Ərə gedən “kişilər” şəriətlə iki qadın alan kişilərdən daha hüquqlu sayılır
Desəm ki, yaman tərsə düşüb ölkəmiz, bunun özü də tərsinə başa düşüləcək. Niyə ki? Ondan ötrü ki, bizdə hər şey, hər zad tərsinə cərəyan edir. Meyarlarımız da tərsinə, baş-ayaq ölçülür. Nə kişi bilinir, nə də arvad. Arvad kimi geyinən əgər cəmiyyətimizdə kişi kimi yaşayandan daha hörmətlidirsə, daha nə gözləmək olar bu səltənətdən. Oğurluq, rüşvətxorluq haqqı divara sıxıb. Vicdanla yaşamaq istəyən insanlar əfəl, mağmın hesab edilir. Hansı uşaq desə ki, “mən böyüyəndə müəllim olacağam” ona geriqalmış, dünyagörüşü olmayan uşaq kimi baxacaqlar. Və düşəcəklər atasının üstünə ki, “özün bir gün görmədin, heç olmasa qoy balan adam kimi yaşasın.”

