07.09.2020

MTN-nin Mossadın sifarişi ilə Hizbullaha qarşı yaratdığı "Hacı Şahin brendi"nin iflası

Livanın cənubunun sionist rejiminin işğalından azad edilməsi məqsədi ilə 1982-ci ildə İranın Sepah təşkilatı tərəfindən yaradılan - Livan şiələrindən ibarət Hizbullah təşkilatı yarandığı gündən etibarən, 1948-ci ildən bəri fələsrinlilərə və Yaxın Şərqin müsəlman xalqlarına qan udduran sionist rejimi üçün əməlli-başlı başağrısına çevrildi. 1995-ci ilin axırlarından 1996-cı ilin aprelinə qədər Hizbullah sionist rejiminə elə zərbələr vurdu ki, bu şiə mücahidlərinə qarşı “Qəzəb salxımı” adlı hay-küylü əməliyyata başlayan İsrail, onlarla sionist əsgərini itirəndən sonra biabırçı şəkildə Hizbullaha məğlub olaraq iki həftə davam edən əməliyyatı dayandırmağa məcbur oldu.
Hizbullahdan ciddi zərbə alan sionist rejiminin Mossad terror təşkilatı dünyanın digər ölkələrində də Hizbullah kimi təşkilatların yaranmamasına mane olmaqdan ötrü hərəkətə keçdi. Xüsusilə də şiələrin yaşadığı Azərbaycan Respublikasında.
Belə ki, 1996-cı ilin axırlarında Bakıya məxfi səfərə gələn Mossad casusları ölkə prezidenti Heydər Əliyev və MTN-nin o vaxtki rəhbəri Namiq Abbasovla görüşüşərək, Azərbaycanda Hizbullah təşkilatının yaranma ehtimalına qarşı bütün qabaqlayıcı-profilaktik tədbirləri görməyi əmr etdilər. Mossadın Azərbaycan rəhbərliyinə verdiyi əmrlər arasında aşağıdakılar planlar var idi:
- İranın təbliğatları sayəsində Azərbaycanda güclənməkdə olan şiəliyin qarşısını almaqdan ötrü, ölkədə vahhabiliyi yaymaq.
- Media və televiziya vasitəsilə Hizbullah əleyninə böhtan xarakterli təbliğatlar aparmaq.
- Şiə dindarları qorxutmaq məqsədi ilə müəyyən dindar qruplara “Hizbullah” damğası vuraraq onları həbs etmək.
- Dinə meyl edən cavanların İranın şiə dini hövzələrinin təsirindən uzaqlaşdırmaq məqsədi ilə, ölkədə hakimiyyətin nəzarətində olan “dini təşkilatlar yaratmaq” və s.
Azərbaycan MTN-i Mossadın əmrinə əsasən fəaliyyətə keçdi və sionistlərin arzularını mərhələli şəkildə bircə-bircə həyata keçirməyə başladı.
Belə ki, MTN işçiləri məscidlərdə olan cavanlar arasında müşahidələr apararaq, nitqi və natiqliyi yaxşı olan cavanlar üzərində işləməyə başladılar. Belə cavanlar arasında hazırda Məşədi Dadaş məscidinin axundu olan Şahin Həsənov da var idi və o bütün parametrlərinə görə MTN-nin tələblərinə cavab verirdi.
Beləliklə, 1998-ci ildə öz cəsusları vasitəsilə Şahin Həsənovla əlaqələr quran MTN, Şahinə “İkmal” Gənclər Birliyi adlı təşkilat yaratmağı tapşırdı və bundan ötrü lazım olan bütün maddi və digər təşkilati işlərdə yardımı öz üzərinə götürdü. Məscidlərdə Şahin Həsənovun rəhbərlik etdiyi “İkmal” Gənclər Birliyinin təbliğatlarına başlanıldı, dini sahədə fəallıq göstərən cavanlar ora cəlb edildi, “İkmal” Gənclər Birliyinin təşkilatçılığı ilə dini tədbirlər, müsabiqələr həyata keçirilməsinə şərait yaradıldı və s.
Eyni zamanda hakimiyyətin yaratdığı təşkilatlara qoşulmayan cavanlara “Hizbullah” damğası vurulması əməliyyatlarına başlanıldı. Belə ki, 1999-cu ildə bir qrup dindar Azərbaycanda “Hizbullah” təşkilatı yaradıb akademik Ziya Bünyadovun öldürməkdə ittiham edilərək həbs edildi. Amma bircə nəfər soruşmadı ki: Azərbaycanda İsrail səfirliyi, İsrail Mədəniyyət Mərkəzi, müxtəlif sionist təşkilatları qala-qala, Hizbullahın tarixçi və Heydər Əliyev hakimiyyətinə baş əyməyən Ziya Bünyadovla nə işi?!..
Bu hadisəsən sonra dindarlar şiə olduqlarını belə dillərinə gətirməkdən çəkinməyə başladılar. Amma Şahin Həsənovun “İkmal” Çənclər Birliyi isə öz ampulasında idi və tərəfdarlarının sayını atrırmaqla məşğul idi: ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açır, ümumrespublika miqyaslı müxtəlif tədbirlər həyata keçirirdi...
Amma MTN-nin “İkmal” planı lazımi nəticəni vermirdi və Şahin Həsənov lazimi sayda dindarı başına toplaya bilməmişdi. MTN bu problemi aradan qaldırmaqdan ötrü, 2001-ci ildə Şahin Həsənovu Bakıdakı “Məşhədi Dadaş” məscidinə imam-camaat təyin etdi. Artıq dindar cəlb etmək lazım deyildi. Məscidə gələn dindarlar avtomatik olaraq Şahin Həsənovun təsirinə düşəcək və MTN-nin Mossaddan aldığı “vəhyləri” Şahin vasitəsilə dinləyəcəkdilər.
Ancaq bu məsələnin də bir “əmması” var idi. Ölkədəki dindarların əksəriyyəti, Azərbaycanda nüfuzlu və cavan dindarlar arasında sevilən - DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, Bakıdakı İçərişəhər "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlunun başına toplaşmış və sözü gedən məscidə gedirdilər. İlqar İbrahimoğlu isə hakimiyyətin oyunlarına getmir və onların tələblərinə tabe olmurdu. MTN nəyin bahasına olursa-olsun İçərişəhər "Cümə" məscidinə gedən dindarları, öz nəzarətində olduğu “Məşhədi Dadaş” məscidinə yönəltməkdə israrlı idi. MTN bundan ötrü çox həyasız bir plana əl atdı: İçərişəhər "Cümə" məscidini “təmir” bəhanəsi ilə bağladı, təmir bitəndən sonra İlqar İbrahimoğlunun və tərəfdarlarının o məscidə daxil olmasını qadağan etdi, hörmətli ruhaninin yerinə yerinə isə hakimiyyətə tabe olan Surxay Məmmədli təyin edildi.
Beləliklə, “Məşhədi Dadaş” məscidinə MTN-nin tapşırıqlarını yerinə yetirən Şahin Həsənovun konkurenti də “aradan görürüldü”, Şahin Həsənov isə -  “cavan dindar nəslin kumiri” kimi relkam edilməyə başlanıldı: hər yerdə SD-lərdə xütbələri satıldı, TV və KİV-lərdə güclü təbliğatı aparıldı, televiziya proqramlarına dəvət edildi, hökumət tədbirlərində çıxışlar etdi və s. Bir sözlə, Azərbaycan MTN, Mossadın sifarişi ilə Şahin Həsənovdan - “Hacı Şahin brendi” düzəltdi.
Beləliklə, Mossadın Hizbullaha qarşı mübarizəsindən Hacı Şahin Həsənli adlı brend meydana gəldi.
Sual oluna bilər, Azərbaycanda Hizbullahın yaranmasının qarşısının alınması məqsədi ilə yaradılan “Hacı Şahin brendi”, niyə Hizbullah əleyhinə təbliğatlar aparmırdı? Cavab çox sadədir: bu halda Hacı Şahinin kimliyi və hansı mənsəbə qulluq etdiyi ifşa oluna bilər və hakimiyyətin uzun illər çəkdiyi zəhmət bada gedə bilərdi.
Hacı Şahinin Hizbullaha qarşı mübarizəyə qalxmasına elə bir MÜHÜN SƏBƏB lazım idi ki, bu sionist brendinin ifşa edilməsinə dəysin. Çünki Azərbaycanın şiə ictimaiyyətinə şiə “ruhani” kimi sırınan “Hacı Şahin brendi”nin Hizbullada qarşı bəyanatı, onun bu təşkilata qarşı “nəticəsiz intiharçı hücum” etməsi mənasını verəcəkdi. Amma belə bir zaman yetişdi və səbab yarandı: Azərbaycan xalqının mərd və imanlı oğulllarının, sionistlərin Suriya və İraq ərazilərində yaratdıqları İŞİD planına qarşı ayağa qalxması, silaha sarılaraq vahhabi sionist nökərlərinə qarşı cihada başlaması, sionistlərin Azərbaycanın şiə ictimaiyyəti üçün “cızdıqları” qırmızı xətt idi! Azərbaycan şiələrinin, bütün qadağalar və sionist hiylələrinə rəğmən İŞİD-ə qarşı cihadı sionistlər üçün qəbul edilməz idi və buna qarşı “Hacı Şahin brendini” belə qurban verməyə dəyərdi.
Sionizm belə də etdi. 2019-cu ilin yanvar ayında Hacı Şahinnin sözçüsü, Məşədi Dadaş məscidinin xuddamı Kənan Əsgərzadə adlı cəsus özünə məxsus – Hacı Şahinin bəyanatlarını təbliğ etdiyi Feysbuk səhifəsində Suriyada vuruşan azərbaycanlı şiə dindarlarin və ruhanilərin yaratdıqları “Hüseynçilər” Azərbaycan İslam Müqavimət Təşkilatının loqotipini paylaşaraq, sionizmə qarşı mübarizə aparan qeyrətli Azərbaycan balalarını “vətən xaini” adlandırıb onlara böhtan yağdırdı. Suriyada sionizmə qarşı vuruşan bu mərd oğulların barəsində: “Kimə qarşıdır bu hərəkat?” kimi sual verməklə, Məşədi Dadaş məscidi icması rəhbərliyinin və Hacı Şahin Həsənlinin hansı mənsəbə qulluq etdiyini ifşa edərək, “Hacı Şahin brendini” sionizm yolunda qurban verməli oldu.
Təbii ki, Hacı Şahinin şəxsən özü bu barədə bəyanat verə bilməzdi. Çünki hakimiyyət “Hacı Şahin brendini” yaratmaqdan ötrü çoxlu xərc və zəhmət çəkmişdi. Bu üzdən də onun bəyanatlarının təbliği ilə məşğul olan ən yaxın ətrafı, belə bir “sionizmə quyruq bulayan” bəyanatı verməyə məcbur oldu. Amma bəsirət gözü açıq olan çoxlu dindar sözü gedən bəyanatla hər şeyi başa düşdü və uzun illərdir “şiə ruhani” kimi tanıdıqları Hacı Şahinin, əslində elə adi saray mollası olduğunu dərk etdilər.
Beləliklə, Hizbullaha qarşı yaradılan “Hacı Şahin brendi” Hizbullaha qarşı mübarizədə də qurban verilərək deşifrə olundu.

Həmid Türki

https://hemidturki.livejournal.com/4473.html?fbclid=IwAR2Fa5jpEyQV1TQzJkHZ7QlnDyjwrxS6o81qF4udwTWiFFEgzljAb8x2I-U

Ramiz Mehdiyevin ucsuz-bucaqsız fazendaları - SİYAHI

Azərbaycanda “Boz kardinal” deyəndə ilk ağla gələn kim olur? Haqlısınız. Ramiz Mehdiyev. O, uzun illər Prezident Administrasiyasının rəhbəri olub. İndi isə filosof-akademik Milli Elmlər Akademiyasına başçılıq edir. O siyasi səhnədə, indi deyilməsi adət olan konfiqurasiya qurmaqda, kadrları yerləşdirməkdə mahir idi. Bir tərəfdə Paşayevlər, o biri tərəfdə isə Ramiz Mehdiyevin rəhbərlik etdiyi Naxçıvan klanı.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Ramiz Mehdiyevə sanki korrupsiyanı idarə etmək vəzifəsi tapşırılmışdı. 2005-ci ildə iki nazir – Fərhad Əliyev və Əli İnsanov korrupsiya ittihamı ilə tutulandan sonra Komissiya cəmi bir dəfə yığılıb, ondan sonra elə bil qurbağa gölünə daş atılıb.
Azərbaycanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun işləmədiyindən hansı məmurun qanuni yolla nə qazandığı bilmək mümkün deyil. Düzdür, bir çox ekspert hesab edir ki, qanun işləsəydi belə çoxu özünə, ailə üzvlərinə məxsus olan mülkləri, çoxsaylı mənzilləri bəyan etməyəcəkdi. Amma yenə də bu bir başlanğıc olacaqdı. Bu prosesin başlanmasının yolunda ağır daşa çevrilənlərdən biri də Ramiz Mehdiyev idi. Çünki onun özü də hakimiyyətdə olduğu illərdə az sərvət toplamayıb.
82 yaşlı akademik Sovet dönəmində elmi kommunizm üzrə lektor olub. Müstəqillik illərində o özünün kommunizmini təmin edib. 1994-cü ildə Prezident Aparatına gələnə qədər komsomol, Kommunist Partiyası işində çalışıb. Gənclik illərində 5 il neft idarəsində işləyib. Amma orda da başqa fəhlələr kimi qazancı dolanışığa kifayət edirdi. Bəs bank, hektarlarla torpaqlar, tikinti şirkəti, radio, qəzetlər, nəşriyyat və sair haradandır? Ramiz Mehdiyevin rayonlara icra başçıları göndərdiyi, hətta Milli Məclisdə deputat kimi oturmaq üçün bir çoxundan çamadanla pul aldığını deyirlər. Gəzən söhbətlərə deyil, faktlara müraciət edək.
Ramiz Mehdiyevin Novxanıda böyük villası var. Akademik əsasən bu evdə qalmağı xoşlayır. Amma onun Novxanıda daha başqatan əyləncəsi var. Ucsuz-bucaqsız üzüm tənəkləri. Üzüm bağları həyat yoldaşı Qalina Yuryevnanın adınadır. Bundan başqa, qızı Kamilə, oğlu Teymurun mülkiyyətində olan hektarlarla bağlar var.
Mehdiyevlər ailəsinin üzvlərinin hamısı vəzifə sahibidir. Qalina Mehdiyeva Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiridir. Kamilə Əliyeva həmin universitetdə Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. General-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir. Teymur bu vəzifəyə qədər mədəniyyət və turizm nazirinin, Dövlət Miqrasiya Xidmətinin rəisinin müavini olub. Tehmur Mehdiyev də alimdir. “Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti: Rusiya Federasiyası və Azərbaycan Respublikası qanunvericiliyinin timsalında müqayisəli hüquqi təhlil” mövzusunda dissertasiyasını Moskvada müdafiə edib və 2002-ci ildə hüquq elmləri namizədi olub. Amma hektarlarla meyvə bağlarını yəqin ki alimin alın təri ilə qazanmaq çətin olardı.
Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var. Burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.
Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Kamilə Əliyevaya məxsus kənd təsərrüfatı torpaqları hektarlarladır. Ananın mülkiyyətində 892 sot, onun qızının isə 240 sot torpağı var.
Hazırda bu ailənin plantasiyaları nə qədərdir, ictimaiyyətə məlum deyil. Kənd Təsərrüfatı Nazirliyi bu məlumatların açıqlanmasını dayandırıb.
Qəzetlər, radiolar, televiziya, İKT… və soxulcanlar
Ramiz Mehdiyevin medianı idarə etməsi haqda çox danışırlar. Deyilənə görə, onun vaxtında Prezident Administrasiyası qəzet və televiziyalara gündəlik olaraq nədən yazmaq barədə tezislər göndərirdi. Amma onun şəxsən nəzarətində olan media qurumları da var və qalmaqdadır.
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Palitra” qəzetinin, gəlini Nigar Mehdiyeva isə “Paritet” qəzetinin təsisçisi olub. Bu qəzetlər dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan yardım alıb.
“Paritet” qəzeti 2012-ci il dekabrın 20-də fəaliyyətini dayandırıb. Həftədə 3 dəfə dərc olunan qəzetin redaksiyasının bağlanması isə üç il sonra baş tutub. Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev mediaya bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi özü qəbul edib. Redaktor təsisçinin bu qərarının “texniki-maddi problemlərlə” əlaqədar olduğunu bildirmişdi. Amma qəzet daha işıq üzü görmədi. Cəmaləddin Quliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri olaraq dövlət orqanının təmsilçisi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlərindən biridir.
“Palitra” qəzetinin redaktoru hələ dünənədək Anar Barat oğlu Miriyev idi. Anar Miriyev həm də “Azprice” MMC qiymətləndirmə şirkətinin direktorudur. Bu şirkət bu ilin iyul ayında Əmlak Məsələləri Dövlət Xidməti ilə obyektlərin qiymətləndirilməsi üzə 200 min manatlıq sifariş alıb. Bu yaxınlarda qəzetin redaktoru dəyişib. İndi Nigar Mehdiyevanın qəzetinə Esmira Azayeva rəhbərlik edir.
“Palitra” qəzetinin qeydiyyatdan keçdiyi mənzildə (Mikayıl Müşfiq küçəsi, ev 8 B, mənzil 43) başqa bir şirkət – “Professional İ.T.” MMC də dövlət qeydiyyatına alınıb. 2007-ci ildə yaradılan şirkət informasiya texnologiyaları sahəsində Təlim Mərkəzi kimi fəaliyyət göstərir.
Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı: Bakı şəhəri, Teymur Əliyev küç. 25 A-dır. Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə “Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını “Digital Media” MMC-nin “digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırmışdı. Bu şirkət “Medya FM” radiosunun sahibidir.
Vergi Xidmətinin məlumatına görə, “Digital Media” MMC-nin digər iki təsisçisi Anara İbrahim qızı İsmayılova və Aysel Nazim qızı Əkbərovadır. Anara İsmayılova bu şirkətin ilk direktoru olub. Hazırda isə radioşirkətə Rüstəm Qədim oğlu Əliyev rəhbərlik edir.
Rüstəm Əliyev həm də “Antenn” Müstəqil Teleradio Şirkətinin direktorudur. Rəsmi sənədlərə görə, “Antenn FM” radiosunun təsisçiləri o və Rövşən Novruz oğlu Cavadovdur. Radio “Antenn 101 FM” yayıma 2000-ci ilin fevralında başlayıb. Radionun redaksiyası Azadlıq prospekti, ev 189 ünvanındadır. Bu ünvanda “Antenn Media” şirkəti də fəaliyyət göstərir.
Anara İsmayılova, Rüstəm Əliyev və Heyran Əliyeva Bakıda eyni mənzildə: Süleyman Rüstəm küçəsi, ev 61 ünvanında qeydiyyatdadırlar. Anara İsmayılova Leyla Əliyevanın İDEA təşkilatının layihələr üzrə rəhbəridir. Heyran Əliyeva isə “Mediamaster” MMC-nin və “NHR” MMC-nin direktorudur.
Rüstəm Əliyev 2008-ci ildə İstanbulda qurulan “Medya Master Radyo ve Televizyon Yayıncılık Hizmetleri Sanayi ve Ticaret A.Ş.”-nin qurucularındandır. Anara İsmayılova isə bir müddət bu şirkətin rəhbərliyində təmsil olunub. Onlar şirkəti 2011-ci ilin martında tərk ediblər.
“Mediamaster” şirkəti Azəbaycan telekanallarında yayımlanan teleserialların çəkilişləri ilə məşğuldur. Prezident İlham Əliyevin təkcə iki sərəncamı ilə 2011-ci və 2013-cü illərdə serialların çəkilməsi üçün şirkət dövlət büdcəsindən 11 milyon manat pul alıb. Mediamaster şirkətinin baş direktoru Rüstəm Əliyevdir. Şirkətin çəkdiyi seriallar ATV, ARB və İTV tekenalallarında yayımlanır.
Rüstəm Əliyevlə Nigar Mehdiyevanın bir başqa ortaq sirkəti də var. Onlar “Abşeron Bio-Texnoloji” MMC-ni 2011-ci ildə yaradıblar. Bu şirkət innovativ bio-texnologiyalar sahəsində fəaliyyət göstərir və əsasən sənaye üsulu ilə bio-humus və bio-orqanik gübrə istehsal edir. Bio-humusun istehsalında əsas faktor soxulcanlardır. Bio-humus torpağın münbitliyini artırmaq üçündür. İstehsal fəaliyyəti Masazırdadır, şirkətin ofisi isə Bakıda Əhməd Rəcəbli prospekti, 181-də yerləşən biznes mərkəzindədir. Şirkətin istifadəsində Masazır gölünün yaxınlığında 30 hektar əkin sahəsi var.
Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin – “İnfonet” MMC və “Kaspian Telekom” MMC-nin hüquqi ünvanıdır. Yəni bu şirkətlər yaradılanda qeydiyyat orqanına ünvan sənədi kimi Kamilə Əliyevanın mənzilinin mülkiyyət sənədi təqdim olunub. Birinci şirkət 2004-cü ildə yaradılıb, amma nə işlə məşğul olduğu məlum deyil.
“Ailə TV” ticarət nişanı, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkətin saytında onun 1997-ci ildə təsis olunduğu yazılıb.
Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir. “Ailə NET” internet xidmətindən Bakı şəhəri ilə yanaşı, Xırdalan və Gəncə şəhərlərinin sakinləri də istifadə edir. “Caspian Telekom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə xidmətləri də göstərir.
“Skay Maks” MMC 6 mart 2007-ci il tarixində qeydiyyata alınıb. Bu şirkətin təsisçisi Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Şirkətin qeydiyyat ünvanı: Bakı şəhəri, Landau küçəsi, ev 6-dır. Yaradılandan bir ay sonra, aprel ayının 17-də şirkətə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.
“Skay Maks” MMC şirkəti Azərbaycanda informasiya texnologiyaları sahəsində dinamik inkişaf fazasını yaşayan şirkətlərdən biridir. Şirkət fiber optik texnologiya bazasında Ailə TV brendi altında kabel televiziyası yayımını, “Ailə NET” brendi altında internet xidmətlərini, “A Media” brendi altında reklam xidmətlərini Bakı və Gəncə şəhərlərində əhaliyə təqdim edir. Şirkət korporativ müştərilərə şəbəkə xidmətləri göstərən “Caspian Telecom” şirkətinə də sahibdir. “Skay Maks” MMC –nin prezidenti Fərid Sadıqovdur”. –Bu, BakuTel Telekommunikasiya sərgisində “Skay Maks” MMC haqqında məlumatda qeyd olunub.
20 noyabr 2014-cü il tarixdən “Kaspian Telekom” MMC “Skay Maks” MMC-nin hüquqi varisi olub. MTRŞ-nın 15 yanvar 2015-cü il tarixli qərarı ilə “Skay Maks” MMC-nin adına verilmiş kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) sənədi “Kaspian Telekom” MMC-nin adına rəsmiləşdirilib.
Bank, nəşriyyat, tikinti, daşınmaz əmlak şirkətləri
“Kaspian Telekom” MMC-nin baş ofisi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 251A ünvanında yerləşir. “Skay Maks” şirkəti birləşmədən sonra ləğv olunmayıb. O da Dilarə Əliyeva küçəsi, 251A ünvanındadır.
Bu binada Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur.
Astoriya Tibb Mərkəzi hazırda “German Hospital” adı altında fəaliyyət göstərir.
“Gandezza” ticarət mərkəzi Bakıda, Torqovi adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.
“Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə “Transmit Ltd” MMC də qeydiyyata alınıb. Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var. Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haxverdiyev və Adil Güloğlan oğlu Aldostovdur.
“Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub. Fikrət Əliyev keçmiş deputat – İlham Əli Səftər oğlu Əliyevin qardaşıdır. İlham Əliyev Ramiz Mehdiyevin kürəkənidir. Fikrət Əliyevin iki oğlu var – Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev – “Topaz” MTK-nın, Orxan Əliyev “NLT” MTK-nın sədridir. Rəsmi məlumatlara görə, Orxan Əliyev “Dry İce Tech” MMC-nin təsisçisi, Səftər Əliyev isə “E & S” MMC və “Aqua Safe” MMC-nin həmtəsisçisidir. Hazırda “Dry Tech” şirkətinə, eləcə də “Aqua Safe H2O” MMC-yə eyni şəxs – Mehman Hacı oğlu Əliyev rəhbərlik edir.
Fikrət Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olub və polkovnik rütbəsi alıb. İndi isə o qohumu Ramiz Mehdiyevlə birlikdə Elmlər Akademiyasında çalışır. Fikrət Əliyev AMEA-nın İşlər İdarəsinin müdirinin müavinidir. İşlər İdarəsi AMEA-nın sərəncamına verilmiş əmlakın və ayrılan pulların idarə olunması, akademiyanın Rəyasət Heyətinin Mərkəzi Aparatı və onun tabeliyində olan elmi müəssisə və təşkilatlarda elmi tədqiqat prosesinin maddi-texniki təminatı və sosial sahəyə aid olan işlərlə məşğul olur. Bu şəxs vaxtilə müəyyən sxemlərdən istifadə etməklə Azərbaycan Beynəlxalq Universitetinin (fəaliyyəti 2010-cu ildə dayandırılıb – red.) rəhbərliyində təmsil olunurdu.
Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.
Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib. 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti•və mətbəə fəaliyyət göstərir. 2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub. 2019-cu ilin əvvəlinə “Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi.
Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib.
“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.
Siyasi Olimpdən uzaqlaşaraq özünü sonadək elmə həsr edəcək kimi görünən Ramiz Mehdiyev mütəmadi olaraq ictimai-siyasi mövzularda açıqlamalar verir, bir növ gündəmdən düşmür. /meydan.tv/

06.09.2020

ŞOK İDDİA! Əli Həsənov Türkiyəyə Qurban Məmmədovla görüşə gedibmiş

Son günlərin hadisələri və mediada tirajlanmaqda olan tənqidi materiallar öz nişangahını sabiq PA rəhbəri, akademik Ramiz Mehdiyevə və onun ən sadiq silahdaşı, prezidentin sabiq köməkçisi Əli Həsənova tuşlamağa davam edir. Birinci "öyrədən" mövqeyində qalmaqla və AMEA-nın texniki potensialını öz fikirlərinin toz-dumanına qərq etməyə çalışsa da, digəri müalicə adı ilə Türkiyədə bir hastanəyə sığınaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin başlatdığı məlum cinayət işində təqsirli şəxs olduğunu pərdələməyə çalışır.
Əli Həsənov təkcə qarnının ağrısından Türkiyəyə qaçmayıb, o həm də heç kimin ağlına gətirmədiyi bir siyasi gediş edib.
demokratik.az-ın Türkiyədəki özəl mənbədən əldə etdiyi məlumata görə, Əli Həsənovun ötən həftələrdə birdən-birə Türkiyəyə yollanması onun bir müddət əvvəl Londondan İstanbula təşrif buyurmuş dostu Qurban Məmmədovla görüşmək istəyilə də bağlıdır. İddialara görə, Əli Həsənovla Qurban Məmmədovun planlaşdırdıqları "məxfi görüş" artıq baş tutub. Onların ikilikdə nə danışdıqları, ümumiyyətlə nə üçün görüşmələri barədə məlumatı isə gizlətmək cəhdləri ortadadır. Lakin son günlər "Qurban - Əli" cütlüyü barədə yazılanlar, Azərbaycanın dövlətçilik və milli maraqlarına qarşı əsən küləklər, eləcə də bu yaxınlığın milli məclis səviyyəsində deputat Vahid Əhmədovun əzmilə qabardılması "İstanbul görüşü" barədə bəzi təəssüratları özü yaradır.
Xatırladaq ki, adıçəkilənlərin uzun illərə dayanan dostluqları heç vaxt inkar edilməyib. Əksinə, onlar özləri də açıqlamalar edərəkən köhnə dostluqları haqqında bəh-bəhlə xeyli xatırlatmalar ediblər. Lakin məsələ şəxsi dostluqda deyil, onları bu ad altında birləşdirən müxalifətçilik, maddi-siyasi sapoyçuluq düşüncəsində qabaran məkrli fəaliyyətlərindədir.
Bircə faktı yada salmaq yetərlidir ki, mənzərəni anlayaq.
Ötən gün deputat Vahid Əhmədovun mediaya açıqlamasında qeyd edildiyi kimi, "Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezidentin keçmiş köməkçisi Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında "Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsini tələb etməsi və ümumi sahəsi 1500 kvadratmetr olan mənzillərə sahib olması məsələsi təsadüfün məhsulu deyil. İndi aydın olur ki, prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Qurban Məmmədov kimi radikal müxalifət lideri ilə separat danışıqlara getməklə heç nədən qorxmayaraq dövlət vəsaitindən öz şəxsi məqsədləri üçün istifadəyə belə girişib. Əlində oyuncaq etdiyi media maraqlarını, yaratdığı tərbiyyəsiz "trol" sürüsünü əslində prezident İlham Əliyevin qarant olduğu dövlətçilik və milli maraqlar əleyhinə yönəldən hərəkətlərə meyilləndirib. Əli Həsənovun kurasiyasında olan saytlara və "killer mirzələr"inin tirajladıqlarına da fikir yetirsəniz deyilənlər təsdiq olunur.  
Əli Həsənovun jurnalistlərə paylanan evlərdə hansı hoqqalardan çıxdığını və sahib olduğu milyonlarla dollarlıq dəyərindəki biznes şəbəkəsini düşünəndə, Qurban Məmmədovun timsalında xaricdə yaşayan müxalifətçiləri maliyyələşdirə bilməsi də tamamilə mümkün və inandırıcı görünür. 
Bundan əlavə, xatırladaq ki, dünən "Yeni Müsavat"-ın da paylaşdığı bir xəbər Türkiyədə missiya yerinə yetirən "xəstə" Əli Həsənovun iç üzünü açmağa şərait yaradır. Belə ki, Ramiz Mehdiyevin "toy"undan sonra "Azerfreedom"a çıxıb danışmaq istəyinə vasitəçiliyin də Əli Həsənov tərəfindən həyata keçirildiyinə əsaslı şübhələr yaranır. Böyük ehtimalla, Qurban Məmmədova bu cür təhlükəli pasları dostu Əli Həsənov ötürür, bununla da İstanbulda yerləşib öz adı ətrafındakı qalmaqalları arxa plana köçürməyə çalışır.
Əli Həsənovun özünün məhz dünən danışmağa məcbur qalması, 10 günə kimi Azərbaycana qayıdacağına söz verməsi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaydığı rəsmi məlumata qarşı çıxması isə vəziyyətinin ciddiliyindən xəbər verir. O bərk silkinir, qorxur, inandırıcı vədlər edib məngənədən çıxmağa çalışır.  
Sonda daha mühüm bir ehtimal - eşitsəniz ki, Əli Həsənov da Qurban Məmmədova qoşulub Londona qaçıb, təəccüblənməyin!..

Osman Nərimanoğlu           demokratik.az

05.09.2020

Azərbaycanlı vəhabi qorxub Suriyadan qaçdı, dostunun arvadı ilə evləndi

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı birləşmələrin tərkibində döyüşüb Azərbaycana qayıdan və yaxalanan daha bir terrorçunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu, Bakı şəhər sakini 31 yaşlı Zöhrab Vəzirovdur.
Zöhrab Vəzirovun döyüş yolu Suriyanın Artma şəhərindən tutmuş İdlib və Hələb xarabalıqlarına qədər uzanıb. Hətta böyük qardaşı Ağa Vəzirovun Suriyadakı döyüşlərdə ölməsi belə, onu yolundan çəkindirməyib.
İstintaqın müəyyən etdiyinə görə, Zöhrab Vəzirov “Əhraru-Şam” adlı cinayətkar birliyin tabeçiliyindəki, əslən azərbaycanlı, ləqəbi “Əbu Musa” olan Rüstəm Əsgərovun rəhbərlik etdiyi “Azəri camaatı” silahlı birləşmənin tərkibinə daxil olub. O 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayına kimi həmin silahlı birləşmənin tərkibində iştirak edib. Həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən, cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.
Bundan başqa, Z.Vəzirov Suriya silahlı qüvvələrinə qarşı İdlib şəhəri uğrunda gedən döyüşlərdə, postların mühafizəsində də iştirak edib. O 2014-cü ilin martin 26-da İstanbul şəhərinə, bu il mayın 9-da isə Azərbaycana geri qayıdıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Zöhrab Vəzirov ifadəsində 2003-cü ildən ibadətə başladığını, 2010-cu ildə Mədinə şəhərinə gedərək orada 6 ay dini təhsil aldığını, daha sonra isə Misirin İsgəndəriyyə şəhərində 9 ay dini kurslarda iştirak etdiyini göstərib.
İsgəndəriyyədə dini təhsil aldığı dövrlərdə əslən türk olan Murad adlı şəxslə tanış olub. 2013-cü ildə Muradın dəvəti ilə İstanbula - tovhid və sünnət mədrəsəsində dini təlim almaq üçün gedib. Türkiyədə olarkən ailəsi ilə əlaqə saxlayan Z.Vəzirov böyük qardaşı Ağanın döyüşmək üçün Suriyaya getdiyini və orada həlak olduğunu öyrənib.
Bundan sonra təhsil aldığı mədrəsədə Əbu Ənəs adlı türk vətəndaşını təsiri altına düşdüyünü deyən Z.Vəzirov Suriyaya getməyi planlaşdırıb. O “Əbu Bəkr” məscidində (qeyd: Z.Vəzirov 2008-ci ildə həm də “Əbu Bəkr” məscidində baş vermis partlayış nəticəsində yaralanan şəxslərdən biri olub) ibadət etdiyi zamandan tanıdığı Abdurraufla əlaqə saxlayıb və birlikdə Suriyanın Reyhanlı bölgəsinə gediblər. Artmaya gəldikdən sonra isə yolları ayrılıb. Z.Vəzirov Abdurraufa döyüşlərdə iştirak etmək üçün “Azəri camaatı”na qoşulmağı təklif etsə də, razılaşmayıb. O Abdurraufdan ayrılaraq Hələbə gəlib və “Əhraru-Şam”ın bazasındakı, “Əbu Musa”nın rəhbərlik etdiyi “Azəri camaatı”na qoşulub.
Sonradan cihad etməkdən daşınan Z.Vəzirov qaçaq yolla Türkiyəyə qayıdıb: “Orda təxminən altı ay qaldım, 20 gün hərbi təlimlərdə iştirak etmişəm. Amma heç bir döyüşdə olmamışam. İki dəfə postda dayanmışam, lakin silahdan atəş açmamışam. Suriyada gedən döyüşlərdə heç kimi öldürməmişəm. Döyüşmək üçün mənə pul verməyiblər. Cihad etmək fikrindən daşınıb 2014-cü ilin martında İstanbula gəlmişəm. Raqqa şəhərində olmamışam”.
Məhkəmə Z.Vəzirovun ifadəsini inandırıcı hesab etməyib. İş materiallarından aydın olub ki, Z.Vəzirov 2014-cü ilin yanvar-fevral aylarında “Əhraru-Şam” silahlı birləşməsinin döyüşçüləri ilə birgə Suriyanın rəsmi ordusuna qarşı döyüşərək İdlib şəhərinin işğalında iştirak edib. Həmin döyüşlərdə avtomat silahdan Suriya ordusuna atəş açıb.
Türkiyəyə qayıtdıqdan sonra Z.Vəzirov onunla eyni əqidəyə malik olan azərbaycanlı qadınla ailə qurub. Həmin qadının həyat yoldaşı “Abu Ömər”i və onun ailəsini Misirdə dini təhsil aldığı dövrlərdən tanıyıb. Dörd uşağı və arvadı ilə birgə Qahirədə yaşayan “Abu Ömər” sonradan evini sataraq Türkiyəyə köçüb. 2014-cü ildə həyat yoldaşını İslam qanunları ilə yaşamaq üçün Suriyaya getməyə məcbur etsə də, qadın orada gedən döyüşləri düzgün hesab etmədiyinə görə razılaşmayıb. “Abu Ömər” isə onsuz da cihada gedəcəyini deyib. Belə olan təqdirdə ərinə boşanmağı təklif edib. Arvadı ilə boşandıqdan sonra Suriyaya gedən “Abu Ömər” 2015-ci ildə döyüşlərdə həlak olub.
Məhkəmənin hökmü ilə Zöhrab Vəzirov 14 il müddətinə azadlıqdan məhrum edilib. /virtualaz.org/

FƏDAKAR MÜƏLLİM

Axşam saat onun yarısı olsa da, Şəhrun müəllim hələ də vatsap vasitəsilə şagirdlərinə dərs keçir, onların suallarına cavab verirdi. Baxmayaraq ki, axşam saat 9-da 3 yaşlı qızı Fatimənin yatmaq vaxtı idi, həyat yoldaşı bir azdan işdən gələcəkdi, Şəhrun müəllim isə hələ də axşama yemək hazırlaya bilməmişdi, babası kiçik Fatiməni sakitləşdirə bilmirdi. Uşağın normal yuxu və yemək rejimi qismən pozulmuşdu. Demək olar ki, pandemiya başlayandan hər gün səhər saat 9-dan axşam saat 10-dək müəyyən fasilələrlə şagirdlərə dərs keçir, axşam saat 10-dan gecə saat 3-ə, 4-dək ev işlərini görürdü. Bəzən yorğunluqdan ayaq üstə gözləri yumulurdu. Amma bütün çətinliklərə rəğmən Şəhrun müəllim böyük məsuliyyət və inadla hər günkü dərsləri keçməyə çalışırdı. 
Əliyeva Şəhrun Rövşən qızı Bakı şəhəri Sabunçu rayonu 255 saylı Tam Orta Məktəbdə İbtidai sinif müəllimidir.  Bu tədris ilində o ikinci sinifdə 32 şagirdə dərs keçirdi. 
2020-ci ilin fevralında bütün Dünyanı başına alan koronavirus – COVİD-19 pandemiyasının Azərbaycana da yayıldığı təsdiqləndi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığnın maksimum dərəcədə qorunması istiqamətində mühüm qərarlar qəbul edildi. Fevralın 27- də  pandemiyanın səbəb ola biləcəyi təhlükənin qarşısının alınması və profilaktik tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində operativ qərargah yaradıldı. Qərargahın tərkibinə səhiyyə naziri Oktay Şirəliyevin rəhbərlik etdiyi aidiyyəti dövlət qurumlarının rəhbərləri daxil idi.
İlk növbədə səhiyyə sistemi gücləndirildi, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək mexanizmləri tətbiq edildi, iqtisadi dayanıqlığın təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atıldı.
Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Azərbaycanda yeni modul tipli xəstəxanalar açıldı. Bütün sahələrdə olduğu kimi, Təhsil müəssisələrində də, infeksiyasının yayılmasının qarşısının alınması üçün sistemli şəkildə dezinfeksiya işləri aparıldı və heç bir yoluxma halı baş vermədi. 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı.
Martın 3-də pandemiya ilə əlaqdar Təhsil Nazirliyinin qərarı Şəhrun müəllimin işlədiyi məktəbə də gəldi. Bu qərarın gəlişi ilə hər şey dəyişdi. Məktəblərin bağlanması ilə əlaqədar olaraq usaqların təhsilinin dayandırılması bütün müəllimlər kimi Şəhrun müəllimi də çox narahat edirdi. 
Respublikada ilk növbədə ümum təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Qısa müddət ərzində yüksək peşəkarlığa malik müəllimlərdən ibarət heyət müəyyənləşdirildi, texniki təchizat məsələləri həll edildi və teledərslərin çəkilişlərinə başlandı. Dərslərin Azərbaycan Televiziyasının "Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanması barədə qərar qəbul edildi. 11 mart  tarixindən etibarən şagirdlər üçün şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat TV dərslər yayımlanmağa başlandı. Ümum təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olundu. Dərslər ümum təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edirdi. Nümayiş etdirilən bütün teledərslər sonradan Təhsil Nazirliyinin video.edu.az elektron portalında, rəsmi Facebook səhifəsində və You Tube.com kanalında yerləşdirildi ki.
Şəhrun müəllim valideynlərlə əlaqə saxlayıb uşaqların dərslərinə davam etmələri haqqında məlumat verirdi. Bu şəraitdə dərs keçmək əlbəttə çox çətin idi. Bir tərəfdən evdə uşağın olması, ev işlərinin çoxluğu, digər tərəfdən də internetin zəif olması işini çətinləşdirirdi. 
Azərbaycan televiziyasının “Mədəniyyət” və “ARB Günəş” kanalında “Dərs vaxtı” adlı proqram yaradılması və burada peşəkar müəllimlər tərəfindən dərslərin izahlarının verilməsi ona çox kömək oldu. Şəhrun müəllim şagirdləri ilə daim əlaqədə olur, valideynlərlə söhbətlər aparırdı ki, bircə həvəsdən düşməsinlər. 
Təhsil Nazirliyi tərəfindən yerli təhsili idarəetmə orqanlarına müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsil alanların motivasiyasının artırılması istiqamətində dəstək göstərilirdi. Bu istiqamətdə mindən çox müəllim distant təhsil mövzusunda onlayn təlimlərə cəlb olunmuşdu. Bunlardan biri də Şəhrun müəllim idi. İşlərinin həddindən artıq çox olmasına baxmayaraq, o, çalışırdı ki, işi ilə bağlı bütün seminarlarda iştirak etsin və mümkün qədər şagirdlərinə daha səmərəli dərs keçə bilsin.
Bu işlərin məntiqi davamı olaraq aprelin 2-dən "Virtual məktəb” layihəsinə start verildi. Ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi yayımlanan teledərslərin məsafədən tədris imkanlarını genişləndirmək idi. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunurdu. Portal vasitəsilə şagirdlər teledərslərdə ev tapşırıqlarını yerinə yetirir və əlavə tədris resurslarından faydalana bilirdilər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunurdu. Müəllimlərin portalda qeydiyyatı təmin edilmiş, onlar tərəfindən portalda onlayn dərslərin keçirilməsi üçün imkanlar yaradılmışdı. Sonradan portalda görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları da təqdim edilmişdi.
“Virtual Məktəb” portalında Şəhrun müəllim də qeydiyyatdan keçdi, sonra isə şagirdlərini orada qeydiyyatdan keçirdi. O, “Virtual Məktəb”-də müxtəlif tapşırıqlar hazirlayır, uşaqlar da həvəslə yerinə yetirirdilər. Amma şagirdlərin hamısı portala daxil ola bilmirdilər. İmkanın olmamasından, internetin zəif olmasından yarısı qoşulurdu. Hətta elə vaxtlar olurduki on nəfər qoşulurdu, ancaq Şəhrun müəllim yenə dərsləri keçirdi. Qoşula bilməyən şagirdlərlə də vatsap vasitəsi ilə dərsləri gündəlik keçirdi. Hər gün evdə dərslərin izahını videoya çəkib atmaq, daha sonra vatsap qruplarında qoşulma sayı az olduğuna görə üç-üç şagirdlərə eyni mövzunu dəfələrlə izah etmək, eyni sualları vermək, eyni tapşırıqları verib yoxlamaq çətin olsa da, Şəhrun müəllim ilə şagirdləri bunun öhdəsindən müvəffəqiyyətlə gəldilər.
Əgər məkəbdə Şəhrun müəllim 4-5 saat işləyirdisə, pandemiya dövründə axşam saat 10-a kimi çalışırdı. Çünki, elə şagirdlər var idi ki, tapşırıqları gec yazırdılar, valideynlər gec atırdılar, ancaq o, səbirlə onları yoxlayıb cavablandırır və qiymətləndirirdi. Hər dəfəsində qeyd edirdi ki, eybi yox, gec olsa da tapşırıqları yazıb atsınlar, istəmirdi ki, onlar tənbəlləşsinlər. Uşaqları da başa düşmək lazım idi ki, məktəbdə deyil evdə otururdular, bilmirdilər tətildi, yoxsa məktəb.
Onlar çox həvəslə çalışırdılar. Hətta onlayn olaraq bütün tədbirləri keçirirdilər. Bu işdə ona  şagirdlərin valideynləri çox kömək olurdular. Onlar bir yerdə Novruz bayramı, Aprel döyüşləri, 1İyun Uşaqların Müdafiəsi Günü, Milli Qurtuluş Günü kimi özəl günləri qeyd edir, pandemiya ilə əlaqədar maarifləndirici video-çarxlar düzəldirdilər. Dərsliklərdəki mövzuları belə onlayn olaraq səhnələşdirirdilər. Şəhrun müəllim şagirdlərin həvəslənməsi üçün onlara tez-tez təşkil olunan sınaqlarda iştirak etmələrini məsləhət görürdü. Şagirdlər də, iştirak etdikləri sınaqlarda yüksək nəticələr göstərərək Sertifikatlarla təltif olunurdular.
Alimok.com/az saytının təşkil etdiyi bilik yarışında Qurbanəliyeva Fatimə adlı  şagirdi birinci yerə çıxaraq qızıl medal və sertifikatla təltif olundu. Onlayn “Sürətli oxu” müsabiqəsində iştirak edən Ağayev Ələkbər 560 şagird arasında 1-ci yerə, Məhərrəmli Rəşad 2-ci yerə, Dadaşova Əsma 3-cü yerə layiq görülüblər. Qaliblərin qalibi isə yenə də Qurbanəliyeva Fatimə olmuşdu. 
Şəhrun müəllim də öz növbəsində şagirdlərini və onların valideyinlərini belə çətin vaxtlarda həvəslə çalışdıqları üçün Təşəkkürnamə ilə təltif etmişdi.
İnanıram ki, bu çətin günləri nə şagirdlər, nə də müəllimləri unutmayacaqlar, bu günlər onların  yaddaşlarında əbədi qalacaqdır.
Bu çətin günlərdə şagirdləri ilə birgə çəkdiyi əziyyətin nəticəsində Şəhrun müəllim bir daha öz sənətinin vurğunu oldu. Sanki müəllimlə şagirdləri arasında daha sıx, daha mehriban, daha içdən bir ünsiyyət yaranmışdı. Müəllim var gücü ilə çalışırdı ki, övladı qədər sevdiyi şagirdləri dərslərindən geri qalmasın, şagirdlər də var gücləri ilə çalışırdılar ki, müəllimləri narazı qalmasın. Bu işdə onlarla birgə çalışan valideyinlərin də xidməti çox böyük idi. Bəlkə də bu çətin günlər onlar üçün böyük bir sınaq olmuşdu.
Tədris dövründə onları öz dəstəyi ilə hər zaman həvəsləndirən, yanlarında olan, onlara yüksək motivasiya verən məktəbin direktoru Məmmədova Mətanət xanımın da rolu danılmazdır. 
Bu gün Şəhrun müəllim deyir ki,  məktəbim, sinif otağım, şagirdlərim üçün çox darıxıram. İnşaallah bu çətin günlər tezliklə qurtarar, biz də əvvəlki kimi öz sevdiyimiz işlərimizin başına dönərik. Biz müəllimlər üçün ən gözəl, saf sevgi şagirdlərimizin bizə  göstərdikləri sevgidir. Sizi çox sevirəm əziz balalarım!
Bu fədakar, qayğıkeş, müəllim adını şərəflə daşıyan insana və onun timsalında bütün fədakar müəllimlərə  gələcək işlərində uğurlar arzulayıram və demək istəyirəm ki, Allah sizin kimi insanlığı alqışa layiq olan müəllimlərimizi daim var eləsin. Xalqımızın, millətimizin gələcəyi sizin yetişdirdiyiniz şagirdlərin, tələbələrin əlində olacaq. Gələcəyin alimləri, incəsənət xadimləri, qəhrəmanları və s. sizin bu günkü gərgin əməyinizin məhsulları olacaq. Bu çətin günlərdə ailənizdən çox şagirdlərinizin və xalqımızın gələcəyinin keşiyində oldunuz. Hər zaman Allahın nəzərində olun.

Etibar Həsənzadə

04.09.2020

Əbdülməlik Husinin Ali Səuda xitabı:
 
"Dəniz səninlə, quru səninlə, neft səninlə, pul səninlə, muzdurların səninlə, Amerika, İngiltərə, İsrail, Fransa və ərəb ölkələri səninlə olsa da, qalib gələ bilmirsənsə, yəqin bil ki Allah səninlə deyil!"

Hizbullah yaranmış böhrandan qalib çıxacaq

Vüsal Sadıxov

2020-ci il avqust ayının 4-ündə Beyrut limanında böyük bir partlayış baş verdi. 200 nəfərə yaxın insan həyatını itirdi, təxminən 7000 nəfərə yaxın insan isə müxtəlif bədən xəsarətləri alaraq yaralandı. Partlayış yerindən 10 km radiusda yerləşən 300 000 nəfər insanın evi qismən zərər gördü və ya tamamən yararsız hala düşdü. Yaşayış binaları ilə yanaşı xəstəxanalar, məktəblər, muzeylər, otellər və başqa inzibati binalar da zərər gördülər. Ölkənin taxıl ehtiyatı saxlanılan elevator və dərman deposu da partlayış nəticəsində darmadağın oldu. Ölkəyə gətirilən qeyri-ərzaq məhsulların 60%, ərzaq məhsullarının isə 75%-i bu limandan həyata keçirilirdi ki, ümumilikdə ölkəyə 15 milyard ABŞ dolları dəyərində zərər dəydiyi bildirilir.
Partlayışa səbəb haqda ilkin məlumat olaraq qaynaq işlərinin aparıldığı və sırf təsadüf nəticəsində hadisənin baş berdiyi bildirilsə də, yekun rəy açılmış cinayət işinin sonunda ictimaiyyətə bildiriləcək. Amma status partlayışın özü və səbəbləri haqda da deyil. Status partlayışdan sonra Livanda yaranmış siyasi vəziyyətlə və ən əsas Hizbullahın vəziyyətilə bağlıdır.
Partlayış baş verəndən iki gün sonra Beyrutda hökumət əleyhinə etiraz aksiyaları başlandı. Ölkə üçün böyük əhəmiyyət kəsb edən limanın partlayışından dərhal sonra, bir neçə ildir siyasi hökumət böhranı ilə yanaşı iqtisadi böhran yaşayan Livanın gələcəyinin necə olacağı cəmiyyətdə müzakirə predmeti oldu.
Livandakı siyasi və iqtisadi böhranı daim Hizbullahın varlığı ilə əlaqələndirən siyasi qüvvələr dərhal partlayışa səbəb olan partlayıcı maddələrin Hizbullaha aid olması xəbərini yaydılar. Partlayıcı maddələrin saxlanıldığı terminalın belə Hizbullahın əlində olduğu xəbərləri tirajlandı.
Haşiyə olaraq qeyd edim ki, ümumiyyətlə Livanda baş verən hər bir neqativ hal həmişə Hizbullahla əlaqələndirilir. Koronavirus belə dünyada yayılan zaman Livanda ilk yoluxmanın İrana müqəddəs məkanlara ziyarətə getmiş livanlı zəvvarlar tərəfindən gətirildiyi söylənildi. Bu xəbər də sürətlə yayıldı. Amma sonra məlum oldu ki, ilk yoluxmanı İtaliyaya səfər etmiş livanlı katolik rahib gətirib. Hizbullah üzvlərini koronavirus yaymaqda ittiham edən başqa bir tanınmış jurnalist xanım da Fransaya etdiyi səfər zamanı koronavirusa yoluxaraq ölkəyə gəlmişdi.
Partlayıcı maddələrin və terminalın Hizbullaha məxsus olduğu xəbərlər də həmçinin həqiqətdə öz əksini tapmasa da, sürətlə daxildə və xaricdə tirajlanan bu xəbərlər səbəbilə Livanın böyük siyasi qüvvələrindən olan və eyni zamanda Hizbullaha müxaliflikdən çox düşmən mövqeyində olan Kətaib partiyasının tərəfdarları hökumət əleyhinə aksiyalara başladılar. Küçələrə həmçinin Hizbullaha müxalif mövqedə olan siyasi partiyaların da nümayənfələri qatıldı. Aksiyaların nəticəsi olaraq hökumətdə olmasının 7-ci ayı tamam olmamış texnokrat baş nazir istefa verməyə məcbur oldu. Halbuki son illərin ən müstəqil və bir iş görə biləcək baş naziri elə Həsən Diab idi. Amma onun hökumətdə olması ABŞ-a və Livana ərəb olduğu üçün öz profekturası kimi baxan Səudiyyə Ərəbistanına sərf etmirdi. Ölkəni iqtisadi böhrandan çıxartmaq üçün səy göstərən Diab hökuməti Hizbullaha qarşı loyal münasibətdə olduğu üçün ABŞ Livana ediləcək yardımlara əngəl törədərək qadağalar tətbiq etməyə başladı. Düzdür, bu əngəllər Diab hökumətindən öncə də Livana edilirdi və məqsəd Hizbullahı neytrallaşdırmaq idi. Diabın baş nazir seçilməsindən sonra isə bu daha da güclənmişdi. ABŞ və Qərbin yardım etməməsi səbəbilə hökumət üzünü Çinə çevirmək planı haqda düşünürdü, bu isə ABŞ və Qərbə heç sərf etmirdi. Odur ki liman partlayışı onlara hökuməti devirmək üçün gözəl bir şans oldu. Elə bu səbəbdən partlayış qəsdən törədilibsə, kimə daha çox sərf etməsi möhkəm arqument ola bilər ki, bu haqda ayrıca yazı yazmaq gərəkdir.
Hər ölkədə hökumət əleyhinə etiraz aksiyaları olanda haqlı və haqsız olmasından asılı olmayaraq ekstaza qapılan və özünün əlindən bir iş gəlmədiyi üçün natamamlıq kompleksindən əziyyət çəkən vətəndaşlarımız Beyrutda hökumətin istefasını xalqın qələbəsi olaraq təqdim etsələr də, əslində Livan üçün hökumətin dəyişilməsi Livan üçün bir zərbə olmuşdur. İstefaya təkan verən səbəblərdən biri və başlıcası 25 ildən çox Livan üzərində mandatı olan Fransanın prezidenti Emmanuel Makronun Livana səfər etməsi və yaranmış siyasi böhrandan qurtuluş üçün öz siyasi diqtəsini yeritmək olmuşdur. Tarixin ironiyası olsa da xristian falangist Kətaib partiyası əgər yarananda Livanı Fransa müstəmləkısindən azad ermək məqsədi güdürdüsə, bu gün Livanda hələ də dayaqları olan Fransanın yenidən Livanda söz sahibi olmasına kömək etmiş oldu.
Emmanuel Makron Beyruta ilk etdiyi səfər zamanı hamı bunun Hizbullahın sonu kimi qiymətləndirməyə başladı. Hətta Makron tərəfindən heç bir yerdə mənbəsi olmayan bir neçə punktdan ibarət yardım layihəsi də sosial şəbəklərdə və daha sonra mətbuatda yayıldı ki, guya Hizbullahın tərksilah edilməsi və s. həmin yardım paketində yer alıb. Amma gözlənilənlərin əksinə, partlayışdan 3 gün sonra çıxış edən Hizbullah lideri Seyid Nəsrullah Makronun səfəri haqda müsbət fikirlər söylədi. Daha sonra məlum oldu ki, Makron səfəri zamanı Hizbullah təşkilatının nümayəndələri ilə də görüşmüşdür.
Beyruta ikinci səfəri zamanı isə Emmanuel Makron Hizbullah təşkilatını Livanın bir parçası və xalq tərəfindən seçilmiş bir təşkilat olduğunu dilə gətirdi. Makron Hizbullahsız Livanın mümkün olmadığını və bunun daha böyük krizisə aparacağını bir çox siyasətçilərdən fərqli olaraq etiraf etdi.
Bu səfəri zamanı da Hizbullah təşkilatının nümayəndələrilə görüşən Makron bu sözlərinə görə tənqid edilsə də, əslində həqiqəti söyləmişdir. Livan parlamentinə keçirilən son seçkilər zamanı əvvəlki seçkilərdən fərqli olaraq Hizbullahın xalqdan daha çox dəstək alması da buna bariz sübutdur. Sadəcə olaraq Hizbullahın antiamerika və antiisrail mövqeyi qəbul edilmədiyi üçün ABŞ başda olmaqla havadarları bu həqiqəti görməzdən gəlirlər.
Adını qeyd etdiyim Kətaib və digər siyasi partiyaların Livanda baş vermiş vətəndaş müharibəsi zamanı hansı cinayətləri törətdiyi heç kəsə sirr deyil. Bu gün kostyum və qalstukda Hizbullahı terrorçu və İrana bağlı ölkə kimi təqdim edən həmin Cəəcəə, Cambulat və Cmayel ailəsi Livanda çoxlu qanlar tökməklə yanaşı hərəsi bir və ya bir neçə ölkəyə bağlı adamlardılar. Ölkəyə neçə illərdir rəhbərlik edən bu siyasətçilər həmçinin Livanı müflis edən iri bankların sahiblərilə dost və müttəfiqdirlər. Bir neçə ölkənin vətəndaşı olan eks baş nazir Səid Həriri rəsmi milyarder və bir çox şirkətlərin sahibidir ki, Livanın iqtisadi problemlərinin başlıca səbəbkarı məhz bu siyasətçilərdir. ABŞ, Fransa, Səudiyyə Ərəbistanı ilə isti münasibətdə olan bu siyasətçilər Hizbullahı Livanın başlıca problemi olaraq yalnız antiimperialist, antisəudiyyə və antiisrail mövqeyinə görə qaralayıb ittiham edirlər.
Hizbullah lideri son çıxışlarında Hizbullahın tam aramlıqla öz yoluna davam etdiyini, ölkənin rifahı və gələcəyi üçün bundan sonra da çalışacaqlarını və hər şeydən ümdə olaraq öz amallarından heç vaxt geri dönməyəcəkləri söyləməklə Hizbullahın yaranmış böhrandan da qalib ayrılmasına əmin olduğunu göstərir.
Bəli, Hizbullah Makronun sözlərinə tam etimad etmir. Amma yaranmış siyasi böhrandan çıxış yolunda ABŞ və Səudiyyə Ərəbistanından fərqli olaraq Fransanın tutduğu mövqenin daha düzgün olduğunu anlayır. 
P.S.: Şəkildə Seyid Həsən Nəsrullahın partlayışdan sonra etdiyi çıxışı işıqlandırmayan müxalif xristian televiziya kanalı LBC İnternational kanalının işçilərinin həmin çıxışı diqqətlə izlədiyi əks olunub.

Ramiz Mehdiyev və Əli Həsənovun Qurban Məmmədova bəxşiş etdiyi mülklər - SİYAHI

Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərlə bağlı yeni məlumatlar yayılıb.
Qafqazinfo xəbər verir ki, Q.Məmmədov Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kvadrat metr kimi rəsmiləşdirib. 
Belə ki, 2011-ci ildə “Gilan” MMC-yə məxsus olan “AzərTrans” MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kvadrat metr yazdırdığı ərazi müqabilində əmlakın verilməsi ilə razılaşmayıb. Onunla bu məsələdə sövdələşməni Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov və Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin idarə rəisinin müavini İbrahim Hüseynov aparıblar.
Daha sonra Əli Həsənov Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə əmr edib ki, sözügedən məsələni həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.
Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306,5 kvadrat metr, qeyri-yaşayış sahəsi isə 909 kvadrat metrdir. Həmçinin 80 kvadrat metr qaraj verilib.
Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində “Atlant İnşaat”ın tikdiyi yeni binada 1295,5 kvadrat metr ərazi əldə edib.
Bu sahəyə görə Q.Məmmədovun 1 milyon 324 min 500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur.
Bu məqamda Qurban Məmmədov və onun ailəsinin mülklərinin siyahısını təqdim edirik:
1. Murtuza Nağıyev küçəsi 4A ünvanında 190 kvadrat metr qeyri-yaşayış sahəsi. Onun öz adınadır.
2. Həmin küçədə 4/6 ünvanda 184 kvadrat metr qeyri-yaşayış sahəsi. Onun öz adınadır. “Wellmax” şirkətinə kirayə verib.
3. Həmin ünvanda 193 kvadrat metr sahəsi olan mənzil onun arvadı Mehbarə Məmmədovanın adınadır.
4. Həmin ünvanda 193 kvadrat metr mənzil qızı Turan Haqverdiyevanın adınadır.
5. Həmin ünvanda 143 kvadrat metr qeyri-yaşayış sahəsi qızı Günel Məmmədovanın adınadır.
6. Q.Məmmədovun Mehdiabad qəsəbəsində 3 torpaq sahəsi var. Ümumi sahəsi 1 hektardır.
7. Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsi 11 ünvanda fərdi yaşayış evi Q.Məmmədovun adınadır.
8. Xocəsən qəsəbəsi Fərhad Ağazadə küçəsi 2 fərdi yaşayış evi qızı Turan Haqverdiyevanın adınadır.
9. Nərimanov rayonu Daşkarxanası küçəsi 163 B ünvanı fərdi yaşayış evi oğlu Elnur Məmmədovun adınadır.
10. Şəki şəhəri R.Kazımov küçəsi 23 saylı fərdi yaşayış evi qızı Günel Məmmədovanın adınadır.
11. Biləcəri qəsəbəsi E.Hüseynov küçəsi 56 mənzil 4 ünvanında əmlak arvadı Mehbarə Məmmədovanın adınadır.
12. Məmmədli kəndi Zabrat-Kürdəxanı qolunun qərb hissəsində 2 saylı binada 42 nömrəli mənzil oğlu Elnur Məmmədovun adınadır.
13. Nərimanov rayonu Əliyar Əliyev küçəsi 7A saylı binada 32 nömrəli mənzil qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.
14. Nizami rayonu B.Nuriyev küçəsi 27, mənzil 82 qızı Günel Məmmədovanın əri Cəsarət Muradovun adınadır.
Sayt qeyd edib ki, məsələ ilə  bağlı araşdırmalar davam edir. Qurban Məmmədovun Əli Həsənovun patronajlığı altında əldə etdiyi əlavə sərvətləri, mülkiyyət və əmlakların siyahısını dəqiqləşdirilir.
Bütün bu faktlar onu göstərir ki, Qurban Məmmədov Əli Həsənovun ciddi dəstəyi olmadan bu qədər sərvəti və var dövləti əldə edə bilməzdi. Əli Həsənov Qurban Məmmədovu maliyyələşdirib və onun söyüş kampaniyasının arxasında durub.
Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən Qurban Məmmədovun saxta yollarla öz əmlakını 480 kvadrat metr yazdırması, adı keçən dövlət məmurları ilə sövdələşərək pul ödəmədən 1300 kvadrat metr əmlak əldə etməsini araşdırılmalıdır. /oxu.az/

Gülən Azərbaycanda kimlərə pul göndərir?

Aygün Muradxanlı

Ötən həftə Türkiyə mediası ABŞ Federal Təhqiqatlar Bürosunun Ohayo və İllinoys şatlarında “Gülən” cameəsinin lideri Fətullah Gülənə yaxın şəxslərlə bağlı eynizamanlı əməliyyat keçirməsi xəbərini yaydı. Xəbərlərdə bildirilirdi ki, əməliyyatlar zamanı 32 nəfər saxlanaraq federal məhkəmələr qarşısına çıxarılıb. FTB-nin rəsmi açıqlamalarına görə, saxlananlara qarşı vergidənyayınma, şübhəli valyuta əməliyyatlarında iştirak ittihamları irəli sürülüb və haqlarında həbs qərarı seçilib.
İllərdir Pensilvaniyada Vaşinqtonun himayəsində yaşayan Fətullah Gülənə qarşı belə bir basqı çoxları üçün gözlənilməz olduğundan təbii, çoxsaylı suallar yarandı. Türkiyənin dəfələrlə tələb etməsinə baxmayaraq Fətullah Güləni Ankaraya təslim etməyən ABŞ nədən onun çevrəsinə qarşı belə genişmiqyaslı əməliyyat aparıb?
Gülənin nəhəng kapitalı idarə etdiyi sirr deyil. Türkiyədə və Ankaranın təsir dairəsində olan ölkələrdə ciddi şəkildə sıxışdırıldıqdan sonra bu kapitalın axışı azalsa, yönü dəyişsə də Gülən hələ də nəhəng biznes imperiyasının sahibi sayılır. ABŞ-dakı qanunsuz maliyyə əməliyyatları şübhələrini birbaşa Federal Təhqiqatlar Bürosunun araşdırması da ittihamların iri vəsaitlə bağlı olduğu ehtimalını yüksəldir. Hər halda, 2 ştatda 32 nəfərin saxlanması ilə sonuclanan eynizamanlı əməliyyat Gülənçilərin sevimli biznes sahəsi olan 5-6 “dönər evi”, “paxlava odası” ilə bağlı olmayıb.
İrəli sürülən ikinci iddia da yetərincə ciddidir – şübhəli valyuta əməliyyatları. Beynəlxalq məkanda baş verən maliyyə fırıldaqlarının əsas hüquqi qiymətləndirməsi... Bildiyimiz qədərilə, hüquqda qaynağı bilinməyən paraların bəyannamələrində məqsəd aydın göstərilmədən qısamüddət üçün yaradılan şirkətlərə transfer edilməsi, daha sonra isə trafikdə “yoxa çıxması” şübhəli maliyyə əməliyyatları kimi tanınır. Məsələyə burdan baxsaq, ehtimal edə bilərik ki, Fətullah Gülən “Ağ Evlə hər addımı 100 faizlik razılaşdırma” şərtini pozaraq özfəaliyyətlə məşğul olmağa cəhd edib, tərəfdarlarının bank hesablarından ABŞ-ın arzu etmədiyi hesablara pul köçürüb və elə buna görə cəzalandırılıb.
Həm ABŞ-dan, həm Türkiyədən gələn rəsmi açıqlamalar yetərincə “ütülüdür”. Türkiyənin təhlükəsizlik orqanlarına yaxın qaynaqlar bildirir ki, Fətullah Gülən camaatının üzvləri prezident seçkisi öncəsi Donald Trampın vergi ödəmələrindəki boşluqların doldurulması üzrə tapşırıqları əsasında saxlanıb və burada hansısa siyasi çalar aramağa ehtiyac yoxdur. ABŞ-ın federal qanunlarına görə, vergidənyayınma faktları aşkarlandıqda vergi ödəyiciləri dövlət büdcəsinə borc ödənilənə qədər həbsdə saxlanır. Verginin məbləğindən asılı olaraq bir sıra ştatlarda vergi borcu məbləğindən başqa cərimə, eləcə də qısamüddətli həbs cəzaları da var. Buna görə də vergi borcları ödənən kimi saxlanılan şəxslərin azad ediləcəyi ehtimalları yüksəkdir.
İkinci ittihama – şübhəli pul transferinə gəlincə, maraqlıdır ki, Türkiyənin xüsusi xidmət orqanlarına yaxın qaynaqlar açıqlamalarında bu məsələyə aydınlıq gətirməyiblər. Vurğulanan odur ki, Fətullah Gülən camaatına qarşı AKP iqtidarının sərt tədbirlərindən sonra ölkəyə daxil olan iri məbləğli valyuta ciddi təqib edilir. Türkiyə ilə ABŞ arasında para trafiki isə xüsusi nəzarət altındadır. Rəsmi informasiyalara görə, son aylar bu kontekstdə Türkiyədə şübhəli bank əməliyyatlarına rast gəlinməyib. Demək, “gülənçilər” ABŞ rəsmilərinin “şübhəli köçürmə” kimi qeydə aldığı əməliyyatı Türkiyənin deyil, üçüncü, bəlkə də dördüncü, beşinci ölkələrin bankları ilə həyata keçiriblər.
Ehtimal ölkələri sırasında Azərbaycan və Gürcüstanın adı ilk sıralarda çəkilir. Səbəb Fətullah Gülən cameəsinin uzun illə Azərbaycanda ciddi dayaqlarının olması, Türkiyədə haqqında məhkəmə iddiası qaldırılan bir çox “FETÖ”çunun isə dünyaya Gürcüstan üzərindən “açılmasıdır”.
Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli razılaşmadan sonra Gülən cameəsinin Bakıdakı və ölkənin regionlarındakı dayaqlarına ciddi zərbə vuruldu, Azərbaycan vətəndaşı olmayanların demək olar hamısı, qısa zamanda ölkədən çıxdı və ya çıxarıldı. Azərbaycan vətəndaşı olan “gülənçi”lər haqqında isə bunu demək mümkün deyil. Əsas şəxslərin müəyyən bir hissəsi “məcburi hicrət”ə getsələr də, sonradan Azərbaycana qayıdıblar. Bəziləri isə ümumiyyətlə ölkəni tərk etmədən “inzivaya” çəkiliblər. Bəziləri öncədən tutduqları vəzifələri davam etdirirlər.
Gülən cameəsinin hakimiyyət iddialarının heç zaman ikinci plana atılmadığını, maskalanmaq məharətlərinin yüksək səviyyədə olduğunu nəzərə alsaq, Azərbaycanda yeni idarəetmə aparatının formalaşdırılması prosesində onların yenidən hərəkətə keçmə ehtimalları yüksəkdir. Ona görə də günün birində ABŞ Federal Təhqiqatlar Bürosunun Gülən camaatının şübhəli maliyyə əməliyyatları haqqında açıqlamasında Azərbaycanın adı keçsə, təəccüblənməyəcəm. Sizi bilmirəm...

Türkiyə özu mudafiə olunmaq üçun Rusiyaya üz tutub, biz isə Türkiyədən kömək istəyirik!

Aftandil Babayev

"Haber -7" nəşrinə görə son zamanlar Aralıq dənizində təklənmiş Türkiyə dənizin şərq hissəsini nəzarətə göturmək üçun S-400-ləri aktiv hala gətirmək niyyətindədir. Bununla yanaşı Türkiyənin yaxın zamanlarda Rusiyadan yeni S-400-lər və 5-ci nəsil Su-57 təyyarələri almaq planları olduğu deyilir.
Abş-ın Yunanıstana F-35 satma planından sonra Türkiyənin Rusiyadan F-35 və F-22ləri ovlamaq üçun istehsal olunan 5-ci nəsil Su-35-ləri alması zəruri bir hal alıb.
Bundan əvvəldə Türkiyə yunan sualtı qayıqlarını izləmək üçun Rusiyadan hərbi texniki yardım istəmişdi.
Göründüyü kimi Türkiyə özunu mudafiə etmək üçun yenə də Rusiyaya üz tutub.
Bəs Azərbaycan hakimiyyəti və liberal qaragüruhu hansı məntiqlə Türkiyənin 1978-ci ildə istehsal olunan F-16 ları ilə gəlib guya Azərbaycanı Rusiyadan mudafiə edəcəyini düşünür?!
Əgər istəsə belə Turkiyə bunu bacararmı?
Fikir versəz hökumət artıq Qarabağı geri almqadan yox, Tovuzu mudafiə etməkdən danışır. Bunun nə demək olduğunu başa düşürsüz yəqin.
Bizim Qarabağı geri qaytarmaq üçun lazım olan ağır silahlarımızın (tank, raket, vertolayot, təyyarə və s.) özu də rus istehsalıdı.
Turkiyədən, İsraildən dron almaqla Ermənistanın Rusiydan aldığı İsgəndər-M-lərinin, Pakistandan matoru belə Rusiyanın olan JF-17-lər almaqla ermənilərin Rusiyadan aldığı Su-30-ların qabağına çıxa bilərikmi?!

03.09.2020


«Отношение народа к Сталину рождает в сердце такое же волнение, какое рождает искусство. Это уже песня!»

Юрий Олеша (1899-1960) — русский советский писатель, поэт и драматург, журналист, киносценарист.

Смотрящий по Удмуртии вор в законе Касим

Уже во второй половине 90-х годов многие криминальные авторитеты начали легализовывать свои преступные доходы. У кого-то это получалось хорошо, другие не могли перестроится под легальный бизнес, и продолжали свою карьеру на криминальном поприще. Ворам в законе испокон веков нельзя было отходить от преступных дел, даже несмотря на новые времена. Однако и они также пытались влезть в сферу легального бизнеса, организовывая фирмы и платя с доходов этих фирм налоги. Но несмотря на это, воры продолжали стоять большей своей частью в тени криминала, являясь серыми кардиналами, к которым обращались как бизнесмены, так и авторитеты.
В Удмуртии как и во всей России, были свои смотрящие от воров в законе, которые распределяли сферы влияния и разруливали конфликтные ситуации в криминальном мире. Одним из ярых приверженцев воровской идеи в Удмуртии был вор в законе Ильдар Касимов по прозвищу Ильдар Ижевский или Касим.
В его подчинении были все преступные группировки Удмуртии, которые платили в общак деньги, получаемые от рэкета, афер, вымогательств и тому подобных преступлений. Касим не терпел чужаков на своей земле, поэтому местные авторитеты благосклонно относились к нему, в отличии от коммерсантов, которые страдали от выходок Касимовских боевиков.
В доперестроечные годы в Ижевске смотрящим был криминальный авторитет Шамиль Латышев, который еще в 80-е годы успел отсидеть в тюрьме, набраться там авторитета и вскоре возглавить в родном городе одну из первых бригад рэкетиров. Говорят, что Шамиль действительно был настоящим лидером, который никогда не бросает своих людей. Известно немало случаев, когда члены его бригады, попавшие в руки следователям, выходили сухими из «воды», так как Латышев нанимал им самых профессиональных адвокатов, порой «выписывая» их из Москвы. Если же адвокат не мог помочь, то в дальнейшем авторитет обеспечивал материально семью своего попавшего в тюрьму человека, а также «грел» зоны, где находились его братки.
При всем этом, Шамиль Латышев не допускал в городе каких-либо криминальных войн. Естественно, что кормилась бригада за счет рэкета. Шамиль мог сам приехать к только что начавшему дело коммерсанту и поставить его под свою криминальную крышу. С другой стороны, если бы не Шамиль, то к коммерсанту могли пожаловать и лютые отморозки, не брезгующие пытками и убийствами своих жертв. В общем, Латышев устраивал все стороны. Даже силовики уважительно относились к авторитету, который при случавшихся задержаниях, никогда не пытался уйти от ответа. Это его в дальнейшем и погубило. В 1991 году Латышев был задержан вместе с несколькими членами своей бригады за вымогательство и отправился на 2 года в места не столь отдаленные.
Ильдар Касимов родился в Ижевске 28 июня 1962 года, и никогда не выезжал за пределы республики. Будучи еще в младших классах, он уже состоял на учете в инспекции по делам несовершеннолетних. Так, будучи подростком, Касим вскоре отправился на малолетку, правда не за свои преступления. Он взял на себя «грехи» старого законника Ислентия, и получив 10 лет лишения свободы, отправился на зону. Там ему впаяли еще год заточения за организацию побега. В итоге, Касим, будучи по характеру очень дерзким, стал в заточении уже состоявшимся уголовным авторитетом, который по своей натуре был мстительным и жестоким. Прибыв в девяностом году по этапу во Владимирский централ, Касимов был коронован в воры в законе Ревазом Гамцемлидзе (Гедемос Бичи).
Пока Ильдар Касимов отбывал наказание, вес в криминальном мире Ижевска набирали другие люди. В городе сильные позиции занимали ОПГ Латышева, выходцы из криминала, и группировка братьев Гороховых, в рядах которых состояли спортсмены. Ильдар Касимов был достаточно амбициозным и агрессивным уголовным авторитетом, поэтому в 90-х годах вернувшись из тюрьмы, вскоре создал свою бригаду рэкетиров, таким образом составив жесткую конкуренцию именно Шамилевской ОПГ. Когда в 1991 году Шамиль с несколькими бригадирами угодил на нары, Ильдар Касимов начал прибирать их территорию под себя. Оставшиеся Шамилевские бригадиры не могли противостоять жесткому напору вора в законе, и сдавали свои позиции.
В итоге, когда Шамиль освободился, то практически остался не у дел. Он пришел к братьям Гороховым, с предложением жить как прежде. Те были не против, однако этот договор о ненападении со стороны спортсменов не помог криминальному авторитету. Он попытался отстоять несколько своих предприятий, которые отобрали Касимовские, и в итоге был убит 31 мая 1994 года в подъезде своего дома вместе с телохранителем Игорем Рубцовым. Стоит сказать, что оперативники быстро вышли на киллера Марата Исламова. на допросах он не проронил ни слова о заказчике убийства, и в итоге отправился на 15 лет в колонию.
Между тем Ильдар Ижевский окончательно взял под свой контроль всё, что принадлежало некогда Шамилевским, но ему этого было мало. Следующая цель для воровской группировки стали братья Гороховы, за которыми послали новых киллеров. Один из братьев был убит в Москве, куда отправился по делам, а другого застрелили в родном Ижевске. Таким образом Ильдар Касимов стал полновластным хозяином Удмуртии, расставив вскоре своих людей в качестве смотрящих на районах.
Несмотря на то, что пост смотрящего предполагает контролировать всевозможные ситуации, связанные и с беспределом, сам Касим был отъявленным отморозком. Его группировка организовывала аферы с банковскими кредитами — на бизнесменов оформляли большие кредиты, деньги забирали себе, а бизнесмена после получения денег убивали. Причем убивали изощренно.
Одну из своих жертв Касимовские случайно не добили. После получения кредитных денег, бизнесмена связали, оглушили и сбросили в пруд. Однако жертве непостижимым образом удалось выжить. После этого бизнесмен написал заявление в милицию, где расписал и про случай оформления на него кредита, и про то, как изуверы пытались избавиться от него. В конечном итоге Касимовские так запугали свою жертву, что мужчина отказался от своих показаний, сказав что оговорил неповинных людей, и бизнесмен был осужден за клевету. Уже исходя из этого можно предположить, под каким страхом находились все коммерсанты Удмуртии, к которым приходили люди Касима.
А вор в законе между тем спокойно ездил по республике, одевался в самые дорогие вещи, и занимался крупными вымогательствами. Помимо этого, он как и положено смотрящему, разрешал конфликтные ситуации. Несмотря на то, что творили Касимовские, к вору в законе шли пострадавшие от действий аферистов и других преступников. И как правило, Касим всегда улаживал эти проблемы. Даже некоторые чиновники приходили на «поклон» к вору, которые сейчас находятся среди первых лиц правительства Удмуртии.
Касим устраивал местный криминалитет, который он обязал выплачивать дань в воровской общак. Под его контроль попали даже банды, нелегально торгующие оружием, за которыми стояли московские воры. Что уж и говорить, что группировка контролировала самую крупную фирму, торгующей служебным, охотничьем, газовым и спортивным оружием Ижевского механического завода и АО «Ижмаш».
Еще на совести Касимовских убийства нескольких авторитетов. В частности за растрату общаковских денег не без помощи Касима пропал без вести преступный авторитет группировки Бондарчук, а также Сергей Дерягин, который часто критиковал действия Касима. По словам силовиков, у Касимовских киллеров был свой почерк — они убивали людей, расчленяли их на части и закапывали в разных местах останки.
Один из Московских авторитетов Сергей Маркин также попал в опалу Касиму. Маркин занимался тем, что выбивал долги у предпринимателей. При выбивании очередного долга в один миллион рублей, он случайно напал не на тех людей. У коммерсантов, с которых Маркин пытался взыскать деньги, были хорошие связи в преступных кругах Ижевска. Они вышли на Касима и рассказали ему о вымогательстве. Касимов отправил в столицу своих боевиков, которые выследили авторитета, похитили его прямо в помещении парикмахерской и вывезли в промзону Москвы на Магистральную улицу, где задушили веревкой. Затем тело Маркина было расчленено, разложено по коробкам, которые выкинули в канаву. Голову и кисти рук утопили в Москве-реке.
В дальнейшем сыщики смогут выйти на след Касимовских, и даже задержат вора в законе и несколько человек из его свиты, доставив их в МУР. Однако никаких прямых доказательств участия Ильдара Касимова в убийстве не найдут. В итоге вор в законе провел в СИЗО всего 30 суток, после чего вышел на свободу и отбыл в Ижевск.
С деятельностью Ильдара Касимова связан и расстрел семьи замминистра внутренних дел Удмуртии Николая Перевощикова. Дело в том, что зять замминистра Борис Култашев в 1994 году вошел в преступную группировку оружейников и рэкетиров Дмитрия Малышева, которые в итоге стали одной из бригад у Касима. И Култашев начал в ОПГ самостоятельную деятельность — начал заниматься вымогательствами мимо «кассы» группировки. В начале октября 1994 года Култашев заказал одному из членов банды ликвидацию сразу троих руководителей ижевских коммерческих структур, которые отказались платить ему дань. Однако киллер обо всем доложил Дмитрию Малышеву, который в свою очередь рассказал обо всем Касиму.
В итоге за работу «налево», Култашеву был вынесен смертный приговор и киллеры из бригады Касимова отправились убивать Култашева на квартиру, где тот проживал семьей своего тестя. По данным киллеров, в квартире должен был быть один Култашев, а семья замминистра должна была ночевать на даче. Однако Перевощиковы остались дома, так как был день рождения их сына. В итоге убийцы ворвались в квартиру, где поняли, что она полна людей. Они стали убивать всех. По иронии судьбы только Борис Култашев успел спрятаться под кроватью, а киллеры не стали искать его, после массового расстрела ретировавшись.
Этот расстрел вызвал резонанс. Силовики пообещали найти и наказать убийц. В принципе им это удалось сделать. Однако Касим остался не у дел, в тюрьму отправилась только бригада Дмитрия Малышева. Поговаривают, что Касима не трогали, так как у него к тому времени были крепкие связи в правительстве республики. Даже бывалые оперативники вспоминают, что как только в рапорте мелькала фамилия Касимов, руководство негодовало и требовало прекратить дальнейшие действия по вору в законе. Таким образом много преступлений Касима так и осталось только на бумаге.
У Касимова была мать, которую он, как говорят знающие его люди, почитал. Когда она проходила курс лечения в кардиологическом центре, вор в законе часто навещал ее. Последняя их встреча была недолгой. Касим приехал с посещением, они немного поговорили, после чего мать попросила сына привезти ей термос. Вор тут же уехал выполнять ее просьбу. Через несколько часов он передал ей купленный термос и попрощался, так и не узнав, что эта их встреча была последней.
Вор со своей свитой на любимом им Mitsubishi Pajero отправился на «базу» в офис «Союзлифтмонтаж». Отсюда их путь лежал в город, куда они поехали по набережной. На повороте его уже ждали двое киллеров, один из которых был в рыжем и несуразном парике. Когда появилась машина вора, один из убийц достал автомат и открыл шквальный огонь. Второй киллер в это время находился сзади автомобиля и стрелял из пистолета. За рулем был сам Касим, первые пули попали ему в голову и грудь, одна прошла навылет, более трех застряли в теле. Касим сразу же был убит.
Если бы вор в законе не был пристегнут ремнем безопасности, то мертвое тело наверняка завалилось бы назад или набок, и тогда летящий на большой скорости джип увело бы в сторону, и он, вероятно, пробив ограждение, мог вылететь в пруд. Возможно именно это преследовали киллеры, устроив засаду в таком месте. Тяжелый джип, упавший под воду, пришлось бы долго вытаскивать, что значительно затруднило бы осмотр. Однако то, что вор Касим был пристегнут ремнем, сыграло на руку следствию. Mitsubishi Pajero с мертвым водителем за рулем на полном ходу влетел в фонарный столб, который и остановил машину. Эксперты потом насчитают в лобовом стекле 15 сквозных и 3 касательных пробоины. Сзади джипа автоматчику помогал из пистолета напарник. Китайский «ТТ» после первых выстрелов заклинило, и в дело пошел надежный «ПМ».
Из машины выскочила охрана. Говорят, что они якобы в горячке стрельбы заорали: «Да на кого руку подняли! Да вас за это…» и т.д. Киллеры от всей души полоснули свинцом и по охране. Сергей Тимофеев был убит возле машины, Дмитрий Зверев, не приходя в сознание, скончался на следующий день в реанимации, и один только Александр Ураков остался в живых (и по сей день). Сделав свое дело, киллеры сбросили «стволы» («ПМ» прихватили на отход), ломанулись обратно в кусты и там через открытую калитку в бетонном заборе выскочили за административный корпус «Ижмаша» на улицу Дерябина. Там их уже поджидал светлый «Иж-комби». Автомобиль с киллерами рванул с места преступления, промчался по плотине и безнаказанно затерялся в плотном потоке машин по улице Горького.
Когда на следующий день матери Ильдара Касимова сказали про смерть сына, сердце бедной женщины не выдержало. Она умерла сразу после страшного извещения от сердечного приступа.
После смерти Касима, власть в руки практически смог взять вор в законе Евгений Лукьянов (Женя Болотный), являвшийся для Касима единственным «крестником». Однако и он ненадолго задержался на преступном небосклоне Удмуртии, в 1999 году пропав без вести. Но это уже совсем другая история… /mzk1.ru/

02.09.2020

Azərbaycanda İsrail mifi

Aftandil Babayev

1. İsrail dövləti Azərbaycan müstəqil olan kimi onun iqtisadiyyatini inkişaf etdirdi.(Panturkist yalanı).
Tarixi həqiqət. İsrail respublikası 1991-ci il 25 dekabrda Azərbaycanin müstəqilliyini tanıdı. 1992-ci il 6 apreldə əlaqələr quruldu. Lakin 1991-93-cü illərdə İsrail dövləti Azərbaycana heç qəpik belə investisiya yatırmadı Bunu 1994-cü il 12 may Bişkekdə imzalanan atəşkəs müqaviləsindən sonra etdi. Yəni göründüyü kimi iqtisadiyatımıza bizim dar günümüzdə İsrailin heç bir köməkliyi olmayıb.
2. Qarabag müharibəsində yəhudilər bizim, ərəblər isə ermənilərin tərəfində vuruşub. (Panturkist xurafati).
1991-ci ilə qədər Azərbaycanda 100 mindən cox yəhudi yaşayırdı. Lakin Qarabağ müharibəsi başlayan kimi yəhudilər ölkəni tərk etməyə başladılar. 1993-cü ilin avqust ayında İsraillə Azərbaycan arasında hava nəqliyyati yaranandan sonra bu proses daha da sürətləndi. Və 2 il ərzində 70 min yəhudi ölkəni tərk etdi. Etnik qrup kimi ölkəmizin cörəyini yeyən yəhduilər Qarabağı milli məsələ saymadılar və ölkədən qacdılar. Panturkistlər isə yalniz 4-5 yəhudi əsgəri başda Albert Aqanurov olmaqla əldə bayraq ediblər. Bir pis insan bütün milləti təmsil etmədiyi kimi bir yaxşı insan da bütün milləti təmsil edə bilməz. Bir nəfər o demək deyil ki, yəhudilər bizə dəstək çıxıblar. Siz heç Qarabag müharibəsində talış batalyonları kimi yəhudi batalyonu olmasını eşitmisiniz?
Ərəblərə gəldikdə isə İsrail-Ərəb müharibəsində ermənilərin Asala terror təşkilatı daim Fələstinin yanında vuruşub deyə, Fələstin-Livan təşkilatları da Qarabağ ermənilərinə dəstək veriblər.
3. İsrail Azərbaycana silah verir.
Şişirtmədir. İsrail bizə silahı pulsuz vermir ki. Dünya bazar qiymətlərinə uyğun verir. Təkcə son 10 ildə Azərbaycan İsrail büdcəsinə 15 milyard dollardan çox xeyir verib. Bu o demək deyil ki, İsrail bizim müttəfiqdir. Müttəfiqlik Ermənistan-Rusiya kimi olar. Güzəşlər əsasında ucuz və keyfiyyətli silahlar verirdi. İsrail Rusiyanın Ermənistana göstərdiyi müttəfiqliyin 1 faizini belə göstərməyib.

P.S.: Burda xətrini çox istədiyim bir neçə yəhudi əsilli tanış var və onlar bilsin ki, bu yazdıqlarım yəhudiləri pisləmək məqsədilə deyil,sadəcə təbliğat vasitəsi ilə gözləri tutulmuş insanlara reallığı çatdırmaq məqsədilədir.

Türkiyəni dəstəkləmək terrorizmi dəstəkləməkdir!

Türkiyəni dəstəkləmək terrorizmi dəstəkləməkdir!
Türkiyəni dəstəkləmək uşaqlara qarşı zorakılığı təbliğ edən rejimi dəstəkləməkdir!
Türkiyəni dəstəkləmək rasizmi dəstəkləməkdir!
Türkiyəni dəstəkləmək işğalçılığa dəstək verməkdir!
Türkiyə ən yüksək səviyyəli şəxsləri tərəfindən terrorçuluğun təbliğatçısı sayılır. Bu fakt dünyanın ən tanınmış media orqanları tərəfindən təsdiqlənib. Həmçinin Türkiyədə yayımlanan və ölkəmizdə də izlənilən əksər filmlər və seriallar uşaqlara qarşı zorakılığı, rasizmi, işğalçılığı və terrorizmi təbliğ edir. Rəsmi şəkildə Kipr dövlətini işğal ediblər. Azərbaycan da daxil sərhədlərindəki bütün ölkələrə qarşı ərazi iddiaları edirlər. İğdır, Girəsun və digər yerlərdə olan kürd, azəri, laz, zaza, yunan mədəniyyətlərini babar şəkildə məhv edirlər, insanları zindana atıb işgəncələr verirlər. Bu cür ölkəyə rəğbət bəsləyənlər sözsüz ki, öz vətənini satmağa hazır olan, pedofil, terrorist və rasist insanlardır. Belələri rədd olub Türkiyəyə gedə bilərlər!
Biz uşaqlarımızı Türkiyə kanallarına baxmağa qoymamalı, Türkiyə məhsullarından imtina etməliyik. Çünki bu kanallara baxan hər bir uşaq gələcəkdə ya terrorçu kimi yetişəcək, ya da bu filmlərdən təsirlənib uşaqlara qarşı cinsi zorakılıq edəcək.
Alınan hər bir Türkiyə məhsulu Suriyada, İraqda, Misirdə, elə Türkiyənin özündə də günahsız insanlara atılan gülləyə bərabərdir. Çünki Türkiyə qazandığı pullarla günahsız insanları qətl edir, İŞİD-ə maliyə ayırır.
Biz uşaqlarımızın, cəmiyyətimizin pedofil, terrorist və rasist kimi yetişməsinə qarşıyıq! Rədd olsun terrorçu Türkiyə rejmi və onu dəstəkləyənlər!

https://www.facebook.com/Talyshistan/photos/a.1675876419358236/2803785873233946/

01.09.2020

Ramiz Mehdiyev 4 hektar ərazidə yerləşən dəbdəbəli villasını 2,5 milyona satışa çıxardı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb.
Mehdiyevin satmaq istədiyi dədbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir. Villa 4 hektar ərazidə yerləşir. Hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.
Məlumatlı şəxsin dediyinə görə, villanı akademikə 2010-cu ildə sabiq Nəqliyyat naziri Ziya Məmmədov hədiyyə edib. Hüngütlü kəndində Məmmədovun özünün də dəbdəbəli villasının olduğui bildirilir.
Mənbə deyib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub. Amma vəzifədən uzaqlaşdırılandan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb. "Ramiz müəllim villanı almaq üçün Fərhad Əhmədova ismarıc yolladı. Amma nədənsə biznesmen həmin villanı almaqdan imtina etdi”, - deyə müsahibimiz bildirib. (yenisabah)

Əli Həsənov barəsində cinayət işi açılıb - RƏSMİ AÇIQLAMA​

Sosial şəbəkələrdə KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb: “Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, daxil olmuş materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-in fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-ə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.
Eyni zamanda jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda araşdırmalar aparılır.