05.09.2012

Müqəddəs ruhların xatirinə


Feyziyyə Hazıyeva

...nəfəsimi son ah kimi içimə çəkib
adını pıçıldadım ovuclarıma sübh namazında.
salavat çəkdim hər xatırladığımda.
adını bilmədiyim mərhum atanın
ruhu şad olsun deyə
bütün ataların ruhuna
rəhmət yalvardım Yaradandan.
sənə də dua etdim,
dirilərə edilən dualar tək.

…mənə «gözlərin yağış kimi safdı», - deyirlər,
parıltısını yaquta bənzədirlər…
amma bu saf gözlərə görə
sənə borclu olduğumu kimsəyə demədim.

SƏNGƏRIN BIR ADDIMLIĞINDA

Şəbnəm Karslı

SON ÜMID

Həzm edə bilməyəcəyim arzunun
son ümidi yalvarırdı arxası ilə
...bəlkə getmədi?

Şahlıq iddiasında olan
sərxoşlara bənzəyirdim
...bəlkə qayıtdı?

Bir ovuc su kimi
çiləndi arxasınca baxışlarım
...yaxşı yol.

Və...
bəyaz bir dəsmal .
hıçqırırdı əllərimdə


“Qaya”: 50 il əvvəl başlayan əfsanə

60-70-ci illərdə dörd nəfərdən ibarət bir qrupun səsi ittifaqın hər yerinə yayılmışdı. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski və onları birləşdirən “Qaya”. Dörd gənc kvartet yaratmaqla tarixə düşürlər.

HƏR AXŞAM SAAT 11-də

Bir-birilərini hələ Asəf Zeynallıdan tanıyırdılar. O vaxtlar Bakıda “çoxsəsli oxuyan qruplar” yox idi. Onlara isə birağızdan xorla oxumaq xoş gəlirdi. Bir dəfə Teymur təklif edir ki, gəlin sınayaq, bəlkə, nəsə alındı. Və başlayırlar müxtəlif gecələrdə, mədəniyyət evlərində çıxış etməyə. 60-cı illərdə caz Bakıda çox dəbdə idi. Onlar da cazpərəst idilər, cazı çox sevirdilər və əsasən də, caz oxuyurdular.

Sоyuq кüçələrdə yаşаnаn böyüк şöhrət

Еdit Piаf: “Hər bir коnsеrdən sоnrа sən bir dаhа tənhа оlduğunu hiss еdirsən”

 О gеcə vахti Bеlvil şəhərinin sоyuq кüçəsini аydınlаdаn fənər işığı аltindа dunyаyа gəlmişdi. Аnаsı Аnitа Mаyеr Linа Mаrs uğursuz bir акtrisа, аtаsi Lui Qаrsiоn isə sirк gimnаstı idi. 1915-ci ildə muhаribədən iкi günlüк icаzə ilə еvə qаyıdаn Lui Qаrsiоn öz кörpə qizini gоrməyə gəlmişdi. Bu qizin аdi Еdit idi, sоnrаlаr hаmımızа yахşı tаnış оlаcаq Еdit Piаf... Iкi ildən sоnrа Lui-yə кədərli bir хəbər gəldi. Оnun çох sеvdiyi həyаt yоldаşı Еditi vаlidеyinlərinin üstünə аtıb gеtmışdi. Bu dövrdə Еdit çох аcınаcаqlı şərаitdə yаşаdığındаn, Lui qızını öz аnаsının yаnınа аpаrdı. Nənənin isə vахti оlmаdığındаn uşаğın şüşəsinə süd yеrinə şərаb töкub, оnu yаtırırdı.
Illər кеçəndən sоnrа üç yаşlı Еditin tаmаmilə коr оlmаq təhlüкəsi ilə üz-üzə qаldığı məlum оldu. Nənə nəvəsini qəblunа hər gun minlərcə insаn gələn müqəddəs Tеrеzаnın yаnınа аpаrdı. Аmmа müqəddəs Tеrеzа dа Еditin gözlərinin nurunu qаytаrа bilmədi. Bununlа bеlə, Еdit tеzliкə məкtəbə gеtdi.

AYRILIQ MUSİQİSİ

Xosrov Barışan

Sən gedəndə;

 Gözyaşların şırıltısı,
   Damcıların şabba-şabbı
              Ayrılığın melodisin
                               Çalırdılar...
                                 Kədərin ritmində,
                                      Həsrətin çalqısında!
Eşitmədin mi?!!
 
YARANIŞ FƏLSƏFƏSİ

Elektron

 Atomun çərdəyinin
                  Çövrəsinə...
Bir şamın
 Bir kəpənək
       Çövrəsinə...

Günün fotosu

İbrahim Sel. Tələbkar tələbə -1

Tale xətti

Tələbəlik illərində bazar günündən
betər gün yoxdur
Bu gün həyat durğun
və duyğular susqun olur
səhər tezdən durub gözümü
telefona çox zilləmişəm
dünən tanış olduğum qıza
zəng etmək istəyirəm
di gəl ki telefonunu almaq
yadımdan çıxıb
heç vaxt bir şeyə yaramadım
bir az üz göstərdilər ki
ağzım qızışır
və əsas məsələlər yaddan çıxır
Neynək yaz ora, Tale
yemədi getdi
bu da bir Tale xətti

«ERQENEKON» TƏLƏSİ

 Həmid Herisçi

DUQİNİN QIZIL ALMASI. Xətrini çox sevdiyim bir Təbriz fədaisi vardı əvvəlki sovet Bakısında- gözlərini qıyıb bir az diqqətlə baxsan ona deyərdin ki, əsl SS zabitidir, 1945-ci il Berlin xarabalıqlarından birtəhər canını qurtararaq öz ayaqlarıynan durub gəlib uzaq Xəzər sahillərinə. Sübh tezdən oyanar, pencərəni açar, mənzilinə düşən al-əlvan günəş şüalarını ürəkdən salamlayar, başlardı idman etməyə, sonra övladlarını bağrına basar, radioqəbuledicini işə salıb İrandan gələn verilişlərə xüsusi diqqət ayırar, arabir nəsə qeyd edərdi əlindəki meşin üzlü dəftərçəyə. O, öz amallarına nə qədər sədiqdiysə, seçdiyi pinəçiyə, dəlləyə də eyni dərəcədə sədaqət göstərər, heç vaxt onları dəyişməzdi.

Aqşin bir “güllə“ ilə üç nəfəri vurdu

"Ya bu adamlar, doğrudan da, ciddi ədəbiyyatın nə olduğunu bilmirlər, ya da onun Azərbaycanda yaranmasını gözləri götürmür"

Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Teleqraf.com-a müsahibəsində AYO rəhbəri, yazar Aqşin Yeniseyin bu il də Milli Kitab Müsabiqəsini boykot etməsinə münasibət bildirib. Nigar Köşərli xüsusilə münsiflər heyətinə etiraz edən gənc yazarın barədə deyib: "Məncə, Aqşin ciddi olsa və yeni bir şey yaratsa, daha yaxşı olar. Bütün münsiflər əsərləri oxuyacaqlar. Axı bu həm də ədəbiyyat müsabiqəsidi. Bizim çox xoş niyyətimiz var və kimsə onu boykot edirsə, yəqin ki, o adamın özünə qarşı bir inamsızlığı var. Ya da başqa nəsə var. Məncə, biz ilk müsabiqədən bu günə kimi çox işlər görmüşük. Keçən il hamını Çingiz Abdullayev və Rəşad Məcid qıcıqlandırırdı. Bu il isə Qaraqanın üzərində dayandılar.

Tia.az-ın yeni rəhbəri danışdı

Əlişir Əhəd: “Oxucular saytın fəaliyyətində köklü dəyişikliklərin şahidi olacaq”

“Tribuna” informasiya agentliyində rəhbər dəyişikliyi baş verib. Portalın təsisçisi və baş redaktoru Fikrət Fərəməzoğlu yerini Əlişir Əhədə verərək saytın rəhbərliyindən gedib. Bundan sonra tia.az saytı ilə heç bir bağlılığının olmadığını deyən sabiq baş redaktor istefasının səbəbini yeni media qurumu təsis etməsi ilə əlaqələndirib.
Xatırladaq ki, tia.az saytının yaradıcısı Əlişir Əhəd olub və ilk dövrlərdə saytın fəaliyyətinə məhz o, rəhbərlik edib.
Tia.az-ın gələcək fəaliyyət istiqamətləri ilə bağlı Qaynar.info-ya danışan Əlişir Əhəd bildirib ki, oxucular saytın fəaliyyətində köklü dəyişikliklərin şahidi olacaq: “İlk öncə onu vurğulayım ki tia.az-ın dizaynında müəyyən dəyişikliklər olacaq. Bundan əlavə gənc kadrların sayta cəlb olunması ilə bağlı planlarımız var.

04.09.2012

Zindannamə

(Bu yazımı rəhmətlik Nəcibə nənəmin əziz xatirəsinə ithaf edirəm. Allah o ilk tərbiyyəçim və müəllimimin ruhunu şad, əbədi mənzilini isə cənnəti-məkan etsin, InşAllah!)

Çı yari eşğo dıl yarə be,
Hiç nızname, di Ya rə be...
Hırdən əbim, iqləm yar be,
Pi bim, ojnən Yar-Yarabe!
(talışca originalı)

Bir Yarın eşqindən qəlb yaralandı,
Hələm çox gənc ikən min yara aldı...
Əhdimdən dönmədim, qocalsam da mən,-
Yenə ol ümidim "Yarəbə” qaldı...
(azəri türkcəsinə məna tərcüməsi)

Günay Ümid. MƏN HƏLƏ DÜNƏNKİ UŞAĞAM


Mən hələ dünənki usağ idim...
Ayağlarım
gülüşlərimin üstündə qaçırdı...
əllərim
arzularımın düymələriylə oynaya-oynaya
yaxasini açırdı.

Mən hələ dünənki usağ idim...
haçan böyüdü əllərim?
Haçan sinəsini parçaladı arzularımın?

Böyüdü…
Böyüdü əllərim
İndi asılı qalıb bir qələmin nəfəsindən
Çəkin ayağının altındakı vərəqi…
Mən hələ dünənki uşağam...
Bezmişəm bu uşağın qorxaqlığından
Gözlə yumum gözlərimi.
Asın məni uşağlığımdan!!!...

Mənim torpağımdır gözə alınan


Surxay SULTAN

Naxçıvanda yol tikintisi ilə məşğul olan, PKK ilə əlaqəsi şübhə doğurmayan, Türkiyəyə məxsus şirkətin işçiləri Ərəfsə kənd qəbristanlığının bir hissəsini dağıdıb, üzə çıxan insan sümüklərini məzarlıqdan kənar bir çalaya töküblər... 

Gördü bəd əməlin mərdiməzarlar,
Bir anda yarıldı bağrı torpağın.
Dağıldı, söküldü köhnə məzarlar,
Haray bizim oldu, ağrı torpağın.

03.09.2012

RAMİL SƏFƏROVA GÖRƏ RESTORANDAN ERMƏNİLƏR QOVULDU

Avqustun 31-də Macarıstandan Azərbaycana ekstradisiya olunan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunması dünya səviyyəsində reaksiyalara səbəb olub.
Gürcüstanda yaşayan soydaşlarımız həmin günü bayram ediblər. Tiflisin mərkəzində təşkil olunan aksiyaya minlərlə soydaşımız qatılıb. Lakin gürcü polisi təhlükəsizlik tədbirlərinə görə, aksiyaya icazə verməyib. Bundan sonra soydaşlarımız xüsusilə, azərbaycanlıların sıx məskunlaşdığı “Şeytan bazarı” adlanan ərazidəki restoranlarda şadyanalıq ediblər. Bu zaman maraqlı biR hadisə baş verib. Tiflisin mərkəzindəki “Samikitno” restoranına daxil olan idmançı azərbaycanlı gənclər restoranda oxuyan müğənninin əlindəki mikrofonu alaraq rus dilində “burada erməni varsa, xoşluqla buranı tərk etsin” deyərək qonaqlara müraciət ediblər.

Как Hадо Cдавать Hа Права ...

Сложный русский язык))


Araz & Aysan - Gülpembe

Akif Abbasovun “Yumurta” adlı hekayələr və lətifələr kitabı nəşr olundu

Yazıçı Akif Abbasovun “Yumurta” adlı hekayələr və lətifələr kitabı işıq üzü görmüşdür. Kitab “Mütərcim” nəşriyyat tərəfindən çap olunmuşdur. Redaktor filologiya elmləri doktoru, professor Telman Vəlixanlıdır.
Kitaba lap son zamanlarda qələmə alınmış hekayə və lətifələr daxil edilmişdir.
Bədii nümunələrdə işgüzar, ailəsinin rifahını düşünən, övladlarının xatirinə nikahdan imtina etməyən Babaxan (“Kiçik toy”),  maddi çətinlik içərisində çabalayan, sonradan dolanışığın cəmini tapan Vəliağa (“Arvadin  danlağı düşərli  oldu”),  zəhmətkeş qadın Bəsti (“Deyirəm axı...”), hikkəsi, “mənəmliyi” ilə seçilən, həmişə sözünü yeritməyə çalışan  və bununla  ərini infarkt vəziyyətinə çatdıran Şərnisə (“Kiçik toy”),  əliəyri Dava Dalaşov (“Beş il keçib”) kimi obrazlar yaradılmışdır. 

Rövşən Yerfi. Kətil məsuliyyəti

 “Allah beləsindən qorusun”...

Növbətçi otağından təzə kətil itmişdi. Səhər vaxtı, növbənin təhvil-təslimində gündəmə gələn kətilin itməsi xəbərindən zabitlərlə yanaşı nəzarətçilər də çaşqınlıq içində qalmışdılar. İynə deyil ki, itsin necə ola bilər, o boyda kətil yox olsun?
“Taburetka” deyilən dörd dəmir qıçlı, üstü laklı taxtası olan kətillər üç ay idi müəssisəyə gətirilmişdi. Oturacaq taxtasının rəngi və parlaqlığı göz oxşadığından ilk gündən hamının bu kətillərdən xoşu gəlmisdi. Kətillərin çox hissəsi məntəqə tipli müəssisədə cəza çəkən məhkumlar üçün nəzərdə tutulan yataqxanaya paylanmış, qalanını isə anbar  adlandırılan otağa yığmışdılar.

Ələddinin sehirli çırağı

 Günel Eyvazlı

Bu gün Sizə nağıl danışmayacağam. Mətnimdə nə sehirli xalça yoxdur, nə sehirli çıraq. Nə də əzəmətli cin. Hansıki, 3 arzunu yerinə yetirəcək.
Amma, məqaləmin sonunda Cinə ehtiyac olacaq.
Mən Sizə özümüzdən danışacağam. Çox yox bir neçə fakt. Sonra tərəzinin bir gözünə dediyim faktları, digər gözünə isə qürur duyduğunuz mentaliteti qoyarsınız.
Koroğlu eposunu oxuyanda həmişə bir şey məni düşündürürdü. Niyə 7777 dəlisi olan Koroğlu obrazını yaradan xalq, ona bir o qədər də oğul, qız nəsib etməmişdi ? Niyə Nigar və Koroğlu sonsuz olduqları halda ailə ittifaqları dağılmamışdı ? Niyə Koroğlu Nigarı incitmirdi, əzmirdi. Uşağın niyə yoxdur demirdi? Niyə?

Günün fotosu

Əllərim bulaşıb göz yaşlarına

Abdulla Məmməd
Quba


Bir damla göz yaşın-sonda ölən köz,
Dilinlə gor eşmə ürəyimdə sən.
Dünən sevincimə çərik olan qız,
Bu gün kədərinlə ürəyimdəsən.

Əllərim bulaşıb göz yaşlarına,
Alın yazısıdı, göz yaşı deyil.
Qucub dizlərini hönkürmə yenə
Dizlərin sevgimə baş daşı deyil.

Günün fotosu

BİZİM ZİBİLLƏMƏ XƏSTƏLİYİMİZ

Şirinxanım Kərimbəyli Şadiman

Əslində zibil sözü elə çox mənalı deyimdir ki, onu bir çox gedişlərdə işlətmək olar. Amma mən bu yazımda küçələrimizdə, yaşayış ərazilərimizdə baş alıb gedən zibil yığınlarının bugünki gündə sağlamlığımız üçün açıq-aydın bəlaya çevirilməsinin acı gerçəkliyini dəyərli oxucularımızla, sözə, fikirə qiymət verən qələm əhliylə bölüşmək istəyirəm. İnan ki, bu üzdən xüsusən yay aylarında evdən çıxmaq istəmirəm. Çünki çıxan kimi ya qonşularla, ya da zibilləmə xəstəliyinə tutulmuş, kimi gördüm, onunla didişməyə başlayıram. Bu didişmə isə axırda ürək ağrılarımla başa çatır. Necə deyərlər zərbə özümə dəyir.

Yeni ədəbiyyat verilişi - “Yeni səhifə” RTV-də açılır

Azərbaycan ədəbiyyatının durumundan bəhs edəcək televiziya verilişinin adı “Yeni səhifə”dir. Telelayihə “Regional Televiziya”da yayımlanacaq. Verilişdə Azərbaycan ədəbiyyatının bü günkü problemləri, son illərdə qələmə alınan əsərlər, çağdaş ədəbiyyatda narazılıqla qarşılanan məqamlar və digər məsələrə toxunulacaq.
Veriliş ədəbiyyatın inkişafı və mütaliənin təbliğinə xidmət göstərir. Bundan əlavə “Yeni səhifə”də regionda yaşayan yazarların yaradıcılığı da yer alacaq. Verilişdə toxunulan mövzular çağdaş Azərbaycan ədəbiyyatını yazanların dilindən müzakirə olunacaq. Qonaqlar əsasən Azərbaycanın gənc yazarları olacaq. Tamaşaçılar “Yeni səhifə”ni  hər həftənin cümə axşamı saat 20:30 –da gənc yazar Sərdarın təqdimatında izləyəcəklər. Verilişi rtv.az saytında canlı izləmək mümkün olacaq. Sentyabrın 6-da efirdə olacaq ilk verilişin mövzusu “Azərbaycan ədəbiyyatında atalar, oğullar”, qonaqlar isə həm ədəbiyyatda, həm də real həyatda ata-oğul olan şair Qəşəm Nəcəfzadə və Kəramət Böyükçöldür.

Eynəlqüzat Miyanəci

Azərbaycan filosofudur. Əslən Cənubi Azərbaycanın Miyanə şəhərindəndir. Miyanəcilər 11-12-ci əsrlərdə şairlər, alimlər yetirmiş böyük nəsldir. E.Miyanəci Ömər Xəyyam, Əhməd Qəzali, Məhəmməd Cüveyni və başqalarından elmin müxtəlif sahələrini öyrənib. 28–29 yaşlarında azadfikirlilik üstündə müsəlman qanunçuları – fəqihlər tərəfindən təqiblərə məruz qalıb. Ayrı-ayrı yerlərdə onu kafir elan edir, ölümünə futva verirlər. O, 1127-ci ildə bu xəbəri eşidib, dostu qazi Kəmalüddövləyə məşhur məktubunu yazmışdı: “Şəhərdə deyirlər ki, Eynəlqüzat Allahlıq iddiası edir. Mənim qətlimə fitva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver.”
Varlıq təlimi: Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış E.Miyanəci panteistdir. Bu təlim mahiyyət etibarilə, kreatsionizmə və dualizmə müxalifdir.

Milli inkişaf və Qərbçilik inqilabı

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

Ərəb dünyasının qarışdırılması Azərbaycanda siyasi həvəslərə stimul verib. Eynilə Gürcüstanda, Ukraynada törədilən inqilablar zamanı Azərbaycanda mitinqlər keçirildi. Ancaq qısa müddətdən sonra sakitlik hökm sürməyə başladı. Fərq hər şeyi açıq göstərir. İstər Ukrayna və Gürcüstanda, istərsə bu gün ərəb dünyasında küçə aksiyaları başlayır və hakimiyyət dəyişikliyinə qədər davamlı olur. Çünki onların araxasında Qərb durur. Yəni Qərbin “hökm vermədiyi” tədbirlər davamlı olmur. İstənilən dövlət öz içində pərakəndə şəkildə keçirilən tədbirlərin qarşısını almağa qadirdir. Çünki zora əsaslanır, güc strukturları əlindədir. Ancaq tədbirləri Qərb başladanda əvvəl hakimiyyəti psixoloji basqı altına alır, onun amansızlığı, qəddarlığı haqqında sürətli təbliğatlar həyata keçirilir, kütləni ümidləndirən vasitələri hərəkətə gətirir.

Akif Abbasov. OĞURLUQ

 Muradəli əlli illik ömründə pisi də, yaxşını da çox görmüşdü. Həyatını sən deyən fərəhli keçməmişdi. Çətinliklərlə çox qarşılaşmışdı. Bu fani dünyada ağlı kəsəndən nə qazanmışdırsa, öz gücünə idi. Başı daşdan-daşa dəyə-dəyə gəlib bir vəzifə, şan-şöhrət sahibi olmuşdu. Görünür, xoşbəxt ulduz altında doğulmadığı üçündür ki, hansı işin qulpundan yapışmışdırsa, qabağına daş diyirlətmişdilər. Odur ki, dara, çətinə düşəndə dilxot olar, “Elə bil  işim daş altından çıxır” deyə öz-özünə deyinərdi. Lakin heç vaxt ruhdan düşməzdi.  Mübarizələrdə bərkimişdi. Indi bir iş dalınca düşəndə qabaqcadan özünü buna hazırlayırdı: “Düzələn iş deyil. Amma gedim”. Ona görə də işi düz gətirməyəndə dilxor da olmur, uğur qazananda sevinirdi.

Çarlz Bukovski. Mənə sevgi gətir

Namiq Hüseynlinin tərcümələri

Harri pilləkanlarla enib bağa girdi. Orda xəstələr gəzişirdi. Ona arvadı Qloriyanın da orada olduğunu demişdilər. O arvadının stol arxasında tək başına əyləşən gördü. Harri arvadına tərəf gedib, yan tərəfdən sakitcə ona yaxınlaşdı. Stol götürüb üzbəüz əyləşdi. Qloriya başını dümdüz tutmuşdu və bənizi solmuşdu. O ərinə baxdı, lakin tanımadı. Xeyli baxdıqdan sonra tanıya bildi.
-Sən konduktorsan? – o ərindən soruşdu.
-Hansı konduktor?
-Həqiqi konduktor?
-Yox.
O solmuşdu, gözləri də solğun idi. Solğun-mavi rəngdə.

02.09.2012

Cənnət anaların ayağı altındadı

Emin Piri

deyən qadın
bətnində doğratdığı
körpə bədənini
yığıb ayaqları altına
qalxır cənnətə sarı.
Burda Hippokrat andına,
körpə qanı axıdaraq
and içirlər.
Kimlərinsə
ömür boyu arzuladığı
körpə səsi
cərrah bıçağıyla kəsilir...
Şeytan boylanır
ağ xalatlı pəncərədən
gözləri bərəlib
dizləri əsir

Шутка)))

Зара - песня из к/ф "Мой ласковый и нежный зверь"

 

Mindən biri

Sima Ənnağı

O,  səmanı qızıla boyadı,
Buludları – çəhrayı etdi.
Sonra güllərlə evləri, küçələri bəzədi.
Rəsmləri səhər sevinci ilə doldu
Pəncərələrdən gələn qəhqəhələrlə.
İnsanlar dedilər – dəlidi bu,
Ağlı çatmır...
Məgər qızıl səma, çəhrayı bulud varmı?
Məgər heç nədən
Səbəbsiz
Küçələri, evləri gülə-çiçəyə qərq etmək olarmı?
İçdən qəhqəhə çəkmək, yaşadığına sevinmək,
Hər gün gördüyün günəşə aşıq olmaq
Əsil dəlilikdi,
Dəlilik...

Bizimkilər slavyan ölkəsində

Günün fotosu

Günün fotosu

Çəkək!

Gülnar Məsimli

Dərd dərdi doğar deyərlər, dərd dərdi unutdurar da deyərlər və sanki doğanın doğduğunu unutdurduğunu elə doğru da deyərlər...
Zamanla yarım yaşamın qeyri-mümkünlüyünü çox oxudun, çox gördün, dostum. Çox zamansa yaşantılarının  gerçək günlərində yaşadın. Gələnlərin getdiyini, gedənlərin bitdiyini, bitənlərinsə dönüşünün qeyri-mümkünlüyünü sən də yaşadın. Dünyamızın fırlanma gerçəkliyinə sığınaraq qəbul etdin bu acılı-şirinli gerçəkliyi, doğal kimi mənimsədin. Hər itkinin, hər acının bir umudlu sabahla əvəzlənəcəyi ümidi ilə sadəcə çəkməyinlə qaldın. Bir dərdin ağrısı bitməmiş yenisinin huyuna da alışdın. Daha nələrə alışmadın kim bilir...
 Urmi dərdini düşünərkən - Güneyin dərdi olan Urmuni, yalnız Güneyin ağrısı olan Urmini deyirəm. Bu ağrı içini yeyərkən indi Qaradağ dərdi əkləndi içinə... Urmi dərdi keçdi arxa cərgəyə. Sədlənir ağrlarınız zamanla.

01.09.2012

Hilal Məmmədovun qanunsus həbsilə bağlı Berlində etiraz aksiyası keçiriləcək

Almaniyada fəaliyyət göstərən Azərbaycanda Demokratiya Naminə Birlik təşkilatı Amnesty İnternational təşkilatın yerli strukturu ilə birgə 05 sentyabr 2012-ci il tarixdə saat 10-dan 11-ə kimi Berlində AR sefirliyi binası qarçısında etiraz aksiyası keçirtməyi planlaşdırıb.
Aksiyaya hazırlıqla bağlı təşkilati işlər başa çatdırılmışdır. Aksiyada "Hilal Məmmədov dərhal azadlığa buraxılsın", "Azərbaycanda siyasi və vicdan məhbuslarına azadlıq", "Demokratiya həm də Azərbaycan üçün" və s. şuarlar səsləndiriləcək. Aksiyaya Avropada yayaşayan Azərbaycan diasporunun nümayəndələri dəvətlidir.

Оставляя после себя библиотеки

Allah, məni çağır, gəlim

Şəbnəm Xeyrulla

Daha dünyadan bezaram,
Allah, məni çağır, gəlim.
Özüm tək gəlsəm, azaram,
Göstər bir yol, cığır, gəlim.

Nə olsa, deyil eynimə,
Kəfən biçmişəm əynimə,
Əməllərim sol  çiynimə
Yüklənibdir, ağır gəlim.

Dünyanın dadı qalmırsa,
Əzrayıl canım almırsa,
İsrafil, surun çalmırsa,
Heç olmasa, bağır, gəlim.


Dünyadakı yadlar

Zümrüd Yağmur
                                                                                             
İt bir şeyi anlaya bilmirdi, bu dünyada adamların rahat yaşaması mümkünkən, niyə bu qədər əzab çəkən vardı. Bu dünyanı, adamları kim yaratmışdı, niyə belə yaratmışdı? Bu yoxsul, bax elə bu havada soyuqdan büzüşüb qaçışan insanlar, niyə belə yaradılmışdı, yaradan niyə hamını bərabər yaratmamışdı və qəribə bir iş idi, eyni olan bu qədər qeyri-bərabər idi. Bu yoxsul insanlar, ağaclıqda qoyub gəldiyi sahibi kimə, nəyə lazım idi?
İt dumanlı, düşünə biləcəyi qədər düşünüb cavab almaq üçün duyduqları, dərk etdiklərinin kifayət olmadığını hiss etdi. Anladı ki, çox şeyi dərk edə bilmir, dərk edə bilmir ki, yoxsul, bu əzab çəkən insanlar səbəbdir, o qaçqın damğası ilə damğalanmış sahibsiz, yoxsul sahibi onları əyənlər, əzib rahatlıq düzəldənlər üçün səbəbdir. Anlaya bilmədi ki, bu illər ərzində bu qaçqın damğalıların adına gələn yardımların hesabına nə qədər varlanan, rahat yaşayan vardı, əzilən milyonların, bu şəhərdəki, bundan o tərəfdə olan insanları idarə edib onlara xidmət etmək adı altında elə milyon-milyon zənginliklər qazananlar vardı.

Тимур Муцураев - Твои Глаза Рисуют Любовь cover by Anar