mərkəzdən (daha doğrusu, ABŞ-dan) idarə edilməsinə durur. Bu yol qlobal təhlükələrin hər yerdə və hamı üçün, o cümlədən Azərbaycan üçün  qarşısının alınmasını  nəzərdə tutmur. Nəinki Yeni Dünya Düzəni, hətta onun reallaşması prosesi üçüncü dünya  ölkələr üçün, o cümlədən Azərbaycan üçün daha ciddi regional və lokal təhlükələri yaratmaqdadır. Belə ki, Yeni Dünya Düzəninin “reallaşdırılması” prosesi inkişaf etməkdə olan ölkələrin iqtisadi sahədə qloballaşmasını, o cümlədən maliyyə qloballaşmasını, region ölkələrin inteqrasiya imkanlarının zəiflədilməsini və  suveren dövlətlərin “müştəri ölkələrə” çevrilməsini nəzərdə tutur. Bu proses region ölkələrinin əməkdaşlığının məhdudlaşdırılmasını və regional konfrontasiyanın güclənməsini tələb edir. Başqa sözlə desək,  bu prosesi idarə edən “böyük güclər” regional əməkdaşlığa hər vəcdlə mane olmağa və yerli KİV-lərdə, xüsusilə elektron KİV-lərdə konfrontasiya meyllərinin təbliğinə mühüm əhəmiyyət verirlər. Əməkdaşlığı və regional inteqrasiyanı dəstəkləyən siyasi partiyalar və ictimai təşkilatlar ya ləğv edilir, ya da KİV-nə buraxılmır. Son 50 ildə dünyada baş verən hadisələr təqribən bu ssenari üzrə davam etmişdir. Bu proses hələ də davam edir. Təəssüf ki, Cənubi Qafqaz ölkələri də bu prosesdən kənarda qala bilmir. Çünki hər üç respublikanın cəmiyyəti lokal problemlərə daha həssasdır və daha asan idarə oluna bilirlər.
 Cənubi Qafqaz ölkələrində son 15 ildə aparılmış siyasi islahatlar idarə oluna bilən siyasi müxalifətin yaradılmasına, ölkə daxilində vətəndaş birliyinin zəifləməsinə,  müxtəlif tipli potensial etnik münaqişələr  təhlükəsinin  yaradılmasına hesablanmışdır. Hər üç ölkədə onların birgə sərhədi olan ölkələrlə  və ya tarixi əlaqəsi olan ölkələrlə  münasibətlərinin zəifləməsi istiqamətində ciddi işlər aparılır. Hər üç ölkədə “pis idarəçiliyin” qurulması və dəstəklənməsi baş vermişdir.
Deməli, qlobal problemlərin regionda, sonra isə lokal səviyyədə yaratdığı təhlükə sonda  “pis idarəçilikdə” öz təzahürünü tapır. Başqa sözlə desək,  insan hüquqlarına həm dövlət səviyyəsində , həm də ictimaiyyətdə etinasızlıq və insanların dövlət orqanlarının özbaşınalığından müdafiə imkanlarının olmaması, qanunların icrasının mümkünsüzlüyü və məhkəmə hakimiyyətinin müstəqil olmaması heç də ayrıca götürülmüş ölkələrin problemi deyil.  “Vətəndaş cəmiyyəti”, “demokratikləşmə”, “söz azadlığı”, “açıq cəmiyyət” və sair gəlişi gözəl ifadələrin üçüncü ölkələrdə  imitasiyasının yaradılması dolayısı ilə Yeni Dünya Düzəni siyasətinin tərkib hissəsidir. Dövlət idarəçiliyində, ictimai maliyyələrin idarə edilməsində və dövlət qulluğu sahələrində korrupsiya və özbaşınalıq da qlobal problemlərin yerli səviyyədə yaratdığı ciddi təhlükələrdir. Başqa sözlə desək, ictimaiyyətin gündəlik həyatına dəxili olan “pis idarəçilik” və region ölkələri ilə konfrontasiya təbliğatı qlobal təhlükələrin yerli səviyyədə təzahürüdür. Belə “pis idarəçilik” yerli səviyyədə təhlükələrin mənbəyinə çevrilir. Məsələn, iqtisadi və siyasi hakimiyyətin bir qrupun əlində cəmləşməsi, dövlət məmurlarının marağını müdafiə edən hakimiyyət piramidasının yaradılması, cəmiyyət üzərində ciddi dövlət nəzarətinin qurulması, kütləvi miqrasiya, yerli iqtisadiyyatın dağılması, sənayenin, təhsilin, elmin və mədəniyyətin, səhiyyə sisteminin zəifləməsi dövlətin varlığına ciddi təhlükələr yaradır.
         Bir qrup dövlətlərin, xüsusilə ABŞ-ın təhlükəsizliyi üçün düşünülmüş “Yeni Dünya Düzəni”  qlobal  təhlükələrin qarşısını hamı üçün və hər yerdə nəinki ala bilməz əksinə üçüncü dünya ölkələri üçün yeni regional və yerli təhlükələr yaradır. Belə təhlükələr siyahısında  kiçik dövlətlərin hərbi nəzarətə alınması, “yaxşı idarəçiliyin” qurulma imkanının itirilməsi, iqtisadi suverenliyin və müstəqilliyin təmin edilməsinin mümkünsüzlüyü və sair aid ola bilər.  Bu siyahıya regional münaqişələrin gizli dəstəklənməsini, daxili siyasi sabitliyə mane olan tədbirlərin görülməsini, milli özünəməxsusluğun itirilməsi üçün KİV-lərdən istifadəni, ekoloji tarazlığın pozulmasını, etnik və dini konfliktlərin qızışdırılmasını, separatçılıq meyllərinin gücləndirilməsini və mütəmadi terror aktlarının həyata keçirilməsini də daxil etmək olar. Odur ki, hər hansı ölkənin, o cümlədən Azərbaycanın təhlükəsizliyi dedikdə hər şeydən əvvəl qlobal təhlükələrin inikası olan yerli və regional təhlükələrin aradan qaldırılması nəzərdə tutulmalıdır. 
Bu gün  Cənubi Qafqaz ölkələrinin hər üçünün başı üzərində olan təhlükələr eynidir. Hər üç respublika getdikcə bu və ya digər ölkənin hərbi nəzarətinə keçir. Hər üç respublikada  “yaxşı idarəçiliyin” qurulma imkanı getdikcə itirilir. İqtisadi suverenliyin və müstəqilliyin təmin edilməsi isə getdikcə daha da çətinləşir. Region ölkələr ilə sülh şəraitində yaşamağın və inteqrasiya imkanlarının çətinləşdiyi artıq hiss edilir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına Azərbaycanda edilən etirazlar bir daha sübut etdi ki, Azərbaycan cəmiyyəti regional təhlükələrin nədən ibarət olduğunu hələ tam dərk etmir. Belə vəziyyət Ermənistan və Gürcüstan cəmiyyətlərində də hökm sürür. Odur ki, yaxın gələcəkdə regional konfliktlərin həllini gözləmək ən azı sadəlövhlükdür.
Cənubi Qafqazın təhlükəsizliyinin prioritet siyasi məsuliyyət  olduğunu nəzər alaraq bütün siyasi partiyaların, ictimai təşkilatların bilik və bacarıqları səfərbər edilməlidir.  Cənubi Qafqaz bu ərazidə yaşayan,  dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq  hər bir kəsin ümumi EVİdir. Min illərdir bu EV  bütün Qafqazlılara  əmanətdir.


mayis_gulaliyev@yahoo.com

"Həmkarlar təşkilatları mədəni reketçiliklə məşğuldur"

 Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə müsahibə


Xarici şirkətlər bizim kimi ölkələrdə çalışmağa başlayanda öncə Əmək Məcəlləsində dəyişiklik etdirib, ora özlərinə sərfəli maddələr əlavə edirlər


Azərbaycana bir cəngəllik kimi, şirkətlərindəki azərbaycanlı işçilərə də vəhşi kimi baxırlar və onlarla da vəhşi kimi rəftar edirlər


- Mirvari xanım, hazırda ölkəmizdə Həmkarlar ittifaqlarının durumu necədir?
- Çox yaralı yerdən başladınız. Birmənalı deyə bilərəm ki, Azərbaycanda həmkarlar təşkilatı yoxdur. Niyə? Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 309-cu maddəsinə görə həmkarlar təşkilatı bu məcəllənin idarə və müəssisələrdə yerinə yetirilməsinə nəzarət etməlidir. Həmkarlar təşkilatı buna əməl edirmi? Ölkənin baş həmkarı - Həmkarlar İttifaqı Konfederasiyası Prezident aparatının qeyri-rəsmi bir strukturu, əlavəsi kimi fəaliyyət göstərir. Onlardan pis nümunə götürərək yerlərdə də həmkarlar təşkilatları ayrı-ayrı idarələrin bir şöbəsi, bölməsi kimi çalışır. İdarələrdə işçiləri kütləvi şəkildə işdən çıxardırlar, həmkarlar susur. İşçilərin əmək haqqını səbəbsiz olaraq azaldırlar, onlar zərərli işlərdə çalışmağa məcbur edilir, həmkarlar susur. İdarədə qanunsuz ixtisarlar aparılır, həmkarlar susur. İşçilərin hər addımbaşı haqları tapdanır, onlar söyülür, təhqir edilir, bəzən hətta döyülür, həmkarlar susur. Konkret bir misal çəkim. Təkcə bu ilin 7 ayında Azərbaycanın neft sənayesində 13 ölüm hadisəsi baş verib. Zədələnənlər, xəsarət alanlar isə bundan bir neçə dəfə çoxdur. Bu biabırçılıqdır. Deməli, işçilər dözülməz şəraitdə işləyir. Təsəvvür edin, hər il neft sənayesində 25 min adam işdən azad edilir. Əksəriyyəti də qanuni əsaslar olmadan. Həmkarlar susur. Daha dəqiq desək, həmkarların varlığı, yoxluğu hiss olunmur.
- Bəzən elə də olur ki, həmkarlar təşkilatı nəinki öz üzvünün hüquqlarını qorumur, hətta onun vurulmasında iştirak edir.
- Tamamilə haqlısısınız. Bakının Balaxanı qəsəbəsində Balaxanıneft NQÇİ-də çalışan bir neftçinin məhkəmədə hüquqlarını qoruyurduq. Həmin məhkəmədə müdiriyyətin təmsilçisi, müdafiəçisi kimi məhkəməyə kim gəlsə yaxşıdır, həmin idarədəki həmkarlar təşkilatının sədri. İşçini qorumalı olan həmkarlar müdiriyyəti qoruyurdu.
- Belə olan məqamda alternativ həmkarlar təşkilatı yaratmaq olmazmı?
- Niyə olmur. Bu, qanunçuluğa baxanda çox sadədir. 7 nəfər yığışıb, bu təşkilatı yaradır. Dərd bundan sonrasıdır. Yəni Azərbaycan Ədliyyə Nazirliyi bütün gücünü işə salıb belə alternativ həmkarlar təşkilatını qeydə almır. Lakin bu, insanları ruhdan salmamalıdır. Elə biz də öz təşkilatımızı yaradanda az maneələrlə qarşılaşmadıq. Əvvəlcə hüquq müdafiəçisi Nofella Cəfəroğlunun ofisində toplaşdıq. Sonra tədbirlərimizi müxtəlif çayxanalarda keçirdik. Ətrafımıza onlarla, yüzlərlə insan toplaşdı. 10 il qeydiyyata alınmasaq da, həmin müddətdə xeyli faydalı işlər görə bildik.
Bizdəki həmkarlar təşkilatının forması sovetdən qalma, çürümüş bir qurumdur. Bu, mütləq dəyişməli, buraxılmalıdır. Bu sahəyə baxışlar dəyişməlidir. Görün, nə qədər gülməli haldır ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası kimi gurultulu bir ad daşıyan qurum bəyanat verir ki, M c.Donalds və Koka-kola şirkətlərinin rəhbərliyi niyə öz həmkarlar təşkilatını yaratmır, buna imkan vermir? Sual edirik – nəyə görə işəgötürən həmkarlar təşkilatı yaratmalıdır, nəyə görə bu iş üçün işə götürəndən icazə alınmalıdır? 
- Doğrudan da, maraqlıdır. Niyə özəl təşkilatların çoxunda həmkarlar təşkilatı yoxdur?
- Bilirsiniz, həmkarlar təşkilatı elə bir qurumdur ki, bunu yaratmağa işəgötürən yox, işçilər özləri maraqlı olmalıdırlar. İşçilərin isə bir çoxu bunun mahiyyətini bilmir, mahiyyətini bilənlər də yaratmağa maraqlı deyillər. Çünki bilirlər ki, həmin qurumu yaradan kimi, onları məcbur edəcəklər ki, Prezident Aparatının bir əlavəsi kimi fəaliyyət göstərən Konfederasiyanın tərkibinə keçsinlər, hər kəsdən 2 faiz alıb bu təşkilatın hesabına ödəsinlər, nəticədə də pulları getsə də, heç bir hüquqları qorunmasın.
- Hazırda sizin təşkilata alternativ varmı?
- Çox təəssüf ki, yox. Amma biz bunun üçün çalışırıq. Bu ilin sonundan başlayaraq biz 7 aylıq bir layihə gerçəkləşdirəcəyik. Almaniyanın, Türkiyənin, Gürcüstanın, Norveçin bu sahədə çox zəngin təcrübəsi var. Onların nümayəndələri gəlib burada treninqlər keçəcək, təcrübələrini öyrədəcəklər. 
- Bizdə olan məlumata görə xarici ölkələrdə bir idarədə bəzən bir neçə həmkarlar təşkilatı olur. Fəhlələrin həmkarlar təşkilatı bəzən o qədər güclü olur, müdiriyyəti o qədər küncə sıxır ki, bir həmkarlar təşkilatı da yaranır müdiriyyətin hüquqlarını qorumaq üçün.
Ümumiyyətlə, xaricdə həmkarlar ittifaqı ilə bağlı maraqlı nümunələr çoxdur. Elə dediyim Norveç ölkəsində, Statyol şirkətində əvvəllər 5 həmkarlar ittifaqı var idi. Sonradan onların bir çoxu birləşdi, indi 2-si qalıb. Hər yerdə olduğu kimi həmkarlar ittifaqının təşkilində də azad rəqabətin olması, insanların seçim imkanının olması çox yaxşıdır. İşçi görər ki, hansı həmkarlar təşkilatı daha yaxşı işləyir, onların hüquqlarını daha yaxşı qoruyur, ona da üzv olar, ya da heç olmaz.
- Siz söhbətin əvvəlində dediniz ki, sovet dönəmindən qalan həmkarlar təşkilatları ləğv olunmalı, yeni modelli həmkarlar təşkilatları yaranmalıdır. Həmin yeni model nədən ibarət olmalıdır?
- Öncə hər bir idarənin həmkarlar təşkilatı bu müəssisədən kənarda yerləşməlidir. Yəni, həmkarlar təşkilatına müraciət edən bilməlidir ki, mən tamam başqa bir quruma müraciət edirəm. Həmkarlar təşkilatına otağı verirlər idarə müdirinin böyründə, bəzən hüququ pozulan işçini heç həmin binaya buraxmırlar da. İşçi bilmir ki, burada hüququmu pozan kimdir, qoruyan kim. Adını çəkdiyim Statoyl şirkətinin həmkarlar ittifaqlarının binaları həmin şirkətdən tamam kənarda yerləşir və heç kimdən asılı olmayaraq müstəqil qərarlar qəbul edir.
Həmkarların yeni modeli ondan ibarətdir ki, insanı zorla həmkarlar təşkilatına üzv etmirlər. Yoxsa, bizdəki kimi. İşçi əmri alan kimi ərizəsiz-filansız avtomatik olur həmkarların üzvü. Necə ki, dünyaya gələn kimi oldun insan. Bəzən işçi işdən çıxandan sonra da elə orada üzv kimi qalır. Adamlar hələ də hesab edirlər ki, həmkarlar ittifaqı putyovka və yardım verən idarədir. Bilmirlər ki, həmkarlar ittifaqı onun pozulmuş hüquqlarını qorumalıdır.
- Bir neçə il öncə, qəfildən bəlli oldu ki, həmkarlar ittifaqına üzv olanlar ayda əmək haqqının 1 yox, 2 faizi qədər üzvlük haqqı verməlidirlər.
- Bu çox gülünc qərar idi. Həmin vaxt ölkədə əhalinin 40 faizi yoxsulluq həddində yaşayırdı. Hansı yoxsul razı olar ki, hüququnu qorumayan təşkilata 1 yox, 2 faiz üzvlük haqqı versin. Sonra da bəlli olsun ki, bu pulun hara xərcləndiyini çoxları bilmir. Hətta belə məlumatlar dolaşır ki, üzvlük haqqından böyüklərə də pay verilir. 2003-cü ildə bu qərar müzakirə olunanda Neft şirkətinin sədri Natiq Əliyev buna etiraz etdi. Lakin bu idarənin yuxarı eşalonunda çalışanların bir qismi daha irəli gedərək 2010-cu ilin aprel ayında təklif etdilər ki, 2 faiz üzvlük haqqından əlavə Silahlı Qüvvələrə Yardım Fonduna da 2 faiz pul tutulsun. Təsəvvür edin, Neft Şirkətinin 85 min işçisindən il yarımdır ki, Silahlı Qüvvələrə Yardım Fonduna yüz min manatlarla pul tutulur. Jurnalistlər isə araşdırıb tapa bilmirlər ki, bu pul hansı hesaba köçürülür.
Bu gün ən acınacaqlı hal odur ki, işəgötürən başa düşmür ki, harada normal, güclü həmkarlar təşkilatı var, orada ədalət var, 
yüksəliş var.
- Siz neftçilərin hüququnu qoruyan bir təşkilat kimi ölkədə məşhursunuz. Təhsil, səhiyyə sahəsində də belə alternativlər varmı?
- Təəssüf ki, yoxdur, olması da müşkül məsələdir. Çünki təhsilimiz də, səhiyyəmiz də çirkab içindədir. Təhsil sahəsində adi müəllimdən tutmuş təhsil şöbə müdirinədək hamı rüşvətə bulaşıbsa, müəllim şagirddən rüşvət alırsa, orada həmkarlara kimi seçəcəklər. Səhiyyə sahəsi bundan da betər. Korrupsiya olan yerdə həmkarlara yer yoxdur. Tutaq ki, biz 70-dən artıq neftçinin müdafiəsi üçün məhkəmə iddiası qaldırmışıq və onlardan da 33-nü udmuşuq. Təəssüf ki, hər hansı müəllimin və həkimin müdafiəsinə belə qalxan həmkarlar təşkilatı yoxdur.
Bilirsiniz, bu ölkədə əksər qanunlar işləmir. Əksəriyyət qanunu necə başa düşür və ya ona necə sərf edir, o cür də icra edir. Tutaq ki, direktor bir müəllimi işdən çıxartmaq istəyirsə, onu buna görə qanuni əsaslar maraqlandırmır. İstəmirəm, vəssalam. Çünki onu bu vəzifəyə təyin edən də elə bu qayda ilə işləyir, o da elə onun səviyyəsində olur.
- Mirvari xanım, düzü bu sualı əvvəldə verməli idim, bir az sonraya düşdü. Necə oldu ki, taleyinizi həmkarlarla bağladınız?
-1994-cü ildə ki, əsrin müqaviləsi bağlanıldı, xarici şirkətlər ölkəmizə ayaq açdı, üzdə çox təmtəraqlar olsa da, pərdə arxasında məlum oldu ki, bu xarici şirkətlər Azərbaycana bir cəngəllik kimi, şirkətlərindəki azərbaycanlı işçilərə də vəhşi kimi baxırlar və onlarla da vəhşi kimi rəftar edirlər – söyür, təhqir edir, alçaldır və sair. Məhz belə məqamda, 1996-cı ildə biz neftçilərin hüquqlarını qorumaq qərarına gəldik. Öncə bizi eşitmək istəmirdilər. Onlar Azərbaycan haqqında o qədər mənfi fikirdə idilər ki, hətta gecələr çölə çıxmağa ehtiyat edirdilər. Bizim ardıcıl fəaliyyətimiz, onların neqativ hərəkətlərini aşkarlamağımız, ictimailəşdirməyimiz bu şirkət rəhbərlərini mövqelərini dəyişməyə məcbur etdi. Biz həmin şirkət sahiblərinin özbaşınalığına etiraz əlaməti olaraq 4 şirkətdə tətil təşkil etməyə nail olduq. Bundan sonra bizimlə tərəf kimi danışmağa, məktublarımıza cavab verməyə, bəyanatlarımıza reaksiya göstərməyə məcbur oldular.
Məlumat üçün deyim ki, xarici şirkətlər bizim kimi ölkələrdə çalışmağa başlayanda öncə çalışırlar ki, Əmək Məcəlləsində dəyişiklik edib, ora özlərinə sərfəli maddələr əlavə etdirsinlər, həmkarlar təşkilatlarını buraxsınlar. Çünki onlar öz ölkələrindəki həmkarlar təşkilatlarının gücünü bildiklərindən, istəmirlər ki, burada həmkarlar ittifaqı xətti ilə özlərinə başağrısı yaratsınlar.
- Bu gün regionlarla necə işləyirsiniz?
- Təəssüf ki, vəsaitimiz kifayət qədər olmadığı üçün regionlarda filiallarımızı yarada bilmirik, ən yaxşı halda bəzi seminarlar keçiririk. Bundan əlavə yerlərdə bəzi layihələri gerçəkləşdiririk. Məsələn, cənub bölgəsində Ələt-Astara yolunun inşası zamanı problem yaranmışdı. Bəzilərindən yola düşən torpağı dəyər-dəyməzinə alırdılar. Biz bu məsələni araşdırdıq, Asiya İnkişaf Bankı qarşısında məsələ qaldırdıq. Əvvəllər 3 200 manata satılan torpağı sonra 7 min manata dəyərləndirdilər. Kimsə əvvəlki qiymətlə razılaşıb həmin məbləğə imza atmışdı, belələri daha çox uduzdu. Biz Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsində də eyni layihəni reallaşdırdıq. Çox istərdim ki, cənubda korrupsiya ilə bağlı layihə reallaşdırım. Təəssüf ki, vəsait yoxdur. Hazırda isə Lənkəranda Dünya Bankının krediti hesabına reallaşdırılan su-kanalizasiya xətti ilə bağlı monitorinq aparırıq.
Sonda onu demək istəyirəm ki, hüquqlarımızı dərindən bilsək, yaxın vaxtlarda bizim ölkəmizdə də əsl azad həmkarlar olar, hər işçi bilər ki, onun arxasında hər zaman hüquqlarını fədakarlıqla qoruyan bir təşkilat var, daha reketçilik edib, 2 faizlik üzvlük haqqı ilə zəhmət haqqını çırpışdıran qondarma bir qurum yox.
 



http://www.cenubxeberleri.com/

01.09.2011

İmam Mehdi – Osman şahlarının nəslindəndır


Firudin Gilar Bəg
Professional Oxucu Liqası


Bu gün bütün dünyanın mömin insanları axirətin və zamanın sahibinin gəlməsini gözləyirlər. Bu gəlişi dərk etmək ücün hər şeydən əvvəl qədim yazıların gizli mənalarını başa düşmək vacibdir. Çünki, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və onları yalnız rəmzləri oxuya bilənlər, yəni Quranda “anlayan qövm”, “anlayan tayfa” adlandırılan müjdəçilər nəslinin nümayəndəsi aça bilər.
“Kitabi-Dədə Qorqud” abidəsinin ilk sətirlərində Qorqut ata bildirir ki, axır zamanda xanlıq Qayı tayfası olan Osman nəslinə qayıdacaq və qiyamətə qədər heç kəs onlardan ala bilməyəcək. Qorqut atanın sözlərindən belə çıxır ki, axirətdə, yəni zamanın sahibi gəldikdən sonra, hökmranlıq ən qədim dövrlərdəki kimi yenidən Qayı tayfasına dönəcək. Qayı [QY] rəmzi iran mənbələrində Key [KY] (Key Xosrov, Key Kavus və s.) kimi, yunanlarda Axayi [XY], yəhudi mənbələrində Qoyi [QY] və s. kimi yazılır.
İran mənbələrində Key rəmzi Kəyan taxtı ilə bağlı olub, İran şahlarına aid rəmz sayılır. Firdovsi “Şahnamə”sində bildirir ki, Cəmşid bir dənizi keçib Göyə ayaq açır və göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxaraq fəzada günəştək qərar tutur. Kəyan rəmzi sufilikdə okean rəmzi ilə eyni mənalıdır və işıq okeanı mənasında ilkin materiyanı, yəni göyləri bildirir. Bu isə o deməkdir ki, Cəmşid obrazı qədim misir yazılarında günəş Allahı Ra-ya (Azər) çevrilmiş Əman Allahının (Osman) obrazıdır. Məşhur araşdırıcı C. Frezer isə bu obrazı Silvi şahlarının banisi kimi qeyd edir ki, o da öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», М., 1986, səh.147).
Əbu Reyhan Biruni bildirir ki, Kəyanilər İraqa gələndən sonra Məqrib sakinləri onlari xaldey adlandırdılar. Xaldey [XLD] rəmzi Gel rəmzindən yaranmışdır və “Gel-Ata” [GL-T] fikrini ifadə edir. Bu rəmz mənbələrdə Gilad/Xilat/Kelt/Qalut/Qalaad və s. kimi, ərəb mənbələrində isə rəmz Cil/Calut və s. kimi qeyd olunur. İslamda bu rəmz Qulat kimi də məlumdur və ifrat şiələrə aid edilir. Sahib əz-Zaman əvəzinə İmam Əli ibn Əbu Talibi gözləyən bu ifrat şiələr nəsli mənbələrdə Əlinin qardaşı Akilin, yəni Agelin (Gel) nəsli hesab edilir. Buxarinin hədisinə görə isə Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Akilə [KL], yəni Gelə [GL] çatmış evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır. Məhəmməd rəmzi sufilikdə “Midiya maqı” fikrini ifadə edir ki, bu rəmz həm “dünya”nı yaradana, həm axirətdə gələn Mehdiyə aid edilməlidir. Əgər nəzərə alsaq ki, hələ e. ə. VIII əsrə aid Assuriya yazılarında Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri») ölkəsinin adı çəkilir, razılaşarıq ki, mənbələrdə Ərəb ölkəsi deyəndə, indi özlərini pir, şıx, seyid və s. adlandıran Azəri türklərinin Midiya ölkəsi başa düşülməlidir. Ərəb rəmzinin “arap” [RP] kimi yazılışı isə onu göstərir ki, bu rəmz məhz “pir” [PR], yəni Misir fironlarının nəslinə aid edilməlidir. Çünki qədim Misirdə müqəddəslər nəsli pir (pirao) adlandırılırdı ki, bu rəmz indi də Azəri müqəddəslərinə aid edilir.
Strabona görə qədim dövrdən Gel şəhərində, yəni Geliopol məhəlləsində fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər yaşamışlar (М. А. Коростовцев, «Религия древнего Египта, М., 1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib olunmuşdur (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.310). Əflatuna görə isə dövləti xoşbəxtliyə yalnız Gel filosofları çatdira bilər. Mənbələrdə qeyd edilir ki, Mesapotamiya və xaldey astroloqları maqlar hesab olunur və ən qədim dövrlərdən onlar Midiya və Fars ölkəsinin kahin təbəqəsinin nümayəndələri sayılır.
Lakin Gel evı erməni tarixçisi M. Xorenatsiyə görə eyni zamanda Yerusəlim şəhəridir ki, peyğəmbər məhz bura merac etmişdir. Yerusəlim şəhərinin digər adınin Qüds olması isə onu göstərir ki, bu beyt bilavasitə müsəlman və yəhudi müqəddəslərinin eli olan kaduslar (kuddus/əqdəs/kodeş) elində, yəni Azərbaycan ərazisindəki Gel yurdunda yerləşir. Kadus [KDS] rəmzinin yunanlarda ölüm şahlığı olan Qades [QDS] rəmzi ilə eyniliyi o nəticəyə gətirib çıxarır ki, müqəddəslər nəslinin nümayəndəsi olan Məhəmməd peyğəmbər - Geliopoldan ərşə yüksəlmiş Ra-Amon, yəni Rəhman Allahın obrazıdır.
Yunan mifologiyasina görə Gelə gələn Herakl burada yarı-ilan, yarı-qadın olan Yexidna ilə cütləşir və ondan “əjdahadan doğulmuşlar” (Ağafirs, Gelon və Skif ) yaranır. Qədim mənbələrdə ilandan, yəni “əjdahadan doğulmuşlar” dedikdə bilavasitə midiyanın marlar və Allahlar nəsli nəzərdə tutulur. Mar rəmzi ən əski dövrlərdən əjdahalar (ilan) nəslinə aid edilmişdir ki, erməni tarixçisi Təbrizli Arakel “əjdahadan doğulmuş” Midiya maqlarını “Osman şahlarının nəsli” adlandırır. Bu isə o deməkdir ki, Gel eli elə qədim Misir Allahlarinin vətəni olan Geliopol şəhəridir və bura eyni zamanda Osman şahlarının vətənidir. Qədim Misir mənbələrində açiq yazılır ki, Allahların vətəni, Günəş Allahının (Ra) doğulduğu yerdə (Şərqdə - Albaniyada), yəni İran dağlarında yerləşir ki, buranın digər adı da Ta-Meri (Mar-Tu - Misir) – marlar (midiyalılar) diyarıdır. Buna görə də Qədim misir yazılarında Şərq - Böyük Allahın, əsasən də Geliopol, yəni Gel şəhərinin baş Allahı Ra-Xaraktinin (Ər-Qorqut) sevdiyi yer olmuşdur.
Heraklın məhz Gelə gələrək burada ilkin materiya ilə təmasda olması o deməkdir ki, mənbələrdəki Herakleopol, yəni Heraklın (Qor-Gel rəmzi) şəhəri də elə Geliopol şəhəridir. Misir mənbələrinə görə Allah ilk dəfə ilkin sulardan, yəni ilkin materiyadan quruya məhz Herakleopolda çıxmışdır. “Dünya”nın yaradılmasına başlandığı ilkin Benben təpəsi (Kitabi-Dədə Qorqudda - Bambam) də “Ra günəşinin məbədgahı olan Geliopol”da, yəni “Ra-Gel”-də yerləşir ki, mənbələrdə bu rəmz Gelar kimi də qeyd olunur. Belə çıxır ki Allah “dünya”nı, Məhəmməd peyğəmbərin evi sayılan Gel evində, yəni Geliopolda (Gelar) yaratmışdır.
Erməni mənbələrində xüsusi olaraq nəzərə çatdırılır ki, Gelə gələn Gelam bura Gelarküni adını verir və məhz burada doğulmuş Sisaka (sak, skif rəmzləri) nəslindən olan ərə (axirətdə gələn Mehdiyə) Alban torpaqları əbədi verilmişdir. Qədim Misir mətnlərinə görə də Sax (sak) ilahəsi məhz İunu-da, yəni Geliopolda – Gel şəhərində yaşayır.
Küni [KN] rəmzinin sufilikdə Kean [KN] kimi oxunuşu və Gelar-küni rəmzinin digər yerdə “Gelaküni dənizlə birgə” kimi qeyd olunması o deməkdir ki, göy okeanı məhz burada yerlə birləşmişdir və Kəan/Kəyan [KN] taxtı burada qurulmuşdur. Başqa sözlə, “göyü saxlayan” Herakl sütunu buradan ucaldılmiş, Quranda qeyd olunan iki dənizin arasındakı Bərzax (Ba-Arsax rəmzi) keçidi burada yaradılmışdır və s.
Digər tərəfdən, qədim Misirin “Ölülər kitabı”nın 152-ci (“Evi necə yerdə tikmək lazımdır”) bölümündə Beytin bilavasitə İunu, yəni Geliopol - Gel şəhərində tikilməsi qeyd olunur. Bu kitaba görə qocalmış Ra günəşinin evi İunudadır. Məhz bu Geliopol şəhərindəki saraydan çıxan Ptah (Yafət) Allahı indi də yaşayır. Mətnlərə görə Osiris/Oziri Allahının da bədəni İunu, yəni Geliopol şəhərində uyuyur. Axirətdə isə Osiris/Ozirinin ruhu (Azər) Geliopola gətiriləcək və burada əvvəlcədən yaradılmış bədəni ilə birləşib Qor Allahına çevriləcəkdir. Yəni, Sahib əz-Zaman Mehdi axirətdə məhz buradan Qor Allahı timsalında zühur edəcəkdir.
M. Xorenatsinin Gelarkünini eyni zamanda Qarni [QRN] adlandırması o deməkdir kı, Quran [QRN] rəmzi də bilavasitə Gel eli ilə bağlıdır (M. Xorenatsi, kitab I/12). Araşdırıcıların kainatı nəhəng Qurana bənzətməsi, Quranın eyni zamanda Cəbərutda yerləşməsi, onun həyat verməsi, axirətə əmr etməsi və s. rəmzlər göstərir ki, Quran məhz Qərəə, yəni Qor Allahı mənasında yaranışda iştirak etmiş və axirətdə gələn qədim Misir Allahının, yəni Rəhmanın obrazıdır. Quranın “əl-Qariə” surəsinin – “ürəkləri dəhşətə salan qiyamət” mənasında olması, onun həqiqətən də axirətdə Qor Allahının timsalında gəlməsi deməkdir. Deməlı, axirətdə zühur edəcək Mehdi, “dünya”nın yaradıldığı zaman yaradılmış Qor Allahının obrazıdır və o məhz Geliopolda, yəni Gelarkünidə zahir olacaqdır. Bu isə o deməkdir ki, Mehdi - qaibdən, yəni gizli vəziyyətdən zahir olmuş (zühur etmiş) insan simasında “danışan Quran”dır.
Mənbələrdə Qor/Xor rəmzi Xürrəmi kimi də yazılır və Babəkə aid edilir. Mətnlərdə Cavidanın ruhunun Babəkə keçməsi, Babəkin ölümsüz adlandırılması, Mehdinin zühurunun məhz buradakı Bəzzeyn dağlarından gözlənilməsi və s. faktlar onu göstərir ki, Babək burada imam Mehdi rolunda çıxış edir və o qədim Misirin axirətdə gələcək Qor/Xor Allahının obrazıdır.
Xristian yazilarına görə axirətdə Nazaretli, yəni nizari İisus Xristos - İsa Məsih zühur edəcəkdir. Buradakı Xristos/Xrist rəmzi məhz “Xor-issi” mənasında axirətdə gələn peygəmbərin Xor, yəni “Qor Allahının ruhu” olması deməkdir. Qor/Qoris/Xoris [QRS] rəmzi Buddanın təlimində Krişna [KRŞ] kimi, İslamda isə Qüreyiş [QRŞ] kimi göstərilir. Hədislərdə Məhəmməd peyğəmbərin öz nəslinə – “mənimlə hovuz yanında görüşənədək dözün” deməsi, peyğəmbərin axirətdə gələcəyinə işarədir.
Peyğəmbərin öz nəsli ilə hovuz yanındakı görüşü, Tövratda Musa və Yaqub peyğəmbərə aid edilir. Madiama, yəni Midiyaya gələn Musa peyğəmbər buradakı su quyusunun yanında Keneyalı Raquilin sürüsünü suvarır (Tövr. II kitab 2:15-18). Yaqub peyğəmbər isə Şərq oğullarının torpağına gələrək, Lavanın (Alban) qızı Raxil üçün su quyusunun ağzından daşı götürür və sürünü su ilə təmin edir (Tövr. I kitab.29:9,10). Buradakı “Raquil” [R-QL] və “Raxil” [R-XL] rəmzləri sufilikdə “Ra-Gel” [R-GL] mənasinda Gelar [GL-R] elinə aiddir ki, Raquilin Keneyalı olması, onun GelarKüni bəgi olması deməkdir. Tarixçi Sebeoc isə “İmperator İraklın tarixi” (III/XXXIII) kitabında İraklı [R-KL], yəni Ra-Gel obrazını İsa peyğəmbər rolunda göstərir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbərin öz nəsli ilə hovuz yanındakı görüşü, Midiya maqı olan Rəhman Allahın axirətdə İsa Məsih obrazı ilə görüşməsi mənasındadır.
Mənbələrə görə Yaqub peyğəmbərin ailəsinə verilmiş Gel şəhəri Aşağı və Yuxarı hissələrə bölünür ki, bu da (İç Oguz, Tış Oguz) Allahın göydəki (cənnət) və yerdəki eli mənasındadir. Əhdi-Ətiqdə, Yezekiil peyğəmbərin kitabında Misir və Assur rəmzləri dünya ağacı timsalında Allahın ilkin materiyadaki, yəni göydəki eli mənasında göstərilir (Əhdi-Ətiq, Yezek.31:3,4,7). Misir rəmzinin M-Əsər, yəni “Əsərdən doğulmuş” mənasını nəzərə alsaq, razılaşarıq ki, Misir, Aşşur/Assur/Assuriya rəmzləri bilavasitə Azər elinə aid rəmzlərdir ki, mənbələr onu Azəriyyə (Assiriya) kimi də qeyd edirlər. Erməni mənbələrində Azər (Azarapet – Azər-Yafət) rəmzi digər yerdə Xəzər (Xazarapet – Xəzər-Yafət) kimi yazılır və Yafət-Aran rəmzinə aid edilərək bilavasitə Gelarküni, yəni Gel eli ilə əlaqələndirilir.
M. Xorenatsinin Yafət-Ərən rəmzini Gel eli ilə əlaqələndirməsi o deməkdir ki, dünyanın sahibləri ən qədim dövrdən Gelar/Gilar bəgləri olmuşlar. Çünki Kitabi-Dədə Qorqudda məhz bu bəg-ərənlər - “Dünya mənim” deyərək öyünmüşlər: «Hanı ögdügümüz bəg ərənlər, Dünya mənim deyənlər. Əcəl aldı, yer gizlətdi, fani dünya kimə qaldı?” (“Kitabi-Dədə Qorqud”, B.,1988, səh.122). Sahib [SHB] rəmzi sufilikdə “sax-aba” [SXB] kimi də oxunub - saklar, yəni Sisaka eli olan Gelarküniyə aid edilməlidir. Lakin bu rəmz eyni zamanda Məhəmməd peygəmbərin “əshabə”lərinin rəmzidir. Bu rəmzin digər sufi oxunuş variantı Baxus [BXS] variantıdır ki, bu da Osiris, Dionis, Adonis və s. Allahlara aiddir. “Bəg-issi” [BG-SS], yəni “bəg ruhu” mənasını verən Baxus [BX-S] rəmzi Misir mətnlərində Sebek [S-BK] kimi də yazılır və axirətdə gəlməli olan Sahib əz-Zaman obrazında göstərilir. Mətnlərin birində Osiris-Nu obrazının, yəni Nizar Allahının – “Mən Sebek Allahı kimi diriləcəyəm” deməsi, onun məhz Mehdi rolunda olması deməkdir. Bütün bunlar onu göstərir ki, qədim dünyanın sahibləri, mənbələrdə yəhudi (Ya-Xuda nəsli) adlandırılan Xəzər/Azər türk bəgləri olmuşlar.
Sebek [SBK] rəmzi mənbələrdə Assasin ordeninin banisi Həsən ibn Sabahın [SBH] (fars. Həsən-i Sabbah) adı kimi qalmışdır. XIII əsr mənbələrinə görə Həsən ibn Sabah İranın Ələmut qalasında məlahidlər, yəni mələklər dövləti yaratmışdır ki, bu dövlətin adı “Kuhistan” olmuşdur. Sufilikdə “Kuh” [KH] rəmzi “Haq” [HQ], yəni Allah mənasında olduğu üçün, “Kuhistan” rəmzi də “Haq ölkəsi” fikrini ifadə edir. Mənbələrə görə, Həsən ibn Sabah ölümündən əvvəl Ələmut dövlətini öz xələfinə o vaxta qədər tapşırmışdır ki, vaxtı çatanda “imam öz dövlətinin başına keçəcək”. Başqa bir nizari rəvayətinə görə isə, birinci “gizli imam” - Nizarın nəvəsi olmuşdur ki, yetim qaldıqda nizarilər onu Ələmut qalasına aparmış, burada onu Həsən ibn Sabah gizli tərbiyə etmişdir («Шииты, сунниты, дервиши: вечные тайны ислама», М., 2005, səh.159). “Gizli tərbiyə almış imam” rəmzinin məhz Sahib əz-Zaman olduğunu nəzərə alsaq razılaşarıq ki, burada söhbət Mehdinin zühur dövrünə qədər gizli qalmasından gedir və s.
Sahib əz-Zaman ifadəsindəki “əz-Zaman” [ZMN] rəmzi sufilikdə eyni zamanda Osman [SMN] kimi oxunur ki, bu halda “Sahib əz-Zaman” ifadəsi “Sahib Osman” mənasını verir. Bu isə o deməkdir ki, axirətdə gələn həqiqətən də Osman şahlarının nəslindən olacaqdır. Bu rəmzin digər oxunuş variantlarını nəzərə alsaq, “Sahib əz-Zaman”ın gəlişini – “Osman saklarının (şah rəmzi), yəni Gelarküni elinin Sisaka nəslindən olan bəgin gəlişi” kimi başa düşmək lazımdır.
Gelarküninin Sisaka rəmzini M. Xorenatsi eyni zamanda Sisakan [SSKN] (Sünik) kimi də yazır ki, bu rəmz İslamda (Quranda) Sakin [SKN] kimi qeyd olunur. “Allahın sakinliyi”, yəni “ilahi od”un – “ilkin materiyanın müəyyən varlıqda təzahürü” mənasında olan bu rəmz Tövratda “Skiniya” [SKN] (“Vəhy çadırı”) kimi qeyd olunur. Musa peyğəmbərin göydən gətirdiyi İlahi od, Tövrata görə bu “Vəhy çadırı”nda (“Skinya”) yerləşdirilir ki, bu çadır Tövratda yerdən göyə ucaldılmış “ruhlar dünyası” mənasında göstərilir. Deməli, Sakin [S-KN] rəmzi – İlahi odun mövcud olduğu ərazi, müəyyən varlıq mənasındadır. Bəglər nəslinin Sisakan adlanması isə o deməkdir ki, məhz bu insanlarda Allah nuru mövcuddur. Yəni, onlar ilkin materiyadan yaradılmış kosmik insanın insaniləşmiş variantıdır. Mənbələrdə bu rəmz “Sünik” [S-NK] kimi də yazılır və Gelarküni bəglərinə Allah tərəfdən əbədi verilmiş Albaniya “torpağı” mənasında işlədilir. Xristian yazılarında Sakin rəmzi – “Allahın insan bədənində təzahürü” adlanır və bilavasitə İsa peyğəmbərə aid edilir. İslamda bu rəmz “bəqa”, “xulul”, “ittihad” və s. kimi qeyd olunur və insanla Allahın vəhdətini bildirir.
Sufiliyə görə türk (türük), tərikə silsiləsinin pillələrini qalxdıqca kamilləşir və nəhayət mütləq reallıq olan Həqiqət, yəni “Əsil miskinlik və tam yox olma vadisi” pilləsinə qədəm qoyur. Sufilikdə bu pillə özlüyündə iki fazadan – “fəna” (itirilmə) və “bəqa”, yəni bəglik (əbədi mövcudluq) fazasından ibarətdir. Fəna fazasında türk özü-özünün bu dünyadakı mövcudluğunu hiss edərək Allaha, yəni İlahi mühitə (ilkin materiya) qovuşur. Bəqa (baka) fazasında, yəni bəglik səviyyəsində isə o əbədi Allahda olur. Bu səviyyədə o ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Belə çıxır ki, bəglik – insanın, bütün yaranışın və inkişafin səbəbi olan ilkin materiya ilə vəhdətidir. Bu isə o deməkdir ki, iranlıların Allah mənasını verən “baqa”, rusların isə “boq” sözləri məhz sufilərin bəg, yəni bəqa rəmzidir. Sufinin məhz bu vəziyyəti “İlahinin sakinliyi” (Allahın iştirakı) adlanır.
İslamda, insanla Allahın vəhdəti (“Vəhdət əl Vücud”) deyəndə “xulul” rəmzi nəzərdə tutulur. Əsasən ifrat şiələrin, yəni Gel (Qalut/Qulat) bəglərinin üstünlük verdikləri xulul (xala) rəmzi Allah ruhu olan ilkin materiyanın bir varlığa keçməsi (axirətdə Mehdiyə) mənasındadır. “Tənasüh” adlanan bu keçidə inananlar “əshab ət-tənasüh” və “əshab əl-xulul” adlanır. Xulul rəmzi mənbələrdə xəlil kimi də yazılır və Xəlilullah nəslinə, yəni peyğəmbərlər nəslinə aid edilir. Mənbələrdə bu rəmz Xallux kimi də göstərilərək karluk şahlarına mənsub sayılır. Karluk [K-RLK] rəmzi sufilikdə Gelar [GLR - Ğ] (Gelar-Ağa) rəmzinin variantıdır ki, bu şahlar nəslinin ali titulu “yabqu” (baqa) , yəni “Ya-Bəg” olmuşdur. Lakin Xəlil [XLL/HLL] rəmz eyni zamanda “Allah” [LLH] rəmzinin yazılış formasıdır ki, ən qədin mənbələrdə bu rəmz Luqal, Ekallum, Axill və s. variantlarda yazılaraq məhz “Gel-eli”nə aid edilir.
Xulul rəmzi İslamda “ittihad”, yəni “birləşmə”, “axma” mənasını verən rəmzlə də eyni mənalıdır ki, bu da ilkin materiyanın insan bədəninə “axması”, onunla “birləşməsi” deməkdir. İslamda İlahi mahiyyətin insanla birləşməsi “ittihad əl-ləhut bi-n-nasut” adlanır ki, bu da xristian termini sayılan nasut (insani) və laxut (ilahi) rəmzlərindən yaranmışdır və Allahın insanda təcəssümü mənasındadır. Deməli, xulul deyəndə - Allaha çevrilmiş, yəni ilkin materiyanı öz istədiyi kimi idarə etməyi bacaran insan təsəvvür olunmalıdır. Belə insan isə mənbələrə görə, Gelə, yəni Xelata (Xald/Gilad) gələn türk məmlükü Sökmən, yəni Sak-Əman olmuşdur. Xelata gələn Sökmən (Nəsirəddin Mühəmməd Sökmən II) burada özünü Şahi-Ərmən adlandırır ki, bu da Ər-Əman, yəni Ra-Amon deməkdir (K. Гандзакеци, «История Армении», М., 1976, səh.282). Faruq Sümərə görə türk məmlüklərinin nəsli olan bu Ərmənşahın ölümündən sonra Xilat (Xald/Gelad) Azərbaycan atabəglərinin malikanəsinə çevrilir («Историческая география Азербайджана», Б., 1987, səh.95). Atabəg rəmzi – Allahla vəhdət təşkil edənlərin, yəni Allaha çevrilmişlərin atası mənasındadır ki, bu rəmz ən qədim misir yazılarında bütün Allahların atası olan Amon-Ra – ya (Ra-Əman – Rəhman) aid edilir. Erməni mənbələrində bu bəglər “paron”, “paronter” adlanır ki, bu da firon, Allah-firon deməkdir.
Gelə gələn Sökmənin məmlük [MMLK] olması, onun mələk (malik) [MLK] obrazında olması deməkdir. Məqalələrimizdə qeyd etdik ki, Qəzaliyə görə mələklər üç növ olur ki, bu da Yer, Göy və Allahın taxtını daşıyan mələkləridir. Tarixçi M. Xorenatsinin «türk» rəmzini («Tork-Anqelea» - Türk-Mələk) «mələk» rəmzi ilə eyniləşdirməsi onu göstərir ki, mənbələrdə yer mələkləri deyəndə sufiliyin tərikə silsiləsini keçmiş türklər başa düşülməlidir. İsmailiyə türklərinin mənbələrdə mələhi, məlahi, əl-mülhid, əl-məlahid və s. adlandırılması isə o deməkdir ki, İbrahim Xəlilullahın oğlu İsmailin mələklər nəsli, Azəri torpağında yaradılmış Mələküt aləmindən, yəni göydəki dünyadan enmişlər. Bu Mələküt aləminin yolu isə ismailiyə türk bəglərinin qalası olan Ələmut (Muta eli – Midiya qalası) qalasındandır.
Qurana görə Allah peyğəmbərləri məhz mələklər nəslindən, yəni Gel elindən göndərir: “Allah elçiləri mələklərdən və insanlardan seçir. Həqiqətən Allah eşidən və biləndir” (Quran, 22:75). Burada elçinin mələklərdən seçilməsi dedikdə, onların məhz Gel (angel) bəglərindən olması nəzərdə turulur. Məhz buna görə İslamda 12-ci imamın gəlişi ilə bağlı olan təlim - gel rəmzi mənasında xiliazm/xiliizm adlanır. Xristian yazılarinda qeyd olunan Arxangel [RXN-GL], yəni baş mələk rəmzi sufilikdə Gelarküni [GL-RKN] rəmzi ilə eynidir. Həqiqətən də Gelə gələn Gelam-ın [GLM] rəmzi, sufilikdə mələk [MLK] rəmzi ilə eynidir. Gel/Gelam rəmzlərinin bilavasitə mələk rəmzi ilə əlaqəsi onu göstərir ki, Gelarküni bəgləri həqiqətən də peyğəmbərlər, mələklər nəslidir. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan Qor Allahı, yəni Sahib əz-Zaman - bütün qədim Allahların, o cümlədən qədim Misirin baş Allahı və Allahların atası olan Ra-Əmanın (Rəhman) doğulduğu Gelarkünidə zühur etməlidir.
Lakin bu zühurdan əvvəl, Sahib əz-Zamanın ruhu İsa Məsih obrazında, yəni insan simasında yerdə doğulacaq və bütün dinlərin eyni kökdən olduğunu sübut edən kitab gətirəcəkdir. Haqsızlıqlara məruz qalan və əziyyətlər çəkən Məsihin ölümündən sonra isə onun ruhu bütün dünyanı əhatə edən kosmik insanın ruhuna çevrilərək Ra-Əman Allahın ərşdəki taxtında əyləşəcəkdir. Bununla da 5514 il ömür sürmüş birinci Adəmin [DM] yerində ikinci Atum [TM] Allahı – Adəm gələcək ki, bundan sonra yerdə haq-ədalət üzərində bər-qərar olan qızıl əsr başlayacaqdır.
Bunlar haqda daha geniş məlumat, yeni çapdan çıxmış «Batini-Quran» kitabında verilmişdir.

http://www.gilarbeg.com/                       E-mail: firudin@gilarbeg.com, gilar@box.az

Masallının ilk alim qadını vəfat etdi

1927-ci ildə Masallıda anadan olmuş, burada orta təhsil almış, bir müddət həkim kimi çalışmış, 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, ölkənin məşhur ginekoloqlarından biri Məmmədova Firəngiz Hüseyn qızı bu il avqustun 29-da 84 yaşında Bakı şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin!
 



"Cənub xəbərləri"

Kəndlərdə də sürətli internet olacaq

Masallı Telekommunikasiya Qovşağının informasiya üzrə mühəndisi Afiq Ağayevin əməkdaşımıza verdiyi məlumata görə, artıq Masallı rayonunun kəndlərində də sürətli internetdən istifadə edilməyə başlanmışdır.
Hazırda 63 saylı (Bura Bədalan Ərazi Vahidinə daxil kəndlər – Bədəlan, Dəmirçi, Çayqıraq) və 68 saylı (Bura Bordigah qəsəbə ərazi vahidinə daxil kəndlər – Boradigah, Babaser, Molloba, Türkoba Ərazi Vahidinə daxil – Türkoba, Qəzvinoba və Şatıroba kəndləri daxildir) ATS-lərdə DSLAM tipli avadanlıqlar qurulmuş və bu ATS-lərin hər birində hələlik 9 abonent sürətli internetdən istifadə etmək imkanı qazanmışdır. Tələbata uyğun olaraq istənilən qədər abonent üçün bu texniki imkanı yaratmaq mümkündür. Yaxın vaxtlarda Masallının Mahmudavar, Qızılavar, eləcə də, Şərəfə, Çaxırlı, Köhnə Alvadı və sair kəndlərdə də belə avadanlıqlar quraşdırılacaq.
Qəsəbə və kəndlərdə sürətli internetdən istifadə etmək istəyənlər Masallı Telekommunikasiya Qovşağına ərizə ilə müraciət etməli, 5 manat qoşulma haqqı ödəməli, 30, yaxud 40 manata modem almalı və internetin sürətinə uyğun aylıq abunə haqqı ödəməlidir. Qiymətlər isə aşağıdakı kimidir:
256 KBS 10 AZN
512 KBS 15 AZN
1024 KBS 20 AZN
2046 KBS 30 AZN
Qeyd: Məbləğdən asılı olaraq sürəti 20 KBS-ə qədər yüksəltmək mümkündür.
Ərkivan qəsəbə sakinləri isə sürətli internetdən bir qədər gec faydalanacaqlar. Belə ki, Masallı Telekommunikasiya Qovşağının yeni binası istifadəyə verilən zaman (Təxminin 2012-ci ilin əvvəllərinə) burada daha müasir avadanlıqlar quraşdırılacaq və Ərkivan qəsəbəsindəki abonentlər Masallı şəhərindəki abonentlərlə birgə NGN sisteminə qoşulacaq. Hansı ki, bu texnologiyadan ölkəmizdə cəmi bir neçə rayon istifadə edir. Həmin texnologiya telefon xətti üzərindən nəinki sürətli, geniş zolaqlı internetə girməyə imkan verəcək, eləcə də, ev telefonları vasitəsi ilə kabel televiziyasına baxmaq, bu telefonlar da ZəngimSELL xidmətindən faydalanmaq imkanı qazanacaqlar.
2012-ci ilin sonuna kimi isə Masallı rayonunun bütün ərazisində sürətli internetdən istifadə etmək imkanı olacaq.
Hazırda Masallıda 34 mindən artıq abonent var. Masallı Telekommunikasiya Qovşağının yeni binası istifadəyə veriləndən sonra isə telefon nömrələrinin sayını tələbata uyğun olaraq istənilən qədər artırmaq olacaq.
 



http://www.cenubxeberleri.com/

Azərbaycandakı ictimai quruluş haqqında


Elmir Mirzəyev
Xatirimdədir ki, 2008-in dekabrının sonunda, “Azadlıq Radiosu”nda ölkəmizin feodalizm quruluşunda yaşağını deyərkən redaksiyaya bundan hiddətlənmiş dinləyicilər zəng edib xalqı təhqir etdiyimi söyləyirdi. İndi necədir bu məsələyə münasibət? Deyəsən axı hamı barışıb bu qiymətləndirmə ilə?
Sonralar bunu dəfələrlə söyləməyimə rəğmən yenidən bu mövzuya qayıtmalı oldum, çünki hətta indi də hərdən bəziləri ölkəmizdəki quruluşu vəhşi kapitalizm adlandırır – mən bununla kökündən razı deyiləm. Cəmiyyətimizdəki hadisələri sistemli şəkildə təsvir etmək üçün ölkəmizin feodalizm quruluşunda yaşadığını birdəfəlik qəbul etməliyik. Bizim cəmiyyət mükəmməl bir feodalizm sistemidir, bunun feoudal pilləkənini bütövlükdə təsəvvür etmək gərəkdir, baxın – yuxarıda saray, monarxik hakimiyyət, ailə və ali fiqurlar, onların yaxınlığında əyanalar – hersoqlar və qraflar – bunları oliqarx-nazirlər kimi təsvir etmək olar, kral ilə bunlar arasındakı münasibət feodal münasibətidir və sırf şəxsi sədaqət, yəni senyor və vassal prinsipi ilə müəyyən olunur, daha qanun-falan ilə yox. Hər bir hersoq və ya qraf (oliqarx-nazir) özünün şəxsi malikanələrinə – torpağına malikdir (məsələn Qəbələ və ya Naxçıvan) və bu torpaq üzərində tam suverendir, bu torpaqlardakı təsərrüfat da faktiki natural təsərrüfata yaxındır, pul faktoru əsla böyük gücə malik deyildir.
Orta əsrlərdə kral hakimiyyəti legitimliyi və sakrallığı ruhanilərdən, daha doğrusu dindən alırdı, indiki isə mediadan, faktiki AzTV-dən alır.
Bundan sonra növbəti pillə – baronlar gəlir, buraya qalan nazirləri, icra hakimiyyəti başçıları, iti çaplı bank sektoru adamlarını və s., habelə başqa saray əhlini – saray şairlərini, xalq artislərini (yeri gəlmişkən ölkədəki mövcud incəsənət formaları, janrları və bunun mahiyyəti xırda istisnalarla sırf feodal incəsənətindir), ruhaniyyatı, təlxəkləri və b. aid etmək olar, daha aşağıda isə “inkvizisiya” və “cəngavərlər” yerləşir – güc adamları, polis rəisləri, hampalar, qoçular, idmançılar, adam döyənlər, “şilləvuranlar” və s.
Feodal pilləkəninə aid olmayan təbəqə rəiyyətdir, buraya yalnız “social dibi” aid etmək olmaz, burada həmçinin tacirlər – icazəli biznesmenlər, kəndxudalar, nökərlər, ən sonda isə rəiyyətin özü – camaat gəlir. Bura kiçik sənətkarları – məsələn ustalar, toy manısları, həkimlər, mollalar, müəllimlər və s. əlavə etsək tam səhnəni alarıq.
Ölkəmizdə demək olar ki, heç bir azad biznesin, iqtisadi azadlığın olmadığı kimi, təxmini orta əsrlərə bənzər natural təsərrüfat modelinin də mövcudluğu inkaredilməzdir. Cəmiyyətdəki bölgü dəqiqliyinə kimi bölünmüşdür, heç kim başqa sahələrə müdaxilə edə bilməz – kim neftdən yayarlanır, kimsə avtobus gətirir, kimsə əməkdar artist olmalıdır və s. Cəmiyyətdəki kastalar arasında az qala Hindistandakı kimi dəqiq bölgü mövcuddur, kastalar arasındakı əlaqə zamanı zəruri “protokol” isə orta əsrlərdəki ayin xarakteri alib.
Burada vacib elementlərdən biri kimi də “yuxarılar”ın dilinin demək olar ki, müstəsna olaraq xarici – rus dili olmasıdır, burada hansısa mənada yəgin ki, psixoloji aspekt də dayanır – geniş aqrar kütlələrdən tədric olunmaq arxetipi. Bildiyiniz kimi orta əsrlərdə bir çox saraylarda xarici dil işlənirdi, məsələn İngiltərə sarayında XIV əsrə qədər fransız dili işlədilirdi, Romanovlar dövründə də rus sarayında bu dildə danışılırdı və s.
Təbii ki, bu sistemin daxilində heç bir siyasi partiya, ümumiyyətlə siyasət anlayışı mümkün deyidir. Yalnız lap yüksək əyanlar arasında saray intriqaları, qaşıdurmalar, feodal pərakəndəliyi mövcud ola bilər – siyasət buradadır, əgər buna siyasi proses demək olarsa. Ayrı-ayrı fikir adamları – düşüncə sabihləri də mümkündür təbii ki, lakin bunlar da təsadüfi və pərakəndə xarakter daşıyır. Vətəndaş anlayışı isə kökündən mövcud deyildir, çünki bu pillədə yalnız senyor və onun vassalı var, bunlar arasındakı istənilən münasibət isə yalnız şəxsi sədaqət prinsipi ilə tənzimlənir. Yeri gəlmişkən kapitalizmdə lənətlənmiş pul faktoru da demək olar ki, heç bir köklü məsələni həll etmir – feodalizmdə bu faktor ciddi vasitə deyildir, əsas məsələ qəbilə və kasta, region və klan mənsubiyyətidir.
Başlıca məsələ isə bu sistemin Avropada orta əsrlərdə mövcud olmuş feodal quruluşunun surroqatı, psevdosu olmasıdır, məsələn təlxəklər həqiqi funksiyasını yerinə yetirə bilmir və s., buna həm də xaricdən olan müdaxilələr də kifayət qədər mane olur. Lakin heç bir kimsə küçələrdə şütüyən son markalı avtomobillər və ya tikilən şüşəli binalara aldanmamalıdır, çünki feodal modeli yazdığımız kimi həqiqətən mövcuddur, və burada Qanun, Konstitusiya, İnsan haqları, Söz azadlığı, şəxsi güvənlik, mülkiyyət toxunulmazlığı və s. kimi məsələlər özlüyündə mövcud deyildir, çünki hələlik hicri tarixlə fransız burjua inqilabına təxminən 400 ildən çox var, ensiklopedistlərimiz belə peyda olmayıb, reformasiyadan isə söz belə gedə bilməz.
Yeri gəlmişkən şəhərdə normal nəqliyyat infrastrukturunun da mövcud olmaması bu quruluşun təzahürləridir, çünki feodalizmdə urbanizm mövcud deyil, yalnız aqrar münasibətlər ola bilər, feodalın ictimai nəqliyyat nəyinə gərək ola bilər, o atına minib çapır vəssalam. Rəiyyət isə töycü verib, biyara getməlidir, bu da qanunauyğunluqdur, cəmiyyət və insanlarımızın sosial-psixoloji portretini yaratmaq üçün bu amillər mütləq nəzərə alınmalıdır.

Səni həyatımın harasına qoyacam?!


Gülnar Musayeva
Səni həyatımın harasına qoyacam?
Kim bilər hansı yuxudasan bu an ? Bir yuxunun ən dərin yerindəsən. Mən yanı başında oturmuş, üzünü seyr edirəm. Cavab tapa bilmədiyim suallar gəzişir ağılımda. İndi səni həyatımın harasına qoyacağam?
Bir siqaret yandırdım. Tüstüsü heç olmadığı qədər dərin çəkirəm. Gözlərimi yuxu basdı. Ha düşdüm, ha düşürəm. Üzünə baxıram, necə yatdığına, ürəyinin neçə dəfə döndüyünə, hamısını ağılıma yazıram.
Bir azdan gün ağaracaq. Günəşlə birgə ilk gecəmizin sonu gələcək . Qəhqəhələrimiz, mahnılar, içkidən qalan sərxoşluq, söhbətlərimiz, sevişməmiz geridə qalacaq. Ya oyanınca hamısını yox saysaq? O qədər sadə olmaz deyilmi? Olmamalı! Tək gecəlik eşqlərə nümunə vermək gərəyin tərəfindən xatırlanacaq qədər ucuza bitməməliyik.
Eşq necə başlayırdı? Unutmuşum, cavabını verə bilmədiyim minlərlə sual arasına yerləşdirdim bunu da! Bir anlıq olmalı idi, xəyal kimi, beynimdə köhnə eşqlərimi yada salıraç. Bəli! Bir saniyə qədər qısa müddətdə olurdu. Ürəyin içinə görünməz ulduzlar düşürdü. Fərq etmədən, gözlə görmədən, anlamadan hətta nə olduğunu, aşiq olurduq.
Sevginin bir retsepti var idimi? Yemək tərifləri kimi, bir az bundan, 3 qaşıq qədər başqasından qoyanda, ləzzətini tutdura bildiyin bir yazımı yazırdı? Nə varsa sevdaya aid, unutmuşam. Küsgün oyandığım səhərlərdən olmalı. Onları daha çox yığmışam içimdə, bu eşq deyilən xəyala yer qalmayıb.
Axışına buraxacağım bu səfər, bildiyim hər şeyi unudacağam. Səninlə yenidən, ilk dəfə görürmüş kimi, heç görmədiyim bir şəhəri gəzən heyran gözlərlə gəzəcəyəm sevgi küçələrində. Görəsən canım çox yanacaqmı? İlk ayrılıqlar ağır olar. Bu da olmadı, universiteti bitirib, ibtidai məktəbə yenidən başlamaq kimi, nə etsənsə silinməz öyrəndiklərim. Tək ümidim, sənin dərslərinin başqa olmasıdır, yoxsa təkrarlamaq çox darıxdırıcıdır.
Çox bilmək də yorurmuş insanı. Ürəyi, ruhu əzib keçirmiş. Çoxbilmişlik bu canım, qəti xəttlərlə qaralamaq həyatları, hər şeyi bildiyini sanan ən çox yanılan deyil idimi? Ucunu qaçırmışım sevginin. Öyrəndiklərimi fərz edərək gördüyümə inandığım bütün o gerçəklər, əslində gerçək deyil. Sancı bunlar, yenidən yaranacaq sevgi sancıları, yoxsa niyə tərpənib dayanar və bir xortum kimi sovrular düşüncələr insanın beynində?
Çıxıb getsəm bu qapıdan, oyandığında oxuyacağın bir qeyd buraxsam yastığa, çox gözəl idi deyə yazsam üstünə, bir xatirə olaraq buraxsam hamısını keçmişdə qalacaq. Bir daha tapa bilməsən məni, çata bilməsən, bir mələk hekayəsi, bir əfsanə kimi qalsa ağlında, gün gəlincə bir dost söhbətində izah edərsən. Bunları etmək keçir içimdən çünki qorxuram. Yenidən başlamağa artıq cəsarətim yoxdur. Ən başdan izah etmək mənə çox çətin gəlir.
Həyatın çıxmazlarını yaratdığı kimi insan, sevgi yollarını da belə qarışdırır ! Halbuki günəşin ilk işıqlarından içəri sızan bu parıltılar, çiyininə vurunca; qalxıb gəlməli, yavaşca yatağa girməliyəm. Kiçik bir öpüşlə kəsməliyəm, o gülümsədiyin yuxunu qısqanaraq. Mən nə edirəm? Qəmli bayquş kimi oturdum, düşünürəm, indi səni həyatımın harana qoymalı?
Çıxış yolu tapa bilməyən və hey düşünüb qərar verməyən gənclərə həsr edirəm.