04.12.2011

Аццкие дороги, 8 фото

Аццкие дороги, 8 фото

YOL


Yaşar Əsən

Gecə soyuq əl ilə
Ulduzları oxşarkən,
Çox istərdim qanad açam göylərə
uçam gedəm
Uzaq–uzaq yerlərə.

Qaranlıqdan ötüşəm
Aydınlığa qovuşam

Dənizlərdən keçərkən
balıqları soruşam.

Çatıb varam günəşə
Deyəm saçıl yollara
Aydınlaşsın bəlkə yol
Özgürlüyə çıxan yol.

İran rejissoru “O olmasın, bu olsun”u yenidən çəkir


Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında yeni musiqili bədii film çəkiləcək.
Məşhur İran rejissoru Yadulla Səmədinin çəkəcəyi filmin rollarında Azərbaycan və İran aktyorları çıxış edəcəklər.
Məhz bu filmlə bağlı danışıqlar aparmaq üçün Yadulla Səmədi Azərbaycana gəlib. Səfər çərçivəsində rejissor bu gün mətbuat nümayəndələri ilə görüşüb və filmlə bağlı məlumatları açıqlayıb. Rejissor bildirib ki, film “Məşədi İbad” adlanacaq: “Filmdə Məşədi İbad rolunu İran aktyoru canlandıracaq. Azərbaycanın xalq artisti Afaq Bəşirqızı qulluqçu Sənəm, xalq artisti Rasim Balayev isə Rüstəm bəy rolunda çıxış edəcəklər. Digər obrazların ifaçıları isə hələ müəyyənləşdirməmişik. Biz hətta çoxlu tələbələrlə də görüşdük. Amma Gülnaz və Sərvər roluna uyğun bizi qane edən bir adam da tapmadıq. Amma axtarışlarımız davam edəcək.

İrana hücumun Azərbaycan sonucu


Babək Təbrizli

Söhbətə mövzunun dağ yerindən başlayaq: Ağ Ev Nobel mükafatına qane olmayan xanım İbadi kimilərinə rəngli inqilabdan sonra Azərbaycan Respublikası ərazisini vəd edib. Yəni siz kömək edin dini rejimi aşıraq, əvəzində Rusiyanın işğal etdiyi şimali Azərbaycanı sizə qaytaraq!
Son günlər məhz Azərbaycan Respublikasında mətbuat ABŞ, Britaniya, İsrail üçlüyünün İrana hücumunu manşetə çıxarıb. İrana hücum mövzusu tərəfsiz ekspertlərin rəyincə təbliğat xarakterlidir. Amma biz bu yazıda ehtimali hücumun baş verib-verməyəcəyini yox, nəticələrini nəzərdən keçirməyə çalışacağıq.

SAXAL əsgərindən Bakı ateistlərinə!


Cənnət dünyanı cəhənnəmə çevirən ən önəmli politik problem: Qərblə İslam dünyası arasında qarşıdurma! Bu qarşıdurma hər nədən qabaq Yaxın Şərq problemi üzərində köklənmişdir.
Bu problem ilk baxışda Fələstinlə İsrail arasında regional masştabda görünsə də, məsələnin mahiyyətinə vardıqca Ərəb Dünyası-İsrail, ABŞ və müttəfiqləri-İslam dünyası kimi cəbhələşmələr diqqəti çəkir.
Baş-başa gələn tərəflər üçün düşmənin hər şeyi, canı, mülkü, mənəvi dəyərləri, dini hədəfdədir. Bu gün ABŞ (başı üzərində İsrail) və müttəfiqləri bütün müsəlman ölkələri üzərində hakimiyyətə can atır. Bu hücum virtual cəbhəni də əhatə edir. Havadan hücum, yerüstü əməliyyatlar, informasiya müharibəsi…

İranla media əməkdaşlıqlarının potensialları araşdırıldı


Ölkəsinin İİR ilə media əməkdaşlıqlarının araşdırılması üçün Tehrana səfər etmiş Az. R-nın prezident aparatının ictimai-siyasi şöbə müdiri şənbə günü(3 dekabr) səhər İİR tele-radio təşkilatının sərhəd aşırı bölməsinin müavini Məhəmməd Sərəfraz ilə görüşüb.
Bu görüşdə Əli Həsənov Az. R. prezident İlham Əliyev tərəfindən ölkəsilə İran arasında media əməkdaşlıqlarının potensiallarının araşdırılması üzrə missiyaya malik olduğunu bildirərək rəsmi Bakının media əməkdaşlıqları, xəbər və informasiya mübadiləsi habelə informasiya çatdırma və mədəni televiziya verilişləri haqda İİR il tele-radio təşkilatı ilə razılıq sənədi imzalamaq üzrə hazırlığına təkid edib.

Arxiv məsələsi

Etimad Başkeçid virusdan qorxmur“Yazılarınızın hansı variantda arxivdə saxlanılmasına üstünlük verərsiniz:
əlyazması və ya kağızda (kitab, yaxud qəzet); elektron (kompüter və ona aid vasitələrdə)?


İradə Tuncay: (“Ədalət” qəzetinin baş redaktoru): “Bulqakovun bir sözü var: “Əlyazmaları yanmır”. O baxımdan kağız variantında”.

Yaşar (“525-ci qəzet”in baş redaktor müavini): “Kağız variantında”.

Aslan Qəhrəmanlı (yazıçı-dramaturq): “Mən yazıların yalnız kitab variantında arxivləşməsinin tərəfdarıyam. Çünki o biri variantlarda daha tez məhv olmaq və itib-batmaq təhlükəsi var”.


YOLÜSTÜ SÖHBƏT

Sabir Rüstəmxanlı


YOLÜSTÜ SÖHBƏT

- Görən yenə Şuşanın bal dadırmı havası?
- Tərtərin nəğməsinə görən kim qulaq asır?
- El gedəndən Həkəri necə boğur hirsini?
- Yazılı daşlarımız kimə verir dərsini?
- Bizləri unutdumu görən Göyçə, Zəngəzur?
- Təbriz niyə danışmır, Ərdəbil niyə susur?
- Bu ehkam dağılanda qatmazlar ki aranı?
- Nə qədər vaxt gərəkdi sağaldaq bu yaranı?
…Hər sözün başı sual, hər sualın sonu qəm,
Bu qəmlərin ardından qəmsiz səhər görürəm!



Anarın Hüseyn Cavidin oğlu haqqında məqaləsi


Ərtoğrul Cavid kim olub?

Bu dünyada xoşbəxtliyə hələ konkret tərif verən olmayıb. Filosoflardan biri deyib ki, əslində həyatda xoşbəxtlik deyilən nəsə mövcud deyil, xoşbəxt anlar mövcuddur. Lev Tolstoyun isə məşhur kəlamı belədir ki, “bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxtlər hərəsi bir cür bədbəxtdir”.

Stalin repressiyaları Azərbaycanda bir-birinə oxşayan bədbəxt ailələrin sayını kifayət qədər artırmışdı. Repressiyaların ardınca gələn İkinci Dünya müharibəsi isə bu göstəricini fantastik həddə çatdırmışdı. Bununla belə, Hüseyn Cavid ailəsini mübaliğəsiz-filansız repressiyaların bədbəxt etdiyi Azərbaycan ailələrinin simvolu saymaq olar. Məhz repressiyalar gələcəyə dair nikbin planlar quran Cavidlər ailəsini həm başçısından, həm də varisindən məhrum etmişdi.

Cəhənnəmə getmə yolları

Küçük İskender

dulcinia’nın günlüğü
Mustafa!
biz aynı insanız mustafa!
ben senin dişi halinim, sen benim erkek!
İzmir’de eksilttiğimiz ruhlarımız, başka bir şehirde orospu!
sürekli ölümden sözediyorsun mustafa
oysa, yaşama öyle bir sarılmışsın ki...
tesadüfen kullandığın bir sözcük sanki "ölüm"!
benim gibiler fırsatlarla zaman kaybetmezler! 

03.12.2011

Liberalizmin kusurları(3): Liberalizm ahlâksızdır!

UYARI: “Liberalizm kötü ahlâklıdır” demiyorum, su nasıl renk-siz, hava nasıl koku-suz ise liberalizm de öyle ahlâk-sızdır diyorum.
Sunuş: Ben liberalizmin en çok ahlâklı olma ihtimalini sevmiştim. ” Günah işleme özgürlüğü” isimli yazıda savunduğum gibi devletin vicdan rolü üstlenmesine, halkı çocuklaştırmasına karşıyım. Bu sebeple yaklaşık iki yıl önce liberal dostlarıma yazdım ve “Liberal Ahlâk” hakkında kaynak istedim. Çok iyimserdim. Aynı inançları ve değerleri paylaşMAyan insanları ortak bir zeminde buluşturabilmek için liberalizm büyük bir umut teşkil ediyordu gözümde. Özgürlük kavramı zaten sorumluluk olmadan düşünülemezdi. Liberalizmi var gücüyle savunan bunca insan vardı her şeyden önce. Bir yarış arabasına fren sistemi takmayı unutacak kadar delirmiş olabilirler miydi?
 Özetle Adam Smith’ten, Mandeville‘den, John Stuart Mill‘e, Hayek‘e,Friedman‘a, Röpke‘ye uzanan, dallanıp budaklanan liberal gelenekte mutabık kalınmış olması gereken, SAPASAĞLAM ve din dışı bir ahlâk zemin arıyordum.

Вот так надо изобличать людские пороки!


Китайский художник Chen Venling создал эту необычную, но актуальную композицию.
Бык олицетворяет  собой Уолл-стрит, а человек - это Bernard Medoff , финансовый мошенник.
Бернард Медофф создал финансовую пирамиду, надурил народ на 50 млрд. долларов. Журнал Forbes составил список наибольших финансовых мошенников 2008 года, которые должны нести ответственность за мировой кризис. И Медофф возглавил этот список.

wall_street_0134608.jpg

Demokratiyanın ABŞ variantı

Zaur Bayramlı

Demokratiya elə bir ideal sistemdir ki, qeyd-şərtsiz bütün toplumlar bu yolda son hədəf olaraq ağrılı-acılı yoldan dönmədən demokratiyaya doğru istiqamət götürüblər.
Bir tərəfdən qəbul edəndə ki, demokratiyaya elə-belə asanlıqla yetişmək olmur, bu keçiləsi uzun bir yolun sonucu kimi dəyərləndirilir. O zaman demokratiyanın dəyəri daha da qalxmış olur. Məsələ burasındadır ki, bütün mərhumiyyətlərə baxmayaraq demokratiya yolu o qədər cəzbedicidir ki, bunun yolundan sapdırmaq üçün tarix boyu tətbiq olunan ən sərt istibdad rejimləri belə uğur qazana bilmir.

За это ответят их дети

02.12.2011

Günün fotosu

İşğal altında Şuşa




Təbriz memarlığı


XV yüzillik orta əsr Təbrizin intellektual və bədii həyatının yeni çiçəklənmə dövrü olmuşdur. Bu əsrdə şəhər özünün memarlıqplanlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarıCahan şah (1438-1467), Uzun Həsən (1453-1478) və Sultan Yaqub (1478-1490) bu zaman paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləriMüzəffəriyyə, Qəysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt, Baqe Şemal və s. meydana gəlir. Mərkəzi meydanSahibabad meydanı ətrafına inzibati, dini və ticarət binalarının gərgin tikintisi nəticəsində Təbrizin ümumi şəhər mərkəzi xeyli böyüyür və daha mütəşəkkil olur.

Vəhhabiliyin tarixi -3


Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir

Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır

 Məhəmməd-İbn-Əbdül-Vəhhab vəhhabiliyin bünövrəsini qoyaraq müsəlmanları küfrdə inttihamlandırıb onlara qarşı müharibə elan etdi. Onun təhriki ilə Nəcdin səhra sakinləri İbn Səuda yardım göstərib ordu təşkil etdilər və sonra müsəlman sakinli şəhərlərə hücum edib qətliamlar törədərək müsəlmanların əmlakını qənimət adı ilə mənimsədilər.

Мираж! Мираж!


Вирония Вера Вальс

Я - белая страница, под невидимой не звездой.

Я белый журавлик - сделанный детской рукой.


Не важно, кто я!? - Важен полёт!

Я лечу ввысь посмотреться в небосвод

Взмах крыльев - высший пилотаж свобод

Не стр-аш-но, если впереди вираж пустот

Озеро Байкал – миражи


Рыбаки рассказывают, как частенько над Байкалом видят древние замки, старинные корабли, поезда, НЛО. Учёные называют такие явления миражами.
На Байкале идеальные условия для возникновения миражей: потоки тёплого воздуха над охлаждённой водой летом, прозрачная атмосфера и сильные морозы с недвижимым воздухом зимой. В слоях воздуха с разной плотностью световые лучи преломляются, искажаются и приобретают неправильные, фантастические формы. Так, велосипедист в мареве дороги может показаться садящимся “Боингом”, небольшой рыбацкий баркас предстать в образе парящего над водой “Титаника”, а плавающая утка восприниматься как большая лодка.

Вольная станица

Праздник в Старочеркасске



İlğım


Böyükxan Bağırlı. Hekayə
      
Sübh çağı kəndin girəcəyindəki balaca kolxoz bazarından  aldığı ayın-oyunu təntiyə-təntiyə gətirib qoydu mətbəxə,qəddini düzəldib nəfəsini dərdi,qanı qaçmış barmaqlarını oynatdı.  Zənbillərin ağırlığı kələyini kəsmişdi. Oboyda yolu ağır yüklə pay-piyda  gəldiyindən çiyinləri irəli sallanmışdı, zoqqulduyurdu.
Arvadı qonşu otaqdan onun hənirtisini duyan kimi ət basmış əndamını yırğalaya-yırğalaya özünü yetirdi mətbəxə, zənbilləri oyan,buyana çevirdi, alınan şeylərə qayğacı nəzər, yetirdi damağı.

Скульптурная композиция "Григорий и Аксинья" (станица Вёшенская)

Скульптурная композиция "Григорий и Аксинья" (станица Вёшенская)

Bloggerlərə Sözüm Var:)


Gülnar Musayeva

Demək belə.Çoxdandı yazı yazmıram deyə ya mənə belə gəlirki,bloggerlər sakit durublar.Ya da mənim yazılarımda bir partladıcı bişeylər varkı hamı bir-brinin acığına yazırdı.Bugün çoxdandı səmimi bir yazı yazmadığım səbəbləri özümdən uzaqlaşdırıb bir postlayım getsin dedim.Və ilk düşündüyüm bir blog siyahısına baxım kim öndədir kim nə yazır deyə nəzər saldım.Nəticə maraqsız yazmağa bir şeylər yoxdur heç kimdə.Mən belə başa düşdüm ki,elə burda bir çoxlarına 1cilik gətirən post yazmağa tema verən elə mənim yazdıqlarım imiş.Vay-vay-vay hətda Əli Kərimlinin blogu belə 10-luğa baxdım yox,20-liyə baxdım yox,30-luğa baxdım yox,40-lıya baxdım və öz blogu görəndən sonra o olmasa da olar deyib keçdim üstündən.

В детстве "Ну, погоди" был моим самым любимым мультфильмом

Я десятки и сотни раз пересматривал старые выпуски и с нетерпением ждал новые

UNUDA BİLMİRƏM...

Mirzə Sakit

Unuda bilmirəm o gecələri
əyləşib üz-üzə
baxıb göz-gözə...
açardıq səhərin dan ulduzunu.
Buludlar örtərdi hərdən
göy üzün,
küsərdik arada
biz danışanda,çəkilərdi bulud
biz barışanda.

Unuda bilmirəm o gülüşləri
kədərə dost olan o gözlərində
hərdən xoşbəxtliyin
izin tapırdım
bəzən də itirib o gülüşləri,
elə xoşbəxtliyin özün tapırdım.

Путешествие легендарной картины Да Винчи «Джоконда»


Побывать в Париже и не посетить Лувр – невозможно! Быть в Лувре и лично не познакомиться с величайшим творением Леонардо Да Винчи «Джоконда», вообще, непростительно! Конечно же, в Лувре, особое мое внимание было уделено этой прекрасной картине.
Да Винчи "Джоконда"

Rüfət Əhmədzadə "Cokondanın baxışları" (Novella)

Məmməd müəllimin işləri əla gedirdi. İtalyanlarla müqavilə bağlaması, qarşısında yeni imkanlar açmışdı. 

Artıq, katibəsi Zinaya (əsl adı Zəhrabəyim) söz verdiyi “X-6”nı rahatlıqla ala bilərdi. Hələ bir fürsət düşsün! 

Evdə bir “ezamiyyət” bəhanəsi qaldırıb, birlikdə İtaliyaya gedərdilər...


"Ну погоди!"


Все мы в детстве очень любили смотреть мультики. Да и сейчас многие из нас не откажутся от таких просмотров. Вот мне и захотелось порадовать Вас некоторыми фрагментами из всеми любимых "Ну Погоди"

Советские мультики

Azad Qaradərəli. Üç Nöqtə (Hekayə)


Rafiq Tağının xatirəsinə
“Yenilən şəxsin üzündə təbəssüm görünəndə yenən şəxs qələbənin ləzzətini itirir”. V. Şekspir
                                 
Yolun qalan hissəsini ayaqla getməyi qərara aldı. Belə daha yaxşıydı: həm bolluca düşünə bilirdi, həm də altmışdan sonra ayaqlarını daha çox işlətməliydi. Bu vaxta qədər başını çox işlətmişdi, indi gərək ayaqlarına da fikir versin. Başı da, bədəni də gəzdirən, hələ desən yaşadan bu iki arıq ayaqlardı axı. Allah eləməmiş, birdən ayaqları işləməsə, onda həyatın sonu olar. O həkimliyini də, hələ desən yazıçılığını da bu iki ayağa borcludur. Kəndlərindən Bakıya, oradan da Moskvayacan onu bu ayaqlar hərləyib. Ona görə piyada… yox, hərdən məcbur olub işlətsə də, onun bu sözdən acığı gəlirdi.

Rafiq Tağı faciəsi

Rafiq Tağının 7 bıçaq zərbəsi ilə yaralanaraq sonra dünyasını dəyişməsi mətbuatın gündəmindən düşmür. İqtidar qəzetləri sussa da, müstəqil və müxalifət qəzetləri az qala son nömrələrinin yarısını ona həsr ediblər.
Rafiq Tağı kim idi? 


O, 1950-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. Masallı rayonu Təklə kənd orta məktəbini, sonra ADTİ-nin müalicə-profilaktika fakültəsini bitirib. Əvvəl Sabirabadda həkim, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasında baş həkim vəzifələrində çalışıb. Daha sonra 11 il Rusiyada işləyib. 



Günün fotosu


Canlı klassiklər: Səlim Babullaoğlu Cavid Zeynallı ilə

Tağı müəllim, bu qədər pullar hara gedir?

Metroya büdcədən kənar axan milyonların hesabı “Azadlıq”da
İldə ən azı 12-13 milyon manat qazanan metropoliten rəhbərliyi kasıb camaatın qəpiyini güdür
Metroda gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqlı narazılıqlara səbəb olub. Çünki ən ucuz nəqliyyat növü olan metrodan daimi istifadə edənlər gündə bir dəfə gediş-gəliş üçün aya 9 manat əvəzinə 12 manat ödəməli olacaqlar. Belə götürəndə 3 manat böyük rəqəm deyil. Ancaq niyə qalxmalıdır? Nə dəyişdi? Tağı Əhmədovun rəhbəri olduğu metropoliten insanlara qiymət artımından sonra daha yaxşımı xidmət edəcək?

Şəms İllallah kimliyini açıqladı

“YazarKlub” yenidən fəaliyyətini bərpa edəndən bəri qalmaqallı yazıları ilə tanınmış Şəms İllalahın kimliyi hamı üçün marqlı idi. Çoxları bu imzanın mənə (Zaur Qəriboğlu), Oktay Hacımusalıya aid olduğunu düşünürdülər.  Amma mən deyə bilərəm ki, həyatım boyu qadın imzası arxasında gizlənib, yazı yazmamışam. Bu müddət ərzində müxtəlif imzalarla (Zaur, Zaur Məlikzadə, Zaur Qərib və nəhayət Zaur Qəriboğlu) yazsam da, özüm olmuşam. Heç kimə qarşı da qərəzli mövqeyim olmayıb, bu gün də yoxdu.Bunun isbatı üçün Şəms İllalahla razılığa gəldik ki, kimliyini açıqlasın. Zatən, o, özü də ilkin başlanğıcdan bir müddətdən sonra kimliyini açıqlayacağını demişdi.  Onunla çox qısa olan söhbətimizi oxuculara təqdim edirik.

Şəms İllallah kimdi?
Bir zamanlar Şəbnəm Bəkirzadə, indi isə Şəbnəm Karslı…

Səbəb nə idi ki, gizli imza ilə yazırdınız?
Bu sadəcə gənclərin yaratdığı yeni bir sayta dəstək üçün düşünülmüş və qısa müddət üçün yaradılmış bir imza idi. Həyatımda heç vaxt başqa ad, imza istifadə etməmişdim.


Oktay Hacmusalının “master-klass” dərsi

Oktay Hacımusalı: “İstədim bu romanla Elçin Hüseynbəyli demiş bir “master – klass” dərsi keçim”...

“Baxdım ki, neçə ildir, bu dəyrmanın boğazından hələ üç – beş sağ çıxanlardanam”

“Roman olar “Qılınc və qələm” kimi – səkkiz yüz əlli səhifə. Yetmiş səhifəlik roman olar?”

Qonağımız bir neçə gün öncə “Bu vaxtın sahibi” kitabı işıq üzü görmüş Oktay Hacımusalıdır.

-Bir az təzə kitabın haqqında danış...
-Rövşən, kitab deyəndə bu mənim gündəliklərimin bir hissəsidir. Özü də elə bir hissəsidir ki, o hissələr mənim həyatımın ən təlatümlü parçalardır. Özümlə durmadan döyüşdüyüm, özümü tapmağa çalışdığım vaxtlardır. Bir az da sahibləndiyim, bəlkə də sahiblənə bildiyim vaxtların bir qismidir ki, mən onu oxucumun qarşısına qoymuşam ki, mən buyam. Yəni, bir növ belə deyək də, açmışam sandığı, tökmüşəm pambığı!

Cavid Zeynallı. “Qarğıdalı var, qarğıdalı…”

Qismətə

Adamların “dəli-dolu” əsgərlik, nakam sevgi xatiratlarına qulaq verməkdən usandığım günlərin sayı yaşımın tən yarısına bərabərdir deyim, şəkk etmə! Buçağacan bilmirdim, indən belə anladım ki, insanların yalançı qəhrəmanlığı, qurşaqdan yuxarı qalxmayan eşq macəraları, məni bağışla, hətta əclaflığı belə illər sonra xatirəyə çevrilib adamın bağrının başını sökür, ciyərini yandırır. Onu da anladım ki, illərin o tayında qalan hüznlü günləri düyü kimi arıtlamaq üçün bircə dənə qarğıdalı yetərmiş, Rəbbim! Təkcə xatırlamaq yox, kövrəlmək, doluxsunmaq, içindəki qurğuşun ağırlığından yaxa qurtarmaq, boğazına tıxlanan qəhəri udmaq üçün canımda təpər tapmağa bəhanəymiş bu…

Nərmin Hüseynzadə. Fransadan reportaj

Uzaqlar elə Uzaq qalsın…
…Siz heç küçədə gedə-gedə öz yerişinə güzgüdə baxan adam görmüsünüzmü?! Vallah, mən bunu ilk dəfə özümdə gördüm. Çamadanımı arxamca sürüyə-sürüyə bir-iki addım atandan sonra, çevrilib, necə getdiyimə baxırdım güzgüdə. Yoldaşlarım gülürdülər bu hərəkətimə…
…Kinolarda gördüyüm kimi, qatarın pəncərəsindən onlara əl elədim. Qatar adamı başqa cür aparırmış. Qatar adamı doğmalarından düz xətt boyunca, əvvəl asta, çox asta, sonra da get-gedə artan sürətlə qoparırmış. Yenicə yola çıxmışdıq, kövrəlmişdim. Ayrılıq həmişə qüssə gətirir.
Ancaq əmin idim ki, məni qabaqda gözəl günlər gözləyir. Yolçuluğum Uzağa – əvvəl Tiflisə, sonra Praqaya, ordan da Arzularımın Şəhəri bildiyim Parisəydi.

Mehriban Əliyeva İtaliyanın yeni birinci xanımı ilə görüşdü

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 1-də ölkənin yeni baş naziri Mario Montinin xanımı Elza Monti ilə görüşüb.

Qafqazinfo AzərTaca istinadən xəbər verir ki, görüşdə ölkələrimizin mədəniyyət və təhsil sahələrində birgə reallaşdırılan layihələr nəzərdən keçirildi, həmçinin Azərbaycan ilə İtaliyanın ali təhsil məktəbləri arasında tələbə və müəllim-professor mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olundu. Bununla yanaşı, Azərbaycan dilinin və mədəniyyətinin İtaliyada, italyan dilinin isə ölkəmizdə daha geniş tədris olunmasının vacibliyi xüsusi vurğulandı.


Настоящий друг



«Просто друг - никогда не видел, как ты плачешь.
Настоящий друг - успокаивал тебя не раз.
Просто друг - не знает полного имени твоих родителей.
Настоящий друг - знает даже их телефон.

Gəl sevgilim dəyişək

Jala Sadixova
Jalə Sadıxova

Gəl sevgilim dəyişək, ürəyini-ürəyimə!

Bilirəm ki bu sevdamız əbəsdir,
Təsəllimiz bircə şeydir,gəl yaxın...
Gəl al məni gözlərivin qarasına
Gəl sevgilim dəyişək,ürəyini-ürəyimə!

Sənsiz keçən ömür hədərdir,
Elə təkcə adın böyük dərddir,
Çıxarıb sinəmdəkin könüllü verrəm,
Gəl sevgilim dəyişək,ürəyini-ürəyimə!

ERQENEKON-TÜRKİYƏNİN «QLADİO»SU


Həmid Herisçi

Bakıda yaşadığım 8-ci mikrorayon ərazisində dünənnəri elə bir mənzərəyə tuş gəldim ki, vallah, indi əlimdəki diyircəkli qələm çətinlik çəkir onun bütün çalarlarını sizlərə çatdırmağa-gördüm ki, bir səyyar çin alverçisi, satdığı min cür xırdavat mallarını nəhayət ki, əlindən yerə qoyub, öz vətəni Çinə mobil telefon vasitəsiylə «sms» göndərir! Necə deyərlər, «burda döngələrin yeri darısqal, oturub palanın üstündə hambal, dərin fikirlərə qərq olmuş yazıq, dincəlmək istəyir burda azacıq»…