06.08.2012

Gül və Xaç təşkilati (Rose Croix)

Elmar Həsənov

Avropa siyasətinin pərdə arxasindaki ən güçlü təmsilçilərindən biri də Gül və Xaç (Rose Croix) təşkilatidi. Bu birliyin əsasi 16-ci əsrdə Parecelsus adli bir şəxsin təlimləri əsasinda İstanbulda qurulmuşdu. Bu təşkilatin əsas mərkəzi elə İstanbulda yerləşir. Əslində bu təşkilatin qurulmasinda məqsəd İsa peyğəmbəri yaşatmaqdi. Belə ki, İsa Məsih çarmixa keçirildiyi zaman ölməmişdi. Böyük bir əzab çəkirdi. Bunu görən bir əsgər dayanmayib mizrağiyla İsa peyğəmbərin böyrünə bir zərbə vurmuşdu ki, İsa peyğəmbər ağrisiz çanini tapşirsin. İsanin böyründən axan qan, ayaqlarindan və əllərindən vurulmuş xaçin dibinə tökülmüş və inanca görə İsanin qaninin töküldüyü yerdən birdən birə güllər göyərməyə başlamişdi. Bu gül və qan İsanin simvolik caniydi. Bu hadisələrdə şübhəsiz xaç önəmli bir mənaya sahibdi.

Yüz il davam edən nəticəsiz inqilab

Esmira Fuad
AMEA-nın aparıcı elmi işçisi, Filologiya üzrə Fəlsəfə doktoru

Sayman Aruzun eyni adlı romanı barədə

Çağdaş Güney Azərbaycan ədəbiyyatı seriyasından olan “Yüz il inqilab” romanı da 2012-ci ilin ilk rübündə tələbkar oxucu auditoriyasının mühakiməsinə təqdim olunub. “Yüz il inqilab” romanının yazarı Sayman Aruz (Həsənzadə) Güney Azərbaycanın Sulduz şəhərində doğulub və doğma diyarın qoynunda boya-başa çatıb. Sulduzda ibtidai məktəbə gedib, burada fars dilində oxuyub və orta təhsilini uğurla başa vurub. Lap kiçik yaşlarından Sulduzun İmam meydanında İran hökuməti tərəfindən yasaq olunan və olunmayan kitabları, siyasi, ədəbi-bədi, elmi ədəbiyyat nümunələrini satmaqla məşğul olub və bu minvalla ailəsinin keçiminə, dolanışığına yardım edib.

İşıqda yanan keçmiş

Aydın Yenilməz

Ər kişi gecə qaranlığında ormandan sallana-sallana gəlirdi.
Lap bərdoşlar kimi yeriyirdi, bir ayağın sağa, bir ayağın sola atırdı. Hərdən də nə düşünürdüsə, öz-özünə qəh-qəhə çəkib gülürdü. Gah da addımını saxlayıb, əlindəki içkidən bir qurtum içib, sonra yoluna davam edirdi.
--Dünya mənimdir, hamısını aradan apardım, məndən güclüsü yoxdur ! – kiminləsə danışırmış kimi uca səslə deyirdi.
Ormandakı ağacların birinin dibində bir qara baş böcək yerini rahatlayıb yatmışdı. Yemək üçün bir yemiş belə tapmadığına görə, acından qarnı gur-gur guruldayırdı. Ər kişinin qəfildən qəh-qəh çəkib gülərək danışması, qara başı yerindən oynatdı. O, ər kişini görüncə, qaçıb yaxınlıqdakı bir otun dibində gizləndi.

03.08.2012

Masallı, Seybətin kruqu

BÖYÜK SÖZÜN “UŞAĞI”, YAXUD SALAMIN “FERMA TEOREMİ”

Sakit Orduxanlı


Salam Sarvanın 46 illiyinə


Salam  Sarvan- poeziyamızın ən qüdrətli söz ustadı...
Salam  Sarvan- sözə uduzan, ağı, ağası olduğu sözə uduzmayan, sözdən söz tutan söz uşağı...
Yox gerisini yazmayacağam. Ki  tərifdən xoşu gəlməyən özündən 5 –cə yaş uşağın söz tənəsiylə üzləşməyin, düz 46- ildir həyatda  daban-dabana addımladığım söz şahı Salamın sözünün qulu olmağı arzulasam da belə...
İllərdir mətbuatda olmağma baxmayaraq Salam haqqında yazmağa əlim gəlməyib-qorxmuşam, çəkinmişəm və daha doğrusu buna qüdrətim çatmayıb.

DÖVLƏTİN XEYİRHAH NİYYƏTLƏRİ İLƏ -1


Vüqar Xəzaralının tərcümələri

Ceyms Skot


"Və Kartoqraflar Kolleqiyası, imperiyanın öz ölçüsü böyda və sonuncu nöqtəsinə qədər onunla üst-üstə düşən imperiyanın xəritəsini yaratdı...Sələfləri bu Əhatəli Xəritəni gərəksiz hesab etdilər və insafsızcasına onu Günəşin və Soyuqların özbaşınalığına buraxdılar". Suares Miranda. Ehtiyatlı kişilərin səhayətləri. 1658.


Orta Əsr şəhəri yaxud Orta Şərq şəhərinin qədim hissəsi (mədinə), əgər onların sürəti zamanla çox dəyişməyibsə, aerofotoçəkilişdə özünəməxsus qaydasız görünüşə malikdirlər. Əgər daha dəqiq desək, heç bir ideal mücərrəd formaya tabe deyillər. Küçələr, dalanlar və keçidlər çeşidli bucaqlar arasında kəsişirlər, üstəlik bu şəbəkənin tünlüyü bir növ üzvü əsnaların mürəkkəbliyinə oxşayırdı.

Kürtler sürgün edilsin!


Ankara Üniversitesi Hukuk Fakültesi’nde insan hakları dersi veren Prof. Dr. Anıl Çeçen, Kürt sorunuyla ilgili tartışma yaratacak bir öneri getirdi..Meclis İnsan Hakları İnceleme Komisyonu bünyesindeki Terör ve Şiddet Olayları Kapsamında Yaşam Hakkı İhlallerinin İncelenmesine Dair Alt Komisyon’a bilgi veren Çeçen, “Güneydoğu’da yaşanan teröre artık biz normal koşullarda insan hakları açısından bakamayız. Savaş hukuku açısından bakmak durumundayız” dedi.
'Kürtlere doğum kontrolü uygulansın'..Devletin egemenliğini göstermesi gerektiğini savunan Çeçen, Kürt ailelerin 10 çocuk sahibi olmasını eleştirerek, doğum kontrollü uygulanmasını da önerdi...Gösteriye füze atılsın’
Prof. Dr. Anıl Çeçen, toplanma ve örgütlenme hakkının sınırlandırılıp sınırlandırılamayacağı sorumuza da şu yanıtı verdi: “Tabii sınırlandırılabilir. Nerde bir topluluk varsa uydu üzerinden yer tespiti ile bir füze göndermek mümkün. 40-50 kişi bir araya geldiyse ve bu olaylar tırmandırılmak isteniyorsa pek ala hedef olacak. O zaman terörün tırmanmasını önlemek üzere geçici bir süre, silahlı çatışma ortamı ortadan kalkana kadar bu tür toplantılar sınırlanabilir. Ama sürekli olur demiyorum.”


Çiçi Kağan

ANS-çi Aytəkin Alxaslı: “Məni o anda Allah saxladı”


“Nə qədər ki, qüvvəm var, ANS-də işləmək fikrindəyəm, lap təqaüdə çıxana qədər...”

ANS telekanalının Qusar bürosunun müxbiri Aytəkin Alxaslı bölgədə işləməsinə baxmayaraq, Azərbaycanda kifayət qədər tanınmış jurnalistlərdən biridir. ANS-də efirə getmiş bir çox səs-küylü reportajlar məhz onun adı ilə bağldır.
Aytəkin Alxaslı modern. az saytına müsahibə verib. Onu oxuculara təqdim edirik. 



- Özüm haqqında qısaca onu deyə bilərəm ki, Şəkinin Kiçik Dəhnə kəndində anadan olmuşam. Elə orta məktəbi də həmin kənddə bitirmişəm.
- Ali təhsiliniz nə üzrədir?

- İxtisasca elə jurnalistəm, 1987-ci ildə indiki Bakı dövlət Universitetinin, o zamankı Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Həmin il də təyinatla Qusar rayonunda 3 dildə - rus, ləzgi və Azərbaycan dillərində çıxan “Qusar” qəzetinə göndərilmişəm. ANS-ə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləmişəm.


Mikayıl Rəfilinin ürəyini partladanlar: Səməd Vurğun, Cəfər Xəndan, Məmməd Cəfər Cəfərov...

“Qonşumuz Arustamov yoldaş gəlməsəydi, məni zorlayacaqdı”


Görkəmli şair və alim repressiya illərində nələr çəkdi?


“… Axşamdan xeyli keçmiş qapımız döyüldü. Nənəm, anam və mən mətbəxə qısıldıq. Atam qapıya tərəf getdi. Gələn...  Mir Сəfər  Bağırov idi. Gözlərimizə inanmadıq, elə bil yuxu görürdük. Bizimlə bir masa arxasında çay içdi, sonra atamla birlikdə yan otağa keçdi – iş kabinetinə.
Onlar uzun-uzadı söhbət etdilər. Mircəfər Bağırov bizimlə vidalaşıb mənzili tərk etdi, hamımız lal-dinməz bir-birimizin üzünə baxıb susduq. O xoş gün... Ertəsi atamı bütün vəzifələrinə bərpa etdilər, əsərləri yenidən nəşr edildi, hamımız rahat nəfəs aldıq”.
Bu xatirə Mikayıl Rəfilinin qızı Selcan xanımın bağrından qopub. Beşcə yaşı varmış o səksəkəli günlərdə. “Həmin vahiməli çağları xatırlayanda anam deyərdi ki, gözlərimizə yuxu getməzdi, ümidimiz hər şeydən və hər kəsdən üzülmüşdü” – deyir, Mikayıl Rəfilinin qızı.

Kürdlər sürgün edilsin!

UCUZ ƏTİN DÖNƏRİ... OLMAZ

Yayda dönər yeməzdən əvvəl yüz ölçüb, bir biçin...

Yay gəldisə, yeyib-içdiklərimizə maksimum önəm verməliyik. Hansı qida tez, hansı gec xarab olur? Küçədən yemək almalıyıqmı? Alırıqsa, konkret hansı növ qidalardan istifadə etməliyik? Suallar çox, amma bu yazıda biz daha çox gündəlik qida növlərindən biri olan dönər barədə danışacağıq. Hazırlanması və yeyilməsi tez başa gələn, amma mədə üçün bəzən ağır fəsadlar verən bu qida növünün özəllikləri ekspertlərin və dönər ustalarının təqdimatında xeyli marağa səbəb olur.

“Dönəri şişdə 6 saatdan artıq saxlamaq olmaz”

“Sahil” metrosu həndəvərindəki dönərxanalardan birində çalışan usta - türkiyəli Ərdal Özyığit bizimlə söhbətində dedi ki, Bakıya gəldiyi 3 il ərzində hələ də azərbaycanlı həmkarlarına dönərin hazırlanma qaydasını öyrədə bilməyib. Müsahibimizin sözlərinə görə, Bakıda dönəri şişdə çox saxlayırlar ki, bu da onun keyfiyyətinə mənfi təsir göstərir:

Kənan Hacı. Məni tək qoymayın...

Şəbnəmə, Cəlilə


Uzun bir yolun ortasında
addımlarım bitir, dostlar,
gözüm çatmır uzaqları görməyə,
məni tək qoymayın, nolar...


Üzünü yoxluğa çevirmiş
kədər var içimdə,
kökü acı taleyimdən su içən kədər...
taledən qaça-qaça
ölümə yetişmək varmiş,
məni tək qoymayın, dostlar...


Darıxmaq ən uzun feldi,
mən bu ömrün sonuna darıxa-darıxa gəldim,
Tanrı mənə darıxmaq cəzası verib,

Niyə hər üçümüzdən birində qurd var?

Satışda olan pendirlər haqda şok iddia


Yay gəldimi, KİV-lərdə hər gün 4-5 qida zəhərlənməsi haqqında xəbər oxuyuruq. Səbəb kimi isə konservant qidalar, yarımfabrikant məhsullar göstərilir. Qurbanlar isə tərslikdən azyaşlılar, körpələr olur. Üstü açıq, günəş şüalarının altında qoxuyan qidaların satışı və vurduğu zərər isə müzakirə olunmur. Hamıya elə gəlir ki, marketdə, təmiz halda satılan qatığın, pendirin dadı olmaz. Marketdə satılan ət məhsullarının hamısı köhnə və camış ətidir.
Məhsulu kəndlinin özündən, təzə-təzə ala bilmək xoşbəxtlikdir. Bunu Azərbaycana gələn xaricilərin küçədə satılan tərəvəzlərin üstünə hücumu zamanı açıq-aşkar görə bilərsiniz. Amma bu o vaxt yaxşı hal olar ki, satış zamanı təmizlik qaydalarına əməl edilsin.

Günel Eyvazlı. MÜQƏDDƏS ANALAR – SİLSİLƏSİNDƏN

Həzrəti Məryəm

Mən
Həzrəti Məryəm.
Günahdan uzaq
Pak, təmiz bəndə
Nəfsi çəkilər
Yoxdu beynimdə.
Əzmişəm onu
Tapdalamışam.
Mən İlahinin ətəklərini
Saf ağuşumla
Qucaqlamışam.

Atasız övlad,
Dayağı Allah.
Peyğəmbər yükü
Sənin çiynində.
Neçə günahın keçidlərindən
Qürurla keçib, ucalacaqsan.
Sən yaşamısan,
Sən yaşayırsan,
Yaşayacaqsan.

BAKININ TƏBRİZƏ AÇIQ MƏKTUBU

 Şirinxanım Kərimbəyli Şadiman


Çox düşündüm izzətli, hörmətli, sevgili Təbrizim açıq məktubumu sənə yetirim, ya yox? Belə qərara gəldim ki, yetirsəm yaxşıdır. Məktubdan qopan harayım qulağına yetişəndə bəlkə sənə hökmranlıq edən güc adamları da insafa gələ və bizim, həm də sənin də əzizin olan iki gənc şairimizi  Fəridimizi və Şəhriyarımızı bizə qaytaralar. Axı İslami dəyərlərlə oturub-duran başbilənlər gənc balalarımıza qıyıb onları zindan küncünə atmamalıdırlar. Vallah mən Bakı sən Təbrizə ərz edirəm ki, bu gənclərin heç bir günahı-zadı yoxdur. Bu günah deyilən şeyi sənin molla ağaların özlərindən uydurublar, necə deyərlər icad ediblər. Onlara deyinən ki a …icad etməyə başqa bir mətləb yoxmu?!

02.08.2012

Həbib Sahir

Esmira Fuad

Həbib Sahir 1903-cü ilin mayında Təbriz şəhə­ri­nin Sürxab məhəlləsində dünyaya gəlmişdir. Atası Mirqə­vam Məşrutə inqilabı zamanı həlak olmuş və 5 yaşlı körpənin tale qapısını yetimlik, öksüzlük adlı sitəm döymüşdür. Həya­tın ilk ağır zərbəsini alan Həbibin bu uğursuzluq bütün ömrü  boyunja sanki onunla birgə addımlamış, ağrı-acılarla dolu kədər­li yaşamının bünövrə daşını qoymuşdur. Çox-çox son­ra­lar xatirələrində belə yazırdı: «5 yaşına çatdım. Kəndimizdə fırtına qopdu. Atam bir payız gejəsi qonaq getdi, bir daha dsnmədi. Yetim qaldıq. Altımıza köhnə keçə saldıq, aclıq gördük, korluq çəkdik, böyüdük...».
O, ilk təhsilini mollaxanada alıb. Hələ 6 yaşı tamam olmayan Həbibi Boyat qəbiləsindən olan anası Fatimə xanım (Bunu şair sonralar ustad Şəhriyarın “Heydərba­baya salam” mənzuməsinə yazdığı nəzirəsində - “Məktəb xatirələri” poemasında da: Anam mənim ortaboylu bir xanım, Siyah saşlı, «Bayat» soylu bir xanım, - deyərək vurğulayıb...) məsciddəki molla məktə­binə gətirib və deyib:

Ah, anam, ah...

Şəbnəm Karslı


Ah, anam, ah...
neylədin sən?
Ya da sualı tərsindən verim,
neyləmədin sən? Niyə eləmədin?
Niyə sevmədin məni?
Niyə bir köynək uzaq oldum hər zaman?


Gəlişimmi acı oldu, ağrılı oldu?
Çox mu incitdim səni körpəykən?
Özünə oxşada bilmədin məni,
oxşayammadım da ömrüm boyu.
Mən sənə bənzəyən digər qızların kimi olmadım,
günahkarı sən idin, ah anam, ah...
özündən qovanda, hər zaman bir az daha az sevəndə
ağlatmısan məni,

HƏR ŞEYİN BİR ADI


Vasif Əlihüseyn


 BABAMIN ƏL QUYUSU

Babamın əl quyusu var,
hələ də qonşu qadınları
su daşıyır ordan.

Hər yay qarpız tullayardı ora babam,
sonra başına yığardı nəvələrini
süfrə açardı nənəm.

Hər dəfə, paltar yuyan da
su çəkərdi nənəm.
su zəncirini dəmirə dolayardı,
Ömrünü isə, oğluna, qızına,
nəvələrinə bir sözlə bizlərə doladı.

Sonra, qəfildən köçdü aramızdan
mətəl qoydu hamımızı.
Elə, özü də belə istəmişdi
xəstə yatmağı xoşlamırdı.
İndi, hərdən babama deyirəm:
-Baba, ömrünü az dola bizlər üçün,
 bir az da özünçün yaşa...

Facebook tarixçəmdən: Keqebeşnik söhbəti

Прикольные анимации  (16 гиф)Salam Sarvan


Axşam işdən gəlib yorğun-yorğun “Mənim facebook tarixçəm” silsiləsini davam eləmək istəyirdim. Tədqiqatları dərinləşdirməkçün təzəcə şəbəkəyə girmişdim ki, çat pəncərəsində ismarıc gəldi: “Salam, Salam müəllim. Mən bir ədəbiyyat saytı yaradıram, məsləhətinizə ehtiyacım var. Sizcə saytın adını nə qoyum?”
Facebook həyatımda “məllim” sözündə birinci dəfə “ü” hərfi gördüyümdən qəti əmin oldum ki, bəy savadlı adamdı və ədəbiyyat saytı açmağa layiqdi. Baş işləyir axı, ürəyimdə “Çörək bərəkətdü – bu, nə hərəkətdü, ətdü-mətdü – bu, nə söhbətdü” deyib həvəslə ona ədəbi təmayüllü beş-altı ad təklif elədim.

01.08.2012

Le Figaro: "Suriya ordusu çox peşəkardır"

haber"Üsyançılar ehtiyyatsız iş gördüklərinə görə hər an Suriya ordusunun surprizləri ilə qarşılaşmaq təhlükəsindədirlər"


Le Figaro qəzeti, mənəvi baxımından zəifləmiş və çökmüş bir Suriya ordusu ilə qarşılaşmağı ümid edən müxaliflərin Suriya ordusunun əhvalı və döyüş əhval-ruhiyyəsinin yüksək olması qarşısında şok yaşadıqlarını yazıb.
Bir qrup terroristlə Türkiyədən Hələbə gedən Fransanın Le Figaro qəzetinin müxbiri Adrian Jaulmes, Suriya ordusu ilə silahlı üsyançılar arasında şiddətli qarşıdurmalara şahid olduğunu, bu qarşıdurmalarda Azad Suriya Ordusunin bir çox liderinin öldürüldüyünü bildirib.
Adrien Jaulmes, yazısında qeyd edib: "Mənəvi və təşkilatçılıq baxımından çökmüş Suriya ordusu ilə qarşılaşmağı gözləyən üsyançılar, son dərəcə güclü, nizamlı, döyüş əhval-ruhiyyəsi yüksək bir orduyla qarşılaşınca şok oldular.

HARAYA GEDİR İNSAN?!

Afaq Şıxlı


 Qəlbimdə bir arzu, bir ümid, bir dilək... sevinərək getdiyimiz yollar...
 İçimizdə həsrət və yanğıyla döndüyümüz yollar...
 Doğru yollar, bizi bəxtimizə qovuşduran yollar...
 Elə birinci cığırda yanıldan, sapdıran yollar...
 Getdiyimiz yolun sonunda bizi nə gözlədiyini bilsək də, bilməsək də hey gedirik...
 Bu yolun haradasa nə vaxtsa bitəcəyini bilirik, amma yenə də dayanmırıq.
 Nədir məqsədimiz?

Günün fotosu

Yediyimiz yeməklərin çoxu xərçəng yaradır

Azad İstehlakçılar Birliyinin sədri həyəcan təbili çalır


“Ölkəyə gətirilən hər bir yaxşı malın təhlükəli partiyaları ola bilər. Çox təəssüflər olsun ki Azərbaycandakı ərzaq mallarına qatılan, dad və rəngverici stablizatorların (qatqılar) tərkibi gizlədilir. Həmin stablizatorlar insan orqanizmində xərçəng xəstəliyinə şərait yaradır.”  Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Çindən və Hindistan gətirilən malların xərçəng xəstəliyi yaratması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirərkən qeyd edib. Təkcə Çindən və Hindistandan gətirilən mallarla yanaşı ölkədə də kifayət qədər insan orqanizminə təhlükəli ərzaq  məhsullarının istehsal edildiyini vurğulayan ekspert, məhsulların yaratdığı təhlükə barədə məlumatların gizlədildiyini bildirdi: “Adı çəkilən təhlükəli stablizatorlar ümumilikdə “E” hərfi ilə işarə edilir. Həmin stablizatorlardan ərzağın dadının dəyişdirilməsi və uzun müddətli qalması üçün istifadə olunur.

İlqar Fəhmi - Səni gözlər

Yollarda qalıbdır ala gözlər, səni gözlər
Yaş töksə də hər gün yenə gözlər səni, gözlər


Ey qəmli könül yelkəni, durma daha üz get
Həsrətli ürəklərdə dənizlər səni gözlər


Gül çöhrəni seyr etmək üçün növbə çəkirlər
Ay gecə, günəş isə günüzlər səni gözlər


Sanma ki, çəməndə bu qədər lalədi, şahım
Al qırmızı örpəyli kənizlər səni gözlər


Görcək səni diz çökməmək olmur, mələyim,gəl
Qatlanmağa hazırdır bu dizlər, səni gözlər

Танец на улицах Баку (классно танцуют)

Suriya müxalifətinin vəhşilikləri



Ötən gün 15 suriyalı hökumət tərəfdarı əli silahlı müxaliflər tərəfindən vəhşicəsinə qətlə yetirildi.
Terrorist qruplaşmalar  “Allahu Əkbər” sədaları altında 15 suriyalı hökumət tərəfdarını elə formada qətlə yetirdilər ki, hətta onların bir çoxunun bu vəhşiliyə tamaşa etməyə dözümü çatmadı.
Xatırladaq ki, ötən gün müxalif qüvvələrdən 1500 silahlının öldürülməsi xəbəri təsdiqlənib.

Ad günün mübarək...

Rövşən Yerfi                                      


Avqust ayının beşinci günü mərhum yazıçı dostum Rafiq Tağının ad günüdür. Sağlığında sadəliyindən istənilən təntənəni, özünə ad günü keçirməyi sevməzdi. Həbsdən çıxandan sonra hər il ad günündə telefon nömrəsinə mesaj yazardım. (Vəfatından səkkiz aydan çox keçməsinə baxmayaraq nömrəsini hələ də telefonumda saxlamışam: nə zəng edə, nə də poza bilmirəm...) İki il əvvəl “Oxu zalı”nda altmış yaşı münasibəti ilə dərc edilən müsahibəyə təbrik şərhi də yazmışdım. Ötən il isə onu Facebook səhifəsində təbrik etmişdim. Üstündən iki həftə keçəndən sonra mənə təşəkkürünü çatdırdığı məktubunu oxuyanda təəccübləndim. Səbəbini öyrənəndə məlum oldu ki, ad günü ilə bağlı göndərilən təbriklərin sayı minlərlə olduğundan, onların hər birinə cavab yazan Rafiqin siyahısında, demə mənə indi növbə çatıbmış... Mən heyrət etdim: saysız - hesabsız insanın ona olan hörmətinə və həm də Rafiqin qarşılıqlı, birəbir diqqətinə...

Günün fotosu

Səud xanədanından Suriyalı üsyançılara 79 milyon dollar

haberSəudiyyə Ərəbistanı kralı, Suriyadakı terroristləri dəstəkləmək məqsədi ilə 5 milyon dollar hədiyyədə verib
İslamazeri.az-ın "FransPress"-ə istinadən verdiyi xəbərə görə, son bir il ərzində Suriya rəhbərliyinə sui-qəsd hazırlamaq məqsədiylə terroristlərə heç bir yardımdan geri qalmayan Ərəbistan kralı Abdullah Əbdül Əziz bu dəfə də terroristlərə 5 milyon dollar hədiyyə edərək Suriyada işlənən cinayətlərdə öz payını qatdı.
Digər tərəfdən Ərəbistan daxili işlər naziri Əhməd Əbdül Əziz də Suriyada terroristlər üçün 72 milyon dollar pul yığdıqlarını bildirib.
Ərəbistanın şahzadəsi və müdafiə naziri olan Salman Əbdül Əziz şəxsən Suriyadaki terrorçulara 2 milyon 600 min dollar yardım etdiyini açıqlayıb.

Yalnız qəhrəmanlar!


Tarixin panteonuna yalnız qəhrəmanlar girməlidir, intriqaçılar yox! (Adolf Hitler).

XXI əsr Azərbaycan ədəbiyyatı: XXX

Sərdar Tağıyev


Kəndimizdə məktəbə getmədən hərbi xidməti başa vurmuş biri var idi. Yekəpər, savadsız, tənbəl bir oğlan idi. Şəhərlə sıx əlaqədə olduğumu gördükdə vəziyyətimi öz süzgəcindən keçirib dedi:
-Yekə oğlansan, bu qədər şəhərə gedib gəlirsən mənimçün də gətir də o disklərdən!
Bir az anlaşılmaz danışsa da, uşaqlıqdan onu tanıdığımdan nə istədiyini bildim. O, məndən porno disklər istəyirdi. Onu qırmamaq üçün dedim ki, o diskləri tapmaq mümkün deyil. Satışı da, alışı da cinayətdir. “Yaxşı da” deyib razı düşdü. Amma bir gün kəndə onunla bir maşında gəlməli oldum. Yanımda oturmuşdu. Üstündə lüt qadın şəkli olan diski mənə göstərib – «aldım, bəs deyirdin cinayətdir» – dedi. “Gizlincə satırlar. Səndən də aydan ildən bir şey istədim, tapmadın”.

Zavallı “Kələkov”

 Rəşad Ələkbərov


Salam. Mənim adım Zaurdur. Kələkov Zaur. Hmm, deyəsən nə düşündüyünüzü bilirəm axı. Kələkov, kələkbaz, kələk gəlməyi sevən, yalançı, ikiüzlü, “atanşik” və s. Amma atamın – anamın qəbrinə and olsun ki, mənim belə oyunlarla aram yoxdu. Elə bu fani dünyada başıma nə gəldisə ürəyimin təmizliyindən gəldi. Axırı da ki, tavandan asılan iplə bitdi. Amma mən Kələkov, böyüyüb boya – başa çatdığım Bərdənin Çəmənli kəndində, dədəmdən qalma 15 sot torpaqda taxıl əkəndə ağlıma nə tavan girmişdi, nə də ki ip. Elə bütün bu yaramazlıqlar o gündən başladı...

Ну и язык таков!

Поэзия-язык богов. Но Бог на фронте-артиллерия - ну и язык таков!

Cengiz Han'ın Savaş Taktiği HD

Əli Şirin Şükürlü. Uzanan yollar

Yolları qaldırın ayağa (Balayar Sadiq)


uzanan yollar
sanki oyanar bir gün yuxudan
qalxıb yerindən
qaldırar yolçuları səmaya
daşıyar ağacları səmaya


sürüşər yolçular üzü aşağı
dartar yer onları özünə sarı
torpağa dartınar yolçular – yollar yorğunu
çıxa bilməz yerin cazibə qüvvəsindən
yağar yer üzünə:
ilahi, adam yağır yağmur yerinə

Sayman Aruz. Son sağlıq

Sənə həsr olunur...


Ölümdən öncəki  qoyunlar üçün
Hələ qurulmamış oyunlar üçün
Bu son badəni də qaldırıram mən
hələ satılmamış rayonlar üçün!


Mən öz millətimin pərişanlığı
Tənha yataqların qəribanlığı
Qaranlıq küçədə şeir yazıram
sənə söyləyirəm bu son sağlığı!


Sənə danışıram, sənsə susursan
Gözlərin bənzəyir yaş məktublara.
Bu son sağlığımdır, gözüm yol çəkir
yaxında gedəcəm uca bir dara!

Yəhudi minlərlə adamı torpağa gömdü


Yəhudi elə bir mexanizm meydana gətirdi ki, nəticədə minlərlə adam torpaqlara gömüldü. Bu qurbanların arasında heç bir zaman bircə yəhudi olmadı. Hamısı alman idi. (Adolf Hitler).

Elmin səmimiliyinə niyə inanmıram?

Elçin Bayramlı


Tez-tez mətbuatda ziddiyyətli informasiyalarla yayılır ki, bəs “filan şey insana xeyirlidir, filan şey zərərlidir...”
Əksər hallarda “alimlər sübut ediblər ki...” qəbilindən olan antipod məlumatların da sayı-hesabı bilinmir. Hansısa mərkəzlərdən məqsədli məlumatlar yayılır və bizim media da ya bilərəkdən, ya da bilməyərəkdən bunu yayıb qlobal hadisəyə çevirir.
Təsəvvür edin ki, qəzetlərin birində belə bir informasiya gedir: “Sən demə, şokalad insan sağlamlığının ən yaxın dostu imiş, alimlər sübut ediblər ki, hər gün 2-3 dəfə şokalad yeyən adam daim şən əhvalda olur, qan dövranı yaxşı işləyir, əsəbiləşmir, həzm prosesi normal gedir...”
İnsanların yaralı yerindən yapışıblar. Soruşan da yoxdur ki, hansı ölkənin alimləri, hansı institut, hansı elmi mərkəz?  Mənbə haradır, nə vaxt sübut olunub..? Cavab yoxdur. İnformasiya və ya qonorar xatirinə informasiya.