11.08.2020

İndi deyirsiz Böcək Türkiyə Nəhəng Rusiyaya xod eləyəcək?!


Dedim siz pantürklərə Putini bir balaca bunu tanıdım. Görün sizin Türkiyəniz bunun qabağında nəsə eləyə bilər.
Suriyada İŞİD-ın nəslin kəsdi. Başda ABŞ, NATO koalisiyası olmaqla bütün dünya güclərini Suriyada şumladı. Qəddafini, Səddamı almağa öyrəşmiş ABŞ və dostlarına Bəşər Əsədi vermədi. ABŞ-ın öyündüyü nəhəng avionos gəmilərinə qarşı çirkon raketi çıxartdı. ABŞ generalları özləri etiraf etdi ki, bu raketin qabağında bizim avionos gəmilərimiz su üstündə metallolom nisbətindədi.
Amerika jurnalistlərinə Putin "ABŞ niyə icazəsiz Suriyaya girib?" sualını verdi. Jurnalist "Çünki dünyada ABŞ hegemon dövlətdi" dedi. Cavabında Putin istehzayla gülüb "Sizə bunu kim deyib, o oxuduğunuz qəzetləri tərsinə çevirib oxuyun" dedi. Bir gecəyə ABŞ-ın içində nəhəng körpünün üstündə öz şəklini asdırdı (halbuki kameralar ora zillənmişdi). İndiyə kimi ABŞ kəşfiyyatı başa düşə, tapa bilmir kim o şəkli ordan asıb və ora zillənən kameralara niyə düşməyib. Hətta, ABŞ da əfsanələr dolanmağa başladı ki, Putin cinlərlə (demonlarla) iş görür.
Demək olar Meksika və bütün Latın Amerikası ölkələrini əlinə alıb. Hamısı ruspərəstdir. Hələ orda ABŞ-a tuşlanmış yerləşdirdiyi bazalarını demirəm. O vaxt ABŞ-ın Rusiyada törətdiyi quş qripinə qarşı Kaliforniyada süni qasırğa düzəltdi. Bunu mən demirəm, ABŞ kanalları deyirdi. Bu günkü gündə ABŞ-da qarışıqlıq törədənlər, xalqı ayağa qaldıranlar ABŞ vətəndaşı olan rus kəşviyyatçılarıdı. Videolara baxsaz görəcəksiz.
İsrail Suriyada İran qoşununa raket atdı, İran cavabında İsraili vurmağına and içdi. Putin də dedi özünüz bilərsiz, mən qarışmıram. Yadınızdadı İsrail baş naziri uçdu Rusiyaya. Bağlı qapılar arxası? Yalvarırdı Putinə. Putin onu öpdürdü, dəstək verdiyi İrana dedi "əl dəymə yetimə, indi bir qələtdir eləyib".
Telman onun əlindən Türkiyəyə qaçdı. Putin aldadıb Soçini ona düzəltdirdi, sonra Türkiyənin lat-lüt etdiyi Telman İsrailə qaçdı.
Mübariz Lukoyl-la iş görməkdən imtina elədi. Zəng elədi Ərdoğana, saldırdı içəri, lat-lüt edib. Xodorkovskinin pulların alıb 9 il içəridə saxladı. Adamları Putinə 12 milyard təklif elədilər ki, onu çıxart, razı olmadı. Axırda anası xəstələnmişdi deyə çıxartdı. Çıxan kimi qaçdı Almaniyaya. Milyarderi Almaniya rəsmi dairələri qarşıladı. Polşa prezidentini nazirləriylə birgə havada vurdurdu (nəyəsə razılaşmadığına görə). Yerinə öz adamın təyin etdi, o da qol çəkdi. Hansısa neft şirkətinin böyüyünü Domodedovo hava limanında öldürtdü. Çeçenləri maliyyələşdirən hansısa milyarderi birbaşa ərəb ölkəsində məsciddən gələn yerdə öldürtdü. Ona bu barədə ünvanlanan suala açıq-aşkar "O terrorist idi və ölməliydi" dedi. Yəni əcəb eləmişəm. Nemçovu da öldürtdü.
Ərəb kralını ayağına gətizdirib öpdürdü. Türkiyədə səfirini öldürdülər, ekspertizaya nəzarəti öz əlinə aldı. Birbaşa təyyarəylə Türkiyəyə girdi, axtarışa başladı. Türkiyə kəşfiyyatı boynunu büküb durmuşdu. Harda görünüb belə şey?
Türkiyə bütov nizamlı orduyla Suriyada Rusiyaya məxsus iki təyyarəni vurdu. Yaxdı. Putin iki balaca təyyarə qaldırdı 80 türk əsgərini öldürdü. Ərdoğan da kefini pozmadan dedi: "Biz şəhid təpəsini dolduracayıq". Guya bomba söz dedi. Camaat ayağa qalxdı, müxalif partiyalar Ərdoğanın partiyasıyla əlbəyaxaya çıxdı. Ərdoğan gördü işlər şuluqdu, Putinə zəng elədi. O isə cavab vermədi. Axırda Ərdoğan Bakıya gəldi, İlham Əliyevə yalvardı ki, "bəs sənin aran yaxşıdı, denən məni qəbul eləsin". Bizimki də ürəyiyumşaq, zəng elədi. Putin də keçə bilmədi. Ərdoğan heyəti ilə getdi, qapıda gözləyib bağışlanmasını xahiş elədi. Putin də keçdi.
Yadınızdadı, ABŞ Ərdoğana xod elədi. Ərdoğan da dedi: "Ey, Amerka, sıkıysa Rusiyaya caldır". Yəni gücün mənə çatmasın.
İndi deyirsiz Böcək Türkiyə Nəhəng Rusiyaya xod eləyəcək?! Gəlib qulağının dibində ərazi iddiası edəcək? Ayılın bir az. Evdən çıxanda güzgünün qabağından beyninizi götürmək yadınızdan çıxmasın.
Sovet dağılandan sonra məlum oldu ki, ABŞ heç də Sovetlə dibə dib getmirmiş. Hamısı özü haqda yalan informasiyalar imiş. Tək Rusiyanın əlində avara qalıb. Gör onda birləşmiş 15 respublikanın yanında bu nə imiş! Cücə.
Putin Krımı alıb körpü tikdirdi. Abxaziyanı, Osetiyanı, Donbası, Luqanskini aldı.
Putin demir, eləyir. Ərdoğanınızdan fərqli olaraq. Putin deyir: "Rusiyanın sərhəddinin ucu bucağı yoxdu". Mesaj atır, meydan sulayır. Heç kimdən də qorxmur.
Nə isə... Hardan hara gəldim...

Nəsimi Həsənov

10.08.2020

Laura adlı xristian xanım, Beyrutdakı məlum partlayışdan və xaricdən dəstəklənən iğtişaşlardan sonra tvitter səhifəsində belə yazıb: 

Əmmamənin sapı şərəfdir. Şərəf belə o sapdan şərəflənir. Xristian yaranmışıq və çarmıxımız həmişə ucadır. Sən isə qələbə bayrağını ucaltdın və müsəlmanları qoruduğun kimi, xristianları da qorudun. İsanın qanına and olsun ki, səninlə həmrəy olacaq və yoluna vəfadar qalacağıq. İsrailin qəlbinə qorxu salmaq üçün bayrağını həmişə uca tutacağıq. Yalnız torpağımızı İŞİD-dən və israildən azad edən şəhidlərlə qürur duyacağıq. Ey əhd sahibi, səninlə əhd bağlayaraq deyirik ki, İncili ağuşumuza aldığımız kimi, Quranı da ağuşumuza alacağıq.

Yaxın Şərqdə “Böyük İsrail” planı: İranla İsrail müharibə etsə nə olacaq?

“ABŞ Türkiyəni itirməsi müqabilində onun sərhədində Kürdüstan dövlətinin yaradılmasının tərəfdarıdır. Eyni zamanda ABŞ və İsrailin istəyi İran və Türkiyənin parçalanmasına çalışmaqdır”. “İsrail daim öz təhlükəsizliyi üçün ərəb ölkələrini təhdid kimi görür”Bu sözləri politoloq Nəzakət Məmmədova Yaxın Şərqdəki Qüds probleminin beynəlxalq aləmdə yaratdığı vəziyyəti şərh edərkən pia.az-a açıqlamasında qeyd edib.


ABŞ prezidentinin Qüdslə bağlı ifadə etdiyi fikirlər qlobal siyasəti silkələməkdə davam edir. Artıq müsəlman ölkələri gücü bir yerə qoyub, Qüdslə bağlı yaranmış vəziyyətdən çıxış yolları axtarmağa qərar veriblər. Qərb analitiklərinə görə, Tramp məlum qərarı ilə Yaxın Şərqdə böyük xaosun yaranmasına təkan verib. Hazırkı vəziyyətdə isə Yaxın Şərqdə Qüds problemi artıq demək olar ki, Suriya problemini ikinci plana atır. Gərginlik fonunda bir çox analitiklər İranla İsrail arasında böyük savaşın ola biləcəyini də istisna etmirlər. Belə bir ehtimal nə dərəcədə doğrudur? İranla İsrail arasında müharibə regionda hansı nəticələr doğura bilər və bu müharibənin baş verdiyi şəraitdə sünni ərəblər və Türkiyə hansı mövqedən çıxış edə bilərlər? Bununla yanaşı, bəzi iddialara əsasən İsrail Yaxın Şərqdəki xalqları özünə tabe edib, böyük bir imperiya yaratmağa cəhd edir. Hesab etmək olarmı ki, Tramp bu məqsədin həyata keçirilməsi üçün alətə çevrilir?

Mövzu ilə bağlı pia.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

İndiki şəraitdə Yaxın Şərqdə regional lider olmaq uğrunda Türkiyə, İran, İsrail və Səudiyyə Ərəbistanı arasında ciddi mübarizənin mövcud olduğunu bildirən politoloq Nəzakət Məmmədova görə, baş verən proseslərdən aydın olur ki, Yaxın Şərqdə liderlik mübarizəsi ilə yanaşı bir sıra siyasi oyunlar da oynanılır. Bunlardan biri də İran və Türkiyənin zəiflədilməsi və parçalanmasına çalışmaqdır: “İsrailin öz ərazilərini genişləndirmək istəyi və böyük İsrail dövləti yaratmaq planı həmişə müzakirə mövzusu olub və bu gün də geniş müzakirə olunur. Əvvəllər bu inandırıcı görünməsə də, sonrakı illərdə Yaxın Şərqdə baş verən real proseslər məlum planın olduğunu isbat etdi. Bu plan Yaxın Şərqdəki indiki ərəb ölkələrinin xəritədən silinməsi, 22 ərəb ölkəsinin sayının azaldılmağa çalışılması, mövcud olanların isə mənsəb və etnik əsaslarla parçalanaraq zəiflədilməsi fonunda İsrailin nüfuzunun artırılmasından ibarətdir. İsrail daim öz təhlükəsizliyi üçün ərəb ölkələrini təhdid kimi görür. İsrail dövlətinin yarandığı 1948-ci ildən bəri, bu dövlətlə ərəb ölkələrinin birləşmiş koalisiyaları arasında böyük müharibələr baş verib. Buna görə də İsrail ərəb ölkələrindən qorxur. İsrailin öz nüfuzuna qarşı qurduğu plana Yaxın və Orta Şərqin bir sıra ölkələri narazılığını bildirir. Ancaq İordaniya, Səudiyyə Ərəbistanı və bəzi ərəb ölkələri regional maraqları çərçivəsində və ABŞ-ın təsirləri ilə İsrailin planına qarşı heç bir müqavimət göstərmirlər. Qüds hadisəsində də gördüyümüz kimi, əksər ərəb ölkələri etiraz etməyə önəm vermirlər. İsrailin planına qarşı vaxtilə İraq, Suriya və bəzi ərəb ölkələri müqavimət göstərirdilər. Lakin aydındır ki, bu ölkələrin aqibəti çox pis oldu. İndiki şəraitdə daha çox Türkiyə və İran bu məsələyə qarşı açıq şəkildə müqavimət göstərməyə çalışır. 

Tramp adminstrasiyasının mövqeyinə gəlincə, biz ABŞ deyəndə bütöv bir dövləti nəzərdə tuturuq. Elə bilirik ki, bu dövlətin vahid mövqedən çıxış edən siyasi elitası var. Halbuki bu, düşündüyümüz kimi deyil. ABŞ-ın özündə bir neçə güc mərkəzləri mövcuddur və onların arasındakı mübarizə ABŞ-ın beynəlxalq aləmdəki xarici siyasətinə birbaşa təsir göstərir.

ABŞ-da güc mərkəzləri kimi hərbi elita götürülür və onun başında Pentaqon və ABŞ-ın silah istehsal edən nəhəng konsernləri durur. Digəri maliyyə güc mərkəzləridir. Onlar maliyyə vasitəsilə dünya siyasətinə təsir göstərməyə çalışırlar. Başqa mərkəz isə lobbiçiliklə məşğul olan qurumlardır. Onların arasındakı mübarizə ABŞ-ın xarici siyasətinə təsirsiz ötüşmür.

Hazırda görünən odur ki, yəhudi lobbisinin tərəfində olan Tramp adminstrasiyası ilə Pentaqon arasında böyük bir mübarizə gedir. Baxmayaraq ki, Trampın hakimiyyətə gəlməsində Pentaqonun müəyyən dərəcədə köməyi olmuşdu. Onlar elə hesab edirdilər ki, Tramp idarə olunan prezidentdir və asanlıqla idarə edib qərarlar qəbul etdirə bilərlər. Lakin belə olmadı. İndiki şəraitdə Pentaqon dövlət içində dövlətdir. Çünki onun milyardlarla dollar büdcəsi  var. ABŞ-ın Yaxın Şərqdəki hərbi aqressiya siyasətinə rəbərlik edən qurum da Pentaqondur. Trampın Qüdslə bağlı qərarı Pentaqonun planına da müəyyən dərəcədə mane oldu. Çünki ABŞ-la ərəb ölkələrinin münasibətləri pisləşdi. ABŞ-ın ərəb ölkələrinə satdığı silahın milyard dollarla vəsaiti silah istehsal edən şirkətlərə və Pentaqona gedirdi. 

Son zamanlar ABŞ-la NATO-nun münasibətlərinin kəskinləşməsi də müşahidə olunur. Bu da Pentaqonun mənafelərinə toxunan bir addımdır. Çünki Pentaqon ABŞ-la NATO münasibətləri tənzimləyən bir qurumdur. Tramp NATO-nun avropalı üzvlərindən illik ümumi daxili məhsulun 2%-nin üzvlük haqqı kimi ödəməyi tələb etmişdi və bildirmişdi ki, əks halda onları Rusiyanın təhdidindən qorumayacaqlar.

Təbii ki, bu tələb Pentaqon və avropalı NATO müttəfiqlərini qane etmədi və Trampın Qüds qərarının Avropa tərəfindən tanınmamasına səbəb oldu. Yəni, hazırda ABŞ-da yəhudi diasporası və Pentaqon katolik elitası arasında gedən mübarizə dövlətin xarici siyasətinə çox mənfi təsir göstərir. Bu vəziyyət ABŞ-ı dünya ölkələri ilə üz-üzə qoydu. Tək İsrailə görə ABŞ bütün ərəb ölkələri və dünya ictimaiyyəti qarşısında nüfuzunu xeyli dərəcədə itirdi.

Hal-hazırda Yaxın Şərqdə bir neçə ölkə regional lider olmaq uğrunda mübarizə aparır. Bu ölkələrə Türkiyə, İran, İsrail və Səudiyyə Ərəbistanı daxildir. Bu ölkələrdən Türkiyənin mövqeyini ABŞ dəstəkləmir. Əslində məlum ərazilər vaxtilə Osmanlı imperiyasının nəzarətində olub. Britaniya imperiyası öz keçmiş koloniyalarında təsirlərini saxlaya bilir, Rusiya postsovet məkanının zamanında Rusiya imperiyasının tərkibində olduğunu əsas götürür. Belə olan halda Osmanlı imperiyası ilə bağlı Türkiyənin iddiası da normal haldır. Bu baxımdan Türkiyəyə də rol verilməlidir. Məsələ burasındadır ki, nəinki Türkiyəyə rol verilməsi, hətta dövlətin parçalanması məsələ önə çəkilir. Yəni, burada Türkiyənin ərazisinin böyük dövlətlər arasında bölünməsini və ABŞ-ın özünə və İsrailə yeni müttəfiq dövlət yaratmaq istəyi nəzərdə tutulur.

İranın mövqeyinə gəlincə, kəskin şəkildə Səudiyyə Ərəbistanı və İsraillə üz-üzə gəlib. Türkiyə ilə İranın münasibətlərinin də çox yaxın olduğunu demək olmaz. Baxmayaraq ki, son dövrlərdə Suriya məsələsində Ruisya-Türkiyə-İran yaxınlaşması baş verdi. Türkiyə və İran imperiya keçmişi olan ölkələrdir. Belə ölkələr həmişə o keçmişlə öyünür, nüfuzunu geri qaytarmaq istəyir. Türkiyə-İran yaxınlaşması taktiki müttəfiqlikdir.

Hal-hazırda gündəmdə olan mövzu İran-İsrail və İran-Səudiyyə münasibətləridir. Hesab edirəm ki, ABŞ daha çox Yaxın Şərqdə Səudiyyə və İsrailin hegemonluğunu təmin etmək istəyir. Və gələcəkdə Suriya və İraqın şimalında bir kürd dövləti yaratmağı planlayır. Hansı ki, həmin ərazilərdə ABŞ-Türkiyə münasibətləri pisləşmişdi. ABŞ Türkiyəni itirməsi müqabilində onun sərhədində Kürdüstan dövlətinin yaradılmasının tərəfdarıdır. Eyni zamanda ABŞ və İsrailin istəyi İran və Türkiyənin parçalanmasına çalışmaqdır.

Əslində İran çox güclü dövlətdir. İranın Yaxın Şərqdə çox böyük bir siyasəti var. Nəzərə alsaq ki, İranın əlində Hizbullah kimi böyük bir ordu var. Hizbullah kimi bir təşkilatın Suriyada Əsəd rejiminin hakimiyyətdə qalmasında çox böyük rolu oldu. İranın hərbi gücünü işə salaraq öz maraqlarını həyata keçirir.

Bu baxımdan İranı asanlıqla məğlub etmək mümkün deyil. İran Suriyada Əsəd hakimiyyətinin qalmasında Rusiya ilə bərabər iştirak edən bir dövlət oldu. Eyni zamanda Suriyanın bölünməsinə imkan vermədi. Yəni, İran artıq öz gücünü göstərib. İranın Yaxın Şərqdə çox böyük geosiyasi maraqları var. Hal-hazırda proseslərin sonunu proqnozlaşdırmaq çox çətindir. Nəticələr ölkələrin daxili və xarici siyasətindən asılıdır. Yəqin ki, zamanla hansı dövlətin lider olacağını görəcəyik”.


Gülşən ŞƏRİF

Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevin müdhiş gəlirləri

“Bu ilin iyun ayının 23 də işdən sonra Nərimanov parkinda tranzit rəsmiləşdirilən hər maşına görə 50 dolları şəxsi avtomobilində rüşvət aldığı yerdə Enerji Resursları və Dəniz Nəqliyyatı Baş gömrük İdarəsinin şöbə rəisi Ceyhun Babayev Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsi tərəfindən yaxalanmışdır. Əməliyyat zamanı çəkilən video görüntüdən göründüyü kimi şöbə rəisi çox dəqiq “haq-hesab” aparır”. Bu barədə dia.az-a göndərilən məlumatda bildirilir.
Daha sonra məqalədə deyilir: “Şöbə rəisi tabe olduğu idarə rəisi kimdir? TQDK tərəfindən ən aşağı, ödənişlı, hətta kecid balını toplaya bilməyən, cəmi 154 balla sonradan Naxçıvan Dövlət Üniversitetinə qara qüvvələr sayəsində “qəbul” olunan Rəfail Niftəliyevdir. Saxta diplomu leqallaşdırmaq üçün magistratura oxuyur, orda da saxtakarlığa yol verir. Bakıda dövlət müəsisəsində işlədiyi halda Naxçıvanda əyani magistraturani bitirdiyi məlum olmuşdur. Bunlar başa düşmürlər ki, DSMF-də bütün insanların iş stajı var. DSMF-nun bazası və ya əmək kitabçası fakt olaraq qalır.
Araşdırma zamanı məlum olmuşdur ki, İdarədə ayda 450-500 maşın tranzit rəsmiləşdirilir. İdarənin fəaliyyəti müddətində 22 ay 450 maşın 50 dollardan 495 min ABŞ dolları – 841 min manat edir. Bu məbləğ bir tranzit şöbəsinin “gəliridir”. Hansı ki gömrük əməkdaşı tranzit rəsmiləşdirilən malın dəyərinə və müşayiət sənədlərinə müdaxilə edə bilməz.
İndi də keçək Rəfail Niftəliyevin “gəlir” mənbəyi olan Rəsmiləşdirmə şöbəsinə…
Əldə etdiyimiz məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsində idxal edilən malların rəsmiləşdirmə qiymətləri barədə yuxarı dairələrdə araşdırma aparılır. Tək bir adda bir çeşiddə Qazaxıstan Respublikasından idxal edilən “BARS” markalı akumlyatorlarının idxalı zamanı milyonlarla büdcənin pulları mənimsənilməsi aşkar edilmişdir.
Azərbaycanın hüquq mühafizə orqanı tərəfindən Qazaxıstanın Prokurorluq orqanına sorğu göndərilmiş və qiymət cədvəli- “prays list” alınmışdı. Saxtalaşdırma Qazaxıstanda zavodda getdiyinə görə qiymət cədvəli “prays list” zavoddan deyil, Prokurorluqdan alınıb. Bir vaqon “Bars” markalı akumlyatorun qiyməti 120 000 dollardan çox olduğu halda Rəfail Niftəliyevin “himayədarlığı” sayəsində 68000-70000 dollara sənədləşdirilib.
Müstəqil ekspert hesablamalarından əldə etdiyimiz məlumata görə hətta yükü maya dəyərindən də aşağı rəsmiləşdirilib. Hər vaqonda 50 000 dollar malın dəyəri saxtalaşdırılıb. Tək ƏDV-də 18 faiz 9000 dollar büdcənin pulu mənimsənilib. Son dörd ildə 146 vaqon idxal edilib. 146*9000 dollar =1314000 dollar. Manatla 223 3800 manat mənimsənilib. Ay maşallah!
Yuxarı dairələrdə aparılan araşdırmanin nəticəsindən asılı olaraq İdarə rəisi Rəfail Niftəliyev Baş idarə rəisi Telman Mehdiyev haqqında ciddi tədbir görülməsi gözlənilir. Bəs yükü buraxan inspetrorlar? Saxta diplomlu İdarə rəisi Rəfail Niftəliyevlə Pərviz İbrahimov büdcənin pulunu yeyib dağıdacaq, inspektorlar məsuliyyət daşıyacaq?
Nəzərə alsaq ki şöbə rəısi Ceyhun Babayevin rüşvət qismində aldığı pullar dövlət büdcəsinin deyildi. İş adamından rüşvət qismində alınırdı. Amma 2 233 800 manat isə büdcənin pulunun mənimsənilməsidir. Pandemiyanin pis vaxtında 190 manatdan 11746 ailənin cörək puludur.
Səfər Mehdiyevin baldızı oğlu İdarə rəisi Rəfail Niftəliyevin iki əməliyyatda gəliri 841000+2233000 =3 074 800 manat. Həqiqətən də “Ginnessin Rekordlar kitabı”na düşəsidi… Universitetin keçid balını toplaya bilmiyəsən, cəmi 154 balla “qara qüvvələrin” sayəsində saxta diplom alasan. Bakıda dövlət müəsisəsində işləyəsən, Naxçıvanda əyani oxuyasan. Gömrüyə test üsulundan kənar birbaşa rəis təyin olunasan. Sonra da milyon qazanasan… Uşaqdakı “fərasətə” bax. Vaqona 9000 dollar!
Növbəti sayımızda: BARS akumlyatorunun sahibi kimdi? Saxtalaşdırılan 50000 dollar qara pullar Respublikadan necə şıxır? Büdcədən yayındırılan 2233800 manat kimlərin arasında bölünür? Qara maskalılar yaxın günlərdə ER və DNBGİ-dən kimləri aparması gözlənilir? Ceyhun Babayevin yanina Kürdəxanıya kimlərin getməsi gözlənilir?
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq. /dia.az/

09.08.2020

Rizvan Şıxızadə - Türk ordusunun gəlişinin nəticələri

Müharibə sözdə rahat, ancaq əməldə sözlə deyiləsi mümkün olmayan fəlakətdir.
Dünyanı idarə edən güclər başımıza müharibə zınqırovunu salıblar- nə dalaşa bilirik, nə barışa. Nə müharibə, nə də sülh dünya güclərinə sərf etmir, əksinə indiki vəziyyət onları qane edir. Yəni iki qonşu dövlət, xalq bir-biri ilə düşmənçilik şəraitində yaşayır, sərvətləri talanır, silah sənayesinə milyardlarla dolları gedir və hər iki dövləti müharibə ilə qorxudub nəzarəti təmin edirlər.
"Qarabağ"ın açarı Rusiyanın əlindədir. Rusiyanın həm Ermənistana, həm də Azərbaycana təsiri o qədər güclüdür ki istənilən vaxt bu məsələni həll edə bilər. Deməli biz əgər milli hisslərlə yox, siyasi baxışla yanaşsaydıq Rusiyanı öz tərəfimizə çəkib məsələdə müsbət nəticəyə nail olardıq.
Biz isə 90-cı illərdə müharibənin qızğın vaxtında Rusiyaya məxsus hərbi hissələri tez-bazar ölkədən qovduq, ermənilər isə onlara pul verib özü üçün istifadə etdilər. Nəticədə 20 mindən çox şəhid verdik, ölkənin 20%-i işğal olundu.
İlham Əliyev höküməti Rusiya ilə nə qədər yaxın olsa da Qərb və Türkiyədən yaxa qurtara bilmir.
Qərb Türkiyənin əli ilə NATO-nu Qafqaza gətirmək istəyir. Bu çox təhlükəli oyundur. Köhnə Sovet respublikalarından Gürcüstan və Ukraniya buna cəhd etdilər, Putinin ciddi müqaviməti ilə rastlaşdılar. Gürcüstan 5 günlük müharibədə az qala müstəqilliyini itirəcəkdi. Ukraniya da oxşar taleyi yaşadı, öz ərazilərinin xeyli hissəsini itirdi.
İndi Azərbaycanı bu səhvə sürükləmək istəyirlər- guya Türk ordusu məskən salıb, Qarabağı işğaldan azad edəcək.
Qarabağ müharibəsi zamanı Türkiyə və İranın Azərbaycana açıq dəstək verə bilməməsi Rusiyadan ehtiyat etmələrinin nəticəsi idi.
Heç Ərdoğan hakimiyyətinin də Rusiyanın marağında olan Qafqazda nəsə edəcəyi inandırıcı deyil. Lap əgər olsa belə, Türkiyənin Rusiyaya qalib gəlməsi inandırıcı deyil.
Arada fasilələrlə 10 dəfə Rusiya və Turkiyə (Osmanlı) arasında müharibə olub, 7 dəfə qalib tərəf ruslar, 2 dəfə türklər, daha 1 dəfə isə bərabərlik bərpa olunub.
Hər vətəndaşın qəlbində nəsə arzusu ola bilər- kimsə Turan arzulaya bilər, kimsə İran- ancaq bu gün NATO-nun ölkəmizdə möhkəmlənməsi Azərbaycan dövlətinin süqutu ilə nəticələnə bilər.

06.08.2020

Nigar Köçərli gömrükdəki "hoqqabazlıqlar"dan yazdı: "Onlarla insan bu tələyə düşür”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Dövlət Gömrük Komitəsini tənqid atəşinə tutub.
Nigar Köçərli sosial şəbəkədə gömrükdəki rüşvət və süründürməçilik barədə geniş post yazıb.
Onun sözlərinə görə, DGK rəhbərliyində dəyişiklik ediləndən sonra prinsipal olaraq rüşvət verməyən bir şəxs kimi onun işi bir qədər asanlaşıb. “Amma açıq demək lazımdır ki, hər şey yenə də əvvəlki kimi qalır. Doğrudur, gömrükdə təmiz insanlar da var. Bununla belə, həqiqət bundan ibarətdir ki, gömrük nazirlərin və çinovniklərin ac balaları üçün “çörək yeri” olub”,- deyə Nigar Köçərli bildirib.
O gömrükdəki süründürməçiliyə diqqət çəkərək qeyd edib ki, bir məhsulun gömrük rəsmiləşdirilməsi üçün 4 gün vaxt lazım olur. Vətəndaşlar bir möhür vurdurmaq üçün alçaldılmış şəkildə kabinetləri gəzirlər. “Mən bu yaxınlarda Türkiyəyə kitab apardım. Orada bu məsələ 20 dəqiqəyə həll olundu. Amma Azərbaycanda gömrük rəsmiləşdirilməsi üçün 4 gün vaxt lazımdır. Əgər bu vaxta qədər rəsmiləşdirmə baş tutmasa o zaman səni cərimələr gözləyir”,- deyə xanım Köçərli vurğulayıb.
“Əli və Nino”nun sahibi gömrükdəki broker şirkətlərinə də diqqət çəkib. O xüsusilə “Ramal Trans” MMC-nin adını qeyd edib. Nigar Köçərlinin sözlərinə görə, sahibkarlar bu şirkətə 500-600 civarında pul ödəməlidir. Bu pulun nəyə görə ödənildiyini isə heç kim bilmir: “Qəbzlər də qəribədir. Deyilir ki, guya bu məbləğ yükün boşaldılması üçündür. Amma bizi də məcbur edirlər ki, 200 manat ödəyək. Gömrüyün mətbuat xidməti deyir: “Özünü “Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyətı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?”.
Nigar Köçərli qısa idxal bəyannaməsinə də toxunub: “Bu yəqin ki, Azərbaycanın gömrük tarixində qara səhifədir. Heç kəs bilmir ki, bu bəyannamə nə üçündür. Hətta ağıllı gömrük işçiləri də anlayır ki, bu mənasızdır. Təəvvür edin, qısa idxal bəyannaməsini portala yerləşdirmək üçün vaxtı ötürsəniz, o zaman 1500 manat cərimə olunacaqsız. Axı bu məhsul onsuz da gömrüyə gələcək və biz adi bəyannamə verəcəyik. O zaman mal gəlməmiş qisa idxal bəyannaməsinə nə ehtiyac var? Hər gün onlarla insan bu tələyə düşür”. /demokratik.az/

02.08.2020

ВОЕННЫЙ ВРАЧ. РАНЕНИЕ

Рассказывает полковник медицинской службы В.О. Сидельников:
– Во время боевых выходов в Афганистане я был дважды серьёзно ранен. Но особенно хорошо запомнился день 9 августа 1982 года, когда меня действительно здорово зацепило. Стояли мы тогда в Сурхруде. Где-то что-то надо было блокировать, засада какая-то была. Я, как и положено, находился на броне рядом с командиром батальона. Тут вдруг начинается стрельба… Командир говорит: «Док, двигай в кишлак, есть работёнка. Там на месте сам разберись».
Сажусь с фельдшером Колей на родной 683-й. Подлетаю к кишлаку и вижу: несут солдата. Выясняется: когда он находился на крыше дома, кому-то из наших что-то показалось, и они его случайно обстреляли. Он с этой крыши со страху загремел и сильно ушибся. Ничего серьёзного. Только я начал его в машину укладывать, как слышу характерный шуршащий звук. Бум!.. Это нас из миномёта накрыли. Хорошо, не зацепило никого. Командир взвода заорал во весь голос: «Давайте, отъезжайте быстрей!». Мы и поехали.
Тут метрах в ста пятидесяти от дороги, на горе, я заметил «духов», которые перебегали от камня к камню. Они здорово маскировались – в покрывала замотаны были. Сядет «дух» в таком покрывале рядом с валуном – ну точь-в-точь камень, почти не видно его. Разглядел, как несколько таких же фигур на фоне камушков перемещаются. Потом слышу – пи-ии-у… Это пули просвистели. Я говорю водителю: «Коля, проскочим?». Он: «Товарищ капитан, нас сразу же из граника (гранатомёта. – Ред.) долбанут. Давайте подождём, пока рота подойдёт».
Связываюсь с командиром. Он меня спрашивает, что с раненым. Говорю: «Всё в порядке, ничего страшного». – «Вертушка нужна?». – «Нужна». Командир обрадовался. Ведь если мы вызываем вертушки, то – всё, уходим.
«Духи» стали быстро обходить нас справа по горе. Понимаю, что ждать больше нельзя… Кричу водителю: «Коля, вперёд!». И он так рванул!..
Вдруг – ба-ам!.. Я сначала не понял ничего. Смотрю, у меня что-то потекло по ноге в левый ботинок. Чувствую – захлюпало. Думаю: «О-о-па, приехал!..». Тут водитель: «Товарищ капитан, что с вами?». – «Зацепило меня». – «Я осторожно, на первой поеду». – «Коля, гони!». И чувствую, во рту горечь появилась. Что-то мне плохо стало: перед глазами круги пошли. Правда, боли не было. Боль пришла потом. Сначала было такое ощущение, что я ногу отсидел. Сперва на стопе, потом на подошве пошли иголочки. Какой-то страх-не-страх появился, а мысль: что там, под маскхалатом? Вдруг совсем уже разнесло?..
Едем дальше. Чувствую, меня затошнило и стало совсем плохо, навалилась боль адская. На броне лежал чей-то забытый эрдэ (РД-54. Рюкзак десантника. – Ред.). В рюкзаке было специальное металлическое зеркальце. Солдаты «зайчиков» им пускали, когда надо было сигнал подать. Я его открыл и себя увидел: белые глаза, и сквозь пыль проступает абсолютно белое лицо. Было сложное чувство: как будто бледность моя отдельно, а пыль – отдельно. Жара, а мне холодно – самый настоящий шок. У меня упало давление, появились головокружение, слабость, тахикардия… Ведь кровищи с меня налилось – ого-го!.. Встаю – а у меня вся левая штанина маскхалата, от бедра до берца, как в кровавом киселе. Кровопотеря была приличная. Я начал сам себя перевязывать. Когда до комбата доехали, Володя Ступак меня спрашивает: «Вовка, сильно тебя зацепило?». Я – краше в гроб кладут – отвечаю ему с бравадой: «Да нет, ерунда…». Володя выразительно постучал себя пальцем у виска, давая понять, что оценил по достоинству мой «бравый» ответ.
Так мои геройские подвиги во время этого выхода и закончились. Загрузили меня в вертолёт и отправили в Кабульский госпиталь, а оттуда – в Ташкент. Там я «весело и интересно» провёл два с половиной месяца. Но, слава Богу, с ногой всё обошлось благополучно.
Тихий уголок в моем доме, куда я ставлю мои любимые иконы.

Əli Həsənovun ailə üzvləri də koronavirusa görə dövlətdən yardım alıblar – SİYAHIDA DİGƏR SABİQ VƏ İNDİKİ NAZİRLƏRİN ADLARI DA VAR

Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.
Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında indiki və sabiq məmurların ailə üzvləri də var.
Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan sahibkarlardan biri sabiq Təhsil naziri Misir Mərdanovun qızı Samirə Mərdanovadır. Samirə Mərdanovanın sahibi olduğu “Bakı Beynəlxalq Təhsil Kompleksi” və “Göyərçin” uşaq bağçası da muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıblar. Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən “Bakı Beynəlxalq Təhsil Kompleksi”ndə illik təhsil haqqı 6000-8000 manat arasında dəyişir. Məktəblə bağlı maraqlı məqamlardan biri odur ki, “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC rəsmi dövlət qeydiyyatına alınmazdan əvvəl məktəbə şagird qəbulu elan edib. Üstəlik “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-nin binasının istismarına 26.07.2019-cu il tarixində rəsmi icazə verilib. Amma görünən odur ki, məktəb binanın istismara verilməsindən 2 il əvvəl fəaliyyətə başlayıb.
Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlardan biri də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Sona Vəliyevanın rəsmi və qeyri-rəsmi sahibi olduğu onlarla şirkət muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb. Bu şirkətlər arasında Sona Vəliyevanın təsisçisi olduğu “Kaspi Qəzeti” də yer alıb. Bundan başqa maliyyə yardımı alan şirkətlər arasında “Kaspi Kursları”, “Kaspi Liseyi”, “Kaspi Tur” kimi şirkətləri də var.
İllik təhsil haqqının 12000-15500 manat arasında dəyişdiyi “Avropa Azərbaycan Məktəbi” də dövlətdən yardım alan müəssisələr arasında yer alıb. Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan bu məktəb Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.
Dövlətdən maliyyə yardımı alanlar arasında sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvləri var. İllik təhsil haqqının orta hesabla 5000 manat olduğu “Qərb Universiteti Tam Orta Məktəbi” də pandemiyaya görə dövlətdən maliyyə yardımı alıb. Bu məktəb Hüseynqulu Bağırovun həyat yoldaşı Liana Bağırovanın adına rəsmiləşdirilib. /yeniavaz.com/

Azərbaycanın meyvə və tərəvəzinin 90 faizi Rusiya bazarına ixrac olunur – Nə qədər qazanc olur?

Azərbaycanın meyvə və tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür.
Bunu trend.az-a Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.
Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan 327 min ton meyvə və tərəvəz ixrac edib.
B.Quliyev bildirib ki, Azərbaycanın meyvə-tərəvəz ixracının əsasını pomidor, fındıq və alma təşkil edib: “2020-ci ilin əvvəlindən Azərbaycan 328 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib. Pomidor ixracından gəlirlər 162 milyon dollar, alma ixracından isə 21,499 milyon dollar təşkil edib”.
Assosiasiya rəhbəri bildirib ki, Azərbaycandan məhsul ixracı dayanmasa da, müvəqqəti olaraq azalıb. Onun sözlərinə görə, azalma ilk növbədə fermerlərə sərf etmir, çünki onlar itkilərlə üzləşir: “Azərbaycandan meyvə və tərəvəzin əsas idxalçıları Rusiya və Belarusdur”.

“Rəsul Quliyev Amerika kəşfiyyatına işləyir”

“Rəsul Quliyev 30 ildir oturub Amerikada, Amerika xüsusi kəşfiyyatına işləyir, ona görə, oradakı erməni lobbisinin dili ilə danışır”

Bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a verdiyi müsahibədə sabiq spikerin Ermənistana torpaq verilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Rəsul Quliyev deyir, Qarabağın bir hissəsini ermənilərə verib münaqişəni həll etmək olar. Necə yəni? Torpağı vermək olar?”
Daha sonra S.Novruzov ad çəkmədən 90-cı illərdə mərhum prezident Heydər Əliyevin yanında Qarabağla bağlı keçirilən iclası xatırladıb: “Yaxşı xatirimdədir, ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla əlaqədar bir toplantı keçirirdi. Keçmiş strukturların, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasətçilər hamısı iştirak ediblər. Orada məsələ qalxdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ətraf əraziləri geri alaq. Cənab Prezident İlham Əliyev də həmin toplantıda iştirak edirdi. Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu fikirləri səsləndirənlərin başına bir oyun açdılar, gəl görəsən. Dedilər ki, Azərbaycanın 1 metr torpağını belə ermənilərə vermək mümkün deyil. Ümummilli lider dedi “bu torpaq sənindir ki, verirsən?” Görün vəziyyət necə idi? Ona görə Rəsul Quliyevin dedikləri sayıqlamadan başqa bir şey deyil”.

01.08.2020

Zahid Oruc: “Rusofobiyadan, assimilyasiyadan danışan və Kremldən alınan yüksək orden-medallarda siyasi təbəəlik axtaran liberal demokratiyamız hətta Şnobel mükafatını hakimiyyət uğrunda mübarizədə sinələrinin görkəmli yerindən asır, Strasburq, Brüssel və Vaşinqtondan gələn hər bir dəvəti, az qala, siyasi şəhadət ünvanı kimi təqdim edirlər”.

“Yol əhvalatı”nın “Mustafa”sı 40 ildən sonra danışdı: "Parkda nəzarətçi işləyirəm”

Ən çox sevilən Azərbaycan kinolarından biri, hər dəfə böyük rəğbətlə izlənilən və frazalarının dillər əzbəri olduğu “Yol əhvalatı” filminin çəkilməsindən 40 il ötür. Komediya janrında lentə alınan ekran əsərində Azərbaycanın görkəmli aktyorları Siyavuş Aslan, Yaşar Nuri, Sofa Bəsirzadə, Zərnigar Ağakişiyeva, Hacı İsmayılov, Eldəniz Zeynalov, Həmidə Ömərovanın yaddaqalan obrazları ilə yanaşı Vaxtanq Pançulidzenin yaratdığı utancaq və sadəlövh Mustafa obrazı da var. Bəlkə də, çoxları bilmir ki, bu obraz gürcü aktyorun canlandırdığı ilk azərbaycanlı deyil. Belə ki aktyor, rejissor Rezo Esadzenin 1975-ci ildə lentə aldığı və böyük aktrisamız Nəsibə Zeynalovanın da rol aldığı “İlk baxışdan sevgi” komediya bədii filmində 16 yaşlı Murad Rəsulov rolunda çəkilib.
report.az-ın Gürcüstan bürosunun müxbiri 2 Avqust – Azərbaycanın Milli Kino Günü ərəfəsində “Mustafa” – Vaxtanq Pançulidze ilə görüşüb və ondan müsahibə alıb.
Keçmiş aktyoru indi hər gün Tbilisinin Muştaidi parkında görmək mümkündür. Vaxtilə nəinki Gürcüstan, bir neçə keçmiş sovet respublikasında da populyar olan aktyor hazırda bu məkanda uşaq atraksionlarına nəzarət edir. İş başında olan batono Vaxtanqa yaxınlaşıb azərbaycanlı jurnalist olduğumu və ondan müsahibə almaq istədiyimi bildirirəm. O tərəddüd etmədən və dərhal razı olur, hətta nəzarət etdiyi yelləncək meydançasını da müvəqqəti bağlayır.
V.Pançulidze Azərbaycan mətbuatına bu vaxta qədər geniş müsahibə verməyib.
İlk olaraq “Yol əhvalatı” filminə necə dəvət olunduğunu maraqlanıram. O 1980-ci ilə qayıdır. Amma xatirələri elə yeni, elə xoşdur ki, sanki ekran əsərində 40 il deyil, 40 gün bundan öncə çəkilib.

– Batono Vaxtanq necə oldu ki, bu filmdə baş rollardan birinə çəkildiniz?
– 1980-ci ildə Teatr İnstitutunda oxuyurdum. Aprel-mart ayları olardı. Filmin ikinci rejissoru Tbilisiyə mənə görə gəlmişdi. Bu vaxta qədər bir neçə gürcü filmində baş rollarda çəkilmişdim. Bu filmlərdən biri Azərbaycanda da çəkilişləri aparılan “İlk baxışdan sevgi” filmi idi. Məni Azərbaycanda tanıyanlar var idi. Biz universitetdə görüşdük və məndən çəkilməyə vaxtımın olub-olmadığını soruşdu. Çəkilişlər mayda başlayacaqdı və mən dərslərdən azad olacaqdım. Razılıq verdim. Sınaq çəkilişləri olmadı. Mənə artıq Mustafa roluna təsdiqləndiyimi bildirdilər. Mayda Bakıya getdim və çəkilişlərə hazırlıq başladı.

– Azərbaycanlı obrazı yaratmaq Sizin üçün çətin olmadı?
– Xeyr. Bilirsiniz, Azərbaycana gələn kimi çox doğma mühitlə qarşılaşdım. Çəkiliş qrupunun hər bir üzvü mənə isti münasibət göstərirdi. Özümü evdəki kimi hiss edirdim. Çəkilişlər Bakıya gedəndən 2-3 həftə sonra başladı. Bu müddət ərzində Bakıda gəzirdim, tarixi və görməli yerlərə gedirdim. Çəkiliş heyətinin üzvləri məni darıxmağa qoymurdular. Bundan öncə Bakıda olmuşdum. Elə o vaxtdan şəhəri çox bəyənmişdim. Bakıda gəzərkən böyük zövq alırdım, insanları maraqla seyr edirdim. Bakı hələ o vaxt ən gözəl şəhərlərdən biri idi. Dünyada iki sevimli şəhərim var – Tbilisi və Bakı. Mustafa obrazı da mənə çox yaxın oldu və onu yaratmaq çətinlik yaratmadı. Xüsusən ona görə ki, Siyavuş Aslan kimi böyük aktyorla bir çəkilirdim. O hər gün çəkilişlərdən öncə məni rola kökləyirdi. Mənə xəbərdarlıq etmişdilər ki, Siyavuş Aslan böyük aktyordur. Bu, həqiqətən də belə idi. O həm də çox sadə və mehriban insan idi. Mənə elə yanaşırdı ki, sanki uzun illərdir bir-birimizi tanıyırıq. Siyavuş Aslanla dostlaşdıq, yanında özümü onun köhnə dostu kimi hiss edirdim. Bu münasibətə görə mənə asan oldu. O yalnız böyük aktyor deyil, həm də böyük insan idi. Əgər aktyor böyükdürsə və üstəlik yaxşı insandırsa, onunla birgə çəkilmək çox asandır. Belə dəstəkdən sonra Mustafa obrazını anlamamaq və onu oynamamaq qeyri-mümkün idi. Azərbaycanlı həmkarlarım mənə rolun alınmasında 99% kömək etdilər.

– Bəs tərəf müqabiliniz Həmidə Ömərova ilə sevgili cütlük yaratmaq asan oldumu?
– Həmidə mənə dəstək verirdi. Onunla bir yerdə çəkilmək çox xoş idi. O, istedadlı aktrisadır. Həmidə elə onda çox gözəl idi. İndi, daha da gözəldi. Televiziya kanallarında onu hərdən görürəm. O sanki ildən-ilə cavanlaşır. Bir dəfə Azərbaycanın televiziya kanallarından biri veriliş hazırlayırdı. Veriliş üçün mənim Həmidə ilə telefon danışığım oldu. Mən ona ildən-ilə daha da gözələşdiyini və buna təəccüb etdiyimi dedim. O əvvəl olduğundan daha cavandır. Həmidə çox yaxşı insandır. O məni Bakıya dəvət edib.

– Yaratdığınız “Mustafa”dan razı qaldınızmı?
– Bu rol oynadığım ən yaxşı rollardan biridir. Filmdə də görünür ki, mən sərbəstəm və heç bir gərginliyim yoxdur. Rolun uğurlu alınmasına görə azərbaycanlı həmkarlarım və dostlarıma minnətdaram. Onlar mənə obrazı canlandırmağıma və rolun öhdəsindən gəlməyə çox kömək etdilər.

– Çəkilişlər zamanı hansı çətin və gülməli məqamlar olub?
– Mustafa filmdə yük maşını sürür. Mən minik avtomobili sürürdüm, amma yük maşını idarə edə bilmirdim. Bu, xüsusi çətinliklər yaratmadı. Kinoda hər şey mümkündür. Yük avtomobili ilə olan səhnələrin lentə alınması üçün yolları ya bağlayardılar, ya da boşaldırdılar. Gülməli hadisələr də təbii olub. Mustafa obrazı üçün bığ qoyma idi. Bir gün çəkilişlər arasında fasilə zamanı nahar etmək üçün bir mağazaya yollandım. Sən demə, yemək yeyərkən bığı çıxarmağı unutmuşam. Mağazadan çıxanda isə bığı yerə salmışam. Bundan xəbərsiz çəkiliş meydançasına daxil olmuşdum. Rejissor Teymur Bəkirzadə mənimlə növbəti səhnələr barədə danışırdı, amma bığsız olduğumu sezməmişdi. Birdən Siyavuş Aslan mənə baxdı və harada olduğumu soruşdu. Nahar fasiləsinə çıxdığımı söyləyəndə o “Pulun əvəzinə ödənişi bığınla etmisən?” dedi (gülür). Dərhal mağazaya qaçıb bığımı giriş qapısının yanında tapdım. Bakıda “İnturist” mehmanxanasına yerləşdirilməm zamanı da yaddaqalan hadisə baş verdi. Mənim üçün öncədən otaq bron etsələr də, sonradan kiməsə vermişdilər. Bütün nömrələr dolu idi. İkinci rejissor bununla bağlı mehmanxananın direktoruna şikayət etdi. O, rəhbərliyə filmin əsas qəhrəmanı üçün otaq təşkil etməyi xahiş etdi. Direktor mənim Tbilisidən olduğumu biləndə bu şəhəri çox sevdiyini dedi və mənim üçün otaq dərhal hazır oldu.

– Filmin premyerasında iştirak etmisinizmi?
– Təəssüf edirəm ki, tədbirə qatıla bilmədim. Həmin vaxt Moskvada çəkilişlərdə idim. İlk nümayişdə iştirak etmək üçün Moskvanı tərk etməyimə icazə vermədilər.

– “Yol əhvalatı”ndan sonra Azərbaycandan yeni dəvətlər oldumu?
– Təəssüflər olsun ki, xeyr. Əgər dəvət etsələr, böyük məmnuniyyətlə razı olaram. Film çəkiləndən sonra Bakıya növbəti dəfə 1982-ci ildə səfər etdim. Kinoaktyorlar Teatrı ilə Azərbaycana qastrol səfərinə getmişdik. Məni tanıdılar və kinostudiyaya dəvət etdilər.

– Filmə görə aldığınız qonorarın məbləği maraqlıdır…
– Kifayət qədər yaxşı qonorar verdilər. Səhv etmirəmsə, 3 min rubl. O vaxt 25 yaşım vardı və bu məbləğ mənim üçün çox böyük idi.

– Kino sahəsindən çox uzaqlaşmısınız. Sizin kinodan getdiyinizi demək olarmı?
– 90-cı illər çox çətin dövr idi. Bütün sahələrdə olduğu kimi, kinoda da durğunluq yaşanmışdı. 2000-ci ildən kino sənayesi bərpa olunsa da, məni dəvət etmədilər. Səbəbini bilmirəm. Lakin kinoda belə hallar tez-tez baş verir. Səni çəkirlər, sonra isə unudurlar. 90-cı illərdən başlayaraq filmlərə çəkilmirəm. 1998-ci ildə Gürcüstanda yaşamaq çox çətin idi. Yunanıstanda yaşayan dostum məni ora dəvət etdi. Orada normal yaşadım və işlədim. Vətənə 2004-cü ildə qayıtdım. 2-3 il işsiz qaldım. Daha sonra Muştaidi parkında işə düzəldim. İşimi bəyənirəm. Təmiz havada işləmək, uşaqlarla ünsiyyətdə olmaq xoşdur. Məni parkın ziyarətçiləri tanıyır. Hər gün mənə fotoşəkil çəkdirmək üçün yaxınlaşırlar. Bu, məni qətiyyən yormur, əksinə çox xoşdur. Məni sevən izləyicilərimi mən də sevirəm.

– Azərbaycandan dəvət olsa, razılaşarsınızmı?

– Əlbəttə. Böyük məmnuniyyətlə. Hətta eyni vaxtda bir neçə filmə çəkilməyə belə hazıram. Dəvət alsam, Gürcüstanda hər şeydən imtina edib Bakıya gedərəm. Çünki burada hamı məni unudub… “Yol əhvalatı”nın çəkilişləri zamanı mənə çox isti və doğma münasibət göstərildi. Bunu heç vaxt unutmaram. Mənim bir arzum var. İstəyirəm 2-3 ay Bakıda yaşayım, şəhər və çəkilişlərlə bağlı xatirələrimi yeniləyim.

– Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur. Azərbaycanlı həmkar və dostlarınıza nə arzu edərdiniz?
– Azərbaycandakı bütün dostlarımı ürəkdən təbrik edirəm. Mənə göstərdikləri dəstəyə görə onlara dərin minnətdarlığımı bildirirəm və yaradıcılıq uğurları arzulayıram. Bakıda yaşadığım və çəkilişlərin aparıldığı ayları böyük zövqlə tez-tez xatırlayıram. Həmin vaxtlar həyatımın ən unudulmaz anları olub. Demək olar ki, hər gün o günləri yada salıram. Sizinlə müsahibədən sonra bu xatirələr yenidən təzələnəcək və ən azı bir il mənimlə olacaq. Azərbaycan xalqı səmimidir. Azərbaycanlıların ürəyində yalnız sevgi yaşayır və onlar həmişə xeyirxahlıq etmək istəyirlər. Sevdiyim Bakının sakinlərinə də salam çatdırıram. Onlar Bakı kimi gözəl şəhərdə yaşadıqlarına görə Allaha minnətdar olmalıdırlar.

Daha bir icra nümayəndəsi əhaliyə paylanan ərzaq yardımını mənimsədiyi üçün həbs edilib. Belə ki, Cəlilabad rayon Şiləvəngə inzibati ərazi nümayəndəsi Bağır Şirəliyev Əhaliyə paylanması üçün nəzərdə tutulmuş ərzaq yardımını əksər hissəsini mənimsədiyi məlum olub. İcra nümayəndəsi yardımın cüzi hissəsini yaxın qohumlarına verməklə adiyyatlı qurumlara prosesin tam başa çatdığını bildirib. Lakin imkansız ailələrin yardımı almaları ilə bağlı şikayətindən sonra adiyyatı dövlət qurumları İnzibati ərazi nümayəndəliyinə daxil olan Adanalı, Şiləvəngə və Abışabad kəndində apardıqları yoxlamalar zamanı B.Şirəliyevin ayrılmış yardımın əksər hissəsini imkansız ailələrə çatdırmadığı  məlum olub. Artıq İcra nümayəndəsi həbs edilib. Mənimsədiyi ərzaq məhsulları isə yaşadığı evdən maddi sübut kimi götürülüb.

“Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz” - İlham Əliyev

"Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı “çıxış”dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. “Çıxış!”. Haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti! Əlbəttə, indi müxtəlif riyakar addımlarla, bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Amma bu, yalandır. Onların əsl niyyəti hər kəsə bəllidir. Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır".
Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxış edərkən deyib.
"Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Digər tərəfdən, Ermənistan bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə baxın, orada Ermənistan yoxdur. Bütün bu xətlər, o cümlədən bizim təşəbbüsümüzlə reallaşdırılan layihələr Ermənistandan yan keçib. Artıq onlar regional əməkdaşlıqdan tamamilə kənardadırlar. Bunu biz etmişik və gizlətmirik. Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları təcrid vəziyyətində saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".
Cümşüd Nuriyev: “Vəzifələrin regional bölgüsü də tamamilə bərbad vəziyyətdədir. Ali, yüksək vəzifələrə yalnız eyni məlum regionlardan olanlar getməlidir. Daha burada öncə dediyimiz kimi, peşəkarlıq, savadlılıq-filan nəzərə alınmır, sadaladığımız “müsbət” keyfiyyətlər keçərlidir... Özü də eyni nəsillər, tayfalar... Digər bölgələr yüksək vəzifələrdə demək olar ki təmsil olunmur, uzaqbaşı məlum bölgələrlə qohumluğu olan bir neçə nəfər... Belə yüksək vəzifə təyinatları üçün Şirvan bölgəsi yoxdur, Muğan itib, Mil itib, Qarabağ yaman gündədir, bir neçə adam qalmışdı, onları da atdılar bayıra... Gəncəbasar da onun kimi... Amma məlum regionların bir rayonundan, bir kəndindən 4-5 nazir, başçı, rəis “yetişir”... Bakının rayonlarının icra başçılarına baxaq; 12 rayondan 10-unun 5-i Şərurdandır, 5-i Sisyandan... Məgər Azərbaycanda başqa rayon, kənd yoxddur? Bu nə deməkdir? Bu, nə biabırçılıqdır? Bir sözlə idarəetmə sistemi çox pis gündərdir...”
Cümşüd Nuriyev: “Vallah, bu, xalq üçün, ölkə üçün böyük faciədir... Əhalisinin 88 faizi aborigen, yəni köklü, yerli olsun, amma və  vəzifəlilərin 88 faizi qeyri-aborigenlərdən olsun... Dünyada belə bir dövlət yoxdur, bu yalnız bizdədir”.

"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."

"Ölkə əhalisinin 88 faizi aborigen, yəni köklü, yerli olsun, amma və vəzifəlilərin 88 faizi qeyri-aborigenlərdən olsun... Bu, dəhşətdir!"

Son illər, xüsusən son aylarda Azərbaycanda yüksək vəzifəlilərin, xüsusən icra başçıları və nazirlərin “təmizlənməsi” prosesi gedir. Təki hər şey ölkəmizin inkişafı naminə olsun... Fəqət, cəmiyyətdə, ölkəsini sevən hər bir vətəndaşda haqlı bir sual yaranır: nəyə görə, hansı səbəblərdən təhlükəsizlik və hüquq-mühafizə orqanlarına və sonda xalqa  dövlətin, hökumətin yüksək səviyyəli postlarını tutan şəxslərin korrupsiyaya qurşanması, dövlətə, xalqa, xəyanət etməsi həmin şəxslərin beş illərlə, hətta on illərlə işləməsindən sonra rəsmən bəlli olur?.. Məsələn, Eldar Mahmudov başda olmaqla ləğv olunmuş Milli Təhlükəsizlik nazirliyində törədilmiş dəhşətli əməllər yalnız 11 il sonra, Əbülfəz Qarayevin başçılıq etdiyi Mədəniyyət Nazirliyində baş verən korrupsiya faktları 26 il sonra, Elmar Məmmədyarovun nazirlik etdiyi və Qarabağın siyasi-diplomatik yollarla azad olunmasına xidmət etməli olan Xarici İşlər Nazirliyindəki neqativ olaylar 16 il sonra üzə çıxır? Eləcə də Ziya Məmmədov, Fazil Məmmədov və s. macəraları...
Bu günlərdə isə sanki kiminsə komandasıyla mediada Prezident Administrasiyasının rəhbəri kimi yüksək vəzifələrdə 27 il işləmiş (hələ Sovet dövründə Mərkəzi Komitədəki işlərini demirik) Ramiz Mehdiyev asta-asta “vurulmağa” başlayır...
Mövzu ilə bağlı suallarımızı cavablandıran politoloq Cümşüd Nuriyev moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
“Öncə təşəkkür edirəm ki, doğrudan da çox yaralı və ağrılı bir problemimizə toxunursunuz. Zənnimcə, burada əsas iki amil böyük rol oynayır. Birincisi, on illərlə idarəetmə sistemindəki naqisliklər, ikincisi isə həmin naqisliklər ucbatından ölkədə, cəmiyyətdə artıq, nə yazıqlar ki, əksəriyyətə sirayət etmiş mənəvi, əxlaqi keyfiyyətlərin həddindən artıq aşağı səviyyəsi...
İnsan, əsl vətəndaş gərək biri vəzifə başında olanda onun haqqında sözünü desin, onu obyektiv tənqid etsin. Hər hansı bir şəxs vəzifəsindən gedəndən sonra kimlərəsə xoş gəlmək üçün onu yeri-gəldi-gəlmədi, doğru-yalan atəşə tutması mənəviyatsızlıqdır. Elələri var ki, mən onlara “növbətçi adamlar” deyirəm, yarınmaq, yaltaqlanmaq və gedənin dalınca döşəməyi artıq peşəyə çeviriblər. Adamlar tanıyıram ki, vaxtilə Mütəllibovun qapısında aylarla növbəyə dururdular. Onlar əvvəl 9 nəfər idi, qırılıbalr, indi 3-ü qalıb. Mütəllibov hakimiyyətdən gedəndən sonra ertəsi gün gördüm ki, həmin adamlar İsa Qəmbərin qapısındadır, İsadan sonra keçdilər Elçibəyin qapısına.  Heydər Əliyev 1993-cü ilin iyununda Ali Sovetin sədri seçilən kimi düzüldülər onun kabinetinin qabağına. Bu binəvalar guya hamısı alimdir, professordur... Kül başımıza, bizim “ziyalı” adlananlarımıza bax...
İndi onlardan 3-ü qalıb, amma daha əldən düşüblər, “funksiyalarını” layiqincə yerinə yetirə bilmirlər. Hazırda Azərbaycanda onların əvəzinə 30 nəfər “gənc kadr” yetişib, Allah göstərməsin... Özləri həddən artıq cavan, amma əməlləri həddən artıq qoca. Qoca da var, qoca, kaftarlaşmış əməllərlə məşğuldurlar...
Bütün hallarda bizdə islahat  getdi, hər halda belə bir görüntü oldu. Məsələn, Prezident Administrasiyasında islahat getdi. Amma necə?.. Yenə də ərazi idarəetmə şöbəsi rəhbərliyi qaldı yerində, hüquq-mühafizə şöbəsi qaldı... Şikayət şöbəsi də həmçinin...  Nə olsun ki, digər şöbələrin rəhbərləri dəyişdirildi, əsas dəyişilməli olanlar dəyişilmədi... Və həmin sistem həmişəki kimi davam edir...
Əgər bu adamlar vəzifələrə adam yerləşdirmək istedadlarını indi etdiklərinin əksinə, yəni  Azərbaycan naminə etsəydilər, bizim dövlətin tayı-bərabəri olmazdı dünyada... Həmin Prezident Administrasiyasının ərazi idarəetmə və hüquq şöbəsinin vəzifələrə adam təyinetmə prinsipi necədir? Birincisi, gərək məlum klanlardan ola... Yerlibazlıq artıq kölgədə qalıb... Artıq məsələyə tayfa psixologiyasıyla yanaşılır. Ya kiminsə oğlu, kürəkəni, nə bilim, bacısı oğlu, bacısı qızının əri... Yəni mütləq o tayfadan olmalıdır... İkincisi və ən dəhşətlisi odur ki, hər hansı babat vəzifəyə elə 10 namizəd seçirlər ki, onlarda heç bir müsbət xüsusiyyət olmamalıdır. Satqın, ikiüzlü, simasız, şərəfsiz, rüşvətxor, qeybətçil, evyıxan, torbatikən, başa corab hörən, mərdiməzar və nəhayət, ən başlıcası, təmiz türk olmamalıdır... Erməni qarışığı olsa, daha “yaxşı”... Erməniyə qarşı nəinki güllə atmaq, heç söz də deməməlidir, ermənilərə qarşı elmi-tədqiqat işi aparıbsa, dərhal “qara siyahı”ya salınır... Müharibədə erməniyə qarşı döyüşübsə, “ən pisi” də budur... Bir sözlə, milləti, xalqı inkişaf etdirə biləcək müsbət keyfiyyətlərin heç biri bu “layiqli kadrlar”da olmamalıdır... Mən bunu tam məsuliyyətimlə deyirəm... Ən sonda isə seçdikləri 10 namizəd arasından bu xalqa ən ağır, ağsasığmaz zərbələr vura bilən ən murdarını, ən şərəfsizini, ən yaramazını seçib Prezidentə təqdim edirlər ki, bu, ya icra başçısı, hakim, yaxud prokuror və ya polis rəisi olsun... Və bu gün də özləri də belə kadrların arasında dolaşıb əsir-yesir qalıblar...
Vallah, bu, xalq üçün, ölkə üçün böyük faciədir... Əhalisinin 88 faizi aborigen, yəni köklü, yerli olsun, amma və  vəzifəlilərin 88 faizi qeyri-aborigenlərdən olsun... Dünyada belə bir dövlət yoxdur, bu yalnız bizdədir...
Vəzifələrin regional bölgüsü də tamamilə bərbad vəziyyətdədir. Ali, yüksək vəzifələrə yalnız eyni məlum regionlardan olanlar getməlidir. Daha burada öncə dediyimiz kimi, peşəkarlıq, savadlılıq-filan nəzərə alınmır, sadaladığımız “müsbət” keyfiyyətlər keçərlidir... Özü də eyni nəsillər, tayfalar... Digər bölgələr yüksək vəzifələrdə demək olar ki təmsil olunmur, uzaqbaşı məlum bölgələrlə qohumluğu olan bir neçə nəfər... Belə yüksək vəzifə təyinatları üçün Şirvan bölgəsi yoxdur, Muğan itib, Mil itib, Qarabağ yaman gündədir, bir neçə adam qalmışdı, onları da atdılar bayıra... Gəncəbasar da onun kimi... Amma məlum regionların bir rayonundan, bir kəndindən 4-5 nazir, başçı, rəis “yetişir”... Bakının rayonlarının icra başçılarına baxaq; 12 rayondan 10-unun 5-i Şərurdandır, 5-i Sisyandan... Məgər Azərbaycanda başqa rayon, kənd yoxddur? Bu nə deməkdir? Bu, nə biabırçılıqdır? Bir sözlə idarəetmə sistemi çox pis gündərdir...
Dediyiniz məsələnin, yəni yüksək vəzifələrdəkilərin xəyanətini 15-25 ildən sonra müəyyən etməymizin də əsas səbəbi məhz bunlardır, belə kadr siyasətidir. Ona görə də ölkədə məddahlıq, yaltaqlıq, saxtakarlıq, ev yıxmaq və s. baş alıb gedir... Deputatlarımız da oxşar qaydalarla, prinsiplərlə “seçilir”.  Vaxtilə Liberiyada bir əcaib hadisə baş verib – ölkənin 15 min əhalisi olub, amma adam 232 min səslə seçilib... Bizim deputatların əkəsriyyəti də belə “seçilib”... Namizədə  200 adam səs verir, amma sonda baxırsan ki, 8-10 min səslə seçilib...
Bu gün ermənilər və daxildəki yüksək vəzifəli satqınlar Azərbaycana qarşı çox dəhşətli bir proses hazırlayırlar. Bu barədə, inşallah, gələn söhbətimizdə danışarıq...”

Sultan Laçın

"Vəzirov Ramiz Mehdiyevin Heydər Əliyev əleyhinə yazdığı materialları qarşıma qoydu"

"O Yeni Azərbaycan Partiyasının yaradılmasının da əleyhinə idi..."

YAP-ın qurucularından biri olan tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev moderator.az-a müsahibəsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqda gözlənilməz fikirlər səsləndirib.

- Maksim müəllim, sizin akademik Ramiz Mehdiyev haqqında mediaya son açıqlamalarınız cəmiyyətdə çox həssaslıqla qarşılanıb. Və hamıda təbii sual yaranır: necə olur ki, vaxtilə həm Sovet dövründə, həm müstəqilliyimizin ilk onilliklərində Heydər Əliyevin ən yaxın silahdaşlarından, ideoloqlarından sayılan bu şəxs haqqında YAP-ın sizin kimi qurucuları tərəfindən də mənfi fikirlər səslənməyə başlayıb?..
- Onun haqqında məndə informasiyalar çoxdur… Bu məlumatı ilk dəfə sizin sayta açıqlayıram. Cəmiyyət bunu da bilməlidir ki, Ramiz Mehdiyev vaxtilə Yeni Azərbaycan Partiyasının yaradılmasının əleyhinə olub. Səhv etmirəmsə, 1992-ci ilin iyun ayı idi. O dövrdə, səhv etmirəmsə, Elmlər Akademiyasında şöbə müdiri işləyən Ramiz Mehdiyev ilk özəklərini yaratmağa çalışdığımız Yeni Azərbaycan Partiyasına qoşulmaqdan imtina edirdi. Özü də elə ilk günlərdən biz həmin partiyanın lideri kimi Heydər Əliyevi görmək istəyirdik. Təşəbbüs qrupu mənim Ramiz Mehdiyevlə görüşüb söhbət etməyimi məsləhət gördü. Çünki mən onunla Azərbaycan komsomolunun mərkəzi komitəsində də, partiyanın mərkəzi komitəsində də birgə işləmişdik... İki dəfə onunla görüşüb söhbət etsəm də, o YAP-ın təəssübkeşi olmağa razılıq vermədi. Sözün düzü, nə “hə” dedi, nə “yox”... Çünki özü partiya yaratmağa çalışırdı, amma alınmırdı. Bizim təbliğ etdiyimiz, tanıdığım iki nəfəri də cəlb etmişdi... Bu yaxınlarda, artıq Ramiz Mehdiyev vəzifəsindən azad olunandan sonra həmin adamlardan biri məndən soruşdu ki, onunla partiya yaratmaq istədiyimi kiməsə deməmisən...

- Ramiz Mehdiyev partiyasının adını nə qoymuşdu?
- Hələ heç bir ad qoymamışdı... Çünki nə qədər əlləşsə də, ətrafına heç 5-10 sanballı  adam toplaya bilməmişdi. Açığını desək, həmin vaxt  təşəbbüs qrupunu yaratmaq bizim üçün də çətin oldu. Amma sonda o vaxtkı qanunlara uyğun olaraq 1000 nəfərdən ibarət təşəbbüs qrupu yarada bildik... Deməli, biz təşəbbüs qrupuna cəlb etmək üçün fərdi qaydada hər birimiz bir neçə nəfərlə söhbət edirdik. Ertəsi gün məlum olurdu ki, həmin adamlardan biri gəlmir. Soruşurdun niyə gəlmirsən, cavab verirdi ki, fikrimi dəyişdim, başqa bir partiya var- onunla işləyəcəm. Axırda məlum olurdu ki, söhbət Ramiz Mehdiyevin qurmaq istədiyi partiyadan gedir...

- O başqa vasitələrlə də mane olmağa çalışırdı YAP-ı yaratmağa?
- Xeyr, başqa cür maneə yaratmağa cəsarət etmədi... Onu deyim ki, Ramiz Mehdiyev mənimlə görüşməyə də ehtiyat edirdi... O vaxt mən zəng edəndə dedi ki, təhlükəsizlik qurumları bizi kabinetdə də, telefon vasitəsilə də dinləyirlər – başqa bir etibarlı yer tap, orda görüşək. Mən də məcbur olub onu apardım “8-ci kilometr”də yaşayan bir qohumumun evinə... Bunları rəhmətlik Sirus Təbrizliyə danışırdım, o qədər gülürdü... Di gəl ki vəzifəyə gəldikdən sonra R.Mehdiyevin hökmü çox böyük idi. Elə hallar olurdu ki, onu aşağılar da, yuxarılar da canla-başla eşidirdi... Onun sinəsinə ki, o xarici ölkənin ordeni vuruldu, ondan sonra belə nüfuza yiyələndi... Hələ əvvəlki açıqlamamda mən R.Mehdiyev haqqında çox şeyləri demədim... Yalnız onu komsomola təqdim edənin soyadını dedim. Bu da çox şeyi aşkarlayır... Mənə çox təşəkkür zəngləri olur. Ramiz Mehdiyevin “vurduğu” o qədər adamlar var ki, belə yazıları oxuyanda ürəklərindən tikan çıxır...

- Yeri gəlmişkən, YAP-ın ən fəal qurucularından biri olan Sirus Təbrizli sağ olsaydı, Ramiz Mehdiyev haqda nələr deyərdi?..
- Sirus... Əşşi, nələr deməzdi... Vəzifədə ola-ola Sirus ona lağ edirdi, istehza edirdi... Hələ bir neçə dəfə onu qınayırdım ki, a kişi,  daha bu dərəcədə də lazım deyil... O da məni eşidib, bir az “tormoz”u basırdı... Onu deyim ki, Sirus bizdən də ayıq və məlumatlı idi... Çünki həm YAP-da müavin idi... Həm də Prezidentin – Heydər Əliyevin yannda tez-tez olurdu, Prezident onu ləngitmədən qəbul edirdi... Odur ki ölkədəki, dövlət, hökumət içindəki situasiyadan kifayət qədər xəbərdar idi... Hələ bircə dəfə də görmədim ki, rəhmətlik Sirus R. Mehdiyev haqda nəsə müsbət bir fikir söyləsin... Amma düzü, aralarında nə, hansı haqq-hesab olub-olmadığını bilmirdim...

- “91”-lərdən  konkret kimləri vurmuşdu “boz kardinal”?
- O demək olar ki, bütövlükdə YAP-ı “vurdu”, onun ideya və prinsiplərini alt-üst elədi... Onun  o qədər incə və həssas “mübarizə” metodikası vardı ki, bunu hər adam anlamazdı. Və onun iç üzünü açmaq da çox çətindir... 

- Sizin dediklərinizdən həm də belə çıxır ki, Ramiz Mehdiyev partiya yaratmaq istəyirdisə, deməli, Azərbaycanda özü birbaşa hakimiyyətə gəlmək niyyəti güdürdü?
- Bilirsiz, o bunu istəsə də, bunun üçün onun potensialı, qabiliyyəti yox idi. O düzgün nitq qabiliyyətinə də malik deyil.... Onun müəyyən qədər yazmaq qabiliyyəti olsa da, səlist danışıq qabiliyyəti yoxdur... Yazmağını da o vaxtdan bilirəm ki, hələ Vəzirovun dövründə Heydər Əliyevin əleyhinə yazdığı materialları görmüşəm. O zaman Vəzirov məni də kabinetinə çağırıb belə yazılar yazmağa məcbur etmək istəyirdi. Lakin qəti şəkildə imtina edəndə, o vaxt məşhur rəhbər işçilərdən olan İsa Məmmədovla yanaşı, Ramiz Mehdiyevin də Heydər Əliyev əleyhinə yazdığı materialları qarşıma qoydu. Vəzirov dedi ki, sən nə “partizanlıq” edirsən,  görürsən, bunlar necə yazır, sən niyə yazmırsan?.. Eyni zamanda R. Mehdiyev 1987-ci ildə Heydər Əliyev partiyanın Siyasi Bürodan çıxarılandan sonra keçirilmiş plenumda onun əleyhinə çıxışı da çoxlarının yadındadır... Lazım olsa,  onu arxivdən çıxarmaq da olar...

Sultan Laçın

“Bombalanmalı heç nəyimiz yoxdur: Nə fabrikimiz var, nə qaz kəmərimiz, nə dəmir yolumuz”

Erməni generalı Azərbaycanı hədələdi, nəticədə Ermənistanı rüsvay etdi...
“Bombalanmalı heç nəyimiz yoxdur: Nə fabrikimiz var, nə qaz kəmərimiz, nə dəmir yolumuz. Bu səbəbdən də müharibədən qorxmuruq”. moderator.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, general-leytenant Norat Ter-Qriqoryants çıxış edib. Erməni generalı bildirib ki, fabrikərə, qaz kəmərlərinə, dəmir yollarına, strateji əhəmiyyətli obyektlərə malik olan Ermənistan yox, Azərbaycandır və buna görə də müharibədən, onun dağıntılarından daha çox Azərbaycan ehtiyat etməlidir.
Azərbaycanın silahlandığını və hərbi təlimlər keçirdiyini bildirən erməni generalı, bundan qorxmadıqlarını, daha doğrusu qorxacaq heç bir şeylərinin olmadıqlarını bildirib.
Keçmiş qərargah rəisinin Azərbaycanın ünvanına səsləndirdiyi bu hədə, nəticə etibari ilə Ermənistanı bir kəs daha bütün dünyada rüsvay edib. Buna səbəb erməni generalının Ermənistanın sıfır iqtsiadiyyata malik olmasını etiraf etməsi, onun normal infrastrukturdan belə məhrum olmasını təsdiqləməsidir.
General Norat Ter-Qriqoryantsın bu etirafından avtomotik olaraq ortaya çıxan məntiq isə budur: Madam ki, Ermənistanda normal iqtisadiyyat yoxdur, deməli normal ordu da mövcud deyil. Bu isə o deməkdir ki, işğalçı dövlətin Azərbaycan ordusundan qorxmaması üçün heç bir səbəb yoxdur.

Paşinyan - Sorosun sadiq iti

Sorosa işləyir və Rusiyanın ayaqlarının altını qazır - “Qazeta.ru”

İyulun 30-da Rusiyanın “Qazeta.ru” internet-nəşrində İvan Akimovun “Paşinyan və Soros fondu ayrılmaz dostlardır” sərlövhəli məqaləsi dərc edilib. virtualaz.org həmin məqaləni ixtisarla təqdim edir.

Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan RBK-ya müsahibə verib. Onun bu müsahibəsi Marqarita Simonyanın Ermənistanda böyük hay-küyə səbəb olmuş bir postu ilə bağlı idi. Bəzi müşahidəçilər baş nazirin bu qərarını gözlənilməz adlandırıblar. Aşkardır ki, “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Paşinyanı əməlli-başlı qəzəbləndirib. “Qazeta.ru” saytı Ermənistan hökumətinin başçısının məhz nəyə görə belə qəzəblənməsini araşdırıb.
“Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktorunun replikası Ermənistan ilə Azərbaycan arasında münaqişənin yenidən kəskinləşməsi fonunda səslənib. Qarşıdurmanın yeni raundu artıq 20 nəfərin həyatı bahasına başa gəlib. Bu mənada Marqarita Simonyanın əslində münaqişəni başlamış rəsmi Yerevana ünvanlanmış postunun ümumi tonu aydındır: “Dayanın! Nə qədər ki, gec deyil, dayanın!”
Xatırladaq ki, Simonyan “özünün də daxil olduğu xalqa deyil, məhz Ermənistan hakimiyyətinə” müraciət edib.
Simonyanın postu: “Özünüzə kənardan baxın. Görün siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz? Ermənilər vicdanlı, nəcib və qədirbilən xalqdır. Bu xalq həmişə belə olub... Siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni antirusiya ruhlu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda antirusiya qüvvələrinin döyüş meydanına çevrilmişiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab atırlar”.
Simonyan öz postunu belə bir ritorik sualla tamamlayıb: Azərbaycan ilə sərhəddə vəziyyətin bu dəfəki kəskinləşməsini də Ermənistanın daxili işi hesab etmək olarmı?
Paşinyan qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə iradlara cavab olaraq bildirib ki, bu təşkilatlar onun hakimiyyətə gəlişindən əvvəl işləməyə başlayıblar. Baş nazir RBK-ya müsahibəsində deyib: “Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Koçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?”
Paşinyan məsələni belə təqdim etməyə çalışır ki, Sovet İttifaqı dağılandan sonra Yerevan Rusiyaya qarşı çox da loyal olmayıb. Bununla bərabər yaxşı məlumdur ki, Paşinyanın dövründə hakimiyyətdə əsas vəzifələri Corc Sorosun dəstəklədiyi qeyri-kommersiya təşkilatlarının yetirmələri tutmağa başlayıblar. Burda faktlar göz qabağındadır. “Paşinyanın uğrunda” küçələrə çıxanların da çoxu məhz qərbpərəst əhval-ruhiyyəli insanlardır.
Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə şayiə yayılmışdır ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.
“Qazeta.ru” bundan əvvəl də yazmışdı ki, məsələn, “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzarət xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi “İrs” partiyasının yetirməsidir. Məhz Sanasaryan RF səfirliyinin binasına yumurta atmaqla məşhurlaşıb.
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanesyan televiziyaya verdiyi müsahibələrin birində bildirib ki, Sorosun fəaliyyəti Ermənistan üçün təhlükədir.
Görünür, bu hərəkəti ona bağışlamayıblar – az sonra Vanesyanı həmin xidmətin başçısı vəzifəsindən getməyə məcbur etdilər, onun yerinə isə o vaxta qədər xüsusi xidmətlərdə bircə gün də işləməmiş 29 yaşlı Arqişti Karamyanı təyin etdilər. Yeri gəlmişkən, Karamyanın bu “siyasi” təyinatından sonra peşəkar çekistlərin həmin qurumdan kütləvi şəkildə axını müşahidə olunur.
“Açıq cəmiyyət – Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Belə bir fakt da diqqəti cəlb edir ki, Ukrayna ilə yanaşı Ermənistan milyarderin maliyyələşdirdiyi təşkilatın bu cür dəstəyinə “layiq görülmüş” yeganə postsovet ölkəsidir.
Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirakını tənqid edən “VETO” təşkilatının fəalları əslində Paşinyanın güc orqanları tərəfindən repressiyaya məruz qalırlar. VETO-nun təsisçisi Narek Malyan və müxalifətçi “Adekvat” partiyasının görkəmli funksioneri Konstantin Ter-Nakalyan qanunsuz olaraq silah saxlamaqda və gəzdirməkdə ittiham edilərək polis idarəsinə aparılıb.
Ekspertlər Yerevanda Rusiya biznesi üçün yaradılan problemləri də xatırlayırlar. Rusiya XİN-in rəhbəri Sergey Lavrov bu barədə danışıb.
Beləliklə, yalnız bu nəticəyə gəlmək olar ki, Ermənistanın indiki hökuməti Corc Sorosun strukturları ilə çox səmimi, dostcasına əlaqə saxlayırlar.
“Rosbalt” yazır ki, hazırda Soros RF-də “arzuedilməz təşkilat” hesab olunan qondarma “Açıq cəmiyyət”in himayəsi altında 60-a yaxın təşkilatı maliyyələşdirir. Bu təşkilatlar praktiki olaraq respublikanın bütün fəaliyyət sahələrini, o cümlədən mass-media, jurnalist təhqiqatları, siyasi tədqiqatlar, gənclər siyasəti, insan haqlarının müdafiəsi, təhsil, elm və başqa sahələri əhatə edirlər.
Bir tərəfdən bu heç də həmişə pis hal sayılmamalıdır. Ermənistanın koronavirusa qarşı mübarizəsində Nikol Paşinyan bu istiqamətdə işi puç edəndən və ölkəni xəstəliyin statistikası və ölüm hallarının sayına görə dünyada autsayderlərdən birinə çevirəndən Sorosun köməyi çox yerinə düşdü. Lakin məsələyə daha qlobal mövqedən baxsaq Ermənistanın indiki rəhbərliyinin Soros fondu ilə aşkar əlaqəsi Rusiyaya və onun milli mənafelərinə heç bir yaxşılıq vəd etmir. Marqarita Simonyanın postu və Paşinyanın həmin posta cavabı isə bu reallığı daha açıq göstərdi.

“FETÖ-nün nəfəs aldığı hər ölkə təhdit altındadır”

“FETÖ-nün nəfəs aldığı hər ölkə təhdit altındadır”. moderator.az xəbər verir ki, bu sözləri Türkiyənın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Türkiyədə 2016-cı ilin iyul ayının 15-də baş verən mənfur çevriliş cəhdindən bəhs edərkən deyib.
O qeyd edib ki, Türkiyə Cümhuriyyətinin tarixinə qara ləkə olaraq düşən Fətullahçı Terror Təşkilatının (FETÖ) orduya məxsus silahları türk millətinə tuşlamasının üzərindən dörd il keçib: “Ölkəmizin bütün kapilyarlarına gizli şəkildə sızan FETÖ 15 iyul gecəsi 251 nəfəri şəhid etdi, minlərlə insanı yaraladı və əlil qalmasına səbəb oldu. Polisimizi də hədəf alan FETÖ xainləri 16 iyul tarixinin ilk dəqiqələrində Gölbaşındakı Baş Polis İdarəsinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri İdarəsinə bomba yağdıraraq 44 polisi şəhid etdi. Tarixdə ilk dəfə bir ordu döyüş təyyarələri ilə öz parlamentini bombaladı.
Xalqın seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqını zalımlara boyun əyməməyə, küçələrə çıxıb sui-qəsdçilərə, terrorçulara qarşı müqavimət göstərməyə çağırdı. Medianın çağırışları və minarələrdən ucalan azan sədaları altında milyonlarla insan “Allahu Əkbər” deyərək küçələrə çıxdı. Meydanlara axışan vətəndaşlar o gecə dastan yazdı. Canlarını heçə sayaraq tankların üzərinə çıxan, qorxusuzca silahların qarşısında sipər olan xalqımız yalın əllə tanklara, toplara, silahlı əsgərlərə doğru irəlilədi və  türklərin tarixinə yeni bir qəhrəmanlıq dastanı yazıldı.
Ordudakı və polisdəki milli qüvvələr də prezidentə sadiq qalaraq dövlətin yanında yer aldılar. Türk xalqı muzdlu xainlərə diz çökdürdü. İpləri xaricdəkilərin əlində olanların planları alt-üst oldu. Eynilə Çanaqqalada, Sakarya meydan müharibəsində olduğu kimi... Türk xalqı tarixini tərsinə çevirərək dünyaya nümunə oldu. 15 iyul gecəsi, Türkiyə Silahlı Qüvvələrinə sızan FETÖ üzvü olan və bu təşkilatın fəaliyyətini dəstəkləyən 8 mindən çox hərbçi, 35 təyyarə, o cümlədən döyüş təyyarələri, 3 gəmi, 37 helikopter, 74-ü tank olmaqla 246 zirehli maşın və 4 minə yaxın yüngül silahın istifadə olunduğu xain çevriliş cəhdinin qarşısı alındı.
Bunu xüsusilə qeyd etmək lazımdır ki, FETÖ üzvləri hər cür dona girir, hər cür ideoloji qanadda yer alaraq fəaliyyət göstərir. Millətçi, dindar, ateist və deist kimi müxtəlif görüntülər nümayiş etdirdikləri üçün müəyyən edilmələri çətin olan bu xain təşkilatla bağlı hər zaman ayıq olmaq lazımdır. FETÖ üzvləri mövcud olduqları ölkələrin müstəqilliyinə və sabitliyinə düşmən olan, bütün təxribatların arxasında dayanmaqdan çəkinməyən, ələ keçirmək istədikləri iqtidarı sıradan çıxarmaq üçün düşmənlərlə gizli əməkdaşlıq edən, günahsız insanların qanını tökməkdən çəkinməyən, qurban və dürüst görüntüsü yaradan mələk maskası geyinmiş şeytanlardır. FETÖ oğurluq edən, korrupsiya ilə məşğul olan, imtahan suallarını oğurlayaraq təşkilat üzvlərinə verib başqalarının gələcəyini oğurlayan, tələ quran, şantaj edən, gizli kameralarla nöqsan axtaran, hər yerə təşkilat üzvlərini və ya tərəfdarlarınıı yerləşdirməyə çalışan, özlərindən hesab etmədiklərinə iş yerlərində psixoloji təzyiq göstərən, qısacası hər cür çirkinliyə əl atan bir təşkilatdır. Və FETÖ onlardan olmayanları bütün bu etdikləri ilə günahlandıran bir təşkilatdır eyni zamanda.
Gizli fəaliyyət göstərən, dünyanın ən təhlükəli terror təşkilatlarının başında gələn bu təşkilatın üzvlərinə qətiyyən güzəştə gedilməməli, məsumiyyət maskalarına inanılmamalıdır. Çünki onlar xalqlarına və ölkələrinə düşməndır...
Kütləvi informasiya vasitələri FETÖ kimi terror təşkilatlarının ən vacib təbliğat və manipulyasiya vasitəsidir. FETÖ və PKK kimi terror təşkilatları bu vasitədən intensiv istifadə edir və beləliklə təbliğatlarını geniş kütlələrə yayırlar. Məqsədləri cəmiyyətdə çarəsizlik, ümidsizlik, bezginlik və narahatlıq yaradaraq xalqı üsyana təşviq etməkdir. Dünyada yeni “15 iyul”lar yaşamamaq üçün ayıq olmalı, məqsədinə çatmaq üçün hər cür dona girən, hər cür təbliğat aparan və hər yola əl atan FETÖ terror təşkilatına qarşı ayıq olmalı, tələyə düşmədən vətənimizə sahib çıxmalıyıq. Hər bir ölkə və xalqları onlara qarşı diqqətli olmalıdırlar”.

Şok açıqlama: Azərbaycanın hərbi sirrlərini İsrail rejimi Ermənistana ötürüb

İranlı politoloq Azərbaycanın hərbi sirlərinin İsrail cəsusları tərəfindən oğurlanaraq Ermənistana ötürüldüyünü söyləyib.
qafqaz.ir xəbər verir, Avrasiya və Rusiya məsələləri üzrə ekspert Şüeyb Bəhmən Azərbaycanla Ermənistan arasında baş vermiş sərhəd gərginliyinin səbəbləri barədə “Borna” İnformasiya Agentliyinə müsahibəsində deyib: “Bu qarşıdurmanın əsas səbəbkarı israillilərin Qafqaz regionundakı hərəkətləridir. Demək olar ki, son bir-iki ayda region medialarında israillilərin Azərbaycan Respublikasına aid hərbi məlumatları ermənilərə ötürməsi barədə xəbərlər yayıldı və bunun səbəbi kimi işğal edilmiş Fələstin ərazilərində Ermənistanın səfirlik açmasını sürətləndirmək məqsədi güddükləri göstərildi”.
Şüeyb Bəhmən vurğulayıb ki, Azərbaycan Respublikasına aid hərbi məlumatların ifşa edilməsi və bu arada sionistlərin hərəkəti üzündən Ermənistanın bu məlumatlara sahib olması hazırkı şəraitdə region səviyyəsində bu qarşıdurmanın alovlanmasının səbəbidir. Deməli, belə nəticə almaq olar ki, hazırkı qarşıdurmaya tarixi köklər, ərazi və etnik ixtilaf səbəblərlə yanaşı, sionistlərin region səviyyəsində müdaxilələri də kömək etmişdir və bu məsələ ağır nəticələrə gətirib çıxara bilər.
Ekspert israillilərin iki ölkə arasında tarixi gərginlikdən xəbərdar olduqları halda onların arasında məlumat ötürməkdə məqsədlərinə toxunaraq deyib: “İsraillilər erməni tərəfinə imtiyaz verərək onları işğal edilmiş Fələstin ərazilərində səfirlik açmağa sövq etmək istəyirlər”.
Onun sözlərinə görə, ermənilər bu ilin mart ayında səfirlik açmaq istəyirdilər, lakin İslam ölkələrinin etirazları bu məsələni faktiki olaraq geri saldı və bu günə kimi öz məqsədlərinə nail ola bilməyiblər: “Bu üzdən sionist rejim ermənilərə belə bir imtiyaz verməklə, onları rəğbətləndirir ki, işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq qərarını tezləşdirsinlər”. /azeri.sahartv.ir/

İndi Rövşən yoxdur, nizam-tərəzi itib. Hamını incidirlər – Moskvanın ən böyük meyvə-tərəvəz bazasından reportaj

2015-ci ilin dekabrı. Antalyada, Telman İsmayılova məxsus “Mardan” oteldə təmtəraqlı toy məclisi keçirilir. Toyun iştirakçıları arasında Moskvada yaşayan bir sıra iş adamları, bazar və iri restoran sahibləri, habelə Azərbaycandan getmiş bəzi müğənnilər iştirak edirlər.
Toya müğənni kimi dəvət edilənlərdən biri də türkiyəli Əbru Gündəş olur. Məhz Əbru Gündəşin ifası zamanı musiqiçilərə qəfil “dayanın!” əmri verilir. Bu vaxt bütün zal ayağa qalxır. Və ətrafı alqış sədaları götürür. Mühafizəçilərin əhatəsində içəri girən şəxs onun üçün ayrılmış yerdə əyləşir. Toy sahibinin işarəsindən sonra Əbru Gündəş oxumağa davam edir.
Toya gələn o şəxs Lənkəranski idi – Rövşən Lənkəranski.
Toy sahibi də özgə deyildi. Moskvada şəmkirli Nuruş kimi tanınan bazar sahibi di. Əslində bazar sahibi də demək olmazdı. Məhz Lənkəranskinin bazarını, Domodedovadakı bazasını idarə edirdi. Həmyerlisi şəmkirli Məhərrəmlə birlikdə…
***
…2013-cü ildə məşhur Orxan Zeynalov olayından sonra Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan “Pokrovski” bağlandı. Bununla belə, bazar idarəçiliyini gözəl bilən Məhərrəm və Nuruş boş qalmadılar. Onlara ciddi şəkildə tapşırıldı ki, bazardakı ticarətçiləri dağılmağa qoymasınlar, qısa zamanda başqa böyük meyvə-tərəvəz bazası açılacaq.
Elə də oldu.
Qısa zamanda Moskvadan azca aralıda, kiçik Domededovo şəhərinin “Severnıy” adlanan mikrorayonunda “Çetıre sezona” (“Dörd fəsil”) adlı böyük baza istifadəyə verilir. Bazanın tikintisi çox sürətlə aparılır. Yerli sakinlər bir də onda ayılır ki, artıq bu kiçik şəhərdə içi meyvə-tərəvəzlə dolu ağır tonnajlı maşınların, yük “qazelləri”nin əlindən tərpənmək mümkün deyil. Bazar işini yaxşı bilən Məhərrəm və Nuruş tezliklə oranı ticarətçilərlə doldura bilir. Əsasən Azərbaycandan olan kiçik sahibkarlar qısa zamanda burada əməlli ticarət zonası yaratmağı bacarır. “4 fəsil”ə rəqib olan “41-ci kilometr” və əslən Ucardan olan Samir adlı şəxsə məxsus “Xlebnikovo” bazası Domodedovdakı bazara açıq şəkildə uduzurdu.
***
Adıgedən bazarın bir üstünlüyü də vardı: “4 fəsil”in qeyri-rəsmi sahibi Rövşən Lənkəranski idi. Məhərrəm və Nuruş əvvəlki kimi qazanmırdı. Çünki Rövşənin adamları bazara nələrin və hansı miqdarda girib-çıxdığını zərgər dəqiqliyi ilə bilirdi. Onlar isə Rövşəni aldatmaq cəsarətində deyildilər. Heç bunu ağıllarından belə keçirməzdilər.
– Rövşən bura baxandan günümüz gün oldu. “Pokrov”da Məhərrəmgil hər “Kamaz”dan 100 min (rubl) almamış maşını içəri buraxmazdı. Rövşən qayda qoymuşdu ki, iri maşından 50 min, “Qazel”lərdən 10 min rubl alın. Ona görə də camaat bura axışdı.
Bunu Şakir deyir. Domodedovada topdan meyvə satır. Amma onu da deyir ki, hazırda baza boşalmaqdadır.
– Təsəvvür edin, nar, xurma sezonu gəlir. Amma hamını “Food City”yə aparırlar. Rövşən yoxdu deyə, əl qol açıblar. Elə Məhərrəmlə Nuruş da ora keçib. Rövşən öldürüləndən sonra buralar yiyəsiz qalıb.
“Food City”i isə əslən Qubadan olan Qod Nisanovla Zarah İliyevindir. İlham Rəhimovun da bu bazarla şərikliyi var.
– “Food City” bir qədər əvvəl açılıb. Ora gedən yox idi. Məhərrəm camaatı qorxudurdu ki, getməsəniz “polka”larınıza narkotik atdıracaqlar. Bəziləri qorxdu getdi. Bəziləri qaldı. Amma biz buradayıq. Şükür, əvvəlki kimi olmasa da, hələ alver var.
***
“Domededovo” bazarı əvvəldən bir az gərgin olub” – deyir adını çəkilməsini istəməyən həmyerlimiz.
– Bu bazarda mübahisələr 2014-cü ilin yanvarında pik nöqtəsinə çatıb. O dövrdə Rusiya mətbuatında “Domodedovo” bazarındakı mübahisələr Moskvada azərbaycanlılar arasında “bazar müharibəsi” kimi təqdim edilib. Bazarın baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasova aidiyyətinin olduğu və özünə yaxın şəxsin idarə etdiyi haqda xəbərlər gəlirdi. Amma hətta olsaydı belə, hamı bilirdi ki, bazar Lənkəranskinindir.
Moskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınlar məhz Lənkəranskiyə görə “Domodedova””ya aparılırmış. Elə Sənan da onu deyir.
– İndi Rövşən yoxdur, nizam-tərəzi itib. Hamını incidirlər. Maşınların bazaya girməsinə elə qiymət qoyublar ki…
Topdan banan satan İxtiyar isə alverdən narazıdır. Deyir əvvəllər günə azı 50 yeşik mal gedərdi.
– İndi oturub bir-birimizin üzünə baxırıq. Ekvador malıdır alığımız. Çox da saxlamaq olmur. Gərək dərmanlayasan. Amma bu da kömək eləmi axı. Xarab olur gedir.
Aydın isə deyir ki, Rövşən öldürüləndən sonra bazara onun adamlarından hələ gələn olmayıb. Bir sözlə, anlaşılmazlıqdı, camaat bilmir, başını hara götürüb getsin.
– Rəhmətliyin qırxı çıxıb. Yəqin, bir adamı olar üzə çıxsın. Yoxsa belə qalmaz axı.
Bəs nə olacaq?
Cavab: “Müharibə başlayacaq. Dəyən də bizə dəyəcək, kasıb, kusuba”…
***
Əslində, hələ 1990-cı illərdən nəinki paytaxt Moskvada, Federasiyanın ən kiçik şəhərindəki ən kiçik bazar belə, azərbaycanlıların təkcə dolanışıq yeri deyildi. Bazarlar həm də azərbaycanlıların monopoliyasında olmaqla, xalqın obrazını yaratmışdı. Düzdür, “vəhşi” 90-lar indi geridə qalıb. Avropanın ən böyük bazarı olan “Çerkizovo” da bağlanıb. Müasir hipermarketlər yaranıb. Moskva və Sankt-Peterburqdakı ruslar səsli-küylü, zibil içində olan klassik bazarları elə həmin iri mağazalara dəyişir. Amma yuxarıda qeyd etdiyimiz kimi, klassik bazarlar hələ də mövcuddur. Və bu bazarlara nəzarət həm də külli miqdarda qazancdır. Elə buna görə də bu və ya digər şəhərdə bu və ya digər bazara nəzarət uğrunda hələ də savaşlar gedir. Savaş bitib hələlik. Amma hələlik. Bazar və bazar uğrunda mübarizə isə davam edir. /sizinxeber.az/
Şuşa gedəndə Rəhim Qazıyev mitinqdə dedi ki, narahatlığa əsas yoxdu, İslam Konfransı ölkələri ilə danışmışam, 7 milyonluq islam ordusu sərhədi keçib köməyə gəlirlər. İndi də 64 milyonluq Pakistan ordusunun ümidinə qalmışıq.
Əlbəttə, əgər Naxçıvana rus ordusu girsəydi, türkçü şamtutanlarımız indi özlərini yırtırdılar ki, xarici ordu ölkəmizə xalqın icazə ilə girməliydi. Tarix boyu Azərbaycana çelka dağıtmağa gələn türk ordusuna isə hə, olar.