Kəpənəklər xarabalıqda yaşamaz, amma o yaşayırdı. Ağ kəpənək tənha idi. Dostu yox idi. Uçmağı belə unutmuşdu. O qədər uçmamışdı ki, incə qanadlarını toz basmışdı. Ağ kəpənək boz kəpənəyə dönmüşdü. Toz qanadlarına hopmuşdu. Elə hey bitli taxtanın üstündə oturub gözləyirdi. Nəyi? Kimi?
Möcüzə gözləyirdi. Möcüzələrə inanırdı. Əmin idi bir gün o möcüzə baş verəcək. “Ağ kəpənək” tənhalıqdan bezmişdi. Ona görə də, xarabalığı tərk etdi. Uçdu, uçdu gözəl və qəribə bir yerə gəlib çıxdı.






