Arzu Abdulla
Türkiyəli həkim Hamdi Koçerin Azərbaycan səhiyyəsi ilə bağlı verdiyi müsahibələr geniş əks - səda doğurdu. O, iddia edir ki, Azərbaycanda işlədiyi müddətdə azərbaycanlı həmkarlarının qeyri-peşəkar fəaliyyətlərinin şahidi olub. Hamdi Koçer azərbaycanlı həkimlərin onkoloji xəstəliklər sahəsində lazımsız əməliyyatlar həyata keçirdiyini, yüzlərlə qadına yalandan mastopatiya diaqnozu qoyulduğunu, özü müayinə etdikdə isə heç bir problem görmədiyini deyib.
Respublikanın baş onkoloqu Azad Kərimli isə qəzetimizə verdiyi açıqlamada türkiyəli həkimi yalançı adlandırıb. O, Azərbaycanda onkologiyanın yüksək inkişafından danışıb.
Hər iki onkoloq mübahisə etməyində olsun, sizlərə digər türkiyəli həkimdən - qadın uzmanı olan Hakan Tanrıverdidən danışacam. Qəzetimizə verdiyi müsahibədə o, azərbaycanlı həkimlərin tibb elmindəki “yeniliyindən” danışıb . Adətən, bizdə hamiləliyin ilk günlərində həkim müayinəsindən keçən analara “tonus” diaqnozu qoyulur.