14.09.2017

MTN əməkdaşları qaçaqmalçılarla necə ortaq biznes qurub? - Məhkəmədə şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN-in Əməliyyat-Texniki İdarəsinin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib. O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib: "İşim məxfi məlumatlarla bağlı telefonların dinləməsindən ibarət olub. İdarənin rəisi Natəvan xanım idi. Bizə raportla məlumat gəlirdi, telefonla izləyirdik. Həmin şəxsləri tanımırdım. Antiterror Mərkəzinin rəisi, idarə və şöbə rəisləri telefon dinləmələri ilə bağlı bizə raportla müraciət ediblər. Bizim də işimiz həmin texniki işləri görməkdən ibarət olub. Biz uzun illər məhkəmə qərarı olmadan, nazirin dərkənarı ilə telefon dinləmələrini həyata keçirmişik. Mənə tapşırıqları əsasən Elşad Əzizov verib, o işdə olmayanda isə tapşırıqları birbaşa Natəvan Mirvətovadan almışam".
Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov ifadə verib. O, zərərçəkmiş iş adamları Sahib Qurbanov və Zaur Əzimovun epizodları üzrə dindirilib: "Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşırığını icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağı dedi. Mən də həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Şahid əlavə edib ki, Rafiq Səfərov siqaret qaçaqmalçılığı ilə tutulan şəxsin yanında işləyən fəhləni dindirib: "Dindirilmə zamanı həmin şəxs heç nə bilmədiyini dedi. Bu zaman Rafiq onu şillə ilə vurdu. Bundan 10 gün sonra şöbəyə Zaur Əzimov gəlib. 15 dəqiqə sonra Rafiq müəllim onu da dəhlizə çıxarmağımı tapşırdı. Mən də onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Mirələm Həşimov qeyd edib ki, Zaur Əzimov və digərlərinin buraxılmasından, Rafiq Səfərovun onlardan pul tələb etməsi və ya almasından xəbəri olmayıb. Şahid bildirib ki, əməliyyatlara Rafiq Səfərovun özü rəhbərlik edib, onun Sahib Qurbanov və Zaur Əzimovdan 100 min dollar almasını ümümi söhbətlərdən eşidib.
İş üzrə şahid qismində MTN-in Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov dindirilib. O, ifadəsində qeyd edib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb. Vüqar Mahmudov deyib ki,  MTN-də 2013-ci ildə işə başlayıb: "Nazirlikdə işləməzdən qabaq kiçik bizneslə məşğul olmuşam. O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələri yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi". Şahid bildirib ki, bir müddət sonra İlhamı Binəqədi rayonun rəisi olan Rafiq Səfərovla tanış edib. Prokurorun suallarına cavab verən Vüqar Mahmudov etiraf edib ki, Rafiqlə İlhamı tanış eləməkdə məqsəd bazarda digər siqaret qaçaqmalçılarının qarşısını almaq olub: "İlham bu işdə uzun müddət idi çalışırdı. Ölkəyə siqaret gətirən hamını əlinin içi kimi bilirdi. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəkildə qaytarırdı". Şahid bildirib ki, bir neçə dəfə İlham ondan xahiş edərək pulu Rafiqə onun verməyini istəyib: "Bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".
Bu zaman təqsirləndirilən general Elçin Quliyev etiraz edib. O bildirib ki, bunun onun işinə dəxli yoxdur: "Başa düşmürəm, deyirəm, sakit oturum, danışmayım, alınmır. Baxın, bu epizodun mənə nə dəxli var? Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var? Sonda deyəcəksiniz ki, bax, Elçin Quliyev, şahidlər gəlib sizin əməllərinizi etiraf edir". Bu zaman hakim bildirib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: "İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək". Prokuror arayış verərək bildirib ki, ittiham mütəşəkkil dəstə şəklində verilib.
Şahid Vüqar Mahmudov ifadəsini davam etdirərək bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurbanov bir dəfə yanına gəlib: "İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Dedim mən heç kimin  malını götürməmişən. Dedim bu söhbəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini Heydər İslamov. Heydərlə danışdım, dedi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi".
Daha bir DTX-a əməkdaşı Hüseyn İlyasov dindirilib. O bildirib ki, dinləmələri rəhbərliyin tapşırığı ilə ediblər: "Heç bir məhkəmə qərarı olmayıb".
Prosesdə hazırda həbsdə olan Fərhad Atayev və general Teymur Quliyev ifadə verib. Onlar da istintaqa verdikləri ifadələri təsdiq ediblər. Teymur Quliyev bildirib ki, o, istintaqa umumi məlumat verib: "Rəhbərlik nə tapşırıq verib, onu icra etmişik".
Məhkəmə sebtyabrın 22-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

11.09.2017

SƏNİ UNUTDURMAĞA HEÇ NƏYİN GÜCÜ ÇATMAZ

Xatirə Xatun

Sən- uçuq ürəyimə qətrə-qətrə damanım,
"İndi yazar, bu saat zəng eləyər" dediyim.
Tək pənahım, ümidim, söykəndiyim gümanım,
"Gəl məni məndən qurtar" axşam-səhər dediyim.

Aylar, illər, fəsillər beləcə ötüb keçər, 
Səni unutdurmağa heç nəyin gücü çatmaz.
Zaman bir qayçı kimi ömrümü kəsər, biçər,
Alışmağı öyrədər, unutmağı... bacarmaz!

Allah, o nə sevgiydi? 
Möcüzəydi, möcüzə!
Adın çəkilən kimi dilim-dodağım əsər.
İndi qoymusan məni yoxluğunla üz-üzə
Hər gecə əllərimə intizarın tələsər...

Sən yaşayan o yerdə hava necədir görən?
Xəritədə gəzirəm sən getdiyin şəhəri.
İzləyirəm, baxıram xəbərlərdən, efirdən
Dirigözlü açıram bəzən olur səhəri...

Lənətə gəlsin görüm!
Əlindən hara gedim
Gözlərinə baxarkən hiss etdiyim acının?
Bu ömrü asta-asta belə yedim, bitirdim,
Çarəsini kim bilir qürurun əlacının?

Dəstə-dəstə adamlar gələr, ömürdən keçər,
Səni unutdurmağa heç kimin gücü çatmaz.
Zaman bir qatar kimi ömrümü kəsər, biçər,
Alışmağı öyrədər, unutmağı bacarmaz...

05.09.2017

AMEA Əlyazmalar İnstitutunun direktor müavininin 1 milyon 200 min manatı necə oğurlanıb?

Bakı şəhər sakini Zeynalov Abduləli Mirzə oğlu mətbuata göndərdiyi şikayət ərizəsində qızının AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edildiyini yazıb. Ata bu məsələdə qızını günahkar saymır. Bununla belə, redaksiya AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın da mövqeyini öyrənməyə çalışır. Aşağıda həmin şikayət məktubunu ixtisarla təqdim edirik.

Hörmətli «Təzadlar»! Bəzən KİV-də yazılır ki, alimlərin aldığı məvacib qənaətbəxş deyil. Belə yazılara çox rast gəlinir. Bəzən də alimlərin evində baş vermiş oğurluq hadisələri ətrafında istintaq orqanı araşdırma aparanda bəlli olur ki, sən demə, alimlərin bəziləri kasıb yox, lap yaxşı yaşayır və dolanır.
Deməyim odur ki, mən Zeynalov Abduləli Mirzə oğlu, sizin sayta müraciət edərək bildirirəm ki, mənim qızım Zeynalova Xanım Abduləli qızı Azərbayacan AMEA-nın əməkdaşı, professor, elmlər doktoru, 2002-2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində işləmiş, indi isə AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın şikayəti əsasında həbs edilib. Həbs edilən qızım Xanım Zeynalova əvvəllər A.Əliyevanın evində xadimə işləyib və guya alimin evindən 536 min ABŞ dolları, 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ona görə “guya” yazıram ki, təqsirsizlik prezumpsiyası adlı bir hüquqi anlayış var və hələ ki istintaq gedir, məhkəmə hökmü olmadan kimisə cinayətkar hesab etmək olmaz. Oğurluqda şübhəli bilinərək həbs edilən qızımın isə taleyi məni ciddi narahat edir, bəzən bu qanunsuz hərəkətə görə intihar etmək istəyirəm. Amma bəzən də gözləyirəm görüm bu işin axırı necə olacaq.
Hamıya bəllidir ki, sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yəni, Aybəniz xanım, istintaq tərəfi sübut etməlidir ki, həqiqətən də, Aybəniz xanımın evindəki seyfdə 536 min ABŞ dolları, 143 min manatlıq da qızıl-zinət əşyaları olub və bunların hamısını məhz təqsirləndirilən qızım oğurlayıb. Bunlar öz yerində... Mən həbsdə olan qızımın sözlərinə istinadən bildirirəm ki, Aybəniz xanım çox əliaçıq və ürəyi geniş olub, şəxsi seyfinin də qapılarını ailə üzvlərinin üzünə geniş açıbmış. Kim nə vaxt, nə qədər istədi, götürüb xərcləyirmiş. Misal üçün, xüsusi qeyd edim ki, Aybəniz xanımın qızı Gülşən Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorudur. O, yaxın dostu olan, Zorik (əsl adı Qalibdir) kimi tanıdığı oğlana “Albatros”dan hədiyyə almaq üçün, anasının xəbəri olmadan onun seyfindən 3 min ABŞ dolları götürübmüş və bu barədə biləndə Aybəniz xanımla qızı arasında mübahisə olub. Belə hallar tez-tez təkrarlanırmış deyə, ana-bala arasında tez-tez mübahisələr baş verirmiş. Abduləli Zeynalov olaraq onu da bildirəm ki, axtarış zamanı qızımın evindən, Aybəniz Əliyevanın oğurlandıqlarını iddia etdiyi bir neçə qızıllar həqiqətən də tapılıb. Həmin bir neçə qızılları isə Aybəniz xanımın qızı Gülşən qızıma veribmiş. Səbəbini isə belə izah edə bilərəm: Aybəniz Əliyeva xəstə olduğu müddətdə ona qulluq etmək üçün qızı Gülşən Əliyevanın vaxtı olmayıb, ona qızım Xanım Zeynalova xidmət edib. Bunun müqabilində qızı Gülşən Əliyeva bir neçə xırda qızıl məmulatını qızıma pul əvəzi bağışlayıb. Bunu Aybəniz Əliyeva istintaqa verdiyi birinci ifadəsində təsdiqləsə də sonradan verdiyi ifadədən imtina edib. Maraqlısı isə odur ki, oğurluq hadisəsi qızım Xanım Zeynalova A.Əliyevanın evindən işləməkdən çıxıb Bakı Metropolitenində işlədiyi müddətdə baş verib. Yəni 8 ay sonra törədilib. Demək istəyirəm bu qədər pul qızıl iynə olub ki, bunun oğurlanmasından Aybəniz Əliyeva 8 ay sonra xəbər tutub? Elə bu oğurluq hadisəsi qaranlıq mətləblərdən xəbər verir. Hələliksə hər kəsin marağına səbəb olacaq bir suala cavab verirəm: AMEA-nın professoru, Əlyazmalar İnistitunun direktor müavini Aybəniz Əliyevanın evində 1 milyon manatdan artıq pul haradandır?
Görəsən Aybəniz Əliyeva düz danışırmı? Onun evindəki seyfdə həqiqətən də 536 min ABŞ dolları, 143 min manatlıq qızıl-zinət əşyaları olub? Olubsa, hardandır bu sərvət? Aldığı 1500-2000 manatı yeməsə, içməsə, istirahətə, səyahətə getməsə, özünə bahalı geyimlər, zinət əşyaları almasa, neçə ilə bu qədər sərvəti toplaya bilərdi Azərbaycan alimi? A.Əliyevanın məvacibini, hətta 1500-2000 manatdan götürsək (onu deyim ki, bu məvacibi də almasi ağıla batan deyil) ilə 24 min manatdan, 30 ilə yalnız 720 min manat yığmaq olar. Burada isə milyondan artıq sərvətdən söhbət gedir. Aybəniz Əliyeva-Kəngərli 30 il pəhrizmi saxlayıb, orucmu tutub? Onu da qeyd edim ki, qızımın əsassız yerə həbs edilməsi, onun azyaşlı övladlarının kimsəsiz qalması bir ailə faciəsi ilə nəticələnib. Mən növbəti yazımda Aybəniz xanımın qızı Gülşən Əliyeva barəsində daha geniş məlumat göndərəcəm. Çünki bu məlumatlarda oğurluq hadisəsinin izi aydın görünə biləcək…
Hörmətli «Təzadlar»!
Sizə əlavə məlumat göndəriləcək. İstəyirəm ki, kimisə hansısa cinayətdə ittiham edəndə insaf və ədalət ortada olsun, başımızın üzərində olsun. Yenə də məhkəmə istintaqından ədalətli nəticə gözləyirəm.
Dərin hörmətlə:
Zeynalov Abduləli Mirzə oğlu
Bakı şəhəri, Yasam rayonu Faiq Kərimov küç.-186.

Redaksiyadan: A.Əliyevanın da mövqeyini dinləməyə hazırıq və buna çalışırıq...

faktinfo.az

Gülşən Əliyeva-Kəngərli: 1800 maaş alıram, bacım bir əməliyyatı 5 minə edir, anamın 50-70 minlik qrantları var

1 milyonu oğurlanan alimin professor qızından MARAQLI AÇIQLAMALAR

Evindən 1 milyonluq oğurluq edilmiş AMEA-nın professoru, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva Ölkə.Az-a maraqlı açıqlamalar verib. G.Əliyeva bildirib ki, qarşı tərəf məsələni ictimailəşdirməklə onlara təzyiq göstərməyə çalışır: “Məlumat doğrudur. Bu adamlar bizim evimizdən 500 min pul aparıblar. Üç il əvvəl başımızı aldadıb ki, atam ölüb. Üç il ərzində bu adam evimizdən o pulları aparıb. Aybəniz xanım hazırda Fransada rəsmi ezamiyyətdədir. Mən bir professoram, ədəbiyyatçıyam, o Abduləli isə heç kimdir. Onunla bir tərəziyə düşmək istəmirəm. Onların evindən bizim əşyalarımız artıq tapılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İndi o başa düşüb ki, saytlara məlumat verməklə bizə təsir edə və ərizəmizi geri götürtdürə bilər. O səbəbdən ora-bura yanlış məlumatlar verir. Yəqin sizə də belə deyib ki, “Albatros” dükanından filan şey alınıb. 47 yaşlı adamam, “Albatros” dükanından dayıma da, qardaşıma da, qonşuma da almışam. Kiməsə nəsə almaq istəyəndə dükanda qəbz yazdırırsan. Bu adi qaydadır. Mağazada qəbz yazdırıb adama hədiyyə etmişəm. Bunu sayta verməyin mənası nədir?”
Güləşn Əliyeva bildirib ki, alimin evində  bir milyon vəsaitin olmağı qeyri-adi sayıla bilməz: “Əgər siz həqiqətən jurnalistsinizsə, hüquq-mühafizə orqanlarına müraciət etməyə hüququnuz var. Nəsimi rayon prokurorluğuna rəsmi şəkildə sənədlərimizi təqdim etmişik. Bizim “Sovetski” adlanan ərazidə, Mirzə Fətəli küçəsində 2 mərtəbəli mülkümüz olub. Hökumət o evin əvəzində bizə 220 min pul verib. Bundan əlavə əlimizdə digər pulların da mənbələri var. Yəqin ki, orada soyadımızı oxudunuz. Biz məşhur Kəngərli nəlindənik, köklü ailəyik. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İsgəndərin prototipi mənim babamdır. Biz qələm əhliyik. Başa düşürəm, sizə də bir xəbər lazımdır. Əslində bir ziyalının tərəfini qoyub, oğrunun tərəfini saxlayırsınız. Bu adam 2015-ci ildən evimizdən bu şeyləri yavaş-yavaş aparıb. Sadəcə anam buna inanıb ki, yazıqdır, kasıbdır. Deyir, guya anam xəstə olub və anama baxdığı üçün bu şeyləri ona hədiyyə vermişəm. Mənim bacım məşhur həkimdir, skaleoz əməliyyatları həyata keçirir. Bacım anamı yox, yüzlərlə başqa adamı müalicə edir. Aybəniz xanım onkoloji xəstədir. Biz onu dizimizin üstündə Almaniyaya, digər şəhərlərə aparıb müalicə elətdirmişik. Aybəniz xanım 50 ildir bu sahədə işləyir, bir neçə 50-70 minlik qrantları var. Bunların hamısı sənədlidir. Bacım həkimdir, etdiyi əməliyyatların rəsmi qiyməti 5 min manatdır, mən özüm 1800-1900 manat məvacib alıram. Atam professor alim idi, ölkədə çox nadir bir elmlə- ilan zəhəriylə məşğul olurdu. Mən də Mədəniyyət və İncəsənət Universitetinin Prorektoruyam. Universitetin 2500 tələbəsi var, 20 ildir orada dərs deyirəm. Hər yerdə bizim tələbələrimiz işləyir. Onlardan məni soruşun. 500 nəfər sənə deyəcək ki, bu müəllimə heç kimə demədən mənim təhsil haqqımı ödəyib, Türkiyəyə gedə bilməmişəm yolpuluma, biletimə kömək edib. Yüzlərlə adama təmənnasız kömək etmişəm. Fikirləşmişəm ki, mənim də uşağım var və bu yaxşılıqlar nə vaxtsa qarşıma çıxacaq. Bir adam deyə bilməz ki, mən Aybəniz xanıma bir manat rüşbət vermişəm. Elə bir şey mümkün deyil”.
Qeyd edək ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərlinin Nəsimi rayonundakı mənzilində qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mənzildən 29 ay müddətində oğurluq etmiş X.Zeynalova tutulub və onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib.

qafqazxeber.az

04.09.2017

Keçibəy barədə şeir

Keçi satdı yaylağı
Yendi gəldi arana.
Onun çağdır damağı
"Xidməti" var xalqına.

Göz çıxır orbitindən
Düz yerdə də dolaşır.
Deyir kənardan görən
Keçi dupl piyandır.

Keçi gəzdi bağları
Sındırdı budaqları.
Çox yedi kal şəftəli
Keçi oldu dəm dəli.

Çəkmədi bağdan gözün
Kəsdi meyvənin kökün.
Qoydu bağları barsız
Hamıdan kənar arsız.

Rəhim Əliyev

02.09.2017

Саад Харири: Израиль запустил против Ирана кампанию дезинформации

Премьер-министр Ливана назвал новые обвинения сионистского режима в адрес ИРИ о строительстве ракетного завода в Ливане необоснованными и отметил, что такие обвинения являются частью израильской кампании дезинформации против Ирана.
Саад Харири в пятницу в интервью французской газете Le Monde в Париже сказал: "Израильтяне хорошо знают, что никаких ракетных заводов в Ливане не существует".
Премьер-министр Ливана при этом заметил: "Для них привычны подобные кампании дезинформации. Власти сионистского режима всегда ведут необоснованную пропаганду против кого-то".
Харири добавил также: "Наша проблема с Израилем заключается в том, что его руководители всегда говорят о войне и безопасности и никогда - о мире".
Премьер-министр сионистского режима Биньямин Нетаньяху на днях на встрече с президентом РФ Владимиром Путиным, не упомянув ни словом о многократных обстрелах позиций сирийской армии сионистским режимом в поддержку террористов ДАИШ и "Фронта ан-Нусра", выступил со смехотворными обвинениями в адрес ИРИ в поддержке террористической группировки ДАИШ.
Между тем, Москва неоднократно опровергала заявления сионистского режима, отмечая, что Россия, Иран и ливанская "Хизбулла" находятся на передовой линии борьбы с терроризмом. 

parstoday.com

01.09.2017

АЗЕРБАЙДЖАН ВЗРЫВАЮТ?

Захираддин Ибрагими

Рано утром, 27-го августа 2017-го года, на оружейном складе военной части, расположенной на территории Хызинского района Азербайджана, прогремел взрыв, после чего начался пожар и всё новые и новые взрывы боеприпасов. В результате чего, население нескольких близлежащих деревень было эвакуировано, а автомагистраль Баку-Губа закрыта в течение нескольких часов.
После "четырёхдневной войны" в Карабахе, в первые дни апреля прошлого года, чрезвычайные происшествия в азербайджанских вооружённых силах участились. В июле прошлого года, взрыв произошёл на военном заводе "Араз", расположенном в городе Ширван (бывший Али-Байрамлы), специализированном на изготовлении пуль разного калибра, боеприпасов для миномётов и РПГ. Вследствие двое работников погибли, а более двадцати получили ранения разной тяжести. На этот раз, пока объявлено о шести раненых военнослужащих.
В прошлом году взрыв списали на якобы подготовку к утилизации вооружений различного калибра с истекшим сроком действия. Понятно, что на этот раз случай другой, и на утилизацию, которую минобороны ещё раз назвало причиной, списать не удастся. Хотя, зная азербайджанские реалии, и как власти этой страны умеют нагло лгать, и нести всякую чушь, считая всех баранами, такой вариант тоже не исключается.
Прибавим к этому ещё несколько фактов, которые на наш взгляд могут иметь связь друг с другом, перед тем, как перейти к нашим соображениям и версиям насчёт происходящего. После того, как турецкие истребители сбили российский бомбардировщик в сирийском небе, азербайджанские войска перешли в атаку на Бакинский посёлок Нардаран, впоследствии чего шесть человек было убито, несколько ранено, и десятки арестовано. Посёлок несколько дней находился в осаде, с отключённым газом и светом в зимнее время, и через несколько дней капитулировал.
Доблестная азербайджанская армия-победительница триумфально вошла в деревню, сняла вражеские религиозные знамёна, и вместо них водрузила азербайджанский триколор. Через несколько дней после нардаранской битвы, в Каспийском море, на одной из нефтяных платформ Азербайджана, прогремел взрыв, после чего начался пожар. Трагедия унесла жизни около тридцати нефтяников. После этих событий турецкие власти стали настоятельно требовать у своих азербайджанских союзников начать военные действия в Карабахе, чтобы создать для России новую проблему. В начале апреля 2016-го года Баку начал уже упомянутую "четырёхдневную войну".
После этой авантюры, официальный Баку заявил о 35-ти погибших с азербайджанской стороны, хотя независимые медиа-агенства собрали более ста имён и фамилий военнослужащих, на основании всё той же официальной боевой хроники. Вот такая арифметика у официального Баку. Вернее там могут ляпнуть что захотят, или, что в голову придёт, как мы уже написали, считая всех баранами. И действительно, внутри страны ни за такую арифметику, ни за такие ляпы, и ни за что другое, никто просто не сможет привлечь официоз к ответу перед гражданами, которые считаются всё теми же баранами. Но сейчас, по обнародованному некоторыми СМИ документу, который в МО АР должен был содержаться под грифом "совершенно секретно", в котором содержится доклад начальника генштаба МО генерал-полковника Наджмаддина Садыкова, другому генерал-полковнику (пока маршала в стране нет, но это пока), на этот раз министру обороны Закиру Гасанову, о более чем 500 только погибших с азербайджанской стороны в результате апрельской авантюры.
И ещё... Несколько месяцев тому назад, в разных воинских частях были арестованы десятки военнослужащих, большинство из которых - офицеры младшего звена, сержанты, а также солдаты срочной службы. Обвиняются они в работе на армянские спецслужбы. Нескольких из них уже убили под пытками, без суда и следствия, и похоронили, даже не информировав семью и близких. Теперь рассмотрим версии насчёт происходящего.
Первое, страна пришла в неуправляемое положение, во власти и всех структурах начались разборки всех против всех. Власти полностью израсходовали кредит доверия, как внутри страны, так и во внешних взаимоотношениях, и мировые центры силы начали дёргать за верёвки, что прослеживается во всей жизнедеятельности внутри страны, и все агенты, то есть все властные группировки перешли в действие, так как каждая внутривластная группировка завязана на какой-то внешний центр силы. Второе, региональные акторы дают новые месажи официальному Баку, что они ведут себя неправильно, играя на стороне не региональных держав, наверное другой язык в Баку просто перестали понимать.
Тут следует отметить ещё два момента... Во-первых, данная воинская часть находится поблизости военного аэродрома Ситалчай, которую по некоторым информациям модернизировали израильские специалисты, которые получили право использовать его в своих нуждах, когда понадобится. И на территории Хызинского района (вторая находится в Лерике), находится одна из двух РЛС, которые установили американцы, для слежения за российскими и иранскими территориями.
Во-вторых, после того, как болгарские хакеры сломали электронную почту азербайджанского посольства в Софии, из документов которого стало известно, что азербайджанская авиакомпания Silk Way участвует в снабжение оружием террористов в Ираке и Сирии, а министерство оборонной промышленности производило намного больше оружия, чем нуждаются азербайджанские силовые структуры, и в первую очередь пуль разного калибра, автоматов, пистолетов, миномётов, гранатомётов, и их запалов, ракет близкого радиуса действий и их систем. А свои многомиллионные сделки продажи этих видов вооружения за рубеж, не указывая точные адресаты, называли арабские страны. Весьма возможно, за такую опасную игру начала приходить кара со стороны стран борющихся с международным ваххабитским терроризмом, не на словах, а на деле.
Третье, нахичеванский клан, во главе с Рамизом Мехтиевым, решил так наказать министра оборонной промышленности Явера Джамалова, который, как некоторые другие министры, решил переметнуться в стан Пашаевых, возглавляемую первой леди, и заодно первым вице-президентом страны, главой фонда Гейдара Алиева, послом доброй воли UNESCO и ISESCO, депутатом парламента (такой орган тоже существует), лауреатом ордена "Французского легиона", и многих других орденов и медалей, и тому подобное Мехрибан ханум Алиевой (в девичестве Пашаевой).
Четвёртое, в вооружённых силах продолжаются разборки между протурецким генералитетом, лидером которых является сам министр обороны, без пяти минут маршал Закир Гасанов, и так называемым пророссийским генералитетом, атаманом которых является маршал Наджмеддин Садыков.
Пятое, министерство оборонной промышленности действительно выпускает и покупает зарубежом некачественное оружие, и договорившись с МО, возможно с другими высшими чиновниками тоже, воруют бюджетные деньги, а потом таким образом скрывают свои преступления.
Шестое, о чём страшно даже думать: всё это является делом рук агентов армянской военной разведки. Ведь, если они смогли прибрать к рукам десятки человек из младшего офицерского состава, разумеется, что такие имеются и в высших эшелонах армии, которые могут устраивать диверсии и в тылу. Коварные армяне, для отвода глаз, в тот же день и час подожгли отходы в своем "Наирите". И это только верхушка айсберга. Куда он заплывёт, знает только Всевышний, а нам остаётся ждать новых арестов, грызни за власть, сброса грязных компроматов, взрывов и убийств.

iarex.ru

İki qol arasında vətəndaşam, ustad!

Ümid Nəccari

(Müəllimim Professor Ədalət Tahirzadəyə məktub)

Gözümüz aydın, ustad!
Universitetdəki pillələrlə sevgili olduq.
Qırx beş milyon ayağımdır bu pillələrdə,
Düşündükcə qırx beş yaş qocalıram...
Biləklərimdəki bilərziklərin cavabını soruşmağa gəldim.
...kürəyimdəki yaralar yenə ağrıdır, ustad.
Qamçıları kəs ki, keçməsin insanıq fənnini,
keçməsin yuxularımdan işigəncə qatarı...
Neçənci kursda keçəcəyik ağrı fənnini,
görəcəyik Təbrizin Ərkini...?!
...daha kəsilməyə canım da yoxdur
Dilim kəsik-kəsikdir, ustad!
De, getsin yuxularımdan
Yenə o kişi məni gözü bağlı soraqlayır.
Onun çiyninə taxılan ulduzlar gecələrimi qaraldır...
Yuxularımda qaranlıq otaq,
qaranlıq otaqdasa yenə özümü görürəm,
yenə pəncərələr daralır divarların qucağında...

Daha dilim danışmır gərçəkləri,
biləklərim sıxılır.
Utanıram dilimdən...
Adım Ümiddir, yoxsa Umud ?!
Öyrətsən də
içimdə Umud məzarlığı var.
Tələbə biletimin gözlərini bağlayıb güllələdilər,
asdılar bioqrafiyamı,
bəlkə yorulsun ayaqlarım,
söz tapa bilməyəm yazmağa...
Səməd əminin məzarı üstə kitabım necə kəpənəyə döndüyünü soruşma!
Özüm burda olsam da, kölgəmi basdırdim İmamiyyə qəbristanında.

Gözümüz aydın, ustad!
Universitetdeki pillələrlə sevgili olduq...
Gündə danışıram əzablarımı pillələrə.
Pillələri çıxarkən özümdən çıxıram,
Axı ağırlığım boyda daşam bu yaşımda.
İki qol arasında vətəndaşam, ustad!
Sözlərim zindanda qocalır...
Anama görə bütün şeirlərimin qanadları bağlıdı...

20.08.2017

Будущее наступило: почему китайские гигаполисы непригодны для жизни

На Московском урбанистическом форуме международные архитекторы назвали четыре главные причины, по которым города Китая неудобны для проживания

Гигаполисы — новое явление в истории развития городов. Люди только успели привыкнуть к агломерациям с миллионным населением, а в Китае уже начали проектировать масштабные жилые зоны, рассчитанные на сотни миллионов человек. К примеру, в такую агломерацию должны слиться столица страны Пекин, промышленный Тяньцзинь и целая провинция Хэбэй, которая окружает столичный регион КНР. На Московском урбанистическом форуме подобные супергорода назвали гигаполисами.
Перспективы развития нового формата обсуждались на сессии «Преимущества масштаба», гостями которой стали партнер голландской архитектурной студии OMA Рейнир де Граф, заместитель директора по международным проектам архитектурной студии Arep Ville Сирил Югон, партнер известного китайского бюро MAD Architects Юсуке Хаяно, директор департамента городского планирования Нью-Йорка Пурнима Капур и основатель собственной архитектурной студии в Пекине Пэй Чжу.
Сегодня гигаполисы остаются внутренней историей Китая: жилые массивы такого размера сформировались только там. В КНР расположены 25% из 500 крупнейших городов планеты, а количество агломераций с миллионным населением превысило полторы сотни, рассказала руководитель центра городских исследований бизнес-школы «Сколково» Ксения Мокрушина. Она уверена, что в любой другой стране мира число городов-миллионников в лучшем случае исчисляется десятками.
В Китае каждый год из деревни в город переселяются 13 млн человек; к 2050 году 66% населения Азии будет жить в городах, заявил Владимир Коровкин из московской школы управления «Сколково». «На сегодняшний день сельские жители КНР зарабатывают в среднем в три раза меньше, чем обитатели городов», — объяснил причину миграции Рейнир де Граф.
Человечество мечтало о гигаполисах долгие годы: концепции супергородов встречаются в культуре XX века, начиная с романов Айзека Азимова и Артура Кларка. В 2016 году будущее наступило — и перед жителями и планировщиками новых жилых единиц встали новые проблемы. На Московском урбанистическом форуме эксперты из Нидерландов, Японии, Франции, США и, конечно, Китая рассказали, какими в действительности получились первые гигаполисы Земли и почему они оказались непригодными для нормальной жизни.
Главным недостатком китайских супергородов архитекторы назвали высокий уровень загрязнения окружающей среды. Смог над Пекином стал настолько привычным для местного населения, что многие жители постоянно ходят по улицам в защитных масках, а представитель современного китайского искусства Brother Nut даже сделал кирпич, спрессованный из столичного смога. «Огромная трагедия китайских мегаполисов заключается в масштабе загрязнения окружающей среды. Я провел в Москве всего пару дней — но мне хватило этого, чтобы увидеть, сколько у вас лесов и водоемов. Помните: леса — это главное, что есть в каждом городе», — заявил китайский архитектор Пэй Чжу.
В районах старой застройки, которые прилегают к Запретному городу в центре Пекина, еще сохранились деревья и парки, но территории вокруг не оставляют места для зелени, рассказал архитектор. «Если вы посмотрите на старую застройку Пекина с одного из современных небоскребов, то увидите, сколько деревьев было между домами, — объяснил Пэй Чжу. — Я очень надеюсь, что в будущем Москва не превратится в гигаполис наподобие китайских. Надеюсь, Москва успеет выучить урок, который ей преподали китайские города: не превращайте вашу столицу в сплошную застройку».
В Москве три транспортных кольца. В Пекине таких колец шесть, а в ближайшее время к ним присоединится седьмое, большая часть которого пройдет по пригородам в провинции Хэбэй. Протяженность седьмого кольца — 187 км. Длина МКАД составляет 108 км.
Через несколько лет ключевые города нового гигаполиса должна соединить сверхскоростная железная дорога: власти Китая проложат пути между Пекином и Тяньцзинем. Тем, кто живет в других районах, придется довольствоваться автобусами. «Каждый будний день в 5:30 дюжина пенсионеров выходят на остановку общественного транспорта в пекинском пригороде Янджиао, — описывает современную ситуацию в пригородах Пекина газета New York Times. — Они ждут автобус, но не садятся в него. Они один за другим пропускают автобусы, в каждый из которых заходят по 50 пассажиров из никогда не заканчивающейся очереди. Около 6:30 утра на остановке появляются дети пенсионеров. К этому моменту очередь на автобус растягивается на всю улицу, но молодые люди проходят в начало и занимают места своих родителей. Теперь пенсионеры могут вернуться домой, а их дети поедут на работу: им предстоит 40-километровая дорога в Пекин, которая займет три часа в одну сторону».
Транспорт — не единственная проблема гигаполисов. Зачастую жители супергородов сталкиваются со сложностями на элементарном уровне: от нехватки детских площадок до перебоев с мобильной связью. «Вы знаете, почему в Пекине так популярны голосовые сообщения? Там постоянно обрывается сотовый сигнал. Из-за этого местные жители вынуждены общаться друг с другом через голосовые чаты», — рассказал на форуме Владимир Коровкин.
Отдельная тема — отсутствие социальной инфраструктуры. В отличие от России китайские девелоперы зачастую не строят школы, детсады и поликлиники рядом с новыми домами. В результате по всей стране возникают масштабные спальные районы без образовательных учреждений, а за элементарными бытовыми услугами приходится ездить на машине.
В результате быстрой урбанизации китайские города оказались разорваны на отдельные районы, плохо связанные между собой, объяснил Пэй Чжу. «У Москвы и Пекина похожий уровень культурного багажа. Проблема в том, что после начала масштабной застройки Пекина архитектурное и культурное наследие старого города оказалось полностью изолировано от остальных районов и обычных жителей, — рассказал архитектор. — Увы, общественные пространства и скверы заканчиваются одновременно со старой застройкой. В новых районах этого нет».
До XX века природа была интегрирована в городскую среду китайских населенных пунктов на всех уровнях вплоть до самого центра, заявил специалист. «К сожалению, современная застройка Пекина полностью игнорирует природу и общественные связи», — резюмировал Пэй Чжу.
Параллельно с объединением Пекин-Тяньцзинь-Хэбэй в одну суперагломерацию уже сливаются Шэньчжэнь, Гуанчжоу, Гонконг и Макао на юге, а также Шанхай, Сучжоу и Цзясин на востоке страны.

Антон Погорельский              realty.rbc.ru

08.08.2017

Tariximizə ləkə salanlarla mübarizə aparmalıyıq

Rauf Qubadov

Gəlin bir az düşünək. Krım Rusiya ərazisi olub. Xuruşov SSRİ-nin rəhbəri olanda Krımı Ukraynaya verib. Sonra isə Rusiya onu geri qaytardı. Diqqət: Rusiya öz ərazisini geri aldı.
Qarabağ Azərbaycanın olub. Azərbaycandakı hakimiyyət davasında Ermənistana verilib.
İndi Azərbaycan da öz ərazilərini geri qaytarmaq istəyir.
Biz niyə Rusiyanın öz ərazisini geri qaytarmağını dəstəkləməyək? Əksinə dəstəkləməliyik ki, Qarabağı da Krım kimi geri alaq...
Qaldı hakimiyyətin bəzi siyasətçilərin ata vətənləri Ermənistandakı rayonlara, onlar nə Demokratik Respublika vaxtı, nə də Sovet hakimiyyəti vaxtı Azərbaycanla bir olmayıblar. Bax bu səbəbə onlar tarixi silməyə calışıb, qara yaxırlar.
Demokratik Respublika da, Sovet hakimiyyəti də bizim tariximizdi. Bizim ata-babalarımızın seçdiyi yoldur. Biz nəyə gorə oz tariximizdə düzünü deməkdən cəkinməliyik? Bizim müştərək şanlı tariximiz var. Məsələn, Avropanı faşizm bəlasından biz xilas etmişik.
Biz öz tariximizə ləkə salmaq əvəzinə, ona ləkə salanlarla mübarizə aparmalıyıq.
Tariximizi düzgün təqdim edib, onunla qürur duymalıyıq.

Abbas Hüseynov həbsxanada çarmıxa çəkilib

Müsәlman Birliyi Hәrәkatının üzvü, Nardaran mәhbusu Abbas Hüseynova dəhşətli işgəncələr verilib.
"Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular. 2 gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”. Bu sözləri Abbas Hüseynov vəkili Yalçın İmanova deyib. Rakurs TV-nin mәlumatına görә, vәkil avqustun 8-də Qobustan Həbsxanasında saxlanılan Abbas Hüseynovla görüşüb. Abbas Hüseynov vəkilə bildirib ki, ona verilən işgəncələr zamanı şəxsən Qobustan həbsxanasının rəisi Aftandil Ağayev, müavini Emin Cəfərov, həbsxana əməkdaşları İlkin Axundov, Namiq Ağayev, Rövşən, İqbal və adlarını bilmәdyi digər şəxslər iştirak edib.
O, 20 iyulda Bakı Apellyasiya Məhkəməsində baş verənlərdən sonra Bakı İstintaq Təcridxanasına qaytarıldığını və 7 gün "kars" cəzası aldığını deyib. Lakin 2 gün sonra- iyulun 22-də günorta saatlarında “Nardaran işi” üzrə təqsirləndirilən Cabbar Cabbarovla Qobustan həbsxanasına köçürülüb: “İyulun 22-i günorta namazından sonra gətirildik Qobustana. Salam verən kimi həm Cabbarın, həm də mənim əllərimizi arxadan qandalladılar, yerlə üzüstə sürüyə-sürüyə apardılar. Cabbar, mən, bir də başqa bir dustaq vardı. Üzümüzü divara yapışdırıb, günün istisində üzü divara saxladılar. Mən bizim hüquqlarımızın olduğunu deyəndə onlar “bura Qobustandır” cavabını verdilər. Sonra Rövşən adlı həbsxana əməkdaşı dedi ki, “bu çox danışır, bunu başa salın”. Sonradan adının Axundov İlkin Ruslan oğlu olduğunu öyrəndiyim gizir “dubinka”yla kürəyimə zərbələr endirməyə başladı. Məni “dubinka” ilə döyəndən sonra “kars”a atdılar”.
Onun sözlərinə görə, “kars” müddəti iyulun 25-də başa çatsa da, iyulun 29-a qədər "kars"da saxlanılıb: “"Kars"da vəziyyət dəhşətlidir, yerdə iri soxulcanlar gəzir, soxulcanlar unitazın böyür-başından çıxır, hər yer natəmizdir, “prostina” kirdən qaralıb. Mən nəzarətçidən xahiş elədim ki, mənə balaca bir təmiz kağız parçası versin ki, namaz qıla bilim, onu da vermədilər”.
Abbas Hüseynov deyib ki, iyulun 25-də həbsxananın mayor rütbəli Namiq Quliyev adlı əməkdaşı yumruqla mədəsindən və çənəsindən vurub: "Dedi ki, elə eləmə, səninlə başqa cür davranaq, toz vuraq sənə, “dubinka” dustağın ayrılmaz dostudur. Mən ona qanunsuz hərəkətlərindən şikayət edəcəyimi dedim, o isə “hara istəyirsən get şikayət elə” dedi. Əvəzində guya həbsxana əməkdaşlarını təhqir iddiası ilə mənim barəmdə akt tərtib edildi”.
O, həbsxanada olduğu 17 gün ərzində müxtəlif bəhanələrlə, heç bir əsas olmadan barəsində 4 töhmət qərarının verildiyini deyib. Bildirib ki, onu iyulun 26-da günorta saatlarında rəislə görüşdürülmək adı ilə "kars"dan çıxarıb, həbsxananın həyətindəki dəmir dirəyə bağlayıblar: “Təxminən 3 saata yaxın dirəyə bağlı vəziyyətdə saxlanıldım. Əllərim arxadan qandallı vəziyyətdə, üzüm dəmir dirəyə yapışmış halda. Məni dirəyə bağlayan həbsxananın İqbal və Rövşən adlı əməkdaşları idi. Günün ən qızmar vaxtında. 3 saatdan sonra dirəkdən açıb yenidən "kars"a saldılar”.
Onun sözlərinə görə, iyulun 29-u “kars”ın müddəti bitsə də, onu yenidən karsa qaytarıblar, bunu onunla əsaslandırıblar ki, karantində yer yoxdur.
Abbas Hüseynov iyulun 29-da ilahiyyatçı Tale Bağırzadənin Bakı İstintaq Təcridxanasından Qobustan həbsxanasına gətirildiyini deyib. O, bildirib ki, ilahiyyatçı ilә yanaşı kamerada qaldığından, onun səsini eşidib. Havanın isti olması səbəbiylə Tale Bağırzadənin vəziyyəti pisləşib, bu zaman ilahiyyatçı və yanındakı dustaq nəzarətçidən həkim çağırmağı xahiş edib. Ancaq nəzarətçi İlkin Axundov həkim çağırmaq əvəzinə Talehi söyməyə başlayıb: “Biz də Cabbarla buna etiraz elədik, digər dustaqlar da buna etiraz etdilər. Biz hacının təhqir edilməsinə etiraz olaraq, aclıq edəcəyimizi və həbsxana rəisinin bizi qəbul edib, dinləməsini, hacını təhqir edən nəzarətçi İlkin Axundovu cəzalandırmasını istədik. Səhəri gün məlum oldu ki, hacını “kars”a salıblar. Cabbar artıq korpusa köçürüldüyündən mən karantində tək qaldım. Rövşən və Namiq adlı həbsxana əməkdaşları məni “Tubzon”a göndərməklə hədələdilər. Həbsxanaya gəldiyimdә və dəmir dirəyə bağlandığımda məni gün vurduğundan həkim tələb etdim, ancaq həkim gəlmədi və heç bir tibbi yardım göstərilmədi”.
Abbas Hüseynov vəkilə deyib ki, avqustun 5-də ona karantin müddətinin bitdiyi, kameraya köçürüləcəyi və rəisin onu qəbul edəcəyi deyilib: “Rəis Aftandil Ağayev məni qəbul etdi. Mən ona dedim ki, Aftandil müəllim, burda qanunsuzluqlar var, istəyirəm bu barədə sizə deyim. Aftandil Ağayev dedi ki, sən kimsən ki, mənə nəsə deyəsən, səni qəbul edim. Mən ona baş verən qanunsuzluqları ictimailəşdirəcəyimi dedim. Aftandil Ağayev dedi ki, “burda hüquqlar bitir, səni də, sənin vəkillərini də... Bura Qobustandır, ağzının danışığını bil”. Bunu deyə-deyə durub cumdu üstümə. Rəisin yanında Emin adlı müavini və daha 2 nəfər həbsxana əməkdaşı vardı. Əllərim qandallı idi. Yanımdakılar badalaq verib, məni yerə yıxdılar, rəis otağındakı stolun altından “dubinka”nı çıxarıb, yerdə məni vurmağa başladı. Vura-vura deyirdi ki, “səni ram eləmək mənim üçün 2 dəqiqəlik işdir”. Məni ayağa qaldırıb, ayaq üstə üzümə vurmağa başladı. Mən dedim ki, nə vəhşiyəm, nə də heyvan. Təzədən məni yerə yıxdılar və rəis yenidən “dubinka”yla yerdə mәni döyməyə başladı. Ən azı 30-35 zərbə endirdi. Sonra qaldırıb sifətimə vurdu. Rəisin müavini Emin də məni vururdu. O qədər başıma vurdular ki, gözlərim irinlədi. Daha sonra mənə 8 sutka "kars" cəzası verildiyi deyildi. Aftandil Ağayev dedi ki, əlləri, ayaqları qandallı “kars”a salın. Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular, çarmıxa bağladılar. 2 gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”.
Vəkil Yalçın İmanov deyir ki, Abbas Hüseynovn bədənində- kürəklərində, ayaqlarında, arxadan beldən aşağı hissəsində, dizlərində çoxsaylı qançır və xəsarət izləri var, əl və ayaq biləklərində qandalın izləri qalıb. O, həbsxanada qarşılaşdığı işgəncələrlə bağlı 5 gün aclıq aksiyası keçirib, Tale Bağırzadə isə Abbas Hüseynə olan haqsızlıqlar səbəbindən 2 gün, özünün qanunsuz olaraq “kars”a salınmasına görə, 4 gün (cəmi 6 gün) aclıq elan edib.
İmanovun sözlərinə görə, Abbas Hüseynov döyülmə və işgəncələrdən çətinliklə yeriyir, ayağının biri axsayır, otura bilmir.
Vəkil Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələrə məruz qalması ilə bağlı avqustun 9-da Baş Prokurorluğa şikayət edəcəyini bildirib.
Vəkil Abbas Hüseynovun kars müddətinin avqustun 13-də başa çatacağını da deyir. /rakurs.tv/
Şəkildə: Qobustan həbsxanasının rəisi Aftandil Ağayev

Astan Şahverdiyev Əli Həsənova görə niyə özünü söydürür?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi və cəmiyyətdə rezonans doğuran qəzadan sonra gündəmə gələn şəxslərdən biri də Milli Məclisin deputatı Astan Şahverdiyevdir.
Astan Şahverdiyev Əli Həsənova görə niyə özünü söydürür? 
BakuPost.az xəbər verir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat A.Şahverdiyevin qınağa tuş gəlməsinə səbəb onun yalan açıqlama verməsidir. Belə ki, Daxili İşlər Nazirliyi avqustun 3-də saat 21 radələrində Nail Allahverdiyevin "Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətdiyini təsdiqləsə də, millət vəkili həmin hadisə zamanı Nailin evdə olduğunu, hətta buna şahid olan şəxslərin də mövcudluğunu bildirib. 
"Qəza törədilən zaman Əli Həsənovun nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır. Mən Əli müəllimi və ailəsini gözəl tanıyıram. Onlar çox sadə və halal insanlardır”, - deyə A.Şahverdiyev qeyd edib.
Bundan başqa, deputat Nailin 21 yaşında bu qədər var-dövlətə sahib olmasını fərasətli gənc olmasıyla əlaqələndirib: "Nail Allahverdiyev Əli Həsənovun qız nəvəsidir. Nailin atasının kifayət qədər imkanı, işi-gücü var. Digər tərəfdən isə Nail savadlı, fərasətli gəncdir, öz ağlı, zəhməti hesabına pul qazanmağı bacarır. Yaşa görə adamın fərasətinə qiymət vermək doğru deyil. Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub? Bu cür qiymətləndirmə aparmaq ucuzluqdur”.
Maraqlıdır ki, Astan Şahverdiyevin birdən-birə həqiqəti əks etdirməyən açıqlamalar verməsinə, Həsənovları müdafiə etməklə özünü söydürməsinə səbəb nədir? Deputatın bu "xidmət”i əslində nəyə xidmət edib?
BakuPost.az-ın əldə etdiyi məlumata görə, A. Şahverdiyev "Qaçqınkom” sədrinin həmyerlisi olmaqla yanaşı, həm də yaxın qohumudur. Onların Cəbrayıl rayonunda yaşadıqları vaxtdan isti münasibətləri olduğu, əlaqələrinin indiyə kimi davam etdiyi qeyd edilir. Bəzi mənbələr Əli Həsənovun Astan Şahverdiyevin bibisi oğlu olduğunu da bildirir.
Məlumata görə, onların ailəvi münasibətlərinin uzun illər davam etməsinin səbəblərindən biri də xanımları – Ə.Həsənovun həyat yoldaşı Çimnaz Həsənovayla A.Şahverdiyevin xanımı Solmaz Şahverdiyevanın yaxın rəfiqə olmasıdır. 
A.Şahverdiyev (1947) Ə.Həsənovdan (1948) 1 yaş böyük olsa da, onun siyasətə gəlişində və yüksəlməsində baş nazirin müavinin böyük rolu olduğu vurğulanır. Məlum olduğu kimi, Ə.Həsənov hələ Azərbaycan SSR dövründən yüksək vəzifələrdə çalışıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə sürətlə yüksəlməyə başlayıb. O, 1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilib.
Saytımıza daxil olan digər məlumata görə isə, bir müddət əvvəl Şahverdiyevlərlə Həsənovların arası dəyib. Belə ki, A, Şahverdiyev bir neçə ay əvvəl Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırmaqla həm rəsmi dairələrin, həm də xalqın qəzəbinə səbəb olmuşdu. Ə. Həsənov da mətbuata açıqlamasında "Astan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir” demişdi. A.Şahverdiyevin belə qəbahət işləməsi isə Ə. Həsənovun onu bir müddətlik ailəsindən uzaqlaşdırmaqla nəticələnib. Hətta Baş nazirin müavini nəvəsi Naillə Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin qızının bu ilin iyunun 30-da baş tutan toy mərasiminə Şahverdiyevlər ailəsini çağırmayıb. Bu isə ailələr arasında küskünlüyə səbəb olub.
Görünür, A.Şahverdiyev Naili müdafiə etməklə, həm ona uzun illər jestlər etmiş dostunun "borcunu” qaytarmaq istəyib, həm də yaranmış soyuqluğu aradan götürməyə çalışıb.

KÜRDƏXANI "TÜRMƏ"SİNDƏ ƏLİ HƏSƏNOVUN NƏVƏSİNƏ SUPER ŞƏRAİT

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda KİV-ə ətraflı açıqlama vermişdir. Aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və “Mercedes Gelandewagen” markalı tomobilin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib. Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun artıq bu gün Ədliyyə Nazirliyinin Kürdəxanı İstintaq Təcridxanasına aparıldığı bildirilir.
Xatırladaq ki, Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Daha öncə KİV və qorxunc qəzanın şahidləri dəfələrlə bildirmişdilər ki, məhz o, avtomobilin sükanı arxasında olub və insanların ölümünə gətirib çıxarmış qəzanı törədib. Hansı ki, qəza nəticəsində 2 nəfər ölmüş, 2 nəfər Türkiyə vətəndaşı isə ağır yaralanmışdır, vəziyyətləri olduqca ağırdır.

"Kürdəxanı Təcridxanasının rəhbərliyi 2 gündür səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur". Belə bir məktubla "Təzadlar"a müraciət edən, adının çəkilməsini istəməyən təcridxana əməkdaşı şok faktları açıqlayıb: "...Əvvəla onu deyim ki, vicdanımın səsi ilə susa bilmədim. Bilirsiniz ki, "Kürdəxanı İstintaq Təcridxanası" kimi tanınan 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov vəzifəsindən düz 1 il əvvəl, 2016-cı ilin avqustun 1-də işdən azad olundu. Onun yerinə isə əvvəl rəis müavini olan Rəşid Səfərov təyin olundu. Düz 1 ildir ki, hamı əvvəlki rəislərin atasına rəhmət oxuyur. Təxminən bir ay əvvəl ƏN-nin Penitensiar Xidmətində 2017-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirildi. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov tədbiri açaraq, ətraflı çıxış etdi, Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12.07.2017-ci il tarixdə keçirilmiş 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin nəzərdə tutulduğunu bildirdi. Bu tədbirlərdən ən vacibi o idi ki, Penitensiar xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənildi. Bizim rəis də danışmışdı, deyilənə görə korrupsiyaya qarşı mübarizədən, istintaq altında yatan məhkumların arasında ayrı-seçkiliyə son qoyulmasından danışıb. Lap yekunda əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib. O, nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb, təkrarən tapşırıqlarını verib. Bu tapşırıqların heç mürəkkəbi qurumamış 1 saylı Təcridxananın rəisi, ədliyyə polkovniki Rəşid Səfərov öz bildiyini etməyə başladı... Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Baş nazirin müavini Əli Həsənovun avtoşluq edərək 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına bais olmuş Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Azərcell-dən yoxlasınlar, Nail hər gün atası və babası, dostları ilə danışır. Ona görə ki, o, Baş Nazirin müavininin nəvəsidir... Sağ olsun, təcridxananın rəisi Rəşid Səfərov, müavin Yaşar müəllim də bunu nəzərə alıb. Axı ayıb olar ki, altında 6-7 lüks maşın kolleksiyası olmuş 21 yaşlı avtoş birdən-birə şəraitsiz yerə düşər, halı bu istidə pis olar. O biri məhkumlar və təqsirləndirilənlərin canı isə it canıdır, dözərlər... İstərdim ki, bunları ədliyyə naziri Fikrət Məmmədov da bilsin ki, Rəşid Səfərov komandasına da tapşırıb ki, nazir Əli Həsənovun xahişini nəzərə alaraq belə tapşırıb, Nail baladan muğayat olun, xətrinə dəyməyin... Təsəvvür edirsinizmi, Prezident İlham Əliyev belə məmur balalarını və önların övladlarını-nəvələrini bağışlamır, bunlar isə Prezidentdən xəbərsiz əks fəaliyyətlə məşğuldurlar. Cənab Prezident mətbuatı oxuyur, inanıram ki, bu xəbəri oxuyub belə bir ayrıseçkiliyi bağışlamayacaq".

"Təzadlar" şikayətçinin bizə göndərdiyi aşağıdakı yazını da istinadla təqdim edir:
"...Zaman-zaman Azərbaycandakı həbsxanalarla bağlı müxtəlif xəbərlər gündəmə gəlir və təssüf ki, bu xəbərlər heç də ürəkaçan olmur. İllər öncə hətta həbsxanalardakı durumun ağır olmasına görə məhbuslar kütləvi şəkildə etiraz edirdi və bu etirazlardan birində hətta təlafatda olmuşdu. Amma sonra aparılan islahatlar nəticəsində müəyyən irəliləyişlər oldu, məhbusların durumu nisbətən yaxşılaşdırıldı. Amma deyəsən vəziyyət yenə də yaxşı deyil. Belə ki, həbsdə olani məhbus, AZEL.TV saytının baş redaktoru Əfqan Sadıqov hüquq müdafiəçisi Oktay Gülalıyevə məktub yazaraq Bakı İstintaq Təcridxanasında baş verənlərə aydınlıq gətirib. Məktubda yazılır ki, Kürdəxanı həbsxanasının rəisi Rəşid Səfərov elə qaydalar tətbiq edib ki, bu bir başa məhbusların durumunu çıxılmaz hala gətirir. Məsələn, məhbusun yazdığına görə valideyn və ailə üzvləriylə məhbusun qısa görüşü üçün 150-200 manat pul ödəməlisən. Bundan başqa:

– Kamerada “pletka” işlədilməsinə icazə üçün hər ay üçün 100 manat;
– Dustaq yanına göndərilən puldan və dustaqların etap üçün Kürdəxanıdan çıxarıldığı və gətirildiyi vaxt axtarış (şmon) otaqlarından yoxlanışdan keçirildiyində üstdən çıxan puldan təxminən 15-20%-i götürülür;
– Evə zəng vurmaq istəyəndə 5 manat ödənilir;
– Televizorda yalnız Az.tv göstərilir. Başqa kanallara baxmaq istəsən isə 150 manat ödəyir və bundan sonra 30 manatlıq aparat quraşdırılır;
– Həbsxanadan cəzaçəkmə müəssisənin göndərilmə (bölgü) vaxtı hər müəssisənin şərait və yerinə görə qiyməti 100-500 manat arası dəyişir;
– Büdcədən dustaqların gündəlik xərcləri üçün ayrılan pulların əvəzinə verilən yeməklər sadəcə olaraq qreçqa (papuqay yeməyi), yaxud perlova olur;
– Günorta yağsız, ətsiz sup. Qarox, makaron, düyü, perlova supu verilir;
– 8 nəfərlik kameraya 12-15 nəfər salınır. Prostina, balış üzülər dəyişdirilmir. Hər ay 12-15 nəfərlik kameraya 1 dəfə ümumi 1 kq yağ, 1kq şəkər tozu verilir (payok);
– Qapqara, içi çiy olan çörək verilir. Çörəyi sıxanda damcı-damcı su süzülür. Dustaqları mədə qıcqırması (joqa) xəstəliyinə salırlar.

Təcridxanasında mağazada qiymətlər isə belədir:
– Bayırda 1 litirlik duru yağ (3 man), Kürdəxanıda 4.50man.
– 0.50 qəpiklik əl-üz sabunu 1.50 manat.
– Qalina blanka 1 ədəd- 0.50 qəpik.
– 1 qutu (5 ədəd) göy paltar sabunu- 5 manat.
– 0.50 qəpiklik dəftər- 2 manat.
– 5-6 manatlıq kolbasa- 12 manat.
– Qatılaşdırılmış süd (skuşonka)- 3 manat.
– Kofe 1 ədəd- 0.60 qəpik.
– 0.60 qəpiklik makoron, vermeşil- 1.80 manat.
– Toyuq 8 manat. Yumurta (zavod)- 0.30 qəpik.
– Qələm 0.20 qəpiklik- 0.60 qəpik.
– Krassvord- 1 manat.
– 1 litir qazsız su 0.80 qəpik. Və.s.

tezadlar.az

06.08.2017

Xatirə Xatun - Gözləmişəm

Sevgilim, mən səni hər sübhi-məsa gözləmişəm,
Çəkmişəm gör nə qədər çövri-cəfa gözləmişəm.

Yatmayıb sübhə kimi razi-niyaz eyləmişəm,
Ki gətirsin xəbərin badi-səba, gözləmişəm.

Səni canımdan əziz bilmiş idim canım üçün,
Ruhumun məlhəmi, hər dərdə dəva gözləmişəm.

Bivəfasanmış, əzəldən bunu dərk etməmişəm,
Demə bihudə yerə mehrü-vəfa gözləmişəm.

Ey vəfasız, bilirəm, gözləməyim yersizdi,
Etmişəm gör nə böyük səhvü xəta gözləmişəm!

Anladım, Xatirə, indi onu sevməklə demə,
Özümə, bilməmişəm, dərdü-bəla gözləmişəm.

02.08.2017

Müqtəda Sədr kimdir?

Əkrəm Hacızadə

Müqtəda Sədrin illər öncə çox həssas dönəmdə "siyasətdən gedirəm" deyərkən bu şəxsin nə qədər qeyri-ciddi olduğunu anladım. Atası ayətullah Muhəmməd Sədrdən sonra İraq daxilində nüfuz sahibi olmağa çalışan Müqtəda Sədr həmişə şıltaqlığı və kritik vəziyyətdə narazılığa səbəb olan qeyri-məntiqi addımları ilə yadda qalıb. Amma bir tərəfdən də ayətullah Muhəmmədbaqir Sədrin kürəkəni olmasına görə İraq xalqı tərəfindən "Sədrlərin yeganə siyasi varisi" kimi qəbul olunub. İraq xalqı içində nüfuz sahibi olması və sevilməsinin əsas səbəbi də elə bu qohumluq amili olmuşur. Bu şəxsin məhşurlaşmasının digər səbəbi Səddam Hüseyn devriləndən sonra ölkə daxilində ABŞ əsgərləri əleyhinə şiələrdən ibarət "Məhdi (əc) ordusu" adlı silahlı müqavimət qruplaşması təşkil etməsi oldu.
Onun, yuxarıda qeyd etdiyim söz-söhbətə səbəb olan və bu ixtilafların sorağında olan düşməni sevindirdən addımlarından, nümunə olaraq bir neçəsini qeyd edirəm:
1. Kifayət qədər başbilənlər mövcud olan halda bir ara Bəşər Əsədə səsləndi ki, İsraili bombala. Sonra isə əleyhinə qalxdı və dedi ki, istefa ver. Bu da işğalçı ölkələrin və əlaltılarının alqışına səbəb oldu.
2. Digər bir nümunə Mosulun azadlığı əməliyyatı zamanı Həşti-şəbi ilə həmkarlıq etməməsi və başında durduğu "Səraya-salam" qruplaşmasını bu əməliyyatda iştirak etməsinə icazə verməməsidir. Halbuki bu həmkarlığa böyük ehtiyac var idi. Digər tərəfdən ölkə daxilində sakitçilik və xalq qüvvələrinin İŞİD terrorçuları əleyhinə birləşməsi lazım olan vaxtlarda, Sədrin tərəfdarları bəzilərində özünün iştirakı ilə dövlət əleyhinə mitinqlər təşkil etdilər. Mitinq iştikatçılarından İran və Hizbullah əleyhinə çıxışlar da müşahidə olunurdu. Bu mintinqlərdə bir neçə nəfər qətlə yetirildi. Daha sonra Sədrin tərəfdarları qanunsuz olaraq ölkə parlamentinə soxuldular və baş nazirlik binasına hücum etdilər. Beləliklə də ölkə daxilində kifayət qədər qarışıqlıq yarandı. Onların arasında Səddamın BƏƏS rejiminin tərəfdarları olsa da, hər halda Sədr onun adından sui-istifadə edilməsinə şərait yaradıb. İndiki şəraitdə ölkə daxilində qarşıdurmanın yaranması və eyni məzhəb daşıyıcıları arasında qardaş qırğınının başlanması ABŞ üçün gözəl fürsət olardı.
3. Digər düşməni sevindirən addımı vahhabilərin dəstəkçisi, şiəlik, İran və Hizbullah müqavimət təşkilatı əleyhinə daim antiəbliğ işləri aparan "Əl-Cəzirə" telekanalına müsahibəsi zamanı, "Ayətullah Xameneiyə İraqda siyasi və hərbi müdaxilə etməməsini məsləhət gördüm" deməsi oldu. Baxmayaraq ki, sonralar "Qasim Sülleymani İraqın ən qüdrətli şəxsidir" söyləmişdir, amma bu zamana qədər düşmən öz işini görmüş oldu. 
4. İraqlıların narazılığına səbəb olan digər addımı Müqtəda Sədrin Kürdüstan əyalətinin İraqdan ayrılmasını istəyən kürdlərlə sıx əlaqəsi faktoru oldu.
5. Sədrin və ətrfındakıların Ayətullah Sistaniyə qarşı etdiyi hörmətsizliklərə Seyyid Sistani qarşılıq olaraq həmişə atalıq nəvazişi ilə reaksiya vermişdir. Hətta 2005-ci ildə Nəcəf şəhəri mühasirədə olanda, ayətullah Sistani ona böyük köməklik göstərmişdir. Məlum mitinqlər zamanı Ayətullah Sistaninin məsləhəti ilə sakitçilik yarandı.
Burada daha çox və daha acınacaqlı nümunələr yazmaq olar. Amma bəzi məsələlərin açılması məsləhətə uyğun deyil...
İndi isə müəmmalı Səudiyyə səfəri, xalqı özündən çıxardıb.
Tək məlum səfər deyil, onun illər boyu atdığı yanlış addımlar, ətrafındakı nüfuzlu şəxslərin və xalqın əksər hissəsinin ondan uzaqlaşmasına səbəb olub. Heç təsadüfi deyil ki, indi Həşti-Şəbinin tərkibində vuruşan "Nucəba", "İmam Əli", "Seyyiduş-şuhəda" və s. müqavimət qruplaşmaları, daha öncə Müqtəda Sədrin başçılıq etdiyi müqavimət qruplaşmasının tərkibində olsalar da, Sədr özünəməxsus yersiz addımlar ilə hamısını özündən uzaqlaşdırdı.
Sədrin sonuncu narahatçılıq doğuran addımı isə, Ərəbistanın Yəmənə təcavüzünün davam etdiyi, Ərəbistanın şiələr yaşayan məntəqəsi olan Avamiyyədə qətllər törətdiyi, İraq, Suriya kimi ölkələrdə qanlı cinayətlərdə əli olan terrorçulaya yardım etdiyi bir vaxtda onun bu ölkəyə məlum səfəridir. Bəziləri Müqtəda Sədri ölkəsinə dəvət edən Səudiyyə kralının, ona ata-babasının apardığı siyasəti dəstəkləmədiyini, müqavimət güclərinin qələbəsi faktoru ilə barışdığını və bu gücləri dəstəkləyən İran kimi ölkələrlə yeni münasibətlərin qurulmasında vasitəçi rolu oynamasını söyləsələr də, bu addım Riyaz kralları tərəfindən inandırıcı addıma oxşamır. Zahirdə bu və ya buna oxşar bir təklif irəli sürülsə də, Ərəbistanın apardığı məkrli siyasət, bunun yeni işğal və nüfuz planı olduğunu ortaya qoyacaq. Səudiyyə Ərəbistanını Qətərlə müqayisə etmək siyasi məntiqə sığmaz. Müqtəda Sərd İran ilə hansısa dövlət arasında vasitəçi rolunu oynayacaq mövqeyə və gücə sahib deyil. Yeni taxta otumuş Kralın "Müharibəni İranın daxilinə çəkəcəyik" deməsi və Yəmənə olan hücumlarını çoxaltması onların məkrli məqsədlərindən xəbər verir. 
Dünən gecə Səudiyyə Ərəbistanının İraqdakı keçmiş səfiri Tamir əs-Subhan dedi: "Əsil şiəliklə (!) Xomeyninin yaratdığı ekstremist şiəlik arasında fərq qoymaq lazımdır". Tamir əs-Subhan hazırda Səudiyyənin Fars körfəzi ölkələri üzrə nazir-müşaviridir. Ölkənin daxili siyasətinə müdaxilə etdiyinə görə İraq hakimiyyəti tərəfindən ölkədən qovulmuşdur. Xüsusən də şiə xalq qüvvələri sünnülərin yaşadığı şəhərləri İŞİD-dən azad edəndə əs-Subhan bunu "həddi görünməyən özbaşınalıq" adlandırdı. Bu sözündən sonra onu İraqdan qovdular. Həmin vaxt əs-Subhanın ölkədən qovulmasını əsasən baş nazir Heydər əl-İbadi və xarici işlər naziri İbrahim əl-Cəfəri tələb etdilər ki, hər ikisi də şiədir.
Müqtəda Sədri Ərəbistanda qarşılayan da məhz bu şəxs oldu. Məncə bu deyilənlərdən sonra, Sədrin Səudiyyəyə səfəri ilə bağlı qaranlıq bir məsələ qalmır. Həşti-Şəbinin dağılmasını istəyən Müqtəda Sədr kimi sadəlöhv bir "syasətçi" təbii olaraq Səudiyyə Ərəbistanı kimi işğalçı bir rejim üçün böyük imtiyazdır. Heç də təsadüfi deyil ki, "Sədr hərəkatı" nın sözçüsü İranın İraq daxilində siyasi və hərbi məsələlərə müdaxiləsinə etirazını bildirmişdir.
Təəssüf doğuran məsələ budur ki, Amerika əsgərlərinə qarşı cihad fətvası vermədiyinə görə Ayətullah Sistaniyə qarşı hörmətsizlik edən Müqtəda Sədr bu gün Həşti-Şəbinin dağılmasını tələb etməklə, Səudiyyə vahhabiləri tərəfindən "əsil şiəlik" nümunəsi kimi tanınır.
Görəsən İraqın silahlı qüvvələrini silahı yerə qoymağa çağıran Sədr niyə öz ordusunun hərbi hazırlığını gücləndirir?!
Bu gün Səudiyyə İraq daxilində İran əleyhinə cəbhə açmağa maraqlıdır. Hətta siyasi ekspertlərin dediyinə görə bu planı həyata keçirmək üçün Səudiyyənin göstərişi əsasında Müqtəda Sədri terror edib, bu faciəni İranın boynuna ataraq ölkədə İran əleyhinə cəbhə açmaq fikiri də mövcuddur.
Sual doğur ki, belə bir təcrübəsiz, tələskən, özbaşınalığa meyilli və siyasi düşüncələri tam yetişməmiş Müqtəda Sədr kimi şəxsdən, Səudiyyə Ərəbistanı (təbii ki, Amerikanın göstərişi ilə) nə istəyə bilər? Bunun üçün iki mühüm faktora diqqət etməliyik. İlk olaraq Müqtəda Sədrin psxologiyasına və hədsiz liderlik ehtirasına, ikinci isə ABŞ-ın, Səudiyənin vasitəçiliyi ilə regiondakı maraqlarına baxmaq lazımdır. Düşünürəm ki, onların Sədrə bəzi aldadıcı vədlər verərək ondan istəyəcəkləri aşağıdakılar ola bilər:
1) İranın İraqdakı nüfuzunu həzm edə bilməyən vahhabi krallarının, Sədrdən İran əleyhinə çıxış etməsi və bu ölkədəki siyasətinə qarşı çıxmaq istəyi. 
2) Müqavimət güclərinin qüdrət tapdığı vaxtda müxtəlif addımlarla ara qarışdırmaq. 
3) İraq kimi mühüm ölkədən Qətər əleyhinə addımlar. 
5) Həşti-Şəbi ilə həmkarlıq etməmək. 
6) Bəşər Əsəd əleyhinə çıxışlar. 
7) Ən əsası və acınacaqlısı isə İraq hakimiyyətinin Müqtəda Sədr tərəfindən ələ keçirilməsi üçün qiyamların təşkili və Sədr lider olacağı təqdirdə, Səudiyyənin onu dəstəkləmələrinə dair vədlər verməsi ehtimalıdır. Ən azından 2018-ci ildə keçiriləcək seçkilərdə Müqtəda Sədri hakimiyyətə gətirərək onun vasitəsilə yenidən İraqa nüfuz edərək arzularını reallaşdıra və yenidən İraq daxilində anti-İran cəbhə aça bilərlər.
Müqtəda Sədr yaxşı bilir ki, növbəti seçkilərdə, xalq könüllülərindən ibarət və xalqın sevgisini qazanmış Həşti-Şəbi kimi ciddi rəqib var. Bunun üçün də düşüncələrini İraq xaricində Səudiyyə Ərəbistanının maliyyə dəstəyi, daxildə isə Əmmar Həkimin siyasi dəstəyi ilə həyata keçirməyə çalışır.
Ərəbistan da öz növbəsində yeni taktika ilə İŞİD-in əlindən çıxan İraqın gələcək siyasi məsələlərində təsirli olmağa çalışır. Digər tərəfdən Səudiyyəlilər illərdir qanlı terrorları dəstəklədiyinə görə şiələrin gözündə ləkələnmiş imiclərini bərpa etmək istəyirlər.
Bu görüşü Qətər faktorunun cavabı olaraq Səudiyyənin İrana qarşı mesajı kimi dəyərləndirmək olar. 
Onsuz da, Səudiyyə krallarının Müqtəda Sədrə meyl etmələrinin başlıca səbəbi, onun zəif şəxsiyyətə malik olması və yuxarıda deyilənlərin əksəriyyətinin daha öncə Sədr tərəfindən baş verməsidir. Sədrdən hakimiyyətə gəlmək naminə daha böyük səhvlər də gözləmək olar.
Hər bir halda "Düşmənə etimad etmək məğlubiyyətin başlanğıcıdır". İslam düşmənləri daim güclü zərbələr üçün zəif damarlar axtarışında olub.
Səudiyyə şahzadələri Müqtəda Sədrdən "Əbu Musa Əşəri" obrazı yaradacaqlarına ümid edirlər. Biz isə ümid edək ki, düşündüklərimizin heç biri həyata keçməyəcək və cənab Sədr səhvlərini anlayacaq.

vetenugrunda.az